Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-101/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3233/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” KB ASC Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” KB ASCnin balansına alınmış Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesinin şərq hissəsində yerləşən ümumi sahəsi 83,4 kv.metr olan 3 otaqlı mənzildə yaşayan Ağayev Rəşid Qardaşxan oğlunun və digər şəxslərin mənzildən çıxarılmaqla həmin mənzilin boşaldılması və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3233/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh əşyaları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesinin şərq hissəsində yerləşən ümumi sahəsi 83,4 kv.m olan 3 otaqlı mənzildən çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” KB ASC-yə ödənilməsi qət edilmişdir. (hakim Cəmilə Səfiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Daha sonra, iddiaçı “xxxx” KB ASC iddiadan imtina barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, iddia tələbindən imtina etdiyini və iş üzrə apelyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən banka olan borc məbləği tam ödənilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, verilmiş ərizəni nəzərə alaraq, hesab edir ki, iddiaçı “xxxx” KB ASC tərəfindən verilmiş iddiadan imtina barədə ərizə qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3233/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsəsən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apelyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası, mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyindən və tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, iddiaçı “xxxx” KB ASC-nin iddia tələbindən imtinası qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3233/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair 2(105)-101/2021 saylı iş üzrə icraata xitam verilməlidir. İddia tələbindən imtinanı qəbul etməklə, məhkəmə kollegiyası izah edir ki, iddiaçının iddia tələbindən imtina etməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267- 268, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “xxxx” KB ASC-nin iddia tələbindən imtinası qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3233/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair 2(105)- 101/2021 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-101/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-101/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver