Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1030/2024 10.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna qarşı ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X20 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxsna qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə ərizəsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 572/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, təqdim edilən əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı 20 il 7 ay təşkil etmişdir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 11 il 10 ay sığorta stajına uyğun olaraq 10959,56 manat xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək (8 il 9 ay sığorta stajına uyğun olaraq) 4184,16 manat olmaqla ümumillikdə 15143,72 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilən Azərbaycan Respublikası Dövlət X13 xx.xx.2023-cü il tarixli, 37 nömrəli arxiv arayışına əsasən Ağdam Rayon Pərollar kənd orta məktəbinin 1993-cü il tarixinə qədər olan arxiv sənədləri işğal zonasında qaldığı üçün 1981-1993-cü illər üzrə əmək haqqı alıbalmadığını müəyyən etmək mümkün olmadığından sözügedən dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Bildirilmişdir ki, ona xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyi üçün (hazırda 220 manat məbləğində olmaqla ödəniş davam etdirilir) qanunun 22-1.2-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bildirilmişdir ki, 2006-cı ilin 1 yanvar tarixinədək bitmiş əyani təhsil müddəti həmin tarixədək qüvvədə olmuş “vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq sığorta stajına daxil edilir. Qeyd olunanlara əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1985-ci il tarixinədək əyani təhsil almaqları barədə arayışı yaşayış yeri üzrə Fondun müvafiq qurumuna təqdim etdikdən sonra həmin dövrün sığorta stajına əlavə edilməsinə baxıla bilər. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
2. НВ seriyalı, 971221 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi 1979-cu ildə C.M.Kurov adına qırmızı əmək bayraqlı ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1985-ci ildə orada kitabxanaçılıq və biblioqrafiya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1985-ci il 10 iyun tarixli qərarı ilə ona kitabxanaçı-biblioqrafiya ixstisası verilmişdir.
3. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikası, Ağdam şəhərində xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır.
4. Ərizəçi ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhəri, 1 saylı doğum evinə sanitar-xadimə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə əməyin mühafizəsi üzrə müfəttiş vəzifəsinə keçirilmiş və xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.
5. X22 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 37 №-li arxiv arayışından görünür ki, Ağdam rayon Pəroğlular kənd orta məktəbinin 1993-cü ilə kimi olan arxiv sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq işğal altında qalmışdır.
6. AA seriyalı, 074367 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışdır.
7. Göyçay Rayon Məhkəməsinin 05 iyun 2013-cü il tarixli, 2(046)-439/2013 saylı qətnaməsi ilə ərizəçinin xahişinin təmin edilməsi, ərizəçi X4 1985-1995-ci illərdə Ağdam rayonunun Pərioğullar kənd 8 illik məktəbində müəllim işləməsi faktının müəyyən edilmiş hesab edilməsi qət edilmişdir.
8. DSMF Yasamal rayon şöbəsinin müdiri N.H.Məhərrəmov tərəfindən Dövlət Sosial Müdafiə Fondu Ağdam rayon şöbəsinə ünvanlanmış müraciətdən görünür ki, xx.xx.1979cu il tarixdən xx.xx.1996-cı il tarixədək Ağdam rayon Təhsil Şöbəsində işləmiş vətəndaş X5 iş stajını yoxlayıb, yoxlama aktının göndərilməsi xahiş edilmişdir.
9. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Ağdam rayon şöbəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Yasamal Rayon şöbəsinə ünvanlanmış 03 noyabr 2015-ci il tarixli, 21/261 saylı məkuba cavabdan görünür ki, X5 iş stajını yoxlayıb, yoxlama aktı göndərilmişdir.
10. ИТ seriyalı, ******* nömrəli X7 məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1979-cu il tarixdən sentyabr 1980-ci il tarixə kimi Eyvazbəyli kənd orta məktəbində xx.xx.1980-ci il tarixdən Pərioğlular kənd n/orta məktəbində 1 dekabr 1993-cü il tarixə kimi müəllim işləmişdir. 1 dekabr 1993-cü il tarixdən xx.xx.1996-cı il tarixə qədər iş yerini itirdiyi iş yeri və pedaqoji iş stajı saxlanılmışdır. Onun pedaqoji iş stajı on yeddi il olmuşdur. Ağdam rayon təhsil şöbəsinin müdiri E.Şükürov, kadr inspektoru Ə.Abbasov tərəfindən təsdiq olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
11. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ərizəçinin 10 mart 1982-ci ildən 1993-cü ilin iyul ayına kimi Ağdam Şəhər Pəriollar kənd orta məktəbində işlədiyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1960-cı il tarixdə Ağdam şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına X23 ordenli Azərbaycan Dövlət Universitetinin kitabxanaçı fakultəsinə daxil olmuşdur. 1985-ci il tarixdə həmin universiteti bitirmişdir. Qeyd edir ki, universitetdə qiyabi təhsil almışdır. 10 mart 1982-ci il tarixdən 1993-cü il iyul ayına kimi (məcburi köçkün düşənə qədər) Ağdam şəhəri, Pəriollar kənd orta mətkəbində kitabxanaçı vəzifəsində çalışmışdır. 1993-cü il tarixdə Ağdam şəhərindən məcburi köçkün düşmüş, Sumqayıt şəhərində məskunlaşmışdır. 06 aprel 2023-cü il iyul ayına kimi Ağdam şəhəri, Pəriollar kənd orta məktəbində çalışması barədə Ağdam rayonu, Pəriollar kənd məktəbinin 1993-cü ilə kimi arxiv olan sənədləri Ağdam rayonunun işğalı ilə əlaqədar olaraq işğal altında qalmışdır. Bildirir ki, onunla bir yerdə həmin məktəbdə çalışan iş yoldaşları vardır. Onlar məhkəmə iclası zamanı şahid ifadəsi verə bilərlər.
13. Ərizəçi 31 yanvar 2024-cü il tarixdə məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Ərizəçi 10 mart 1982-ci ildən 1993-cü ilin iyul ayına kimi Ağdam Rayonu, Pərioğlular kənd orta məktəbində işlədiyi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş stajının (əmək fəaliyyətini) təsdiq edilməsi barədə hüquqi əhəmiyyətli faktın tanınması zamanı qanunvericilikdə və məhkəmə təcrübəsində ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən təsdiq edilməlidir. Lakin iş üzrə icraat materiallarında ərizəçinin işlədiyi illəri təsdiq edəcək hər hansı şahidin işə cəlb olunmadığı aydın görünür. Beləliklə, iş materiallarına əsasən, ərizəçinin işləməsi faktını təsdiq edən yuxarıda qeyd olunan qanunvericililklə nəzərdə tutulmuş hallar, sənədlər və materiallar mövcud olmadığından ərizə təmin edilməməlidir. Buna görə də 2(060)-572/2024 nömrəli mülki iş üzrə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirmişdir ki, o, 1982-ci il tarixdən 1993-cü ilə qədər səkkiz illik Pəriollar məktəbində ingilis dili müəllimi işləmişdir. Solmaz xanım kitabxanaçı kimi fəaliyyət göstərmişdir. O gəldikdən bir il sonra, yəni 1983cü ildə Solmaz xanım gəlmişdir. Uzun müddət keçdiyi üçün ola bilər ki, düzgün tarix deyə bilməsin. Solmazın baldızı onunla orta məktəbdə bir yerdə oxumuş və daha sonra o işləmişdir. Onun da eyni qaydada əmək kitabçası məhkəmə qətnaməsindən sonra doldurulmuşdur. Hal-hazırda pensiya alır. Özü Bakı şəhərində 271 saylı məktəbdə 22 il ingilis dili müəllimi işləmişdir. Həmin illər nəzərə alınmışdır. Hal-hazırda onun 42 illik müəllimlik stajı vardır.
16. Məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirmişdir ki, o, Ağdam rayonunun Pəriollar kənd məktəbində 1985-ci il tarixdən 1995-ci il tarixə kimi işləmişdir. İbtidai sinif müəllimi işləmişdir. 1985-ci il tarixdə o, oraya gəldikdə Solmaz artıq orada kitabxanaçı kimi işləmişdir.
17. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-572/2024 nömrəli qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, Ərizəçi Ağdam rayonu, Pərioğlular kənd orta məktəbində 1985-ci il tarixdən 1993-cü il tarixinə qədər kitabxanaçı işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova).
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndi, «X15» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci, 3.4-ci bəndləri, AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İİİ bölməsinin 17-ci bəndinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2ci, 13.4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.2.11, 308-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
19. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli 2(060)-572/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. İş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır.
21. Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli qətnaməsinə əsasən məhkəmə iclasında şahid qismində dindirilən X9 və X3 rayon Pərioğlular kənd orta məktəbində ərizəçi ilə birgə işləmişdir. X1 Göyçay Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.1985-ci il tarixdən xx.xx.1995-ci il tarixədək həmin məktəbdə işləmiş, digər şahid X9 isə əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək ərizəçi ilə eyni məktəbdə işləmişdir. Ərizəçinin məhkəmə iclasında dindirilən şahidlərlə əmək fəaliyyəti xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlərdə üst-üstə düşməsinə baxmayaraq, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən bu hal nəzərə alınmamış və 1985-ci il tarixdən 1993-cü il tarixədək bütün dövrlər Ərizəçi işləməsi faktı kimi müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə tərəfindən işin hallarına düzgün qiymət verilməmişdir.
22. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir.
23. Məhkəmə iclasında dindirilən şahidlərdən Məmmədova Nəzakətİslam qızının təqdim etdiyi əmək kitabçasında onun xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayon Pərioğlular kənd orta məktəbində müəllimişlədiyi qeyd olunmuşdur. Ağdam rayonunun xx.xx.1993-cü il tarixdə işğal edildiyi halda həmin dövrdən sonra şahid kimi dindirilən N.Məmmədovanın məktəbdə işləməsi mümkün olmadığından, məhkəmə tərəfindən əmək kitabçasındaki qeydlərin mötəbər olması araşdırılmamış və mötəbərliyi təsdiq edilməyən sənəd əsasında hüquqi əhəmiyyətli olan fakt təsdiq edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən kifayət qədər araşdırılma aparılmamış, iş üçün əhəmiyyətli olan bütün hallar sübuta yetirilməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
27. Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
28. Bənd 13.1. Nəzərə alınmalıdır ki, “X15” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “X15” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
29. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə
30. Bənd 17. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il 175 №-li qərarı
31. Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır.
33. Maddə 307.2.11. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir.
34. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri
39. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Apellyasiya şikayətindən görünür ki, maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-572/2024 nömrəli qətnaməsinin ləğvini, xahiş etmişdir.
42. Məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
44. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iclasında ərizəçinin özünün və şahidlərin ifadələri ilə Ərizəçi Ağdam rayonu, Pərioğlular kənd orta məktəbində 1985-ci il tarixdən 1993-cü il tarixinə qədər kitabxanaçı işləməsi öz təsdiqini tapdığından, əmək stajına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilməlidir.
45. Ərizəçi məhkəmə iclasında bu faktın tanınmasının ona pensiya təyin edilməsi üçün lazım olduğunu qeyd etmişdir.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə qismən razılaşaraq, hesab edir ki, əmək stajının müddəti dəqiqləşdirilməlidir.
47. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. İşçinin əmək fəaliyyətini təsdiq edən sənəd isə əmək qanunvericiliyinə əsasən əmək kitabçasıdır. Həmin sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilməlidir. Lakin hazırkı işdə ərizəçi və maraqlı şəxs ərizəçinin göstərdiyi 1982-1993-cü illərdə əmək fəaliyyəti ilə məşğul olması faktını təsdiq edən əmək kitabçasının əslini və ya notariat qaydasında təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir.
48. Ərizəçinin tələbini əsaslandırmaq üçün istinad etdiyi yeganə sübut iki şahid ifadəsidir ki, həmin şahidlərdə biri – X9 1982-ci il tarixdən 1993-cü ilə qədər Pəriollar məktəbində ingilis dili müəllimi işləmişdir. Digər şahid X3 rayonunun Pəriollar kənd məktəbində 1985-ci il tarixdən 1995-ci il tarixə ibtidai sinif müəllimi kimi işləmişdir.
49. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli Qərarı ilə təstiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 17-ci bəndinə əsasən 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi əmək stajın müddəti hissəsində dəyişdirilməli, xx.xx.1985-ci (tədris ilin başlanma tarıxindən) ildən xx.xx.1993-cü ilədək (Ağdam şəhərinin işğalı tarixinədək) müəyyən olunmalıdır.
51. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz.
53. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
54. Beləliklə, məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri iş materialları ilə birgə hüquqi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır.
55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 572/2024 nömrəli qətnaməsi əmək stajın müddəti hissəsində dəyişdirilməlidir.
56. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-572/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Ərizəçi Ağdam rayonu, Pərioğlular kənd orta məktəbində xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixinə qədər kitabxanaçı işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.