Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1026/2023 06.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi iş stajına malik olma faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Açar söz: (01 sentyabr 1978-ci ildən 01 yanvar 1990-cı il tarixədək “Alxaslı” sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs ARƏƏSMN DSMF-nin nümayəndəsi Nümayəndə5 iştirikaı ilə, Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, e2(012)-197/2023 nömrəli qətnaməsindən maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 sentyabr 1978-ci ildən 01 yanvar 1990-cı il tarixədək “Alxaslı” sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, o, 18 avqust 1961-ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olmuşdur. 1978-ci ildən orada əvvəlcə “Qızıl ordu” sovxozunda fəhlə işləmiş, daha sonra isə qeyd edilən sovxozun adı dəyişdirilmiş və “Alxaslı” heyvandarlıq sovxozu adlandırılmışdır. O, daha sonra Mingəçevir şəhərinə köçmüş, oradan isə Bakı şəhərinə gəlmişdir. Ermənistanın işğalçı qoşunlarının Laçın rayonunu işğal etməsindən sonra onun işlədiyi sovxoz da işğal altında qalmış və onun orada işləməsinə dair Laçın Rayon arxivində olan məlumatlar itmişdir. Bu baxımdan onun 01 sentyabr 1978-ci ildən 01 yanvar 1990-cı il tarixədək “Alxaslı” sovxozunda fəhlə işləməsi barədə fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Maraqlı şəxs Azərbaycan Respublikası DSMF-nin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirak etdikləri məhkəmə iclasında ərizəyə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, e2(012)-197/2023 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.1990-cı il tarixədək “Alxaslı” heyvandarlıq sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Birinci instansiya məhkəməsi ərizəni qismən təmin edərkən mövqeyini bu cür əsaslandırmışdır ki, şahidlər öz işlədikləri dövrdə həmin qurumda ərizəçinin göstərilən vəzifələrdə işləməsini təsdiq etmişlər. Bu dövrdə Ərizəçi göstərilən qurumda işləməsi barədə hər hansı mötəbər yazılı sübutlar mövcud deyildir. Buna görə də həmin fakt yalnız şahid ifadələrinə əsasən məhkəmə qaydasında təsdiqlənə bilər. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında’’ 12 aprel 2019-cu il 03 saylı Qərarının 13.4-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə, ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci tarixi 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa , Azərbaycan Respublikası DSMF-nin Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” X9 tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, e-2(012)-197/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməməsi xahiş edilmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi üçün həmin faktın müəyyən olunması heç bir hüquqi nəticəyə səbəb olmasa da Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-197/2023 nömrəli qətnaməsi ilə ərizə qismən təmin edilmişdir. Eyni zamanda qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün bir qayda olaraq iki dispozitiv şərt tələb olunur. Belə faktlar şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ilə bağlı olmalı; Bu faktları təsdiq edə bilən sənədləri başqa qaydada ala bilməməsi. Belə ki, həmin faktın təsdiq edilməsi ərizəçinin əmlak hüququnun yaranması ilə bağlı olsa belə, qeyd edilən dövrlərin iş stajı kimi təsdiq edilməsi ərizəçi üçün heç bir hüquq yaratmayacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: Ən azı iki nəfər şahid olmalı; Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Hazırki iş üzrə şahidlərdən X1 rayon “Alxaslı” sovxozunda xx.xx.1979xx.xx.2000-ci illərdə, X3 xx.xx.1985-xx.xx.1992-ci illərdə, Tağıyev Yusif Ə yyub oğlu isə xx.xx.1983- xx.xx.1985-ci illərdə çalışmışlar. Göründüyü kimi, ərizənin təmin olunduğu hissə sadəcə bir şahidin ifadəsi ilə təsdiq olunur. Ərizəçi öz tələbini yalnız şahidlər əsasında təsdiq edə bilir ki, həmin izahatlardan görünür ki, şahidlər ərizəçinin həmin qurumda işlədiyini iddia etdiyi dövrün sadəcə bir hissəsi ilə bağlı ifadə vermişlər. Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə yönəlməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Lakin hazırki faktın təsdiqi Ərizəçi üçün heç bir hüquqi nəticəyə səbəb olmur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Ərizəçi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiaysının iclasında maraqlı şəxs ARƏƏSMN DSMF-nin nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə müəyyən olunan “Pensiya təyinatı üçün əmək stajının müəyyən olunması Qaydaları”nda göstərilir ki, iş stajı ərizəçinin idarə, müsəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işləməyini təsdiq etdikləri müddətdə özlərinin də işləmələri barədə sənədi olan azı iki şahidin ifadəsi ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsinin qətnaməsində maddi hüquq norması pozularaq staj iki şahid ifadəsi ilə təsdiqlənmədən tələb qismən təmin edilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, e-2(012)-197/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiaysının iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ərizəsində qeyd etdiyi müddətdə həmin idarədə işləmişdir və şahidləri də bu faktı təsdiq ediblər. 1990-cı ildə ailə quraraq Mingəçevir şəhərinə köçmüşdür. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, e-2(012)-197/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinin tələbinə görə məhkəmə qaydasında müəyyən edilməli fakt hər şeydən əvvəl mövcud olmalı və həmin faktın təsdiqi üçün ərizəçi lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
AR ƏƏSMN-nin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının 6 nömrəli 24 sentyabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları»nın 2.5-ci bəndinə görə də əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların o cümlədən qaçqın və məcburi köçkünlərin sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.
Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, e-2(012)-197/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Laçın rayonunun “Alxaslı” sovxozunda müxtəlif vəzifələrdə, ondan sonra isə kənd təsərrüfat təmayüllü obyektlərdə işləmişdir. Ərizəçi orta məktəbdə oxuyarkən bu sovxozda işləməyə gəlirdi. O vaxtlar orta məktəbdə oxuyarkən də sovxozda işləmək mümkün idi. Asya sovxozda fəhlə işləyirdi, sahədən kartof, kələm və pomidor yığımı ilə məşğul olurdu. Daha sonra isə 1990-cı ildə ailə vəziyyətilə əlaqədar sovxozdan ayrıldı və Mingəçevir şəhərinə köçdü. Təsdiq edir ki, Ərizəçi o, sovxozda işlədiyi vaxtdan 1990-cı ilədək “Alxaslı” sovxozunda fəhlə işləmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonunun “Alxaslı” (keçmiş “Qızıl Ordu”) sovxozunda fəhlə işləmişdir. O, işə girəndə Ərizəçi artıq orada fəhlə işləyirdi. 1986cı ildə həqiqi hərbi xidmətə gedənə kimi Asya sovxozda fəhlə idi, əsgərlikdən qayıdandan sonra, yəni 1988-ci ildə də orada fəhlə işləyirdi. Lakin onun sovxozdan çıxma vaxtını bilmir. Asya işdən çıxanda özü hələ də orada işləyirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Laçın rayonunun “Alxaslı” (keçmiş “Qızıl Ordu”) sovxozunda müxtəlif vəzifələrdə çalışmışdır. O, Ərizəçi orta məktəbdə oxuyandan tanıyır. Ərizəçi hələ orta məktəbdə oxuduğu vaxtlardan sovxozun tarlasında məhsul yığımı ilə məşğul olur, fəhlə kimi orada işləyirdi. O, sovxozda işlədiyi müddətdə Ərizəçi fəhlə kimi orada işləyən görmüşdür. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Laçın rayonunun Alxaslı kəndində anadan olmuşdur. İşdə olan AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumatlardan görünür ki, Ərizəçi 3 və daha çox uşaq doğub 8 yaşadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi 220 manat, İ qrup əlilliyə görə 100 manat məbləğində pensiya alır. İşdə olan Laçın rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 09 saylı məktubundan görünür ki, Ərizəçi 1978-1990-cı ilə qədər Laçın rayonunun “Alxaslı” sovxozunda fəhlə işləməsi barədə arxiv sənədləri rayonun işğalı ilə əlaqədar işğalda qalmışdır. İşdə olan əmək kitabçasının surətindən görünür ki, X2 xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Laçın rayonunun “Alxaslı” sovxozunda müxtəlif vəzifələrdə çalışmışdır. İşdə olan əmək kitabçasının surətindən görünür ki, X3 xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayonunun “Alxaslı” (keçmiş “Qızıl Ordu”) sovxozunda fəhlə işləmişdir. İşdə olan əmək kitabçasının surətindən görünür ki, X5 xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Laçın rayonunun “Alxaslı” (keçmiş “Qızıl Ordu”) müxtəlif vəzifələrdə çalışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ərizəni təmin edərkən işin hallarına uyğun düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən işin bütün hallarını araşdırmamış, yalnız ərizəçinin təqdim etdiyi şahid ifadlərinə istinad etmişdir. Belə ki, ərizəçi 01 sentyabr 1978-ci ildən 01 yanvar 1990-cı il tarixədək “Alxaslı” sovxozunda fəhlə işləməsi barədə faktın məhkəmə qaydasında müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Birinci instansiya məhkəməsi şahid ifadələrinə əsasən ərizəni qismən təmin edərək Ərizəçi xx.xx.1979-cu il tarixdən xx.xx.1990-cı il tarixədək “Alxaslı” heyvandarlıq sovxozunda fəhlə işləməsi faktı müəyyən etsə də, iş materallarından görünür ki, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərdən yalnız X2 xx.xx.1979-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Laçın rayonunun “Alxaslı” sovxozunda müxtəlif vəzifələrdə çalışmışdır. Digər şahidlər X3 xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, X5 xx.xx.1983cü il tarixdən xx.xx.1985-ci il tarixədək qeyd edilən sovxozda işləmişlər. Göründüyü kimi şahidlərdən yalnız birinin 1979-cu ildən həmin sovxozda işləməsi halı müəyyən edilsə də, dindirilmiş 3 şahidin ifadələrinə əsasən faktı təsdiq etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, lazımi sorğular göndərilmədən ərizə təmin edilmişdir. Bundan başqa iş materiallarıdnan görünür ki, ərizəçi 1990-cı ildə ailə quraraq Mingəçevir şəhərinə köçmüşdür. Lakin əmək kitabçasını özü ilə aparmaması o qədər də inandırıcı deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Lakin iş materiallarından göründüyü kimi, ərizəçi ərizəsində məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış, çatmaq istədiyi məqsədi göstərməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən bu hallarını araşdırmamış, sübuta yetrlmədiyi halda ərizəçinin xx.xx.1979-cu il tarixdən xx.xx.1990-cı il tarixədək “Alxaslı” heyvandarlıq sovxozunda fəhlə işləməsi faktı müəyyən etməklə düzgün olmayan qətnamə çıxarmışdır. Bu da qətnamənin ləğvi üçün əsas hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən ərizə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, e2(012)-197/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Maraqlı şəxs “Dövlət Sosial Müdafiə Fondu” X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, e2(012)-197/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi iş stajına malik olma faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.