Məhkəmə qərarları › İş №2(104)-98/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-98/2023

17.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-98/2023 17.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi (vəkil) X6 iştirakları ilə İddiaçı X7 Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(015)-80/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: Ağstafa Rayon Məhkəməsinin (hakim Z.Rəsulov) 04 noyabr 2021-ci il tarixli, 2(015)-80/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Ağstafa rayonu, Göycəli kəndində yerləşən X10 məxsus 6241 kv.m torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 6201 kv.m-dən çıxarılması, ödənilmiş dövlət rüsumunun iddiaçının hesabına aid edilməsi, iş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri olan 95 manat pulun Cavabdeh tutularaq “Kapital Bank”ın 1 saylı Xətai filialı, kod 200071, VÖEN **********, Müxbir hesab AZ 37 NABZ**********0000001944, SWİFT AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN **********, HESAB № AZ23AİİB******************** hesabına keçirilməsi, iş ezrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh tutularaq Dövlət xəzinədarlığı agentliyi, ВЮЕН **********, Kod 210005, m/h АЗ41НАБЗ**********0000003944, SWİFT. Bik: CTREAАЗ22, VÖEN **********, hesab АЗ34CTRE******************** saylı hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(015)-80/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı X15 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 nümayəndəsi İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlunun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində RX ******* saylı çıxarışla qeyd olunmuş, 0.6833 ha torpaq sahəsini Cavabdeh mənimsəmişdir. 18 oktyabr 2020-ci il tarixdə taxıl səpini aparmasına imkan verməmişdir. Həmin torpaq sahəsinin oğluna məxsus olduğunu Ağstafa Əmlak şöbəsinin mühəndisinin, kənd bələdiyyəsinin sədrinin şahidliyi ilə xüsusi cihaz vasitəsi ilə koordinatlarını sahədə qeyd edərək göstərməsinə baxmayaraq Cavabdeh torpağın özünə aid olduğunu israr edir. Torpaq sahəsini X9 Şəadət Zabit oğlunun vasitəçiliyi ilə alğı-satqı müqaviləsi ilə satın almışdır. Torpaq sahəsi Əliyev Zabitin adına 325 saylı torpaq aktı ilə xəritədə 325 L kimi qeyd olunmuşdur. Ona görə də, cavabdeh tərəfindən mənimsənilən torpaq sahəsinin öz sahibinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Qəbul edilmiş qətnamə maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halları tam və hərtərəfli araşdırmamış, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İşin faktiki hallarına birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisə olunan torpaq sahəsi 1994-cü ildən onun istifadəsindədir. Onun torpaq sahəsinin yanındakı torpaq sahəsini iddiaçı 4 il əvvəl almışlar və ona məxsus torpaq sahəsindən heç vaxt istifadə etməmişlər. Hakim qətnamə qəbul edərkən yalnız ekspert rəyinə əsaslanmışdır. Ekspert rəyi isə işin həqiqi halları ilə üst-üstə düşmür. Mübahisə olunan torpaq sahələrinin xəritələri köhnə üsulla, yəni əl ilə çəkilmiş xəritələrdir. Həmin torpaq sahələrinin dəqiq kordinatları isə bu sahə ilə məşğul olan aidiyyəti qurum tərəfindən verilən məlumata görə bu ilin sonunda hazır olacaqdır. Məhkəmə tərəfindən işin bu halı nəzərə alınamışdır. Odur ki, Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(015)-80/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (vəkil) X16 izahat verərək bildirdilər ki, iş üzrə tədiqat obyektinə baxış keçirilməsi zamanı cavabdeh iştirak etməmiş, buna görə də, baxışın keçirilməsi mümkün olmamışdır. Hesab edirlər ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(015)-80/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan qeydiyyat nömrəsi ********** nömrəli, xx.xx.2016-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağstafa rayonu, Göycəli kəndində yerləşən 0.6833 ha torpaq sahəsi X7 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Ağstafa rayonu, Göycəli kəndində yerləşən 0.6833 ha torpaq sahəsi üzərində X7 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan JN-323 (kod ********) saylı “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, X2, X1, Cavabdeh, X3, X4, X5 Ağstafa Rayonu Aqrar İslahat Komissiyasının 27 may 1997-ci il tarixli, 06 nömrəli qərarı ilə Ağstafa rayonu, Göyçəli kəndində yerləşən 1.44 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsi tərəflərin iştirakı ilə ölçüldü və 6241 kv.m təşkil edir. Elektron məlumat bazasına əsasən iddia edilən torpaq sahəsinin 6201 kv.m-ə qədər hissəsi X8 adına Dövlət qeydiyyatına alınmış RX ******* nömrəli çıxarışda olan torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2021-ci il tarixli, 10/4207 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Tovuz Layihə- Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən İddiaçı iddia etdiyi torpaq sahəsi tərəflərin iştirakı ilə ölçülmüş və 6241 kv.m təşkil edir. Elektron məlumat bazasına əsasən iddia edilən torpaq sahəsinin 6201 kv.m-ə qədər hissəsi X8 adına Dövlət qeydiyyatına alınmış RX ******* nömrəli çıxarışda olan torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmələr tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli, xx.xx.2016-ci qeydiyyat nömrəli çıxarışa əsasən, Ağstafa rayonu, Göycəli kəndində yerləşən 0.6833 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X7 adına qeydə alınmışdır. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəməşəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanıçəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata həyata keçirilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi tərəflərin iştirakı ilə ölçülmüş və 6241 kv.m təşkil etmişdir. Elektron məlumat bazasına əsasən iddia edilən torpaq sahəsinin 6201 kv.m-ə qədər hissəsinin X8 adına Dövlət qeydiyyatına alınmış RX ******* nömrəli çıxarışda olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdehin həmin torpaq sahəsinin göstərilən hissələri üzərində heç bir hüququ qeydiyyata alınmamışdır. Bu səbəbdən də, cavabdehin həmin əmlak üzərində sahibliyi qanunsuzdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin onun tərəfindən zəbt edilmədiyini bildirmiş və yenidən məhkəmə tikintitexniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iş üzrə təkrar ekspertiza tədqiqatı təyin edilmiş, lakin məhkəmə kollegiyasına ekspertiza qərardadının icra olunmaması barədə məktub daxil olmuşdur. Səbəb kimi Cavabdeh tədqiqat obyektinə baxışın keçirilməsində iştirak etməməsi göstərilmişdir. İş materialları ilə müəyyən olunur ki, iş üzrə tərəflərə o, cümlədən Cavabdeh iş üzrə müvafiq ekspertiza təyin edilməsi ilə bağlı mütəxəssislərin tədqiqat obyektinə baxış keçiriləcəyi, həmçinin baxışın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Beləliklə cavabdehin tədqiqat obyektinə baxış zamanı iştirak etməməsi ekspertiza tədqiqatının keçirilməsinin mümkünsüz etmişdir. Məhkəmə kollegiyası cavabdehin barəsində Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinin nəticələrinin tətibiqini mümkün sayır. Həmin normada göstərilmişdir ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər birinsan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-cimaddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etməsi hüququna malikdir, hər kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn prinsipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, “İnsan Hüquqları və Əsas Azadlıqları haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrəyə qarşı məhkəmə işində mülkiyyət hüququnun məzmunu barədə belə hüququ mövqe müəyyən etmişdir ki, həmin norma özündə: İ) mülkiyyətçininöz mülkiyyətindən maneəsiz istifadə prinsipini; 2) mülkiyyətindənməhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarətiitirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Bu da iddiaçının mülkiyyətində olan əmlakına münasibətdə istifadə, sahiblik və sərəncam hüquqlarının realizə edilməsindən məhrum edilməsi ilə nəticələnmişdir. Ona görə də, məhkəmə kollegiyası iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişindəəmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən araşdırılan halları, qəbul edilən qətnamənin maddi və prosessual hüquq normalarına əməl edilməsi baxımından qanuni və əsaslı hesab edir. Beləliklə, apellyasiya məhkəməsi yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, işüzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağstafa Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(015)-80/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Bayramov Hakimlər: Rəşad Mamedov Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar