Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1015/2025 09.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-1071/2025 nömrəli, 24 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh 15700 (on beş min yeddi yüz) manat məbləğində pul və ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15700 (on beş min yeddi yüz) manat məbləğində pulun, hüquqi yardımla bağlı ödənilən vəsaitin və 140 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, torpaq almaq istədiyindən “Yeni.əmlak.az” saytında satışda olan əmlaklara baxdıqda Yaşıl dərə qəsəbəsi sayılan ərazidə 4 sot torpaq sahəsinin 15700 manata satılması barədə elana rast gəlmişdir. Elanda torpaq sahəsinin Mədinə adlı bir xanıma məxsus olması qeyd edilmişdir. Həm yerləşdiyi ərazi həm də qiyməti ona uyğun olduğu üçün elanda qeyd edilən ***-***-**-** telefon nömrəsi vasitəsilə Mədinə xanımla əlaqə saxlayaraq görüş üçün vaxt müəyyənləşdirmişlər. Öncədən müəyyənləşdirdikləri yerə Mədinə xanım oğlu Cavabdeh ilə gəlmişdir. Cavabdeh torpaq sahəsinin yerləşdiyi ərazini iddiaçıya göstərərək 10 sot torpaq sahəsinin anası Mədinə xanıma məxsus olmasını, lakin torpaq sahəsinin tam sənədləşdirilmədiyini, yalnız bələdiyyə sənədlərinin olduğunu bildirirərək torpaq sahəsini müəyyən hissəsini göstərərək 4 sot olduğunu, 15700 manata satdığını demişdir. İddiaçı bu barədə cavabdehlə razılaşmışdır. Torpaq sahəsinin dəyəri olaraq 15700 manat məbləğində pulu iddiaçıdan Mədinə xanımın əvəzinə Cavabdeh nağd şəklində almışdır. Bunu kağız üzərində yazılı şəkildə həqiqətən də xx.xx.2023-cü il tarixdə Yaşıl dərə qəsəbəsində yerləşən bağından 4 sot torpaq sahəsini iddiaçı-İddiaçı satdığını, bunun müqabilində 15700 (on beş min yeddi yüz) manat pul aldığını öz imzası ilə təsdiq etmişdir. Lakin Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək 15700 (on beş min yeddi yüz) manat məbləğində pulunu mənimsəmiş, qeyd edilən 4 sot torpaq sahəsini iddiaçıya təhvil verməmişdir. Dəfələrlə ondan pulunu geri qaytarmasını tələb etdikdə ilk vaxtlar qaytaracağını bildirmişdir. Bir müddət sonra qaytarmadığına görə yenidən ona müraciət etdikdə istifadəyə yararsız, yaxınlığında ferma yerləşən 4 sot deyil cəmi 3 sot torpaq sahəsini iddiaçıya satdığını bildirmiş, pulunu qaytarmaqdan imtina etmiş, zənglərə artıq cavab verməməyə, gizlənməyə başlamışdır. Bu hallar iddiaçını artıq narahat etməyə başlamışdır. Çünki iddiaçı o pulu da bir neçə adamdan borc olaraq almışdır. Fikirləşirdi ki, torpaq sahəsi alar. Lakin Cavabdeh İddiaçı aldadaraq pulunu mənimsəmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Mehdiyev Şamonun 21 noyabr 2024-cü il tarixli qərarına əsasən iddiaçının müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin İddiaçı izah olunmuşdur ki, dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət edə bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla onu qeyd edir ki, ehtiyac olduğu sözügedən torpaq sahəsini satıb 15700 pul almışdır. Lakin aprel ayında İddiaçı 4.000 manat qaytarmışdır. Onun Rəşada 11.700 manat borcu var. Bundan əlavə onu qeyd edir ki, aralarında notarial qaydada alqı-satqı olmasa da razılaşma sənədi vardır. Pul da torpağa görə verilib. Hal-hazırda da torpağa Rəşad sahiblik edir, torpaqdan istifadə edir. O əraziyə girə bilmir. Əgər məhkəmə qaydasında pulunu tələb edirsə niyə torpağa sahiblik edir. Yuxarıda göstərilən faktlara əsaslanaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan faktları tam araşdırmamış, düzgün hüquqi qiymət verməmişdir. Bu da maddi hüquq normalarının pozuntusuna gətirib çıxarmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında etibarsız bir alqı-satqı müqaviləsinin bağlanması, cavabdehin iddiaçının hesabına əhəmiyyətsiz əqd üzrə əsassız varlanması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi 1092-ci maddəyə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında torpaq sahəsinin alqı-satqısı barədə razılığa gəlmələri və bu məqsədlə iddiaçı tərəfindən cavabdehə 15.700 manat məbləğində pul verməsi və həmin müqavilənin notariat ofisində təsdiqlənmədiyi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi pulun qaytarılması barədədir. Əqdlərin etibarsızlığı ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin 329.1, 337.1, 337.3, 337.4-cü maddələrinin tələbləri baxımından qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd və Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlər etibarsızdır. İşdən göründüyü kimi tərəflər arasında forma tələbinə əməl edilməyən (əhəmiyyətsiz) əqdin bağlanmış və cavabdeh həmin əhəmiyyətsiz əqd üzrə iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin əqd üzrə ödəmiş olduğu pulun cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi də Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələbi baxımından iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin iddiaçıya 4.000 manat qaytarması barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən bu hal təsdiq edən sübut məhkəmə kollegiyasına təqdim edilmədiyindən, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1015/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1015/2025
09.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver