Məhkəmə qərarları › İş №2(105)-1020/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1020/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1020/2021 01.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdehlər: Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Həsən qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh Z.H.Balakişiyeva tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.M.Süleymanova) Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(060)- 1594/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh4 Həsən qızı və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər X2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 Həsən qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Agabaxış qızına qarşı mənzilə yaşayış hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(060)-1594/2018 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə cavabdehlər Z.H.Balakişiyeva və qeyriləri tərəfindən xx xxxxxx 2020-ci il tarixdə məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Z.H.Balakişiyeva verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin rəsmi olaraq ona verilməsi barədə o, 1-ci dəfə məhkəməyə ərizə ilə xx xxxxxxxx 2020-ci il tarixdə müraciət etmiş və 1 ay 14 gündən sonra xx xxxxxxx 2020-ci il tarixdə qətnamə almışdır. O, həmin məhkəmə qətnaməsinin rəsmi olaraq verilməsi barədə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə ərizə yazmamış və belə bir ərizəni imzalamamışdır. Bu hal həqiqətə uyğun deyil. Cavabdehlərdən yalnız Cavabdeh1 həmin məhkəmə qətnaməsini rəsmi olaraq almış, lakin onun tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilib-verilməməsi ona məlum deyil. Cavabdeh1 həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verib-verməməsi onlara apellyasiya şikayəti vermək hüququndan mərhum etmir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)-1594/2018 saylı qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Z.H.Balakişiyeva şikayəti müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 şikayətin dəlillərini qəbul etdilər, eyni məzmunlu izahat verdilər və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materialları araşdırılarkən müəyyən olundu ki, mübahisələndirilən məhkəmə aktı xx xxxxxx 2018-ci il tarixdə iş üzrə cavabdehlərə göndərilmiş, lakin poçt orqanının «bu ünvanda yaşamır» qeydi ilə geri qaytarılmışdır. (i.v.25). Məhkəmə qətnaməsi xx xxxx 2018-ci il tarixdə icraya göndərilmiş, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun xx xxxxx 2018-ci il tarixli qərardadı ilə icra sənədi üzrə icraata başlanılmış, icra sənədi təmin olunduğundan xx xxx 2018-ci il tarixli qərardadı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra, xx xxxxxx 2019-cu il tarixdə Z.H.Balakişiyeva ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsinin rəsmi qaydada ona verilməsini xahiş etmiş, xx xxxxxx 2019-cu il tarixdə qətnaməni rəsmi qaydada qəbul etmişdir (i.v.34). Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, cavabdeh Z.H.Balakişiyeva məhkəmə iclasında iştirak etməmiş, qətnamənin surəti ona rəsmi qaydada təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh4 Həsən qızının şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(060)-1594/2018 saylı qərardadı ləğv edilsin. Cavabdeh4 Həsən qızının Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(060)-1594/2018 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin müddəti bərpa edilsin. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar