Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1019/2021 30.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili: Vəkil iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı sahiblik və istifadə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxsin nümayəndəsi R.Qarayev tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) ərizənin təmin edilməsi, mərhum X2 Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən, sahəsi 30,0 ha olan torpaq sahəsinə istifadə və sahiblik etməsi faktının müəyyən edilməsi, ərizənin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun ərizəçinin özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “sahiblik və istifadə faktının müəyyən edilməsi” haqqında ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 4 saylı Abşeron Ərazi İdarəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə atası X4 vəfat etmişdir. Mərhum atasından miras qalan, Abşeron rayonu, Pirəkəşkül kəndində Maraqlı şəxs başçısının və Abşeron rayon Torpaq Şöbəsinin 2040-cı ilə qədər müddəti olan “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”yə əsasən kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 30.0 ha torpaq sahəsindən 2040-cı ilədək istifadə etmək hüququ vardır. Mərhum atası 30 ilə yaxın müddət ərzində qeyd olunan torpaq sahəsindən istifadə etmiş, ona sahiblik etmiş, həmin torpaq sahəsini əkib-becərmiş, vergilərini ödəmiş, kəndli-fermer təsərrüfatı yaratmışdır. Mərhum atasının adına Abşeron rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 268 nömrəli Qərarı ilə Abşeron rayonunun Pirəkəşkül kəndi ərazisində 30.0 ha torpaq sahəsi ayrılmış və onun adına Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 268 nömrəli qərarı ilə X10 yaradılmışdır. Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 256 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinin yer üzərində göstərilməsi üçün komissiya ayrılmış və xx.xx.1990cı il tarixində ayrılan komissiya tərəfindən akt tərtib olunmuşdur. Maraqlı şəxs Başçısının xx.xx.1996-cı il tarixli 01 nömrəli sərəncamı ilə M.Y.Rzayevin kəndli (fermer) təsərrüfatı yenidən qeydə alınmışdır. Mərhum atasının 30 ilə yaxın müddət ərzində qeyd olunan torpaq sahəsindən istifadə etdiyini, ona sahiblik etdiyini Abşeron rayonu, Pirəkəşkül kəndində yaşayan şahidlər X6 və X3 da təsdiq edə bilərlər. Maraqlı şəxs Başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elməddin Firidovun verdiyi xx.xx.2020-ci il tarixli 01 nömrəli arayışda bildirilir ki, mərhum M.Y.Rzayevin adına Abşeron Pirəkəşkül kəndində Pirəkəşkül kolxozundan 50 (əlli) ilə 30.0 hektar Abşeron rayon XDS İcraiyyə Komitəsinin 268 saylı xx.xx.1990-cı il tarixli Qərarı ilə heyvandarlıq və bitkiçilik məqsədilə ayrılmışdır, həmin torpaq sahəsi üzərində M.Rzayevin torpaqdan müvəqqəti istifadə hüququ vaxtilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilən “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” əsasında dövlət qeydiyyatına alınmışdır. Mərhum M.Rzayev vəfat edənə qədər torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, hal-hazırda isə qeyd olunan torpaq sahəsi onun ailə üzvləri tərəfindən istifadə edilir. Dövlət tərəfindən 2018-ci il daxil olmaqla, torpaq sahəsinin əkilibbecərilməsinə görə maddi yardım almışdır. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 268 saylı xx.xx.1990-cı il tarixli Qərarı mübahisələndirilməmiş, ləğv edilməmişdir. Lakin qeyd olunan sənədlərin onda yalnız surətləri qalmışdır. Dəfələrlə müxtəlif aidiyyəti təşkilatlara həmin sənədlərin əslini almaq üçün etdiyi müraciətlər nəticəsiz qalmışdır. Artıq iki ildir ki, o, vərəsəlik hüquqlarını rəsmiləşdirə bilmir. Qeyd edilənlərə əsasən mərhum X2 Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən, sahəsi 30,0 ha olan torpaq sahəsinə istifadə və sahiblik etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi R.Qarayev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ərizəçi Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən X1 istifadəsində olan 30.0 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı bir neçə dəfə 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, aparılan araşdırma zamanı, X10na dair sənəd-əsasların, müraciət etmək hüququnu təstiq edən etibarnamənin, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, müraciət məktubunun, nizamnamənin ərizəyə əlavə edilmədiyi müəyyən edilmiş, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahələrinə müayinə baxışı keçirilərkən baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin bir hissəsinin elektron kadastr baza məlumatlarına əsasən başqa şəxslərə reyestr nömrəli çıxarışlarla məxsus olan torpaq sahələri ilə üst-üstə düşdüyü, torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti (konfiqurasiyası) ilə sənəd üzrə yerləşmə vəziyyətinin bir-birindən fərqli olduğu aşkar edilmiş, həmçinin torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin verilmə tarixi və qeydiyyat nomrəsinin qeyd edilmədiyi, müvəqqəti istifadəyə verilmiş torpaq sahəsinə dair ilkin ayrıc aktının, yerquruluşu sxemi və ya baş plandan çıxarışın sənədlərə əlavə edilmədiyi aşkar edilmişdir. Bunu nəzərə alaraq, ərizənin icrasından imtina edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə təsbit edilmişdir. Lakin araşdırılan halda, həmin əsaslardan heç biri qeydiyyat orqanına təqdim edilməmişdir. Məhkəmə bunları nəzərə almamışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(012)-1260/2020 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin baxılmamış saxlanılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə və AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəsini təmin edərkən, mübahisəli torpağın ərizəçinin məhrum atasına verilməsinə və istifadəsində olmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, ərizəsi Ərizəçi xx xxxxxx 2017-ci il tarixdə vəfat etmiş X2 oğludur. İşdə olan Maraqlı şəxs Başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 01 nömrəli məktubundan görünür ki, mərhum M.Y.Rzayevin adına Abşeron Pirəkəşkül kəndində Pirəkəşkül kolxozundan 50 (əlli) ilə 30.0 hektar Abşeron rayon XDS İcraiyyə Komitəsinin 268 saylı xx.xx.1990-cı il tarixli Qərarı ilə heyvandarlıq və bitkiçilik məqsədilə ayrılmışdır, həmin torpaq sahəsi üzərində M.Rzayevin torpaqdan müvəqqəti istifadə hüququ vaxtilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilən “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” əsasında dövlət qeydiyyatına alınmışdır. Mərhum M.Rzayev vəfat edənə qədər torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir, hal-hazırda isə qeyd olunan torpaq sahəsi onun ailə üzvləri tərəfindən istifadə edilir. Dövlət tərəfindən 2018-ci il daxil olmaqla, torpaq sahəsinin əkilib-becərilməsinə görə maddi yardım almışdır. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 268 saylı xx.xx.1990-cı il tarixli Qərarı mübahisələndirilməmiş, ləğv edilməmişdir. İş materiallarında olan Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1990-cı il tarixli 268 nömrəli qərarından çıxarışdan görünür ki, Pereküşkül kolxozunun ərazisində M.Y.Rzayevin adına tərəvəzçilik və heyvandarlıq istiqamətli kəndli təsərrüfatı yaradılması, kəndli təsərrüfatı yaratmaq üçün Pereküşkül kolxozunun istifadə olunmayan torpaq sahəsindən 30 hektar torpaq sahəsi ayrılıb verilməsi qərara alınmışdır. İşə əlavə olan Maraqlı şəxs başçısının xx xxxxxx 1996-cı il tarixli 01 nömrəli sərəncamından görünür ki, Abşeron XDS İK-nin xx xxxxxxx 1990-cı il tarixli 268 nömrəli qərarına əsasən vətəndaş M.Y.Rzayevin kəndli (fermer) təsərrüfatı və onun Nizamnaməsinin yenidən qeydə alınması, həmin kəndli (fermer) təsərrüfatının yaradılma tarixinin xx xxxxxxx 1990-cı ildən hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Perekeşkül kolxozunda xx xxxxxx 1990-cı il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Abşeron RİK-in xx xxxxxxx 1990-cı il tarixli 268 nömrəli qərarına əsasən M.Y.Rzayevin başçılığı altında kəndli təsərrüfatı yaradılmış və Perekeşkül kolxozundan ona 30 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon XDS-nın xx xxxxxxx 1990-cı il tarixli 268 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 30.0 ha torpaq sahəsi 2040-cı ilədək M.Y.Rzayevin X10na verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən xx xxxxxxx 2014-cü il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, “M.Y.Rzayevin kəndli (fermer) təsərrüfatı” MMC (hazırki adı “xxxx” MMC) xx xxxxxx 2010cu il tarixdə qeydiyyatdan keçmişdir. İşə əlavə Maraqlı şəxs xx xxxx 2018-ci il tarixli X/614 nömrəli məktubundan görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxxx 1990-cı il tarixli 268 nömrəli sərəncamına əsasən mərhum M.Y.Rzayevə verilmiş torpaq sahəsi üzərində M.Rzayevin müvəqqəti istifadə hüququ vaxtilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilən “Torpaqdan müvəqqəti istifadə hüququna dair” Şəhadətnamə əsasında dövlət qeydiyyatına alınmışdır. Həmin qərar mübahisələndirilməmiş və ləğv edilməmişdir. Həmin torpaq sahəsi üzərində mərhum M.Rzayevin dövlət qeydiyyatına alınmış icarə hüququ torpaq mülkiyyətçisinin razılığı ilə mərhumun qanuni vərəsəsinin adına keçirilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nın 4 saylı Abşeron Ərazi İdarəsinin xx xxxxx 2020-ci il tarixli **********74 nömrəli məktubundan görünür ki, M.Y.Rzayevin adına Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə arxiv əsaslarında aşkar edilməmişdir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 9.1.4-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təstiqeləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təstiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bagışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadagan edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1-ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, habelə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Xaçmaz Ərazi İdarəsinin Ərizəçi ərizə predmeti olan torpaq üzərində mülkiyət hüquqlarının dövlət qeydiyyatına alınmasının imtina edilməsi ilə əlaqədar inzibati akt mövcud deyildir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təstiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr tərəfindən həyata yeçirilir. İş materialları ilə müəyyən edilir ki, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında ərizənin təmin olunmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında heç bir məhkəmə mübahisəsi olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işdə iştirak edən şəxslər hazırkı mübahisə ilə əlaqədar əvvəl maraqlı şəxsə müraciət etməli və müraciəti müsbət həll olunmazsa, bu halda yuxarıda qeyd olunan hüquq normalarına əsasən aidiyyət qaydalarına riayyət etməklə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Ərizəçi 30,0 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi tələbi dair ərizəsinə baxmaqla səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 263- 264, 365 və 384.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi Rauf Qarayein apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(012)-1260/2020 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı sahiblik və istifadə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra mübahisə ilə bağlı ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməyə haqlıdır. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1019/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1019/2021
30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver