Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1009/2020 24.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ xx xxxx 2020-ci il İş № 2(105)-1009/2020 Sumqayıt şəhəri Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-120/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-120/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 2,082 ha torpaq sahəsinin 2,05 ha hissəsi və ********* qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,694 ha torpaq sahəsinin isə tam hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya verilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pulun Cavabdeh tutularaq Dövlət xəzinədarlığı Agentliyinin (Kodu: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir. (hakim R.Həsənovb Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-120/2019 saylı qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən ona məxsus olan 2,082 ha torpaq sahəsinin və RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən ona məxsus olan 0,694 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,082 ha və 0,694 ha torpaq sahələrini alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahələrinin ilkin mülkiyyətçilərindən almışdır. Bununla əlaqədar onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli Çıxarışlar verilmişdir. Həmçinin reyestr xidmətinin mütəxəsissləri tərəfindən torpaq sahələrinə yerində baxış keçirilmiş, həmin sahələr konturlar əsasında müəyyən edilərək ona təhkim edilmişdir. Lakin Cavabdeh onun torpaq sahəsini şumlayaraq qanunsuz olaraq öz torpaq sahəsinə birləşdirmişdir. Cavabdehə bu qanunsuz hərəkətlərindən əl çəkməsi üçün dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Hazırda o, mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Buna görə də, qeyd olunan mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də iddia təmin olunmalıdır. İş üzrəyuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və düzgün araşdırmamışdır. Belə ki, mütəxəssis rəyi verilərkən onun iştirakı təmin edilməmişdir. Rəy qeyri-obyektivdir. Əraziyə yenidən baxış keçirilməli, təkrar ekspertiza təyin edilməlidir. Ona görə də apelyasiya şikayətinin təmin olunmasını xahiş edir. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan torpaqdan istifadə edə bilmir. Cavabdeh qeyri-qanuni olaraq ona məxsus torpaq sahəsini zəbt etmişdir. Qəbul edilən ekspert rəyi də bunu təsdiq edir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Apelyasiya baxışı zamanı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh heç bir ciddi üzrlü səbəb göstərmədən məhkəmə iclasınatəkrar gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə göstərilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan və torpaq sahəsinin plan və ölçüsündən görünür ki, İddiaçı xüsusi mülkiyyətində Quba rayonu, ikinci Nügədi kəndində 2,082 ha torpaq sahəsi vardır. İş materiallarına əlavə olunmuş ƏMDK yanında DƏDRX-nin ********* qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan və torpaq sahəsinin plan və ölçüsündən görünür ki, İddiaçı xüsusi mülkiyyətində Quba rayonu, ikinci Nügədi kəndində 0,694 ha torpaq sahəsi vardır. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 10210 nömrəli rəyində və həmin rəyə verilmiş xx.xx.2019-cu il tarixli düzəlişdə qeyd olunmuşdur ki, ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 2,082 ha torpaq sahəsinin 2,05 ha hissəsi və ********* qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,694 ha torpaq sahəsinin isə tam hissəsi Cavabdeh tərəfindən istifadə edilir, bu istifadəyə aid heç bir sənəd mövcud deyildir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: AR Mülki Prosessual Məcəllənin372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki,aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətitəmin edilməməli, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-120/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,082 ha və 0,694 ha torpaq sahələrini alqı-satqı müqaviləsinə əsasən əldə etmiş, həmin torpaq sahələrinə dair mülkiyyət hüquqları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2017-ci il tarixli Çıxarışlar verilmişdir. Cavabdeh onun torpaq sahəsini şumlayaraq qanunsuz olaraq öz torpaq sahəsinə birləşdirmişdir. İş materiallarında cavabdehin torpaq sahəsi barədə heç bir sübut yoxdur. Keçirilmiş ekspertiza nəticəsində iddiaçını dəlilləri öz təsdiqini tapmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Yenə həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin sahibliyindən öz əmlakını geri tələb edə bilər. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Daha öncə qeyd olunduğu kimi Quba rayonu, İİ Nügədi kəndində yerləşən 2,082 ha və 0,694 ha torpaq sahələri iddiaçının mülkiyyətindədir, cavabdeh isə onun mülkiyyət hüququna qəsd edərək həmin torpaq sahələrinin çox hissəsini zəbt etmişdir. Yaranan mübahisənin həlli məqsədilə müvafiq ekspertiza təyin edilmiş və iddiaçının dəlilləri öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçıya məxsus həmin torpaq sahələrinin qeyri-qanuni özgənin sahibliyində saxlanılması yolverilməz və əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun, düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrəQuba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-120/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1009/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1009/2020
24.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver