Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1004/2025 23.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehin direktoru Cavabdeh2 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətini cəlb etməklə cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X5rşı ixtisara alınma barədə əmrin ləğv olunması və boş olan vakansiyalar üzrə başqa işə keçirilmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2197/2025 nömrəli, 30 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli, 184 saylı əmri ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X7 “korpus rəhbəri” vəzifəsinə (bu mümkün olmadıqda ixtisasına uyğun digər işə (vəzifəyə)) bərpa edilməsi qət edilmişdir. Cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X5rşı ixtisara alınma barədə əmrin ləğv olunması və boş olan vakansiyalar üzrə başqa işə keçirilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər təhsil sistemində işləmiş, xx.xx.2018-ci ildə cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X6 təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işə qəbul olunmuşdur. xx.xx.2020-ci ildə iddiaçı həmin vəzifədən azad olunaraq xx.xx.2020-ci ildən mərkəzə korpus rəhbəri vəzifəsinə təyin olunmuşdur. 2024-cü ilin oktyabr ayında iddiaçıya bildirilmişdir ki, iddiaçının işlədiyi vəzifə və iddiaçıdan başqa 27 nəfərin ştatı ixtisara düşür, bu səbəbdən də 2 ay qabaqcadan xəbərdar olunur və iddiaçı boş vakansiya üzrə işlə təmin olunacaqdır. Bu ərəfədə rəhbərlik dəyişilmiş və yeni gələn direktor iddiaçını kabinetinə dəvət edərək bildirmişdir ki, ona iddiaçı barəsində məlumatlar verilib və iddiaçı ilə işləmək istəmir, bu səbəbdən də iddiaçını işdən çıxaracaqdır. xx.xx.2024-cü ildə rəhbərlik iddiaçıya başqa iş təklif etmədən ştat ixtisarı ilə bağlı olaraq 184 saylı əmrlə iddiaçını işdən çıxarmışdır, halbuki iddiaçıdan başqa ştat ixtisarına düşən digər 27 nəfər işçini işlə təmin etmiş, hətta sonradan boş olan ştatlara həmin ixtisasa uygun gəlməyən yeni işçi götürmüşdür. Onu da qeyd edir ki, iddiaçı hələ əvvəlki rəhbərliyin vaxtında qanunsuz və neqativ hallara biganə qalmamış, etirazını bildirmiş və görünür bu barədə məlumatlı olan direktor iddiaçını uzaqlaşdırmaq üçün bu addımı atmışdır. İddiaçının həyat yoldaşı yaşa görə əmək pensiyası alır, himayəsində uşaq evindən övladlığa götürdüyü, görmə qüsurlu 1 azyaşlı övladı vardır, ailənin işləyəni və yeganə gəlir gətirəni iddiaçı olmuşdur. Lakin cavabdeh bu halları nəzərə almadan şəxsi ədavətini üstün tutaraq iddiaçıya qarşı bu addımı atmış, iddiaçıya başqa iş təklif etməmiş bu da iddiaçının əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-2197/2025 nömrəli qətnaməsi ədalətsiz və qanunsuzdur. Məhkəmə işin hallarını hərtərəfli araşdırmadan, heç bir mötəbər sübuta əsaslanmadan qətnamə çıxarmış, iddianı qismən təmin etmişdir. Tərəflərin iradəsindən asılı olmayan hallar əsas götürülərək - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarına əsasən qərarın 1-ci hissəsi ilə Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarında dəyişikliklər olduğunu nəzərə alaraq, Nazirlər Kabinetinin 29 yanvar 2024-cü ildə təsdiq olunmuş nümunəvi yeni ştat cədvəlində Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin İRT iş şöbəsinin baş mütəxəssisi İddiaçı ştatı ixtisara düşdüyü üçün onun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ştatı ixtisara düşdüyü üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin70-ci maddəsinin B bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən İddiaçı əmək müqaviləsinə 22 noyabr 2024-cü il tarixindən stajına uyğun olaraq son haqq-hesab və ya kompensasiya ödənilməklə xitam verilmişdir. 04 oktyabr 2024-cü il tarixdə “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X9”n direktor əvəzi Cahid Xasayev tərəfindən İddiaçı rəsmi surətdə xəbərdarlıq edilmiş, Şəfa xəbərdarlıqla tanış olaraq onu imzalamış və etiraz etməmişdir. Məhkəmə sübutlara obyektiv yanaşmamışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “işəgötürən “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X9 tərəfindən həmkarlar ittifaqının üzvü olan işçi İddiaçı əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan, yazılı qərar olmadan xitam verilmiş, bununla da əmək qanunvericiliyinin qeyd olunan normalarının tələbləri pozulmuşdur”. Lakin məhkəmə nəzərə almalıdır ki, “tərəflərin iradəsindən asılı olmayan hallar əsas götürülərək - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarına əsasən qərarın 1-ci hissəsi ilə Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarında dəyişikliklər olduğunu nəzərə alaraq, Nazirlər Kabinetinin 29 yanvar 2024-cü ildə təsdiq olunmuş nümunəvi yeni ştat cədvəlində Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin korpus rəhbəri İddiaçı ştatı ixtisara düşdüyü üçün onun əmək müqaviləsinə xitam verilmişdir”. Həmkarlar İttifaqında müzakirəyə çıxarılmamasına səbəb isə, əgər bir ştata 2 namizəd olarsa, Həmkarlar İttifaqı iclas keçirməli, bu barədə rəy alınmalıdır. Qətnaməni qəbul etmir və qanunsuz, ədalətsiz olduğundan, həmin qətnamə hüquqlarının pozulmasına gətirib çıxarıb. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-2197/2025 nömrəli qətnaməsi apellyasiya qaydasında ləğv edilməli, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. Qətnamə ədalətli balansı bərpa etmək üçündür. Məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə baxışı zamanı iddiaçı özü də etiraf etmişdir ki, o, yalnız özünün ixtisar olunmuş vəzifəsinə bərpa olunmaq istəyir və ona rəsmi qaydada təklif edilmiş, lakin o, öz ixtisara düşmüş vəzifəsində işləmək istədiyini bildirmişdir. Lakin məhkəmə qətnaməsində Ə.Şəfanın öz işinə və yaxud öz işinə uyğun digər vəzifəyə bərpa edilməsini qeyd etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin direktoru Cavabdeh2 barışıq sazişinin təsdiq edilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı barışıq sazişinin təsdiq edilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, tərəflərin təqdim etdikləri ərizələri nəzərdən keçirib məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında barışıq əldə edildiyindən, ərizələr təmin edilməli, barışıq sazişi təsdiq edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Apellyasiya icraatı zamanı tərəflər barışıq sazişi təqdim edərək və bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması barədə razılığa gəldiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 370.1. maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəllənin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Mülki Prosessual Məcəllənin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunlar qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də barışıq sazişi bağlanmasıdır. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Məhkəmə kollegiyasına barışıq sazişi təqdim edilmiş və barışıq sazişində aşağıdakılar qeyd edilmişdir: İddiaçı həmin Təhsil Müəssisəsində Əməyin Təhlükəsizliyi üzrə mühəndis vəzifəsinə qəbul edir. Müəssisənin direktoru Cavabdeh2 İddiaçı həmin vəzifəyə 2026-cı ilin yanvar ayında müddətsiz olaraq işə götürəcəyini öhdəsinə götürür. Qarşılıqlı razılaşdırılmış şərtlərə hər bir tərəf əməl etməklə bu mübahisəni barışıq yolu ilə həll edir və mübahisə predmeti ilə bağlı bir-birinə qarşı gələcəkdə iddia qaldırmayacaqlarını öhdələrinə götürürlər. Tərəflərə AR MPM-nin 191-ci maddəsinin tələbləri aydındır və tərəflər barışıq sazişinin şərtlərini icra etməyə borcludurlar, bu şərtləri pozan tərəf digər tərəf qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 261.0.5. maddəsinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları barışıq sazişi qanuni və əsaslı olduğundan təsdiq edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 370.1., 384.0.5., 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı və cavabdehin direktoru Cavabdeh2 barışıq sazişinin təsdiq edilməsi barədə ərizələri qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X5rşı ixtisara alınma barədə əmrin ləğv olunması və boş olan vakansiyalar üzrə başqa işə keçirilmə tələbinə dair mülki iş üzrə İddiaçı və cavabdehin direktoru Cavabdeh2 arasında bağlanmış 23 sentyabr 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: İddiaçı həmin Təhsil Müəssisəsində Əməyin Təhlükəsizliyi üzrə mühəndis vəzifəsinə qəbul edir. Müəssisənin direktoru Cavabdeh2 İddiaçı həmin vəzifəyə 2026-cı ilin yanvar ayında müddətsiz olaraq işə götürəcəyini öhdəsinə götürür. Qarşılıqlı razılaşdırılmış şərtlərə hər bir tərəf əməl etməklə bu mübahisəni barışıq yolu ilə həll edir və mübahisə predmeti ilə bağlı bir-birinə qarşı gələcəkdə iddia qaldırmayacaqlarını öhdələrinə götürürlər. Tərəflərə AR MPM-nin 191-ci maddəsinin tələbləri aydındır və tərəflər barışıq sazişinin şərtlərini icra etməyə borcludurlar, bu şərtləri pozan tərəf digər tərəf qarşısında məsuliyyət daşıyır. Tərəflərin bu saziş icra edildikdən sonra bir-birilərinə qarşı hazırkı mübahisə ilə əlaqədar iddia qaldırmaq hüququ istisna edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1004/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1004/2025
23.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver