Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1005/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı şəxsin anadangəlmə əlilliyinin olması faktının təstiq edilməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-257/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, onun anadangəlmə xəstəlik nəticəsində əlil olma faktının təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)- 257/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı şəxsin anadangəlmə əlilliyinin olması faktının təsdiq edilməsi tələbinə dair ərizəsinin qəbulundan imtina edilmişdir (hakim Elmir Hüseynov). Qərardaddan narazı qalan Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, anadangəlmə əlillik faktının müəyyən olunması məqsədilə ərizə ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir, Qubadlı Rayon Məhkəməsi (Hakim –E.Hüseynov) qərardadda qanunvericilik normalarını səhv təfsir edərək, ərizəçinin inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməli olduğunu qeyd etmişdir. Halbuki ərizədə şəxsin anadangəlmə əlillik faktının müəyyən edilməsindən söhbət gedir və inzibati orqan tərəfindən verilmiş cavab məktubu ərizəyə əlavə edilmişdir. Belə ki, ərizəçinin 2003-cü ildən əlilliyinin olması faktı inzibati orqan tərəfindən bildirilmişdir, anadangəlmə əlilliyini olması faktı isə qəbul edilməmişdir. Ərizəçi anadangəlmə əlilliyinin olması faktını sənədlərlə təsdiq edə bilmədiyi üçün, Qubadlı Rayon Məhkəməsinə müraciət etmiş,lakin onun hüquqları məhkəmə tərəfindən 2(028)-257/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə pozmuşdur. Ərizəçi anadangəlmə əlil olmasını başqa cür təsdiq edə bilmədiyindən məhkəməyə ərizə ilə müraciət etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)- 257/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Elmir Hüseynov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbulundan imtina edilməsi barədə qərardadını haqlı olaraq onunla əsaslandırmışdır ki, ərizəçi anadangəlmə əlil olması faktını müəyyən etmək üçün öncə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməli, həmin inzibati orqanın hərəkətindən narazı qaldığı halda inzibati məhkəməyə müraciət etməlidir. İddiaçı anadangəlmə əlilliyinin olması faktının təsdiq edilməsi tələbi barədə mülki qaydada məhkəməyə müraciət etmişdir.İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. Yuxarıda qeyd olunan xüsusatlara əsasən müəyyən olunur ki, şəxsin hazırki səhhəti ilə bağlı onun anadangəlmə əlil olmasının nəzəri cəhətdən müəyyən edilməsi inzibati mübahisələrə aid olduğundan bu barədə iddia tələbi də inzibati qaydada mübahisələndirilməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməməsinə dair mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-257/2024 nömrəli, 15 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1005/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1005/2024
08.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver