Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-104/2023 05.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh2 nümayəndəsi Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin, çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün qismən ləğv edilməsi, daş hasar və tikilinin sökülməsi, sahənin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(012)-68/2022 nömrəli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim İddiaçı) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin satılması barədə AN-İ № ******* saylı 17 may 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Cavabdeh2 məxsus 0,1 ha torpaq sahəsi üçün xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********42 saylı reyestrdən çıxarışı və müvafiq olaraq onun torpaq sahəsinin plan və ölçüsü-qismən, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən 0,171011 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0425 ha hissədə ləğv edilməsi, həmin 0,0425 ha hissədə cavabdeh X4 tikdiyi daş hasar və tikili cavabdeh X4 hesabına sökülməsi, bu sahə boşaldılaraq İddiaçı təhvil verilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi: SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. qət edilmişdir. Cavabdeh X10 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin satılması barədə AN-İ № ******* saylı 17 may 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Cavabdeh2 məxsus 0,1 ha torpaq sahəsi üçün xx.xx.2017-ci il tarixli **********42 saylı reyestrdən çıxarışı və müvafiq olaraq torpaq sahəsinin plan və ölçüsü qismən, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2017-ci il tarixli, **********278 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən 0,171011 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0425 ha hissədə ləğv edilməsi, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə ona məxsus xx.xx.2017-ci il tarixli, **********278 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,171011 ha torpaq sahəsinin mərz nişanları qoyulmaqla naturada yerinin müəyyən olunaraq göstərilməsi və plan və ölçüsünün çəkilib verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin satılması barədə AN-İ № ******* saylı 17 may 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Cavabdeh2 məxsus 0,1 ha torpaq sahəsi üçün xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışı və müvafiq olaraq torpaq sahəsinin plan və ölçüsü qismən, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən 0,171011 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0425 ha hissədə ləğv edilməsi, həmin 0,0425 ha hissədə Cavabdeh2 tikdiyi hasar və tikilinin cavabdehin hesabına sökülməsi, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə ona məxsus xx.xx.2017-ci il tarixli, **********278 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,171011 ha torpaq sahəsinin mərz nişanları qoyulmaqla naturada yerinin müəyyən olunaraq göstərilməsi və plan və ölçüsünün çəkilib verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin satılması barədə AN-İ № ******* saylı 17 may 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, Cavabdeh2 məxsus 0,1 ha torpaq sahəsi üçün xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********42 saylı reyestrdən çıxarışı və müvafiq olaraq onun torpaq sahəsinin plan və ölçüsü-qismən, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən 0,171011 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0425 ha hissədə ləğv edilməsi, həmin 0,0425 ha hissədə cavabdeh X4 tikdiyi daş hasar və tikili cavabdehin hesabına sökülməsi, bu sahə boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 yanvar 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.171011 ha torpaq sahəsi satıcılar X11 (və digər paylı mülkiyyətçilər) tərəfindən ona satılaraq mülkiyyətinə verilmişdir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi Abşeron rayonu, 2 saylı notraiat kontoru tərəfindən təsdiq edilmişdir. Adı çəkilən alqı-satqı müqaviləsinə uyğun olaraq xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.171011 ha torpaq sahəsi üçün **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış versədə, torpaq sahəsinin plan və ölçüsünü vermədiyindən tərəfindən xx.xx.2017-ci il tarixində müraciət olunmuş, idarə özünün xx.xx.2017-ci il tarixində **********47 saylı məktubu ilə bildirmişdir ki, sənəd üzrə torapq sahəsinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst- üstə düşdüyündən plan və ölçünün verilə bilmədiyini bildirmişdir. Son olaraq isə xx.xx.2019-cu il tarixində müvafiq ərizə ilə müraciət edilərək torpaq sahəsinin koordinatları soruşularaq plan və ölüçüsü istənilmiş, bu İdarə özünün **********65 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə bildirmişdir ki, “Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən mülkiyyətində olan xx.xx.2017-ci il tarixli **********78 reyestr nömrəıli, 0.171011 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsi ilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsəinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasındakı fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsinin 0.0963 ha hissəsi başqa vətəndaş tərəfindən inşa edilmiş daş hasarın daxilində yerləşir, 0.0613 ha hissəsi isə başqa şəxs tərəfindən inşa edilmişf qeyri-yaşayış binasının tikintialtı sahəsində yerləşir.” Bundan sonra tərəfindən bu İdarəyə gedərək əvvəlki mülkiyyətçi X6 verilmiş xx.xx.2016-cı il tarxli **********78 reyestr nömrəli çıxarışa əsasən onun bu torpaq sahəsinə olan plan və ölçüsü təqdim edilmiş və izah edilmişdir ki, bu sənədlər əsasında o, notariat kontorunda alqı-satqı müqaviləsi bağlayaraq bu torpaq sahəsini əldə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi özünün xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublarında bu torpaq sahəsinin kimin torpaq sahəsi ilə üst-üstə düşdüyünü məhkəməyə ərizə verilənə qədər açıqlamamış və eyni zamanda məsələnin hər hansı formada həllini də təklif etməmişdir. Ona görə də iddiçı Sumqayıt İnzibati-İqtisadi məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.171011 ha torpaq sahəsinin mərz nişanları qoyulmaqla naturada yerinin müəyyən olunaraq göstərilməsi və plan və ölçüsünün çəkilib verilməsi vəzifəsinin qoyulmasını” xahiş edilmişdir. Məhkəmə icraatı dövründə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi özünün xx.xx.2019-cu il tarixli etiraz ərizəsində bildirmişdir ki, "ərizəçinin hazırkı tələbinin icrası, ilk növbədə başqa şəxslərin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə əsassız müdaxilə həmin şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnir”. Bundan sonra yəni, torpaq sahələrinin üst-üstə düşməsi səbəbindən torpaq sahəsinin planölçüsünün çəkilib verilməsinin qeyrimümkünlüyü, mülkiyyət sənədlərinin tələb edilməsi, üst-üstə düşən torpaq sahəsinin hissəvi ləğv edilməsinin zəruriliyi və s. səbəblərdən Sumqayıt İnzibati Məhkəməsinə ərizə verilərək iddia ərizəsinin geri qaytarılması xahiş edilmiş, məhkəmə özünün 2- 1(118)- 372/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə və əlavə edilmiş sənədləri geri qaytarmışdır. Bundan sonra müvafiq sorğu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə sorğu verilmiş, bu İdarə üzünün xx.xx.2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, sorğuda qeyd olunan X7 məxsus **********42 reyestr nömrəli çıxarış Sumqayıt “ASAN” xidmət mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-1910 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən qeydiyyata alınmışdır”. Bundan sonra Sumqayıt “ASAN” xidmət mərkəzinin Notariat kontoruna sorğu verilərək adı çəkilən notariat işinin təsdiq edilmiş surəti xahiş edilmiş, bu notariat ofisi özünün 2481 saylı 14 iyul 2020-ci il tarixli məktubu ilə 20 (iyirmi) vərəqədən ibarət notariat işinin təsdiq edilmiş surətini təqdim etmişdir. Təqdim edilmiş notariat işindən görünür ki, 17 may 2017-ci il tarixində cavabdeh Əhmədov X12 rayonu, Saray qəsəbəsində yerləşən özünə məxsus 0,1 ha torpaq sahəsini Cavabdeh2 satmış, sonuncu da bu alqı-satqı müqaviləsinə uyğun olaraq xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən **********42 saylı reyestrdən çıxarış və müvafiq olaraq torpaq sahəsinə plan və ölçü almışdır. O isə Abşeron rayonu, 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 27 yanvar 2017-ci il tarixli alqı satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.171011 ha torpaq sahəsini satıcılar X11 (və digər paylı mülkiyyətçilər) tərəfindən əldə etmişdir. O, Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin satıcı X6 verdiyi mülkiyyət hüqüquna dair çıxarışının və torpaq sahəsinin plan və ölçüsü sənədinin olması əsasında sözügedən torpaq sahsəsini əldə etmişdir. Adı çəkilən alqi-satqı müqaviləsinə uyğun olaraq xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.171011 ha torpaq sahəsi üçün **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. İddia ərizəsində qeyd edildiyi kimi cavabdeh 4 saylı Abşeron Ərazi İdarəsi Cavabdeh2 reyestrdən çıxarışı xx.xx.2017-ci il tarixində, İddiaçı isə 17 fevral 2017-ci il tarixində, yəni iddiçıya veriləndən təxminən 5 ay sonra cavabdehə mülkiyyət hüququna dair çıxarış vermişdir. Əgər bu torpaq sahələri üst-üstə düşdüyü halda ondan sonra bu cavabdehə mülkiyyət hüququna dair çıxarış və torpaq sahəsinin plan və ölçüsünü üst-üstə düşdüyü hissədə verməli deyildi, lakin bu İdarə əksinə, ondan sonra torpaq alan vətəndaşa həm çıxarış, həm də torpaq sahəsinin plan və ölçüsünü çəkib vermiş, ona isə torpaq sahəsinin plan və ölçüsünü verməkdən imtina etmişdir. Ona görə də ərizədə ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********78 reyestr nömrəli 17 fevral 2017-ci il tarixli mülkiyyət hüququna dair çıxarışa əsasən 0.171011 ha torpaq sahəsinin 0,0425 ha hissəsi xx.xx.2017-ci il tarixli, **********42 reyestr nömrəli, X5 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən, üst-üstə düşən hissədə cavabdehlərin həm alqı-satqı müqaviləsi, həm reyestrdən çıxarış, həm də torpaq sahəsinin plan və ölçüsü qismən ləğv edilməsi tələbi qoyulmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi bildirmişdir ki, ona məxsus 0.171011 ha torpaq sahəsinin 0,0425 ha hissəsi Anar Qəhrəmanova məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Abşeron rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 10/4963 saylı rəyi ilə müəyyən edilmişdir ki, onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən **********78 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 17 fevral 2017-ci il tarixli mülkiyyət hüququna dair çıxarışa əsasən kənd təsərrüfatlı təyinatlı 0.171011 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin kordinatları cənub istiqamətdə 0,0425 ha hissəsi, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********42 reyestr nömrəli, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış X5 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən çıxarışda göstərilən kənd təsərrüfatlı təyinatlı 0,10 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Ona məxsus torpaq sahəsinin bir tərəfi şosse yolu, bir tərəfi başqa şəxsə məxsus daş hasarın fundamenti, bir tərəfi boş torpaq sahəsi, bir tərəfi isə cavabdeh X5 torpaq səhəsidir ki, cavabdeh oranı daş hasara alaraq hörmüş və orada tikinti materiallarının satışı ticarət obyektini tikmişdir. Bildirir ki, bir neçə il bundan əvvəl, hələ cavabdeh Anar Qəhrəmanov orada hasar çəkəndə və tikilini tikmək istəyəndə o, Reyestr Xidmətindən GPS aparataı vasitəsi ilə yerin mövqeyini təyin edərək bu torpaq sahələrinin üst-üstə düşməsini bildirmiş və hələ məsələ aydınlaşana qədər oraya hasar çəkməməsini və tikinti işi aparmamasmı xahiş etmiş, lakin cavabdeh Anar Qəhrəmanov onun xahişinə heç bir məhəl qoymamış və oraya həm hasar çəkmiş, həm də tikinti materiallarının satışı obyektini tikmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh X2 Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin cavabdehlər Cavabdeh1 ilə X10 arsında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsinin satılması barədə AN-İ №0620530 saylı 17 may 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, cavabdeh X7 məxsus 0.1 ha torpaq sahəsi üçün xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, **********42 saylı reyestrdən çıxarışın və müvafiq olaraq onun torpaq sahəsinin plan və ölçüsünün –qismən, İddiaçı mülkiyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********78 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışa əsasən 0.171011 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.0425 ha hissədə ləğv edilməsinə, həmin 0.0425 ha hissədə cavabdeh X4 tikdiyi daş hasar və tikili cavabdeh X4 hesabına sökülməli və bu sahə boşaldılaraq İddiaçı təhvil verilməli hissəsinə münasibətdə bildirir ki, məhkəmə sadəcə üst-üstə düşmə faktını əsas götürərək iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Lakin məhkəmə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04 oktyabr 2021-ci il tarixli mütəxəssis rəyinin Qeyd hissəsində göstərilən sürüşmə səbəbi ilə X7 məxsus 0.1 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında hüquqi vəziyyəti ilə faktiki vəziyyət arasında naturada uyğunsuzluqlar olduğunu nəzərə almamışdır. Həmçinin məhkəmə əmlakların koordinatlarının üst-üstə düşməsinin dəqiq müəyyən edilməsi üçün mütəxəssis rəyində göstərilən “cavabdeh X8 məxsus elektron kadastr uçotu yekunlaşdıqdan sonra dəqiq rəy verilə bilər. Hazırda xəritə olmadığından və həmin ərazidə sürüşmə olduğundan dəqiq rəy verilməsi qeyrimümkündür” xüsusatlarına aydınlıq gətirmədən alqı-satqı müqaviləsinin, çıxarışın və planölçünün “üst-üstə düşən hissədə” ləğv edilməsi qənaətinə gəlmişdir. Məhkəmə iş materiallarında olan sübutları düzgün araşdırmamış və onlardan düzgün istifadə etməmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi və mütəxəssis rəyləri arasında ziddiyyət olsa da məhkəmə həqiqətin müəyyən edilməsindən ötrü onlar arasındakı ziddiyyəti aradan qaldıra bilməmişdir. Sanki ekspert rəyinə qabaqcadan müəyyən edilmiş hüquqi qüvvə verməklə yalnız ona əsaslanmışdır. İddiaçı tərəfindən irəli sürülən tələblər iş materiallarında olan sübutlarla təsdiq edilməmişdir. Sübutlar ziddiyyətli və qeyrimüəyyəndir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi Vəkil4 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının qeyd etdiyi halların ekspert rəyi ilə öz təsdiqini tapması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbləri alqı-satqı müqaviləsinin, çıxarışın, onun əsasında verilmiş torpaq sahəsinin plan-ölçüsünün qismən ləğv edilməsi, daş hasar və tikilinin sökülməsi, sahənin boşaldılaraq təhvil verilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 421, 140 və 157.2-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bir neçə tələbdən ibarət olduğundan, ilkin tələb alqı-satqı müqaviləsinin ləğvi digər tələbləri özündən asılı etdiyindən, ilk öncə həmin əqdin ləğv edilməsi tələbinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1 ha torpaq sahəsinin satılması barədə AN-İ № ******* saylı 17 may 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvini xahiş edir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 421-ci maddəsi təşkil edir. Həmin maddənin məzmunundan göründüyü kimi tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmalar ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən isə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Göründüyü kimi müqavilənin dəyişdirilməsini və ya ləğvini yalnız müqavilə tərəfi tələb edə bilər. Lakin hazırkı iş üzrə iddiaçı mübahisələndirilən müqavilə üzrə tərəf deyil. Bu da iddiaçıya həmin müqaviləni öz adından ləğvini tələb etmək hüququ vermir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının başqa tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququ olmadığından, iddia tələbi təmin edilə bilməz. İddia tələbinin çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün qismən ləğv edilməsi, daş hasar və tikilinin sökülməsi, sahənin boşaldılaraq təhvil verilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan çıxarış və plan-ölçü mövcud müqavilə əsasında verildiyindən, bu tələblər, o cümlədən daş hasar və tikilinin sökülməsi, sahənin boşaldılaraq təhvil verilməsi tələbləri də ilkin tələbdən törəmə olduğundan və ilkin tələb olan əqd ləğv edilmədiyindən, iddia tələbləri bu hissələrdə də təmin edilə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Anar Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, həmin birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza ilə bağlı xərcləri (50+50=100) 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin, çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün qismən ləğv edilməsi, daş hasar və tikilinin sökülməsi, sahənin boşaldılaraq təhvil verilməsi barədə iddia tələbi rədd edilsin. Keçirilmiş ekspertiza ilə bağlı xərc 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-104/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-104/2023
05.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver