Məhkəmə qərarları › İş №2(105)-1032/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1032/2025

09.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1032/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı Mirzəməmməd oğlunun iştirakı ilə, İddiaçı Mirzəməmməd oğlunun Cavabdeh qarşı əmlakın özgəsinin qanunsuz istifadəsindən geri alınması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1363/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mirzəməmməd oğlu məhkəmədə iddia qaldıraraq onun və mülkiyyətlərində olan ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışda göstərilmiş torpaq sahəsinin 0.74 ha sahəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəməyə vəsatətlə müraciət edərək, mübahisə predmeti olan torpaq sahəsinə dair onun Sumqayıt İnzibati Məhkəməsinin icraatında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair 2- 1(118)3331/2025 saylı iş olduğunu bildirib, həmin işin nəticəsinin hazırkı iş üçün əhəmiyyətini nəzərə alaraq, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)- 3331/2025 saylı işə baxılana qədər iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1363/2025 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) Cavabdeh icraatın dayandırılması barədə vəsatəti təmin edilməmişdir. Həmçinin, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1363/2025 nömrəli qərardadı ilə (hakim Sərxan Səmədzadə) iş üzrə ekspertiza təyin edilərək, icraat dayandırılmışdır. Cavabdeh şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025, 2(067)- 1363/2025 saylı qərardadının ləğv edilməsi, iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)- 3331/25 saylı işə mahiyyəti üzrə baxılanadək hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1363/2025 nömrəli qərardadı (hakim Samir Bayramov) ilə Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1363/2025-006 saylı qərardadından verdiyi şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması məsələsinin tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Mirzəməmməd oğlu iş üzrə icraatın dayandırılmasına etiraz etdiyini bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, şikayətə aşağıda göstərilənlərə əsasən baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 258.2-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Həmçinin, Mülki Prosessual Məcəlləsnin 395.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə iş üzrə icraatın dayandırılması barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulsa da, icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda iş üzrə icraatın dayandırılmasına dair vəsatətin təmin edilməməsi işin sonrakı hərəkətlərinə mane olmur. Belə olan halda hazırki iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsi barədə qərardaddan şikayət verilə bilməz. Birinci instansiya məhkəməsi isə səhv olaraq qərardadın nəticə hissəsində qərardaddan şikayət verilməsini nəzərdə tutmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, şikayətin məzmunundan göründüyü kimi, şikayətçi birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılması barədə vəsatəin təmin edilməməsinə dair xx.xx.2025-ci il tarixi qərardadından şikayət versə də birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadla eyni tarixdə qəbul edilmiş, iş üzrə ekspertiza təyin edilməsi və ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması barədə qərardaddan verilmiş şikayət kimi şikayəti müzakirə etmiş, şikayətin təmin edilməməsi barədə qərardad qəbul etmişdir. Halbuki cavabdehin iş üzrə ekspertiza təyin edilməsi və ekspertiza rəyi alınanadək icraatın dayandırılması barədə qərardaddan şikayəti olmamışdır. Bu hal şikayətin məzmunundan açıq-aşkar görünmüşdür. Şikayətçinin şikayətində xx.xx.2025-ci il tarixli, 2(067)-1363/2025-006 saylı qərardaddan şikayət verməsini göstərməsi, onun məhz ekspertiza təyin edilməsi barədə qərardaddan şikayət verməsi anlamına gəlməməkdir. Belə olduğu təqdirdə isə şikayətə baxılması üçün prosessual əsaslar da mövcud olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 361-363 və 395-ci maddəsinin tələblərinə uyğun olmadığından, bununla da işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığından şikayət qeyri-mümkün hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366 395-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-1363/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərаrdаddаn rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar