Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-100/2021 16.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı4, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Yunus oğluna qarşı mülkiyyətə törədilən maneələrin aradan qaldırılması, torpaq sahələrinə gediş-gəliş yolunun bərpa edilməsi tələbinə dair ilk, Cavabdeh Yunus oğlunun İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı sahibkarlıq fəaliyyətinə törədilən maneələrin aradan qaldırılması, zəbt olunmuş torpaq sahələrinin azad olunması və qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-100/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh Yunus oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-100/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, iddiaçılar İddiaçı2 mülkiyyətində olan 0,27 ha, İddiaçı3 Sabir oğlunun mülkiyyətində olan 0,27 ha və İddiaçı4 mülkiyyətində olan 0,27 ha torpaq-sahələrinə gediş-gəliş yolunun bərpa edilməsi, Cavabdeh Yunus oğlu tərəfindən həmin torpaq sahəsinə olan gediş-gəliş yolunun hasarlanaraq istifadə olunan hissəsi, yəni yolun şimal-qərb hissəsindən 2.80 m, cənub-qərb tərəfdən isə 2.11 metr mişar daşı ilə hasarlanaraq istifadə olunan hissəsinin bərpa edilməsi, yolun hərəkət hissəsindəki hasar, günlük və dəmir konstruksiyadan ibarət talvarın sökülməsi, qarşılıqlı iddia tələbinin təmin olunmaması, məhkəmə xərci 91,80 manat məbləğində pulun Cavabdeh Yunus oğlundan alınaraq Kapital bankın 1 saylı Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC AZ23AİİB********************, VOEN ********** nömrəli hesaba keçirilməsi qət edilmişdir. (hakim A.Sadıqov) Qətnamədən ilk iddia üzrə Cavabdeh Yunus oğlu apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-100/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmədə iddia qaldıraraq, Cavabdeh Yunus oğlu tərəfindən törədilən maneələrin aradan qaldırılması, onlara məxsus torpaq sahələrinə gediş-gəliş yolunun bərpa edilməsi və gələcəkdə bu yolun bağlanmasını cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddianı onunla əsaslandırmışlar ki, Xaçmaz rayonu, Armudpadar kəndi ərazisində onların mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Süleyman Şahverdiyevin JN 7058 kodlu, 30209048 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 0,27 ha, İddiaçı2 MH seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən 0,27 ha, İddiaçı3 torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,27 ha, İddiaçı4 MH seriyalı ******* nömrəli reyestrdən çıxarışa əsasən 0,27 ha torpaq sahəsi mülkiyyətlərindədir. Onların torpaq sahələrinin yerləşdiyi ərazidə cavabdehin də mülkiyyətində torpaq sahəsi yerləşir. İki aya yaxındır ki, cavabdeh onların torpaq sahələrinin yanından keçən gediş-gəliş yolunu bağlamışdır. Həmin yolun içində yanları şiferdən olmaqla tikili tikmişdir. Nəticədə onlar mülkiyyətlərində olan torpaq sahələrinə kənd təsərrüfatı texnikası sürə bilmirlər. Buna görə də torpaq sahələrindən təyinatı üzrə istifadə edə bilmirlər. Dəfələrlə cavabdehdən xahiş etmişlər ki, torpaq sahələrinə gedən gediş-gəliş yolunu bərpa etsin. Lakin o, müxtəlif bəhanələrlə bundan yayınır, əvəllər gediş-gəliş yolu olan ərazini adına olan sənədə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsinə aid olduğunu bildirir. Onların hər birinin adına olan sənədlərdə həmin yol nəzərdə tutulmuşdur. Belə olan halda cavabdehin adına olan sənəddə həmin gedişgəliş yolunun onun mülkiyyətinə verilmiş torpaq sahəsinə aid edilməsi mümkünsüzdür. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Cavabdeh Yunus oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2, İddiaçı3 və İddiaçı4 onun sahibkarlıq fəaliyyətəinə maneələr törətmələrinin qadağan olunması, onların zəbt etdikləri torpaq sahələrinin azad olunması və onların pay torpaqlarında qanunsuz olaraq tikdikləri tikililərin onların hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlərin onun torpaq sahəsi ilə qonşuluqda pay torpaqları vardır. Uzun müddət onlar torpaq sahələrindən heç bir problem olmadan istifadə etmişlər. Lakin sonradan cavabdehlər pay torpaqlarında qanunsuz olaraq müxtəlif təyinatlı tikintilər tikmişlər. Tikinti işlərini apararkən mülkiyyətlərində olan torpaq sahələrindən artıq torpaq sahələrini zəbt etmişlər. İddiaçı3 ümumiyyətlə pay torpağında restoran tikmiş və mülkiyyətindəki torpaq sahəsindən də artıq torpaq sahəsini zəbt edərək göstərilən şəxslərin əvvəldən istifadə etdikləri gedişgəliş yolunu zəbt etmişdir. Hazırda ilk iddianı qaldıran şəxslər onu mülkiyyətindəki torpaq sahəsində sahibkarlıq fəaliyyətinə maneələr yaradırlar. Cavabdehlərin kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş pay torpağı sahələrində müxtəlif tikililər tikmələri də qanunsuzdur və həmin tikililər onların öz hesablarına sökülməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Yunus oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Qətnamədə qeyd edilən guya onun zəbt etdiyi torpaq sahəsi reyestrdən çıxarışa əsasən ona məxsusdur və o, burada əmlakın təyinatına uyğun sahibkarlıq fəaliyyətilə məşğul olur. Qarşı tərəf isə gediş-gəliş yolunu zəbt edərək onun sahibkarlıq fəaliyyətinə maneçilik törədirlər, onlar özlərinə məxsus torpaq sahələrində kənd təsərrüfatına aid olmayan tikililər inşa edərək torpaq sahəni təyinatına uyğun istifadə etmirlər. Məhkəmə mübahisə üzrə nəticəyə gələrkən mütəxəssis rəyinə istinad etmişdir, lakin bu rəy əsassızdır və mötəbər sənəd sayılmır, çünki mütəxəssis tərəfindən mübahisəli əraziyə baxış onun iştirakı olmadan keçirilmişdir. Digər tərəfdən o, məhkəmə iclasında mübahisənin daha dəqiq araşdırılması üçün iş üzrə ekspertizanın keçirilməsini xahiş etsə də, vəsatəti təmin olunmamışdır. Gediş-gəliş yolunun zəbt edilməsini müəyyənləşdirmək xüsusi bilik tələb edir və bu faktı yalnız ekspert müəyyən edə bilər. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən, qətnamə ləğv edilməli, ilk iddia rədd olunmalı, qarşılıqlı iddia isə təmin edilməlidir. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Yunus oğlunun vəkili və nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı4, həmçinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 nümayəndəsi və vəkili X4 apelyasiya şikayətinə etiraz edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Onlar əlavə etdilər ki, sonuncu ekspert rəyi onları tam qane etməsə də həmin rəy ilə razıdırlar və mübahisə bu rəyə uyğun həll olunmalıdır. Cavabdeh 14.07.2021-ci il tarixdə teleqramla məhkəmə kollegiyasına müraciət edərək vəkilinin məhkəmə iclasına gələ bilməməsi əsası ilə işin təxirə salınmasını xahiş etmiş, sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı ilk iddia üzrə İddiaçı1 iddiadan imtinası nəzərə alınaraq ona aid hissədə işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Armudpadar kəndinə yeləşən 0,15 ha torpaq sahəsi Cavabdeh Yunus oğluna məxsusdur. Onun adına torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Yenə iş materiallarında olan MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışadan görünür ki, Xaçmaz rayonu, Armudpadar kəndinə yeləşən 0,27 ha torpaq sahəsi İddiaçı2 mülkiyyətindədir. Yenə də iş materiallarında olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və reyestr nömrəsi **********71 olan torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Xaçmaz rayonu, Armudpadar kəndinə yeləşən 0,27 ha torpaq sahəsi İddiaçı3 məxsusdur. İşdə olan MH seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Armudpadar kəndinə yeləşən 0,27 ha torpaq sahəsi İddiaçı4 məxsusdur. Onun adına reyestr nömrəsi **********14 olan torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Yenə işdə olan torpağa mülkiyyət hüququna dair JN 7058 kodlu, 30209048 saylı dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon AİK-nın 30 dekabr 1996-cı il tarixli, 12 nömrəli qərarına əsasən İddiaçı1 mülkiyyətinə Xaçmaz rayonu, Armudpadar kəndinə 0,27 ha torpaq sahəsi verilmişdir. Yenə də işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.02.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, JN 7058 kodlu, 30209048 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı1 mülkiyyətində olan 0,27 ha, İddiaçı2 mülkiyyətində olan 0,27 ha, İddiaçı3 mülkiyyətində olan 0,27 ha və İddiaçı4 mülkiyyətində olan 0,27 ha torpaq sahələrinə gediş-gəliş yolu Cavabdeh Yunus oğlu tərəfindən şimal-qərb hissədən 2.80 metr, cənub-qərb tərəfdən isə 2.11 metr mişar daşı ilə hasarlanaraq istifadə olunur və yolun istifadə olunan hissədə günlük və dəmir konstruksiyadan ibarət talvar quraşdırılmışdır. İşə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14 yanvar 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, DƏDRX tərəfindən Cavabdeh Yunus oğluna verilmiş **********92 reyestr nömrəli çıxarışa və onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsünə əsasən Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən 0,15 ha torpaq sahəsi naturada mövcuddur. Lakin Cavabdeh Yunus oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi ilə müqayisədə ona DƏDRX tərəfindən verilmiş **********92 reyestr nömrəli çıxarışa və onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsünə əsasən 0,15 ha torpaq sahəsinin koordinatlarında şimal tərəfdən 1,14 metr, şərq tərəfdən isə 0,60 metr sürüşmə vardır. İddiaçı3 faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə ona DƏDRX tərəfindən verilmiş **********71 reyster nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən 0,27 ha torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq vardır (qərb tərəfə 160 metr). İddiaçı4 faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə ona DƏDRX tərəfindən verilmiş **********14 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən 0,27 ha torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq vardır (qərb tərəfə 77 metr). DƏDRX tərəfindən İddiaçı2 verilmiş MH seriyalı **********56 saylı çıxarışa əsasən 0,27 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü adlı sənəd hazırlanmadığından onun faktiki istifadə etdiyi torpaq sahəsinin coğrafi koordinatları daxilində yerləşib-yeriəşməsini müəyyən etmək mümkün olmamışdır (sxem tərtib edilib). Vahid elektron baza məlumatlarında olan yerquruluşu xəritələrinə və DƏDRX tərəfindən Cavabdeh Yunus oğluna verilmiş **********92 reyestr nömrəli çıxarışa əsasən nəzərdə tutulmuş gedişgəliş yolunun şimal-qərb hissədən 2,80 metr, cənub-qərb tərəfdən 2,11 metr hissəsi Cavabdeh Yunus oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Həmin xəritəyə əsasən iddiaçıların iddia etdikləri gediş-gəliş yolunun cənub qərb tərəfdən 1,20 metr, qərb tərəfdən 0,80 metr hissəsi İddiaçı2 faktiki istifadə etdiyi torpaq sahəsi ilə, həmin gediş-gəliş yolunun cənub tərəfdən 0,78 metr, şimal-qərb tərəfdən isə 0,22 metr hissəsi İddiaçı3 faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür (sxem tərtib edilib). Vahid elektron baza məlumatlarında olan yerquruluşu xəritələrinə və DƏDRX tərəfindən Cavabdeh Yunus oğluna verilmiş **********92 reyestr nömrəli çıxarışa əsasən nəzərdə tutulmuş gediş-gəliş yolunun şimal-qərb hissədən 2,80 metr, cənub-qərb tərəfdən 2,11 metr hissəsi Cavabdeh Yunus oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Gediş-gəliş yolunun istifadə olunan hissəsi mişar daşı ilə hasarlanmışdır və həmin hissədə günlük və dəmir konstruksiyadan ibarət talvar quraşdırılmışdır (sxem tərtib edilib). Cavabdeh Yunus oğlunun mülkiyyətində olan torpaq sahəsi İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən istifadə edilmir (sxem tərtib edilib). DƏDRX tərəfindən Cavabdeh Yunus oğluna verilmiş **********92 reyestr nömrəli çıxarışa və onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsünə əsasən Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən 0,15 ha torpaq sahəsinin şimal hissəsindən 1,14 metr, şərq istiqamətindən 0,60 metr (33 kv.metr) hissəsi kənar istifadəçi tərəfindən istifadə edilir. İş üzrə keçirilmiş 05 may 2021-ci il tarixli, 10/649 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14 yanvar 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən DƏDRX tərəfindən Cavabdeh Yunus oğluna verilmiş **********92 reyestr nömrəli çıxarışa və onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsünə əsasən Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən 0,15 ha torpaq sahəsi naturada mövcuddur. Lakin Cavabdeh Yunus oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi ilə müqayisədə ona DƏDRX tərəfindən verilmiş **********92 reyestr nömrəli çıxarışa və onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsünə əsasən 0,15 ha torpaq sahəsinin koordinatlarında şimal tərəfdən 1,14 metr, şərq tərəfdən isə 0,60 metr sürüşmə vardır. İddiaçı3 faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə ona DƏDRX tərəfindən verilmiş **********71 reyster nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən 0,27 ha torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq vardır (qərb tərəfə 160 metr). İddiaçı4 faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə ona DƏDRX tərəfindən verilmiş **********14 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünə əsasən 0,27 ha torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq vardır (qərb tərəfə 77 metr). DƏDRX tərəfindən İddiaçı2 verilmiş MH seriyalı **********56 saylı çıxarışa əsasən 0,27 ha torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü adlı sənəd hazırlanmadığından onun faktiki istifadə etdiyi torpaq sahəsinin coğrafi koordinatları daxilində yerləşib-yeriəşməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14 yanvar 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən, elektron baza məlumatlarında olan yerquruluşu xəritələrinə əsasən iddiaçıların iddia etdikləri sahə yol kimi nəzərdə tutulmuşdur. Cavabdeh Yunus oğluna verilmiş **********92 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin eni şimal-qərb tərəfdən 38,09 metr, cənub-şərq tərəfdən isə 41,32 metr olmasına baxmayaraq faktiki vəziyyətdə torpaq sahəsinin eni şimal-qərb tərəfdən 39,75 metr yəni sənəddə göstəriləndən 1,66 metr (39,75-38,09) artıq, cənub-şərq tərəfdən eni 42,80 metr yəni sənəddə göstəriləndən 1,48 metr (42,80-41,32) artıqdır. Baza məlumatlarında olan yerquruluşu xəritələrinədə Cavabdeh Yunus oğlunun mülkiyyətində olan torpaq sahəsinin cənub-qərb sərhəddi boyu yol keçməsini nəzərə alaraq, Cavabdeh Yunus oğlunun istifadəsində olan şimal-qərb tərəfdən 1,66 metr, cənub-şərq tərəfdən eni 1,48 metr artıq torpaq sahəsi baza məlumatlarında yol kimi nəzərdə tutulmuş sahəyə (İddiaçı2 məxsus 0,27 ha, İddiaçı3 məxsus 0,27 ha, İddiaçı4 məxsus 0,27 ha torpaq sahələrinə gediş-gəliş yolu) düşür və həmin hissədə Cavabdeh Yunus oğluna məxsus hasar və talvar tikilisi inşa edilmişdir. Mütəxəssis rəyinə əsasən Cavabdeh Yunus oğlunun mülkiyyətində olan torpaq sahəsi İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən istifadə edilmir. Eyni zamanda baxış zamanı müəyyən olundu ki, İddiaçı2 faktiki istifadəsində olan 0,27 ha torpaq sahəsi, İddiaçı3 faktiki istifadəsində olan 0,27 ha torpaq sahəsi və İddiaçı4 faktiki istifadəsində olan 0,27 ha torpaq sahəsi ilə Cavabdeh Yunus oğlunun mülkiyyətində olan torpaq sahəsi qonşuluq sərhəddində yerləşmir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-100/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ekspert rəyinə uyğun dəyişdirilməlidir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iş üzrə tərəflər bir-birini qanunsuz torpaq sahəsi zəbt etməkdə və fəaliyyətlərinə mane olmaqda günahlandırır. İlk iddia üzrə iddiaçılar iddia edir ki, ilk iddia üzrə cavabdeh onların torpaq sahəsinə gedən yolu bağlamış, mülkiyyətlərində olan torpaq sahələrində normal faəliyyətlərinə mane olur. Eləcə də ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı iddia edir ki, qarşılqlı iddia üzrə cavabdehlər onun sahibkarlıq fəaliyyətinə mane olur, özbaşına qanunsuz tikinti işləri aparmışlar. Mübahisənin obyektiv həlli üçün bir neçə dəfə məhkəmə ekspertizası təyin edilmiş və sonuncu ekspert rəyi ilə müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçıların iddia etdikləri sahə baza məlumatlarında olan ərazinin yer quruluşu xəritələrində yol kimi nəzərdə tutulmuşdur. Cavabdeh Yunus oğluna verilmiş **********92 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin eni şimal-qərb tərəfdən 38,09 metr, cənub-şərq tərəfdən isə 41,32 metr olmasına baxmayaraq, faktiki vəziyyətdə torpaq sahəsinin eni şimal-qərb tərəfdən 39,75 metr, yəni sənəddə göstəriləndən 1,66 metr (39,75-38,09) artıq, cənub-şərq tərəfdən eni 42,80 metr yəni sənəddə göstəriləndən 1,48 metr (42,80-41,32) artıqdır. Baza məlumatlarında olan yerquruluşu xəritələrində Cavabdeh Yunus oğlunun mülkiyyətində olan torpaq sahəsinin cənub-qərb sərhəddi boyu yol keçməsini nəzərə alaraq, Cavabdeh Yunus oğlunun istifadəsində olan şimal-qərb tərəfdən 1,66 metr, cənub-şərq tərəfdən eni 1,48 metr artıq torpaq sahəsi baza məlumatlarında yol kimi nəzərdə tutulmuş sahəyə (İddiaçı2 məxsus 0,27 ha, İddiaçı3 məxsus 0,27 ha, İddiaçı4 məxsus 0,27 ha torpaq sahələrinə gediş-gəliş yolu) düşür və həmin hissədə Cavabdeh Yunus oğluna məxsus hasar və talvar tikilisi inşa edilmişdir. Qeyd olunan rəylə müəyyən edilmişdir ki, Cavabdeh Yunus oğlunun mülkiyyətində olan torpaq sahəsi İddiaçı2, İddiaçı3 və İddiaçı4 tərəfindən istifadə edilmir. Eyni zamanda, ekspert rəyi ilə müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçıların faktiki istifadə etdiyi torpaq sahələrinin koordinatları ilə onlara DƏDRX tərəfindən verilmiş torpaq sahələrinin plan və ölçüsündə göstərilən koordinatları arasında uyğunsuzluq vardır. Bununla belə, ilk iddia üzrə iddiaçılara məxsus torpaq sahələrinə gedən yolun ilk iddia üzrə cavabdeh tərəfindən müəyyən hissədə tutulması faktı öz təsdiqini tapır. Mübahisə ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi işin tədqiq olunan faktiki hallarına və aşağıda istinad olunan normalara əsaslanır. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, hazırki mübahisə qonşuluq münasibətləri zəmnində mülkiyyətdən sərbəst istifadəyə əsassız müdaxilə və maneələrdən yaranmışdır. Bu hal isə qanunla yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından göründüyü kimi, ilk iddia üzrə Cavabdeh daha əvvəllər mövcud olmuş yolu orada hasar və talvar inşa etməklə kəsmiş, bunun nəticəsində ilk iddia üzrə iddiaçılara məxsus torpaq sahəslərinə zəruri yol bağlanmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehin istifadəsində olan şimalqərb tərəfdən 1,66 metr, cənub-şərq tərəfdən eni 1,48 metr artıq torpaq sahəsi baza məlumatlarında yol kimi nəzərdə tutulmuş sahəyə, yəni İddiaçı2 məxsus 0,27 ha, İddiaçı3 məxsus 0,27 ha, İddiaçı4 məxsus 0,27 ha torpaq sahələrinə gediş-gəliş yoluna düşür və belə olan halda, iddia məhz bu qaydada təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçılar qeyd edilən ekspert rəyi ilə razı olduqlarını bildirdilər. Məhkəmə kollegiyası mübahisə üzrə nəticəyə gələrkən bu halı da nəzərə alır. Daha öncə qeyd olunduğu kimi, ekspert rəyi ilə müəyyən olunur ki, ilk iddia üzrə iddiaçıların faktiki istifadə etdiyi torpaq sahələrinin koordinatları ilə onlara DƏDRX tərəfindən verilmiş torpaq sahələrinin plan və ölçüsündə göstərilən koordinatları arasında uyğunsuzluq vardır. Məhkəmə kollegiyası hesab edir ki, bütün hallarda ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçıların torpaq sahələrinə gedən yolu müəyyən həcmdə bağlaması fakti mövcuddur və həmin iddiaçıların torpaq sahələrindəki sürüşmələr cavabdehi zəbt etdiyi torpaq sahəsini boşaltmaq vəzifəsində azad etmir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı ilə (2.5-ci bəndi) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə kollegiyası izah edir ki, ilk iddia üzrə iddiaçılar yuxarıda qeyd edilmiş normalara əsasən onlara məxsus torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş döngə nöqtələrinin kordinatlarının faktiki koordinatlara(naturaya) uyğunlaşdırılması üçün həmin quruma müraciət etməlidir. Qeyd olunduğu kimi işə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etmişdir. Keçirilən məhkəmə ekspertizası nəticəsində də qarşılıqlı iddianın əsassızlığı öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X7rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçılara məxsus torpaq sahəsinə gediş-gəliş yolunun məlum ekspert rəyində göstərilən qaydada bərpa edilməsi hər iki tərəfə münasibətdə ədalətlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddiaçılara məxsus torpaq sahəsinə gediş-gəliş yolu məlum ekspert rəyində göstərilən qaydada bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid olunmalı, ekspertiza və mütəxəssis tədqiqatı xərci olaraq hesablanmış cəmi 195 manat pul isə tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin və Daşınmaz Əmıakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bank hesablarına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Yunus oğlunun apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-100/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirlsin. Cavabdeh Yunus oğlu tərəfindən iddiaçılar İddiaçı2 mülkiyyətində olan 0,27 ha, İddiaçı3 Sabir oğlunun mülkiyyətində olan 0,27 ha və İddiaçı4 mülkiyyətində olan 0,27 ha torpaq sahələrinə gediş-gəliş yolunun hasarlanaraq istifadə olunan hissəsi, yəni yolun şimal-qərb tərəfdən 1,66 metr, cənub-qərb tərəfdən isə 1,48 metr mişar daşı ilə hasarlanaraq istifadə olunan hissəsi bərpa olunsun. Həmin yolun hərəkət hissəsindəki hasar, günlük və dəmir konstruksiyadan ibarət talvar sökülsün. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdehin özünə aid edilsin. Keçirilmiş ekspertizanın dəyəri olan 100 manat pul tərəflərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Mütəxəssis tədqiqatının xərci olan 95 manat pul tərəflərdən müştərək qaydada tutulub Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab N: AZ 23AİİB******************** hesabına keçirilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-100/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-100/2021
16.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver