Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-99/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı cavabdeh X7 tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun boşaldılması tələbinə dair iş üzrə Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-39/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-39/2023 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayev) İddiaçı cavabdeh X5 qarşı cavabdeh X7 tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun boşaldılması tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı məhkəmə ekspertizasının xərci olaraq 95 (doxsan beş) manat məbləğində pul vəsaiti tutulub Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi, “Kapital Bank” Gəncə filialı Kodu: 200275, VOEN **********, Müxbir hesab: AZ37NABZ********************, S.W.İ.F.T.BİK: AİİBAZ 2X, Alan müştəri: DƏDKR RHŞnin 3 saylı Gəncə Əİ VOEN: **********, H/h AZ73AİİB******************** nömrəli hesaba keçirilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X7 tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşkəsən rayon Zağalı bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 nömrəli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsini satın almışdır. Torpaq sahəsinə dair Azırbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 may 2013-cü il traixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Çıxarış almışdır. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsində 09 may 2013-cü il tarixli **********07 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənib hazırlanmışdır. Cavabdeh X5 məxsus torpaq sahəsi ilə ona məxsus torpaq sahəsi qonşuluqda yerləşir. Hər ikisinin də, evi ictimai nəqliyyat yolunun üst tərəfindən yerləşir. Yol ilə evləri arasında yerləşən torpaq sahəsi isə Bələdiyyə mülkiyyətinə aiddir. Uzun illərdir ki, həmin yoldan gediş-gəlişi üçün istifadə edir. Bu yaxınlarda cavabdeh bələdiyyə sədrinin icazəsi və xəbəri olmadan həmin torpaq sahəsini öz torpaq sahəsinə qataraq gediş-gəlişi tamamilə bağlamışdır. Yolun açılması barədə cavabdehə xəbərdarlıq etsə də, cavabdeh heç kimə əhəmiyyət verməyərək yolu açmaqdan imtina etmişdir. Yaranmış vəziyyətdə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iddia tələbindən kənara çıxmışdır. Belə ki, iddiaçı iddia tələbində cavabdeh X7 tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinə gediş-gəliş yolunun zəbtdən azad olunaraq boşaldılmasını xahiş etmişdir. Məhkəmə isə gediş-gəliş yolunun iddiaçıya məxsus olması qənaətinə gələrək, mütəxəssis qarşısında aşağıdakı məzmunda sual qoymuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 may 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu, Zağalı kəndi ərazisində yerləşən 0.05 hahəyətyanı torpaq sahəsi cavabdeh X7 tərəfindən istifadə edilirmi sualını qoymuşdur. Mütəxəssis qarşısında qoyulmuş sualda digər diqqəti çəkən məqam iddiaçıya məxsus torpaq sahəsinin 0.05 ha göstərilməsidir. Əslində isə iddiaçının gediş-gəliş yolunun açılmasını tələb etdiyi torpaq sahəsinin ölçüsü 0.06 ha-dır. İkincisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 avqust 2023-cü il tarixli 21-3-33/2-7491/2023 nömrəli mütəxəssis rəyinin mötəbərliyi şübhə doğurduğuna görə ondan tərəflər arasındakı mübahisəni həll etmək üçün sübut kimi qəbul edilə bilməz. Çünki, rəydə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu, Zağalı kəndi ərazisində yerləşən 0.05 ha həyətyanı torpaq sahəsi cavabdeh X7 tərəfindən istifadə edilmədiyi göstərilmişdir. Mütəxəssis 0.05 ha torpaq sahəsi üzrə rəy vermişdir. İddiaçının torpaq sahəsi isə 0.05 ha deyil, 0.06 ha-dır. Üçüncüsü, mütəxəssis rəyini şübhə altına alan digər fakt ondan ibarətdir ki, mütəxəssis məhkəmə tərəfindən qoyulmuş 2-ci sualı natamam cavablandırmışdır. Məhkəmənin mütəxəssis qarşısındakı 2-ci sualının məzmunu aşağıdakı formada olmuşdur. Cavabdeh X7 tərəfindən iddiaçı MəmmədovRəşad Rafiq oğlunun həyətyanı torpaq sahəsinə gedən ictimai yol istifadə edilmişdirmi və iddiaçının həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun açılması mümkündürmü? Qeyd olunan sual üzrə mütəxəssis rəyində suala aidiyyətı olmayan məsələ qeyd edilmişdir. Konkret olaraq cavabdeh X7 tərəfindən ictimai yolun istifadə edilib-edilməməsi və ya bu sualın cavablandırılmasının mümkün olub-olmaması göstərilməmişdir. İddiaçı tərəf olaraq mütəxəssis rəyinin mötəbərliyini işin faktiki halları, işdə olan sənədlər və birbaşa mütəxəssis rəyi ilə şübhəli altına alınır. Məhkəmə kollegiyası ədalət mühakiməsini həyata keçirərək həqiqətə nail olmaq üçün bu iş üzrə ekspert rəyinə istinad etməlidir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdehin torpaq sahələri arasında sənəd üzrə 6 metr gediş-gəliş yolu vardır. Bu faktı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli məktubları təsdiq edir. Belə ki, qeyd olunan məktublarda göstərilir ki, onlara məxsus torpaq sahəsinə gediş-gəliş üçün yol mövcuddur. Qonşunun istifadəsindəki dəmir torla çəpərlənmiş ərazidən yol verilməsi ilə bağlı aidiyyətı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. İş materiallarında cavabdeh X5 məxsus olan hər hansı sənədin adı çəkilmir. Məhkəmə mütəxəssis rəyinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və nəticədə həmin mütəxəssis rəyini sübut kimi qəbul etmişdir. Prosessual məsələlər və apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəfləri və onların nümayəndələrini dinləyib, mübahisəli əraziyə yerli baxış keçirib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Daşkəsən Rayon Məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubilkasının MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsindən 09 may 2013-cü il tarixli **********07 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Daşkəsən rayon Zağalı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 1684 nömrəli alqı-satqısına dair akta, Daşkəsən rayonu Zağalı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 nömrəli torpaq sahəsinin ayrılması barədə qərarına və DTXK Daşkəsən rayon şöbəsinin xx.xx.2016-cü il tarixli TŞ-2129 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən İddiaçı (iddiaçı) 0,06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 may 2013-cü il traixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömərli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Zağalı kəndində yerləşən 0,06 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşkəsən rayon Zağalı bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas protokolundan çıxarışın və 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli qərarının surətindən görünür ki, Zağalı bələdiyyəsi fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsinin torpaq sahəsindən alqı-satqı qaydasında X6 həyətyanı torpaq sahəsinin satılması barədəı DT və XK-nin Daşkəsən rayon şöbəsinin hazırladığı sənədlər nəzərə alınaraq, Zağalı bələdiyyə fondunun alqı-satqı predmeti olan yaşayış məntəqəsənin torpaq sahəsindən həyətyanı məqsədi ilə 0,02 hektar torpaq sahəsi X1 barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsində 30 noyabr 2007-ci il tarixdə 1686 nömrə ilə qeydiyyata alınmış torpaqların alqısatqına dair aktın surətindən görünür ki, X6 Daşkəsən rayon Zağalı bələdiyyəsi ərazisindən 0,02 hektar torpaq satılması barədə 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli qərar qəbul edilmişdir İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin TŞ-07-1686 nömrəli arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli 158 nömrəli qərarına müvafiq olaraq Daşkəsən rayon ərazisində Daşkəsən rayonu Zağalı Bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli 10 nömrəli iclas ptokoluna əsasən fərdi yaşayış evi tikintisi üçün X2 torpaq sahəsi Daşkəsən- Gədəbəy dağlıq zonasına aiddir, sahəsi 0.02 ha olmaqla 13.2 manat dəyərindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 21 avqust 2023-cü il tarixli 21- 3-33/2-7491/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu Zağalı kəndi ərazisində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsinə, cavabdeh X7 tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur. Torpaq islahatı zamanı tərtib olunmuş, ərazinin kompleks yerqurluşu layihəsi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasoya sistemi və AzCad məlumatlarına istinadən, sözügedən mübahisəli sahədə ictimai yol göstərilməmişdir. Məhkəmə kollegiyası tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/2570 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-12379/2024 saylı mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: -xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın AA-012762 nömrəli plan və ölçü sənədinə əsasən Daşkəsən rayonu Zağalı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.06 ha (plandakı koordinatlara əsasən 594.17 kv.m) həyətyanı torpaq sahəsinin hüdudları yerində müəyyən edilmişdir. -xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın AA-012762 nömrəli plan və ölçü sənədinə əsasən Daşkəsən rayonu Zağalı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.06 ha (plandakı koordinatlara əsasən 594.17 kv.m) həyətyanı torpaq sahəsinin 433.62 kv.m hissəsi, öz faktiki istifadəsində olan torpaq sahəsi ilə üst- üstə düşsə də, 160.55 kv.m hissəsi faktiki istifadə sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İddiaçı faktiki istifadə sahəsinin 14 kv.m hissəsi, elektron kadastr məlumat bazasına istinadən, xx.xx.2011-ci il qeydiyyat tarixli, **********99 reyestr nömrəli Çıxarışa əsasən X3 mülkiyyətində olan həyətyanı torpaq sahəsi ilə, 113.0 kv.m hissəsi isə **********27 reyestr nömrəli Çıxarışa əsasən X8 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. **********07 reyetr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha (plandakı koordinatlara əsasən 594.15 kv.m) torpaq sahəsinin 26.0 kv.m hissəsi başqa şəxsin qonşuluqla yerləşdiyi faktiki istifadə sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. -xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın AA-012762 nömrəli plan və ölçü sənədinə əsasən Daşkəsən rayonu Zağalı kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsinin yaxınlığından keçən avtomobil nəqliyyatının hərəkət etdiyi asfalt yola, iddia etdiyi mübahisəli hissədən, faktiki olaraq eyni zamanda ərazinin kompleks yerquruluşu layihəsi və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) keçid yolu göstərildiyi (mütəxəssis rəyində “göstərilməmişdir” yazılmışdır) müəyyən olunmuşdur. Həmin asfalt yola keçid yol, iddiaçının iddia etdiyi hissədən deyil, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD), iddiaçının faktiki istifadə sahəsinin digər tərəfindən göstərildiyi müəyyən edilmişdir. - İddiaçının iddia edərək, xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə gediş-gəliş yolu olaraq istifadə etmək istədiyi torpaq sahəsi, faktiki olaraq X7 tərəfindən metal torla hasarlandığı müəyyən edilmişdir. Rəyə əlavə edilmiş cizgi planında həmin **********07 reyestr nömrəli Çıxarışa əsasən 0.06 ha torpaq sahəsinin cənub-şərq istiqamətindən TEKUİS və AZCAD məlumatlarına istinadən bələdiyyə mülkiyyətində olan gediş-gəliş (ictimai nəqliyyat) yolu göstərildiyi müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Daşkəsən rayon Zağalı kəndi ərazisində 0,06 ha həyətyanı torpaq sahəsi Azırbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 may 2013-cü il traixli, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Çıxarış əsasında iddiaçının xüsusi mülkiyyətindədir. O, həmin torpaq sahəsini Daşkəsən rayon Zağalı bələdiyyəsinin 28 sentyabr 2007-ci il tarixli 09 nömrəli qərarı ilə satın almışdır. Mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsinin 433.62 kv.m hissəsi, öz faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşsə də, 160.55 kv.m hissəsi faktiki istifadə sahəsi ilə üst-üstə düşmür. Onun mülkiyyətində olan 0.06 ha həyətyanı torpaq sahəsindən, həmin torpaq sahəsinin yaxınlığından keçən avtomobil nəqliyyatının hərəkət etdiyi asfalt yola, iddia etdiyi mübahisəli hissədən, faktiki olaraq eyni zamanda ərazinin kompleks yerquruluşu layihəsi və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) keçid yolu göstərilməmişdir. Həmin asfalt yola keçid yol, iddiaçının iddia etdiyi hissədən deyil, torpaqların elektron kadastr uçotu informasiya sistemində iddiaçının faktiki istifadə sahəsinin digər tərəfindəndir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X7 tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun boşaldılması tələb etsədə də, ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli Çıxarışla İddiaçı mülkiyyətində olan Daşkəsən rayonu Zağalı kəndi ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin cavabdeh X7 tərəfindən istifadə edilmədiyi və torpaqların elektron kadastr uçotu informasoya sistemi və AzCad məlumatlarında mübahisəli sahədə ictimai yol göstərilmədiyi müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmin Məcəllənin 255.6-cı maddəsinə əsasən servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Həmin Məcəllənin 261.1-ci maddəsinə əsasəən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Həmin Məcəllənin 261.2-ci maddəsinə əsasən haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh X7 tərəfindən zəbt edilmiş ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunun boşaldılmasını tələb etsə də, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə cavabdeh X4 faktiki istifadəsində olan və metal torla hasarlanmış torpaq sahəsindən torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən gediş-gəliş yolunun nəzərdə tutulmadığı müəyyən edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğuna və mahiyyəti üzrə düzgün olduğuna görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalı, ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(030)-39/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Ekspertiza xərci 100 (bir yüz) manat miqdarında pul İddiaçı alınaraq Az.MEM, VÖEN **********, Hesab №AZ34CTRE**********000 2088501, Dövlət xəzinədarlığı Agentliyi, KOD- 210005 VÖEN-**********, AZ41NABZ 013601**********3944, SFİFT-BİK STREAZ22 müxbir hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-99/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-99/2025
04.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver