Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1025/2022 13.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(012)-573/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus əşyaların Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi bina 2-də yerləşən 19 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri-qanuni yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 25 oktyabr 2011-ci il tarixli “2/19” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Cəbrayıl rayonundan məcburi köçkün X4 tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş Gənclər şəhərciyində 2 nömrəli binada 19 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. 22 aprel 2021-ci il tarixində X19 vəfat etmişdir. Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs (kirayəçi) vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Mehdiabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar Sahəsi təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 19 nömrəli mənzildə Cavabdeh qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 19 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyri-qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh şəxs mənzilin təhvil verilməsindən imtina etmişdir. Halbuki Cavabdeh “Gənclər şəhərciyi”ndə bina 2-də 31 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(012)-573/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh ona məxsus əşyalarla birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2-də yerləşən 19 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir. (hakim Cəmilə Səfiyeva) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2, mənzil 19-da yaşamır və heç vaxt yaşamamışdır. Məhkəməyə təqdim edilən sənədlərdən də göründüyü kimi, qeyd edilən mənzildə atası X19 2011-ci il tarixindən 22 aprel 2021-ci il tarixdə dünyasını dəyişənə kimi həmin mənzildə X3 ilə yaşamışdır. Atası rəhmətə getdikdən sonra həmin mənzildə məcburi köçkün, X3 qalır və onun istifadəsindədir. 1) Qətnamənin ləğv olunması üçün ən ciddi əsas odur ki, Abşeron Rayon Məhkəməsi işə baxarkən ciddi araşdırma aparmamışdır. Belə ki, cavabdeh həmin mənzildə yaşamır və heç vaxt yaşamamışdır. Cəbrayıl rayonundan olan məcburi köçkün Cavabdeh övladları ilə birgə ünvan 1 ünvanında 1 (bir) otaqlı mənzil ilə təmin olunmuşlar. Dövlət Qaçqınkomun mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə cavabdehin heç bir aiddiyatı yoxdur. Məhkəmə araşdırması zamanı bərabərlik və çəkişmə prinsipi tam pozulmuşdur. 2) Qətnamənin ləğv olunması üçün digər bir ciddi əsas odur ki, iddiaçı iddia ərizəsinə özünün irəli sürdüyü dəlilləri sübut edən sənədləri əlavə etməmişdir. Belə ki, dövlət qurumu olaraq, məsələni tam araşdırmamış və məhkəməyə əsası olmayan iddia ərizəsi təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən atası X19 ilə 25 oktyabr 2011-ci il tarixində bağlanmış kirayə müqaviləsinə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2-də 19 saylı 1 (bir) otaqlı mənzillə təmin edilmişdir. Atası 22 aprel 2021-ci il tarixində dünyasını dəyişənə kimi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2, 19 saylı mənzildə yaşamışdır. 3) Cəbrayıl rayonundan olan məcburi köçkün, kiçik X3 nikahı pozulduğu 2018-ci ildən etibarən atası X19 ilə birgə yaşamışlar. Hazırda qardaşı atası ilə birgə yaşadığı həmin mənzildə qalır. 4) X3 atası ilə bu illər ərzində birgə qalaraq təsərrüfat aparmış, kommunal xərcləri, işıq, qaz və suya dair ödənişləri etmişdir. Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının X25 Ərazi İdarəsi üzrə Nümayəndəliyindən verilən 170 saylı xx.xx.2021-ci il tarixli arayışa əsasən, X3 2021-ci il may ayına qədər təsərrüfat üzvü kimi atası X10 təsərrüfatında qeydiyyatda olmuşdur. xx.xx.2021-ci il tarixdə atası vəfat etdiyindən təsərrüfat başçısı kimi X14 qeyd edilmişdir. Sözügedən 19 saylı mənzildə qardaşı və atasına məxsus əşyalar yerləşir. 5) Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh övladları ilə birgə ünvan 1 ünvanında 1 (bir) otaqlı ev və kiçik X3na və rəhmətə getmiş atası, X15 Gənclər şəhərciyi, bina 2, mənzil 19 ünvanında 1 (bir) otaqlı ev Cəbrayıl rayonundan olan məcburi köçkün kimi yox, Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsi, ev 37, “TRUMP TOWER” tikildiyi yerdən köçürülərək verilmişdir 6) Həmçinin, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin əməkdaşları qanunsuz olaraq, atasının rəhmətə getdiyini və qardaşının işdə olduğunu fürsət bilərək, həmin mənzilə hücum etmiş və onlara məxsus evdə olan əşyaları dağıdaraq çölə atmaq istəmişlər. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin əməkdaşları qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və digər müvafiq qurumlara müraciətlər ünvanlanmışdır. 7) Komitənin Mənzil İstismar Departamentinin əməkdaşları tərəfindən barəsində qanunsuz olaraq xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin şər və böhtan xarakterli, qərəzli akt ilə güya atası və qardaşına məxsus 19 saylı mənzili zəbt etmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X22 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(012)-573/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan 25 oktyabr 2011-ci il tarixli, 2/19 №-li Xüsusi Təyinatlı Yaşayış X6 müəyyən edilir ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2-də yerləşən 19 nömrəli mənzili haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün X1 və istifadəsinə verməyi öhdəsinə götürür. İş materiallarında olan 25 oktyabr 2011-ci il tarixli, 2/31 №-li Xüsusi Təyinatlı Yaşayış X6 müəyyən edilir ki, Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2-də yerləşən 31 nömrəli mənzili haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün Cavabdeh sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. İş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli aktdan müəyyən edilir ki, həqiqətən Fərhadova X5 tərəfindən 25 oktyabr 2011-ci ildə Mehdiabad Gənclər Şəhərciyində bina 2, mənzil 31 ünvanında kirayə müqaviləsi əsasında evlə təmin olunmuşdur. Eyni vaxtda Cavabdeh atası X19 həmin binanın mənzil 19 ünvanında ev verilmişdir. X19 22 aprel 2021-ci ildə dünyasını dəyişdikdən sonra onun qızı Cavabdeh qeyri-qanuni olaraq bina 2 mənzil 19 ünvanını zəbt etmişdir. Mənzilin boşaldılması ilə bağlı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq mənzili boşaltmaqdan imtina etmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində vəfat etmişdir. İş materiallarında olan Cəbrayıl rayon İHB-nın Qumlaq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 170 nömrəli arayışdan görünür ki, X2 rayonu Qumlaq kənd İƏD-nin şəhər yerləri üzrə 1 № təsərrüfatbaşı kitabının 192-ci səhifəsində 96 № təsərrüfatda (Xudafərin qəsəbəsi) may 2021-ci il tarixə qədər təsərrüfat üzvü kimi atası X10 təsərrüfatında qeydiyyatda olmuşdur. xx.xx.2021-ci il tarixdə atası vəfat etdiyindən təsərrüfat başıçısı kimi X14 qeyd olunmuşdur. İş materiallarında olan Cəbrayıl rayon İHB-nın Qumlaq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 168 nömrəli arayışdan görünür ki, X14 1993-cü ilin avqust ayından Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, halhazırda müvəqqəti olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Köçk şəh, b-4/6 məskunlaşmışdır və aşağıdakı ailə üzvləri var: qızı X7-xx.xx.2005, oğlu-X11 xx.xx.2007, oğlu-X9-xx.xx.2014. İş materiallarında olan Cavabdeh tərəfindən iddiaya etiraz ərizəsindən onun mübahisəli mənzildə istər atasının sağlığında, istərsə də, 22 aprel 2021-ci il tarixdə atasının ölümündən sonra yaşaması müəyyən edilir. Həmçinin cavabdeh özünə ayrılan mənzilin birotaqlı olması səbəbindən, Cəbrayıl rayonuna qayıdana qədər mübahisəli mənzildən istifadə edilməsinə maneçilik edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, cavabdeh mübahisəli mənzildə qanunsuz yaşadığından, iddia təmin edilməli, Cavabdeh ona məxsus əşyalarla birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 2-də yerləşən 19 nömrəli mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153-4-cü maddəsinə əsasən, bütün mülkiyyətçilərin hüququ eyni bərabər müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaya etirazında onun həmin mənzilə heç bir aidiyyəti olmaması, başqa mənzildə yaşaması, iddiaçının əməkdaşlarının qanunsuz hərəkətləri, həmin mənzildə qardaşının yaşaması ilə bağlı dəlillərə istinad etsə də, həmin dəlilləri kollegiya əsassız hesab edir. Cavabdehin iş materiallarında olan iddiaya etirazından görünür ki, o həmin mənzilə bağlı olduğunu, 11 il həmin mənzildə yaşadığını, onlara verilmiş ev dar olduğu üçün oğlunun da 11 il atasının evində yaşadığını bildirmiş, həmin mənzildə yaşamaq üçün ona möhlət verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, iş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli aktdan müəyyən edilir ki, həqiqətən Fərhadova X5 tərəfindən 25 oktyabr 2011-ci ildə Mehdiabad Gənclər Şəhərciyində bina 2, mənzil 31 ünvanında kirayə müqaviləsi əsasında evlə təmin olunmuşdur. Eyni vaxtda Cavabdeh atası X15 həmin binanın mənzil 19 ünvanında ev verilmişdir. X19 22 aprel 2021-ci ildə dünyasını dəyişdikdən sonra onun qızı Cavabdeh qeyri-qanuni olaraq bina 2 mənzil 19 ünvanını zəbt etmişdir. Mənzilin boşaldılması ilə bağlı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, mənzili boşaltmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 393, 402.1, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(012)-573/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1025/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1025/2022
13.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver