Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-10/2025 14.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın geri alınması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X1 (sədrlik edən və məruzəçi), hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin geri tələb edilməsinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-54/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 14 sentyabr 2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini 15000 manata Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 may 2022-ci il tarixli, 10/133 saylı rəyindən görünür ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlaın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi naturada yerində mövcuddur. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş, xx.xx.2021 -ci il tarixli mütəxəssis rəyinə əsasən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlaın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi Cavabdeh1 tərəfindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan ünvan 1ində yerləşən 0.06 hektar torpaq sahəsinn şimal-qərb istiqamətindən və Cavabdeh1 faktiki istifadə etdiyi 561 kv.m torpaq sahəsinin cənub-şərq istiqamətindən 257 kv.m torpaq sahəsi Cavabdeh1 tərəfindən istifadə edilir. Cavabdeh1 istifadəsində olan mübahisəli 257 kv.m torpaq sahəsinin ölçüləri sxemdə göstərilmişdir. xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan ünvan 1ində yerləşən 0.06 hektar torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi ilə xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********07 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin plan və ölçüsündə göstərilən döngə koordinatları daxilində torpaq sahəsi üstüstə düşmür. X8 və Ekspertiza Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1ində yerləşən N-AA 008909 saylı torpaq sahəsinin xx.xx.2008-ci il tarixli şəhadətnaməsi və xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı- satqısı müqaviləsinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 0,12 ha torpaq sahəsinin ilkin bölgü planı ilə Aəzrbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş AN N- 176912 saylı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü və Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli, AN N-176997 saylı torpaq sahəsinin planı və ölçüsü ziddiyyət təşkil edir. Həmin ziddiyyət ondan ibarətdir ki, onlara aid torpaq sahələrinin Çıxarışları ilkin bölgü planının əksinə olaraq biri-digərinin ərazisinə işlənmişdir. İddiaçı verilmiş AN N-176912 saylı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü və Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli, AN N-176997 saylı torpaq sahəsinin planı və ölçüsündəki koordinatlar, ölçülər, məsafələr, sərhədlər ilkin bölgü planına uyğun deyil. Qeyd olunan ilkin bölgü planına nəzər saldıqda İddiaçı verilmiş AN N- 176912 saylı xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündəki koordinatlar Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli, AN N-176997 saylı torpaq sahəsinin planı və ölçüsündəki koordinatlarla yer dəyişdiyi və texniki yalnışlığa yol verildiyi müəyyən olunur. Mübahisəli sahələr torpaq sahəsinin planı və ölçüsü sənədinin rəqəmli kadastr xəritəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ilkin bölgü planının əksinə olan Çıxarışlardakı kimi görünür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinin məzmunundan görünür ki,mübahisəli torpaq sahəsinə (ünvan 1i) yerində baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, mübahisələndirilən ərazidə tikintialtı sahəsi 104.5 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evinin inşa olunduğu məlum olmuşdur, həmin fərdi yaşayış evinin 87.7 kv.m hissəsi İddiaçı məxsus **********94 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlar daxilinə, 16.8 kv.m hissəsi isə Cavabdeh1 məxsus **********07 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatları daxilində yerləşir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-104/2024 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı İddiaçı mülkiyyətində olan torpaq sahəsinə verilmiş A 176912 və onun mülkiyyətində olan torpaq sahəsinə verilmiş A 176997 seriya nömrəsi olan Torpaq sahəsinin planı və ölçüsü sənədilərində əks olunmuş koordinatlarının yerlərinin dəyişdirilməsi (yəni A 176912 saylı sənəddə əks olunmuş koordinatların A176997 saylı sənəddə, A176997 saylı sənəddə əks olunmuş koordinatların 176912 saylı sənəddə qeyd olunması) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə verilmiş A 176912 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinə verilmiş A176997 seriya nömrəsi olan Torpaq sahəsinin planı və ölçüsü sənədilərində əks olunmuş koordinatlarının yerlərinin dəyişdirilməsi (yəni A 176912 saylı sənəddə əks olunmuş koordinatların A176997 saylı sənəddə, A176997 saylı sənəddə əks olunmuş koordinatların 176912 saylı sənəddə qeyd olunması) öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-434/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, üçüncü şəxs İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, e-2-1(118)-104/2024 nömrəli qərarı ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2896/2024 nömrəli, 10 dekabr 2024-cü il tarixli qərarından görünür ki, üçüncü şəxs İddiaçı kassasiya şikayəti mümkün sayılmamış, iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(105)-434/2024 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia mümkün sayılmamış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, Qusar rayon Çiləgir kəndi ərazisində 21 iyul 2017-ci il tarixli, ********** saylı çıxarışa əsasən onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 0.04 ha hissəsinin cavabdehlərdən alınaraq aidiyyəti üzrə ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu Çiləgir kəndi ərazisində onun mülkiyyətində 0.06 ha torpaq sahəsi vardır, mülkiyyət hüququ 21 iyul 2017-ci il tarixli ********** saylı çıxarışa əsasən rəsmiləşdirilmişdir. Qusar rayon Çiləgir kəndində onun çəpər qonşusu iş üzrə Cavabdeh1dur. Cavabdeh1 da həmin ərazidə 0.06 ha torpaq sahəsi vardır. Mülkiyyətində olan 0.06 ha torpaq sahəsindən 0.04 ha torpaq sahəsi qonşusu Cavabdeh1 tərəfindən hasara alınmaqla özbaşına tutularaq (zəbt edərək) qanunsuz istifadə edilir. Dəfələrlə Cavabdeh1 müraciət edərək həmin torpaq sahəsinin buraxılmasını tələb etsə də, Cavabdeh1 ona məxsus torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh1 özünə məxsus torpaq sahəsini Bakı şəhər sakini Cavabdeh2 Sumqayıt ASAN xidmət vasitəsi ilə alqı-satqı etmişdir. Hazırda onun torpaq sahəsinin 0.04 ha hissəsini məhz Cavabdeh2 istifadə edir. Həmin şəxs də, həmin torpaq sahəsini Cavabdeh1 alqı-satqı yolu ilə aldığını bildirərək torpaq sahəsini buraxmaqdan imtina edir. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Cavabdehlər ona məxsus həmin torpaq sahəsinə dair onun qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir. Bunun nəticəsi olaraq o, həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də, hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, cavabdehlər ona məxsus 0.04 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi onların qanunsuz sahibliyindən onun qanuni sahibliyinə qaytarılmalıdır. Qusar Rayon Məhkəməsinin 2(029)-54/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin şimal-qərb istiqamətindən və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 adında olan və həmin şəxs tərəfindən Cavabdeh2 satılmaqla sonuncunun faktiki istifadə etdiyi 561 kv.metr torpaq sahəsinin cənub-şərq istiqamətindən 257 kv.metr hissəsindən ("xxxx" MMC-nin tərtib etdiyi sxemə uyğun olaraq) Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, həmin torpaq sahəsinin İddiaçı qaytarılması, iş üzrə 50 manat təşkil edən məhkəmə xərclərinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE**********0002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu 210005, VÖEN **********, Müxbir hesabAZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Adil Vəliyev). Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli C-89 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə torpaqşünaslıq ekspertizasının 04 may 2022-ci il tarixli 10/133 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin şimal-qərb istiqamətindən və xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 adında olan və həmin şəxs tərəfindən Cavabdeh2 satılmaqla sonuncunun faktiki istifadə etdiyi 561 kv.metr torpaq sahəsinin cənub-şərq istiqamətindən 257 kv.metr torpaq sahəsi iddiaçının iradəsinə zidd olaraq istifadə edilir və bununla da, həmin şəxslər iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşlar. Cavabdeh2 hazıradək Cavabdeh1 satın aldığı torpaq sahəsinə dair öz adına müvafiq Çıxarış əldə etməmişdir. Cavabdeh1 məxsus və sonradan həmin şəxs tərəfindən Cavabdeh2 satılmış 0.06 ha torpaq sahəsinin mülkiyyət sənədi üzrə hər hansı hissəsi iddiaçının torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, xx.xx.2017-ci il tarixli ********** qeydiyyat, **********94 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus olan Qusar rayonu Çiləgir kəndində yerləşən 0.06 hektar torpaq sahəsinin şimalqərb istiqamətindən və xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh1 adında olan və həmin şəxs tərəfindən Cavabdeh2 satılmaqla sonuncunun faktiki istifadə etdiyi 561 kv.metr torpaq sahəsinin cənub-şərq istiqamətindən 257 kv.metr hissəsindən ("xxxx" MMC-nin tərtib etdiyi sxemə uyğun olaraq) Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı qaytarılmalıdır. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 180-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişdir. Qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tamamilə rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, 2017-ci ildə Quba rayonu, Çiləgir kəndində Cavabdeh1 özünə məxsus 0.06 ha torpaq sahəsini 13 sentyabr 2017-ci il tarixində Sumqayıt “ASAN” xidmət mərkəzində müvafiq qaydada tərtib edilmiş Daşınmaz Əmlakın alğısatqı müqaviləsinə (AN-İ № 0643580) Cavabdeh2 satmışdır. Cavabdeh2 Qusar Rayon İcra Hakimiyyətinə 12 oktyabr 2017-ci il tarixli ərizə, çıxarışı, torpaq sahəsinin plan və ölçüsünü təqdim edərək Çiləgir kəndində ona məxsus olan həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə almaq üçün müraciət etmiş, 08 noyabr 2017-ci il tarixdə eskiz layihə Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsində yoxlanılaraq razılaşdırılmış və tikinti aparmağa icazə verilmişdir. Cavabdeh tikinti işlərini qanuni yolla 0.06 ha torpaq sahəsində kənara çıxmadan və kimsənin ərazisini zəbt etmədən aparmışdır. Artıq tikinti bitmiş, ərazi abadlaşdırılmış, ev tamamlanmış, elektrik və qazla təmin edilmişdir. Keçən müddət ərzində İddiaçı aparılan tikintiabadlaşdırma işlərinə bir dəfə də olsun yazılı və şifahi etirazını bildirməmişdir. Ərazidə tikinti işləri aparıldığı müddətdə Azərişıq, Azəriqaz, sahə müvəkkili, bələdiyyə işçiləri, icra nümayəndəsi, yerli icra hakimiyyəti orqanı da tikintiyə irad və etirazını bildirməmişdir. Belə olan halda Cavabdeh2 tikdiyi evdən və özünə məxsus torpaqdan çıxarılması qanunsuz və əsassızdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsini səhv təfsir edərək yanlış nəticəyə gəlmişdir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırda Cavabdeh2 çıxarışı olmasa da, çıxarışın verilməsi üçün əsas olan rəsmi şəkildə notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi var. Yəni, Cavabdeh2 həm qanuni sahib, həm də potensial mülkiyyətçidir. Cavabdeh1 da məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, o həmin ərazini “necə deyərlər” ovcunun içi kimi bilir. O, 0.06 ha torpaq sahəsinin başlanğıc nöqtəsini digər cavabdeh Vaqif Məhərromva düzgün göstərmişdir. Başlanğıc nöqtə 2 qat mişar daşı ilə hörülmüş divardan başlayır. Bunu elə orada yaşayan yerli əhali də təsdiq edə bilər. Məhkəmə cavabdehləri qanunsuz sahib kimi tanıyaraq iddianı təmin etmişdir. Əslində isə cavabdehlərdən Cavabdeh2 alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi mülkiyyətin sərhədləri daxilində və tam qanuni olaraq tikinti işləri aparmışdır. Mülki Məcəllənin 329.4-cu maddəsinə əsasən “susmaq” bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. İddiaçı iddia edir ki, cavabdehlər onun torpağını guya zəbt etmişlər. Lakin zəbt etmişlərsə belə qarşı tərəf 5 il ərzində susmuşdur və cavabdehlərin həmin ərazidə tikinti işləri aparmasına göz yummuşdur. Mülki Məcəllənin 658.4-cü maddəsinə əsasən əgər əşya sınama və ya gözdən keçirmə üçün artıq alıcıya verilmişdirsə, onun susması razılıq kimi qiymətləndirilir. Birbaşa hazırki işə tətbiq oluna bilməsə də analoji normalardan görünür ki, qarşı tərəfin bilə-bilə qəsdən ağlabatan müddət ərzində susması artıq onun razılığı, iradə ifadəsi kimi qiymətləndirilir. Hətta Cavabdeh2 Qusar Rayon Məhkəməsinə yazdığı xx.xx.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, “torpağı aldığım vaxtdan 5 il ərzində tikiti-abadlaşdırma işləri zamanı görən harada olub. Nə üçün o vaxtlar gəlməyib. Nəyi gözləyirmiş. Evi tikib qurtarmağımı. Fərz edilsə sə, cavabdehlərdən Cavabdeh1 Cavabdeh2 aldadaraq ona başqasına məxsus səhv yeri göstərmişdir. Qanunvericiliyə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. İş materiallarından görünür ki, vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmuşdur. İş materiallarından görünür ki, cavabdehlərin sahibliyi iddiaçının iddia etdiyi məhrumetmədən düz 5 il əvvəl əldə edilmişdir. İddia müddəti, hətta qəsd vətəqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq biril təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehin apardığı tikinti barəsində uzun müddət susmuş və torpağının zəbt olunmasının ona məlum olmasından dərhal sonra tikintinin dayandırılmasını və torpağın boşaldılmasını tələb etməmişdir. Belə olan halda o bilə-bilə Cavabdeh2 maddi ziyan vurma niyyəti güdmüş olurdu. Belə ki, o əgər bu torpağın ona məxsus olduğunu bilirdisə heç olmasa bir dəfə bu barədə 5 il ərzində cavabdehlərə xəbərdarlıq etməli idi. Tikinti bitəndən, ərazi abadlaşdırılandan, ev tamamlanandan, elektrik və qazla təmin olunandan sonra belə bir iddianın qaldırılması hüquqdan suiistifadədir və qarşı tərəfi bilə-bilə ağır vəziyyətə salmaqdır. Ancaq yenə də qeyd edilir ki, cavabdehlər heç kimin torpağını zəbt etməmiş və özlərinə məxsus ərazidə tikinti işləri aparmışlar. Bütün bu qeyd olunan hallara Qusar Rayon Məhkəməsi hüquqi qiymət verməmiş, tətbiq olunan hüquq normalarını səhv təfsir və tətbiq etmiş, tətbiq edilməli olan normaları isə tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2- ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi i lə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsicimüddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə verməsələr belə Qusar Rayon Məhkəməsi iddiaçınınuzun müddət tikintiyə göz yumaraq hərəkətsiz qalmasını əsas gətirərək iddianı rədd etməli idi. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Cavadehlər tərəfindən tikinti 2018-ci ildə tam olaraq bitmişdir. Ola bilməz ki, 4-5 il ərzində iddiaçının bu olanlardan bir dəfə də olsun xəbəri olmamışdır. İş materiallarınaİddiaçı özünün şəxsən əlavə etdiyi fotoşəkillərdən görünür ki, o vaxtaşırı gizli surətdə Cavabdeh2 tikinti apararkən gəlib şəkillərini çəkərək getmişdir. Yəni, İddiaçı tikinti aparılan vaxt bütün olanlardan xəbəri olmuş və buna baxmayaraq susmuşdur. Apellyasiya şikayətinə əlavə olunan Azərbaycan Respublikası QusarRayon İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2017-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Qusar Rayon İcra Hakimiyyətinə ünvanladığı 12 oktyabr 2017-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, rayonun Çiləgir kəndində Sizə məxsus olan həyətyanı torpaq sahəsində layihə üzrə fərdi yaşayış evinin tikintisi üçün məlumatlandırma icraatı çərçivəsində Rayon İcra Hakimiyyətinə təqdim etdiyiniz fərdi yaşayış evinin eskiz layihəsi Qusar Rayon İcra Hakimiyyəti vaşçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən razılaşdırılmışdır. İddia ərizəsinə əlavə olunan ünvan 1ində tikiləcək fərdi yaşayış evinin eskiz layihədəki möhürdən görünür ki, Qusar RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsi tərəfindən razılaşdırılmışdır. İddia ərizəsinə əlavə olunan AN – İ № ******* saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 15.000 manat müqabilində ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.06 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən edilmiş texniki yanlışlığa görə Cavabdeh2 öz qanuni mülkiyyətindən məhrum olunmaq təhlükəsi altındadır. Buna görə də 5 saylı Ərazi İdarəsinin qanunsuz hərəkətlərindən Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1ci maddəsində öz əksini tapmışdır. AN № 176912 saylı, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli, 176997 saylı torpaq sahəsinin planı və ölçüsündəki koordinatlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən yanlışlıqla səhv göstərilmişdir. Yəni, AN № 176912 saylı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə xx.xx.2017-ci il tarixli, AN № 176997 saylı torpaq sahəsinin planı və ölçüsündəki koordinatlar, xx.xx.2017-ci il tarixli, AN № 176997 saylı torpaq sahəsinin planı və ölçüsündə isə AN № 176912 saylı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlar yanlışlıqla yerləri dəyişik şəkildə əks olunmuşdur. Qısaca desək yan yana yerləşən iki torpağın plan və ölçü xəritələrinin koordinatları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən yanlışlıqla qarışdırılmış və texniki səhvə yol verilmişdir. Belə ki, ünvan 1ində yerləşən № AA 008909 saylı torpaq sahəsinin xx.xx.2008-ci il tarixli çıxarışı, dövlət aktı şəhadətnaməsi və xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın DövlətReyestri Xidməti tərəfindən verilmiş 0.12 ha torpaq sahəsinin ilkin bölgü planına əsasən ( müraciətimizə əlavə edirik) sağ tərəfdə yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh1 (hazırda koordinatlara əsasən İddiaçıməxsus olan), sol tərəfdə yerləşən 0.06 ha torpaq sahəsi isə İddiaçı ( hazırda Cavabdeh1 məxsus olan) verilmişdir. Yəni, anlaşılan dildə desək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindənCavabdeh1 məxsus torpağın koordinat və ölçüləri İddiaçı, AğazərCəfərova məxsus torpağın koordinat və ölçüləri isə yanlışlıqla Cavabdeh1 yazılmışdır. Yəni, hazırda cavabdehlər öz torpağındadır və heç kimin torpağına daxil olmamışlar. Sadəcə koordinatlar dövlət orqanı tərəfindən səhv yazılmışdır. Tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həlletmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Cavabdehlər Qusar Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadı ilə keçirilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının rəyi ilə də qətiyyən razı deyil. Belə ki, onlar hesab edir ki, həmin rəy qanunsuz və əsassız olduğundan sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi Qusar Rayon Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməmişdir. Hazırki iş üzrə verilən ekspert rəyi əsassız olduğu üçün yenidən təkrar ekspertiza təyin olunmalı, ekspertizanın aparılması başqa ekspertlərə tapşırılmalı və müəyyən olunmalıdır ki, onlar iddiaçının torpağını zəbt etməmişlər. Onlar nə məhkəmə iclasında, nə də əyani şəkildə ekspertizanın keçirilməsində iştirak etməmişlər. Cavabdehlərdən Cavabdeh2 yalnız son məhkəmə iclasına çağırılmış və beləcə də tərəflərin çəkişməsi prinsipi və ədalətli araşdırma hüququ pozulmuşdur. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. İş materiallarından görünür ki, Qusar Rayon Məhkəməsi tərəfindən cavabdehlərə öz müdafiəsini təşkil etmək. sübutlarını təqdim etmək, ekspertizada iştirak etmək imkanları yaradılmamış və tərəflərin çəkişməsi prinsipi pozulmuşdur. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçının mövqeyi qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilmiş və əsassız olaraq cavabdehlərin ziyanına qətnamə qəbul edilmişdir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə iclasında iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahat verərək, izahatında zəbt edilmiş torpaq sahəsinin bütövlükdə ona qaytarılmasını istədiyini, evin yerləşmədiyi qalan hissənin ona qaytarılmasına razı olmadığını qeyd edərək, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahat verərək, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İş üzrə digər cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edərək, izahat verərək, öz izahatında hazırki iş üzrə cavabdeh olmalı olmadığını, hansı səbəbdən cavabdeh olduğunu bilmədiyini qeyd edərək, apellyasiya şikayətinin təmin edilməsini, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti müvafiq məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayətləri təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, iddia təmin edilməməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sözügedən torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olması, cavabdehlər tərəfindən torpaq sahəsinin 0.04 ha hissəsinin zəbt edilməsi halına itsinad edərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı və Cavabdeh2 məxsus olan torpaq sahələri qonşu torpaq sahələridir. İddiaçının adına sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, onun adına mülkiyyət hüququnu təsdiq edən sənəd tərtib edilmişdir. Nəticə etibarilə iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olduğu öz təsdiqini tapır. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin əsaslılığı ilə bağlı Cavabdeh1 aid hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 0,06 ha torpaq sahəsini notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqavləsi əsasında Cavabdeh1 satın almışdır. Lakin həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeydiyyata xitam verilməmiş, nəticə etibarilə Cavabdeh2 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İşin mübahisəsiz hallarından görünür ki, indiki halda mübahisələndirilən torpaq sahəsinə qonşu olan torpaq sahəsinin qanuni sahibi və istifadəçisi, habelə faktiki istifadəçisi məhz cavabdeh X5r. Eyni zamanda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar (torpaq sahəsinin zəbt edilməsi və s.) məhz Cavabdeh2 ilə bağlı olmuşdur. Digər Cavabdeh1 iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin faktiki istifadəçisi olmamışdır. İndiki halda iddiaçı Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da qarşı iddia tələbini irəli sürməsini, məhz əmlaka dair aparılmış dövlət qeydiyyatının Cavabdeh1 adında olması ilə əsaslandırmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, hazırki halda iddiaçının mübahisələndirdiyi torpaq sahəsi faktiki olaraq Cavabdeh2 istifadəsində olduğundan, iddia tələbində istinad edilən hallar Cavabdeh1 aid olmadığından, sonuncu adıçəkilən şəxs hazırki iddia tələbi üzrə cavab verməli olan şəxs deyildir. Başqa sözlə desək, Cavabdeh1 hazırki iddia tələbi üzrə cavab verməli olmayan şəxs olduğundan, yalnız formal əsasa (onun adına aparılmış qeydiyyatın mövcud olması əsasına) istinad edilməklə, ona qarşı iddia tələbinin irəli sürülməsi yolverilməzdir. Bu baxımından kollegiya hesab edir ki, iddia tələbi qeyd edilən cavabdehə qarşı olan hissədə əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, kollegiya iddia tələbinin Cavabdeh2 aid hissədə əsaslı olub-olmaması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin 257 kv.m hissəsi zəbt edilmiş və Cavabdeh2 tərəfindən tikintialtı sahəsi 104,5 kv.m. olan iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir ki, həmin fərdi yaşayış evinin 87,7 kv.m. hissəsi iddiaçıya məxsus olan torpaq sahəsinin daxilində, 16,8 kv.m. hissəsi isə qeydiyyat reyestr nömrəsi əsasında Cavabdeh1 (satın aldığı şəxsə) məxsus olan torpaq sahəsinin daxilində yerləşir. Həmçinin, işin mübahisəsiz hallarından görünür ki, qeyd edilən cavabdeh həmin torpaq sahəsində 2018-ci il tarixdə fərdi yaşayış evini inşa etdirmişdir. İndiki halda isə iddiaçının iddia tələbi yalnız zəbt edilmiş torpaq sahəsinin ona geri qaytarılması ilə bağlı olmuşdur. İddiaçı tərəfindən isə qeyd edilən iddia tələbi ilə məhkəməyə 2021-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi iddiaçı hazırki məhkəmə icraatı çərçivəsində mübahisələndirdiyi torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi barədə hər hansı tələb irəli sürmədən, yalnız zəbt edilmiş torpaq sahəsinin ona geri qaytarılması barədə tələb irəli sürmüşdür. Yuxarıda qeyd olunduğu kimi zəbt edilmiş torpaq sahəsinin 87,7 kv.m. hissəsində isə cavabdeh tərəfindən fərdi yaşayış evi inşa edilmişdir ki, həmin torpaq sahəsinin isə evin söküntüsü olmadan iddiaçının sahibliyinə geri qaytarılması mümkün deyildir. Məhkəmə icraatı zamanı iddiaçı tərəfə evin yerləşdiyi ərazi istisna olmaqla, qalan zəbt edilmiş (257 kv.m-87,7 kv.m.=169,3 kv.m.) hissəsinin mövcud yerləşmə vəziyyətində ona qaytarılmasına dair münasibəti dəqiqləşdirilmiş, iddiaçı zəbt edilmiş torpaq sahəsinin tam olaraq ona geri qaytarılmasını istədiyini və yerə qalan formada mövcud olan torpaq sahəsinin ona qaytarılmasına etiraz etdiyini bildirmişdir. İddiaçı isə etirazını onunla əsaslandırmışdır ki, həmin formada olan torpaq sahəsi hətta ona qaytarılsa belə, bu hal ona torpaq sahəsindən təyinatına uyğun istifadə etməsinə maneçilik törədəcəkdir, bu səbəbdən də torpaq sahəsinin bütöv şəkildə ona qaytarılmasını istədiyini qeyd etmişdir. Hərçənd ki, cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında qarajlar da inşa edimişdir ki, həmin qarajlara giriş-çıxış üçün qalıq 169,3 kv.m torpaq sahəsinin müəyyən hissəsindən istifadə edilməsi də zəruri olmuşdur. İddiaçı isə torpaq sahəsinin tam olaraq ona geri qaytarılmasını tələb etdiyindən, qeyd edilən halın araşdırılmasına zərurət olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsində fərdi yaşayış evinin tikilməsini müəyyən etmədən, evin yerləşdiyi ərazi istisna olmaqla, qalan zəbt edilmiş hissəsinin mövcud yerləşmə vəziyyətində qaytarılmasına dair iddiaçının münasibətini öyrənmədən cavabehi 257 kv.metr hissəsindən çıxarmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsin mütəxəssisinin və tərəflərin iştirakı ilə yerində baxış keçirilməklə və mütəxəssisin rəyinə əlavə edilmiş ortofotodan mövcud vəziyyədə dair çıxarışla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 məxsus torpaq sahələri qonşu torpaq sahələri olmaqla, mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sökülmədən, torpaq sahələrinin dəyişmə müqaviləsi əsasında mübahisəni həll etmək mümkündür. Buna görə də tərəflərə qeyd edilən formada barışıq sazişinin bağlanması məhkəmə kollegiyası tərəfindən təklif edilmiş, tərəflər məhkəmənin qeyd edilən barışıq təklifi ilə razı olduqlarını, buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etsələr də sonda anlaşılmaz səbəbdən mübahisəni barışıq yolu ilə həll etməmişlər. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən zəbt edilmiş 257 kv.m torpaq sahəsinin tam olaraq ona geri qaytarılmasını istədiyi təqdirdə, mübahisəli torpaq sahəsində yerləşən evin sökülməsi tələbini irəli sürməklə yanaşı, yeni əsas qismində cavabdehin torpaq sahəsindən çıxarılması tələbini irəli sürmək hüququna malikdir. Hazırkı icraat çərçivəsində isə iddiaçının mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinin inşası ilə bağlı sökülmə tələbi olmadığından mübahisəyə Mülki Məcəllənin 560.1-ci maddəsinində müəyyən edilmiş hüquqdan suiistifadənin yolverilməzliyi barədə müddəalar əsasında qiymət verilməsi də əsassız hesab edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə qətnaməsi ləğv edilərək, iddia təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 11,40 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50,40 manat iddiaçıya aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-54/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 11,40 (on bir manat 40 qəpik) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50,40 (əlli manat 40 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-10/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-10/2025
14.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver