Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-104/2024 18.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlunun sədrliyi və məruzəsi, X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı1, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 MMC-yə qarşı “40.000 manat pul ödəyərək aldığı ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilin ona təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)- 546/2022 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən və İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(004)-1281/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. Mənzil tikintisi haqqında 06 dekabr 2018-ci il tarixli, 074 saylı müqavilə ilə icraçı Cavabdeh1 MMC Abşeron Rayon İH başçısının 14 mart 2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı İddiaçı1 verməyi, sonuncu isə müqavilədə göstərilmiş məbləği ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən mənzilin sahəsi 120,69 kv.metr, mənzilin 1 kv.metrinin dəyəri 331 manat və mənzilin ümumi dəyəri 40000 manat müəyyən edilmiş, “Payçı” ilkin olaraq 27000 manat məbləğində avans və qalan məbləği 6 ay müddətində hər ay 2167 manat ödənilməsini öhdəsinə götürmüşdür.
2. Həmin müqavilə iki fərqli nüsxədə məhkəməyə təqdim edilmişdir.
3. Bir nüsxənin 5.7-ci bəndində göstərilmişdir ki, “bu mənzil X12 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı1, iyirmi beş min manatı X20 tərəfindən şirkətə ödəndikdən sonra qüvvəyə minir. Əks təqdirdə etibarsız sayılsın”.
4. Digər nüsxənin 5.7-ci bəndində isə qeyd edilir ki, “bu müqavilənin 5.1, 5.2 və 5.3cü bəndlərində qeyd olunan hallar baş verdikdə “Payçı” mənzili yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina etdikdə, üzvlükdən çıxdıqa müqavilə “Cəmiyyət” tərəfindən birtərəfli qaydada pozulur və mənzilin dəyərinin payçı tərəfindən ödənilmiş hissəsinin 10%i miqdarında cərimə məbləği çıxıldıqdan sonra “Payçıya” qaytarılır”.
5. Cavabdeh1 MMC tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı1 tərəfindən ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilə görə 40.000 manat məbləğində pul ödənilmişdir.
6. "xxxx" MMC tərəfindən Abşeron RİHB-na ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubda qeyd edilmişdir ki, şirkət tərəfindən inşa işlərinə baxmayaraq, yaranmış böhran və müəyyən maliyyə çətinlikləri ilə üzləşmiş və sərəncam ilə müəyyən edilmiş 6 blokun tam tikintisinin mümkünsüzlüyü qərara alınmışdır. Bunları nəzərə alaraq 147 saylı 04 aprel 2014-cü il tarixli sərəncamı ilə müəyyən edilmiş 6 girişli yüksək mərtəbəli binaların iki A və B bloklarının ayrılaraq "xxxx" MMC-yə verilməsi xahiş edilmişdir.
7. Abşeron Rayon İHB-nın 14 mart 2016-cı il tarixli sərəncamından görünür ki, Abşeron RİH başçısının 1417 saylı xx.xx.2014-cü il tarixli "xxxx" MMC-yə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi barəsindəki sərəncamına uyğun olaraq Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçələrinin kəsişməsində icazə verilmiş 6 girişli, zirzəmili, 16 mərtəbəli yaşayış binalarından ibarət kompleksin A və B bloklarının tikintisinə icazə verilmişdir. Xırdalan şəhəri, H.Əliyev prospekti ilə M.Hüseynzadə küçələrinin kəsişməsində icazə verilmiş kompleksdəki zirzəmili, 16 mərtəbəli A və B blokları üzrə tərtib edilmiş hüquqi sənədlərin "xxxx" MMC üçün işçi sənəd kimi qəbul edilməsi qərar alınmışdır.
8. "xxxx" MMC (icraçı) ilə X21 (payçı) arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 044№-li müqavilədən görünür ki, icraçı Abşeron rayonu, İH başçısının xx.xx.2016-cı il tarixli 38 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öhdəsinə götürmüş, payçı müqavilədə göstərilən məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzilin sahəsi 120,69 kv m, mənzilin 1 kv metrinin dəyəri 650 manatdır.
9. "xxxx" MMC (icraçı) ilə X21 (payçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilədən görünür ki, icraçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok İİ (üst) mərtəbəni bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin sahəsi 780 kv m-dir.
10. X21 tərəfindən Cavabdeh1 MMC-nin direktoruna ünvanlanmış ərizənin surətində qeyd edilmişdir ki, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilə görə M.Müzəffər tərəfindən ödənilmiş 78449 manatı tam olaraq geri almışdır. Şirkətlə bağlı heç bir narazılığı yoxdur. Gələcəkdə mənzil ilə bağlı şirkətdən heç bir iddiası ola bilməz.
11. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 18 yanvar 2021-ci ildə vəfat etmişdir.
12. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh3dur. Miras əmlak "xxxx" MMC tərəfindən xx.xx.2016-cı il tarixdə X13 verilmiş 044 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış binasında 5-ci blok, 12-ci mərtəbəsindəki, 329 saylı mənzildəki koorperativ paydan ibarətdir.
13. AR Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, istintaq zamanı müəyyən edilmişdir ki, X1 Müzəffər Əli oğlu tərəfindən və qardaşı X4 barəsində əsassız şikayətlərinin qarşısını almaq məqsədilə Müzəffər Məmmədlinin tələbi ilə 02 iyun 2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışının məzmununa bilə-bilə yalan, yəni guya binanın B (5-ci) girişi 12-ci mərtəəbsində yerləşən, ümumi sahəsi 120,69 m2 olan 329 nömrəli mənzili almaq üçün özünə müraciət etməmiş və mənzilin dəyərini ödəməmiş X3, mənzilin dəyərinin həmin tarixdə sonuncu tərəfindən tam həcmdə ödənilməsi ilə həmin mənzilə görə Cəmiyyətə borcunun olmaması barədə məlumatları daxil etməklə, həmin saxta sənədləri Müzəffər Məmmədliyə təqdim etmişdir. Həmçinin, iş materiallarından görünür ki, "xxxx" MMC-nin təsisçisi X7 və direktoru X25 tərəfindən ilkin olaraq 06 dekabr 2018-ci il tarixdə 40.000 manat müqabilində İddiaçı1 satılmış həmin Cəmiyyətin ünvan 5 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının B (5-ci) girişi 12-ci mərtəbəsində yerləşən sahəsi 120,69 m2 olan 329 nömrəli mənzil 18 yanvar 2019-cu il tarixdə 45.000 manat müqabilində X22, 16 noyabr 2022-ci il tarixdə isə 64.000 manat müqabilində X9 təkrarən satılmış və sonunculara qeyd edilən tarixlərdə həmin mənzilə dair saxta müqavilə və ödəniş sənədləri təqdim edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Abşeron Rayon Məhkəməsində icraat
14. İddiaçı1 iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 40.000 manat pul ödəyərək aldığı ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilin Cavabdeh1 MMC tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, 074 nömrəli mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin birinci bəndinə əsasən cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı Sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 329 nömrəli mənzil izolə olunmuş, 3 otaqlı ibarət pay kimi payçıya verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 120,69 kv.metr, ümumi dəyəri isə 40.000 manat təşkil edir. O, müqavilə üzrə ilkin olaraq 27000 manat pulu cavabdeh "xxxx" MMC-yə ödəmişdir. Qalan məbləğ isə 6 ay müddətinə hər ay 2167 manat olmaqla onun tərəfindən cavabdehə ödənilmişdir. Buna dair cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli maliyyə arayışı verilmişdir. Müqavilə üzrə mənzilin dəyərini tam şəkildə ödədikdən sonra mənzil təhvil verilməli olmasına baxmayaraq, cavabdeh öhdəliyinə əməl etməmiş və bu günə kimi müxtəlif bəhanələrlə mənzili təhvil verməkdən yayınmışdır. Bütün bunlarla bağlı xx.xx.2021-ci il tarixdə cavabdehə yazılı formada pretenziya məktubu ünvanlasa da, bir nəticəsi olmamış, bugünədək məktubuna hər hansı cavab verilməmiş, öhdəliyin icrası istiqamətində hər hansı addım atılmamışdır. Qeyd etdiklərindən göründüyü kimi o, müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etmişdir. Cavabdeh isə götürdüyü öhdəliyə riayət etməmişdir. Bu səbəbdən, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
16. Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilin Cavabdeh1 MMC tərəfindən İddiaçı1 təhvil verilməsi qət edilmişdir.
17. Abşeron Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 06 dekabr 2018-ci il tarixli, 0711 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı1 sifarişçi olaraq öhdəliyini tam icra etdiyi halda, cavabdeh təşkilat olaraq Cavabdeh1 MMC podratçı kimi ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı halda bunu etmədiyi üçün mübahisəli mənzili iddiaçıya təhvil verməlidir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 425.1, 431.1, 442, 752.1, 755-ci və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.
19. Cavabdeh1 MMC Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Sumqayıt Apellyasiya Məhkəməsində birinci icraat
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(105)-1620/2022 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadənin və L.M.Məmmədovanın iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq göstərmişdir ki, tərəflər arasında bağlanmış 06 dekabr 2018-ci il tarixli, 074 saylı mənzil tikintisi haqqında müqavilə və cavabdeh İddiaçı1 tərəfindən ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilə görə 40000 manat məbləğində pul ödənilməsi barədə Cavabdeh1 MMC tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı mübahisələndirilməmiş və ləğv edilməmişdir.
22. Cavabdeh1 MMC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(105)-1620/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1660/2023 nömrəli, 19 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər –E.Şamayev (məruzəçi), Ə.Xıdırov və E.Vəliyeva) Cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(105)-1620/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həqiqətən iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunan və iş materiallarına əlavə olunan (i.v. 5) Mənzil tikintisi haqqında 06 dekabr 2018-ci il tarixli, 074 saylı müqavilə icraçı olaraq Cavabdeh1 MMC və payçı olaraq İddiaçı1 arasında imzalansa və müqavilənin 3.3-cü bəndində mənzilin dəyəri 40000 manat məbləğində müəyyən edilsə də, müqavilənin 5.7-ci bəndində göstərilmişdir ki, “Bu mənzil X16 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı1, iyirmi beş min manatı X20 tərəfindən şirkətə ödənildikdən sonra qüvvəyə minir. Əks təqdirdə etibarsız sayılsın”. Hər bir halda, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin qeyd olunan dəlilinə, müqavilənin 5.7-ci bəndinin məzmununa hüquqi qiymət verilməmiş, X14 şəxsiyyəti tərəflərlə araşdırılmamış, sonuncunun işə cəlb edilməsi zərurəti müzakirə olunmamış, məhkəməyə təqdim olunmuş sübutlarda olan ziddiyyətlərə hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, apellyasiya məhkəməsinin tərəflər arasında imzalanmış müqavilənin və maliyyə arayışının cavabdeh tərəfindən mübahisələndirilməməsi və ləğv edilməməsinə dair mövqeyi də əsassız olmuşdur. Bu nöqteyi nəzərdən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh hazırkı iş üzrə apellyasiya şikayətinin dəlillərində iddianın əsasında olan müqavilənin etibarsız olmasını iddia etdiyi üçün apellyasiya məhkəməsi əqdin etibarlılığına hüquqi qiymət verməli idi. d) Yasamal Rayon Məhkəməsində icraat
25. İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3 qarşı “müqavilənin etibarsız hesab edilməs” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC ilə X21 arasında ünvan 1 ünvanında yerləşən binada 5-ci blok, 12-ci mərtəbədə, izolə olunmuş və 3 otaqdan ibarət 329 nömrəli mənzil ilə əlaqədar bağlanmış 02 iyun 2016-cı il tarixli, 044 saylı müqavilə və həmin müqavilənin yenilənməsi üçün xx.xx.2017-ci il tarixli 148 saylı müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "payçı" qismində İddiaçı1 ilə "icraçı” qismində Cavabdeh1 MMC arasında 06 dekabr 2018-ci il tarixində "Mənzil tikintisi haqqnda" 074 saylı müqavilə bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh Abşeron RİHB-nın xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən binada-5-ci blok, 12-ci mərtəbədə, izolə olunmuş və 3 otaqdan ibarət 329 nömrəli mənzili pay kimi payçıya verməyi öhdəsinə götürmüş və müqavilənin 1.2-ci bəndinə əsasən “payçı” müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-3.3-cü bəndləri ilə mənzilin sahəsi 120.69 kv. metr, mənzilin 1 kv. metr dəyəri 331 manat, mənzilin ümumi dəyəri 40.000 manat müəyyən edilmiş, 3.4-cü bəndi ilə "payçı"nın ilkin olaraq 27.000 manat avans ödəməsi şərtləşdirilmiş, 3.5-ci bənd ilə “payçı”nın hər ay 2167 manat ödəniş edəcəyi və 3.6-cı bənd ilə kreditin müddətinin 6 ay olduğu təsbit olunmuşdur. İddiaçı tərəfindən MMC-yə müqavilə bağlanan gün, yəni xx.xx.2018-ci il tarixdə 27.000 (iyirmi yeddi min) manat ödəniş edilmiş, qalan məbləğ isə vaxtlı-vaxtında cavabdehə ödənilmişdir. Bu fakt cavabdeh "xxxx" MMC-tərəfindən onun öz möhürü ilə təsdiq olunmuş 12 yanvar 2021-ci il tarixli "Maliyyə Arayışı” ilə də təsdiq olunur. Həmin arayışda cavabdeh MMC təsdiq edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilən yaşayış binası "xxxx" MMC şirkətinə məxsusdur. Bu binanın 5-ci blok, 12-ci mərtəbəsində, ümumi sahəsi 120,69 kvm olan 3 (üç) otaqlı, 329 saylı mənzilin pay dəyəri payçı İddiaçı1 tərəfindən 40.000 (qırx min manat) AZN ödənilmişdir. Arayış "xxxx" MMCnin direktoru Tağıyev R.N tərəfindən imzalanmış və Cəmiyyətin möhürü ilə təsdiqlənmişdir. Bütün bunlara baxmayaraq, qeyd edilən mənzil iddiaçıya təhvil verilməmişdir. Ona görə də iddiaçı tərəfindən Abşeron rayon məhkəməsində cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsi" barədə iddia qaldırılmış və həmin iddia Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-546/2022 saylı qətnaməsi ilə təmin olunub, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(105)-1620/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılsa da, Ali Məhkəmənin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3971/2023 saylı qərarı ilə Sumqayıt Apeliyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1620/2022 saylı qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. İddiaçının Ali Məhkəmənin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3971/2023 saylı qərarından məlumatı olmamış və ona bu barədə hazırkı iddia üzrə 2-ci Cavabdeh3 məlumat vermişdir. Belə ki, 2023-cü ilin may ayının 4-də Cavabdeh3 ona mobil telefonla zəng edərək Ali Məhkəmə tərəfindən apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunduğunu bildirib, qərarın bir surətini də iddiaçıya göndərmişdir. Bundan sonra iddiaçı tərəfindən Ali Məhkəməyə əlavə kassasiya şikayəti verilmiş, lakin həmin şikayət təmin olunmamış, Ali Məhkəmənin 25 iyun 2023-cü il tarixli, 13(102)-235/2023 saylı qərardadı ilə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-3971/2023 saylı qərarından Ali Məhkəmənin Plenumuna təqdimat verilməsindən imtina olunmuşdur. Ali Məhkəmənin 25 iyun 2023-cü il tarixli, 13(102)-235/2023 saylı qərardadının 26-cı bəndində qeyd olunmuşdur ki, apellyasiya və kassasiya instansiyaları tərəfindən müvafiq qərarların qəbul edilməsi İddiaçı1 xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X21 arasında bağlanmış və xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə Məmmədli Müzəffər oğlu arasında bağlanmış (yenilənmiş) müqavilələri müstəqil şəkildə mübahisələndirmək imkanından məhrum etmir. Məhz bundan sonra iddiaçı Bakı şəhər Yasamal Rayon Məhkəməsində hazırkı iddia üzrə cavabdehlərə qarşı "əqdin etibarsız hesab olunmasına dair" iddia qaldırmış və həmin iddiaya əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan "mənzil tələbi"nə dair iş üzrə icraat dayandırılmışdır. Sonradan müəyyən dəqiqləşdirmələr aparılması zərurəti yarandığından iddia ərizəsini geri götürmüş və bu gün yenidən həmin iddia ilə məhkəməyə müracət edir. İddiaçı tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC-yə (əvvəlki adı "xxxx" MMC) ilk olaraq Abşeron RİHB-nın 147 saylı, xx.xx.2014-cü il tarixli sərəncamı ilə Xırdalan şəhəri H.Əİiyev pr-ti ilə Mehdi Hüseynzadə küçələrinin kəsişməsində 6 girişli, 16 mərtəbəli bina tikintisinə icazə verilmiş və sonradan, yəni 14 mart 2016-cı il tarixdə 38 saylı sərəncamla "xxxx" MMC-nin müraciəti nəzərə alınaraq həmin ünvanda "xxxx" MMC-yə həmin ünvanda planlaşdırılmış bloklardan A və B bloklarının tikintisinə icazə verilmişdir (sərəncamın və müraciətin surətləri əlavə olunur). Cavabdehlərdən X21 ilə "xxxx" (indiki "xxxx" MMC) MMC arasında mənzil tikintisi ilə əlaqədar müqavilə 02 iyun 2016-cı il tarixdə bağlanmış və həmin müqavilədə "xxxx" MMC Abşeron RİHB-nın xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən binada 5-ci blok, 12-ci mərtəbədə, izolə olunmuş və 3 otaqdan ibarət 329 nömrəli mənzili pay kimi payçıya verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə tikintinin hər bir kv. metrinin qiyməti 650 manat müəyyən olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə də “FAM-88" MMC arasında eyni mənzilə müqavilə bağlanmışdır. Maraqlı cəhət ondan ibarətdir ki, Abşeron RiHB-nın 14 mart 2016-cı il tarixdə 38 saylı sərəncamı ilə "xxxx" MMC-nin müraciəti nəzərə alınaraq ona ünvan 1 ünvanında planlaşdırılmış bloklardan A ve B bloklarının tikintisinə icazə verilmişdir. Sual olunur, onda nədən vətəndaşlarla 5-ci blokda yerləşən mənzillərə dair müqavilələr bağlanır? İddiaçıda olan məlumata görə X21 tikintinin dəyərini ödəməmişdir. Bundan başqa bildirir ki, X21 ilə "xxxx" MMC arasında həmin binada qeyri-yaşayış sahəsi üzrə məhkəmə mübahisəsi (qeyriyaşayış tikintisi haqqında xx.xx.2017-ci il tarixli, 148 saylı müqavilənin etibarsız sayılması haqqında) də olmuşdur və həmin mübahisənin məğzində X8 tikintinin dəyərini ödəməməsi olmuşdur. "xxxx" MMC iddia etmişdir ki, X21 qeyri-yaşayş sahəsini qeyri-qanuni olaraq zəbt etmiş və bu barədə onunla bağlanmış müqavilə zorla, yəni hədə-qorxu yolu ilə bağlanılmışdır. Bir faktı da qeyd edir ki, Cavabdeh1 MMC-nin iddiaçıya aid olan sənədləri (müqavilə, maliyya arayışı və s) "xxxx" MMC-nin direktoru kimi X25 tərəfindən imzalanmışdır. Buna baxmayaraq, həmin Cəmiyyətin X13 aid sənədləri (müqavilələr) Cəmiyyətin direktoru kimi X7 adlı şəxs tərəfindən imzalanmışdır. Hesab edir ki, cavabdehlər arasında imzalanmış müqavilələr sonradan formal olaraq bağlanmış və məqsəd iddiaçını mülkiyyətindən məhrum etmək olmuşdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq iddiaçı hesab edir ki, "xxxx" MMC ilə X21 arasında bağlanılmış 02 iyun 2016cı il tarixli 044 saylı müqavilə və həmin müqavilənin yenilənməsi üçün xx.xx.2017-ci il tarixli 148 saylı müqavilələr formal xarakterə malikdirlər bu baxımdan etibarsız hesab edilməlidirlər.
27. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1281/2024 saylı qətnaməsi ilə (hakim Toğrul Axundov) iddia təmin olunmamışdır.
28. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC (icraçı) ilə X21 (payçı) arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 044№-li müqavilə ilə Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzil izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi payçıya verməyi öhdəsinə götürmüş, payçı müqavilədə göstərilən məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin, "xxxx" MMC (icraçı) ilə X21 (payçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli qeyri-yaşayış tikintisi haqqında müqavilə ilə icraçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok İİ (üst) mərtəbəni bir pay kimi Payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilən xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hazırkı iş üzrə Cavabdeh1 MMC tərəfindən verilmiş iddia rədd edilmişdir. Həmçinin, hazırkı iş üzrə digər Cavabdeh3 Cavabdeh1 MMC-yə qarşı xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X21 arasında bağlanmış və xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə X21 arasında bağlanmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi və maneələrin aradan qaldırılması vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə iddiası təmin edilmiş ümumi sahəsi 780 kv. metr olan qeyri-yaşayış sahəsinin və eləcə də Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilin iddiaçı Cavabdeh3 təhvil verilməsi və mülkiyyətə yaranan maneələrin aradan qaldırılması vəzifəsi Cavabdeh1 MMC-nin üzərinə qoyulmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilin iddiaçı Cavabdeh3 təhvil verilməsi və mülkiyyətə yaranan maneələrin aradan qaldırılması hissədə qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd etmişdir ki, işin hallarından görünür ki, mübahisəli mənzilin Cavabdeh3 məxsus olması yəni ona təhvil verilməsi hissəsində qətnamə qüvvədə saxlanılmışdır. Həmçinin, iddiaçının əşya hüququnun olması iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, işin halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 tərəfindən qeyd edilən mənzilə daha öncə qapı qoyulmuş, bundan başqa cavabdeh X21 ilə müqavilə daha öncə bağlanılmışdır. İddiaçı cavabdeh X21 ilə bağlanılmış müqavilənin əslində saxta olduğunu, sonradan bağlanıldığını bildirsə də, həmin hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş onunla Cavabdeh1 MMC arasında bağlanılmış müqaviləyə istinad edilsə də, müqavilədə onun imzası yoxdur. İddiaçı həmin halı ona arayış verilərkən müqavilənin ondan istənilməsi, müqavilənin o zaman dəyişdirilib ona verilməsi və müqaviləyə uzun illər baxmadığı üçün həmin hala diqqət yetirmədiyini bildirsə də, məhkəmə iddiaçının qeyd edilən izahatını ağlabatan hesab etməmişdir. Bundan başqa, məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, X21 tərəfindən Cavabdeh1 MMC-nin direktoruna ünvanlanmış Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilə görə M.Müzəffər tərəfindən ödənilmiş 78449 manatın tam olaraq geri alınması, şirkətlə bağlı heç bir narazılığının olmamasını, gələcəkdə mənzil ilə bağlı şirkətdən heç bir iddiasının ola bilməməsi məzmunlu ərizənin surətinə münasibət bildirərək, həmin sübuta tənqidi yanaşmışdır. Belə ki, ilk növbədə həmin sənəd ksero-surət olmaqla məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa, iş materiallarında olan müvafiq məhkəmə qətnamələrindən görünür ki, mübahisəli mənzilin cavabdehə təhvil verilməsinə dair məhkəmə qətnamələri məhz həmin iş üzrə cavabdeh olmuş Cavabdeh1 MMC tərəfindən həm apellyasiya, həm də kassasiya qaydasında mübahisələndirilsə də, şikayətlərinin əsasını başqa dəlillər təşkil etmiş və hazırda qeyd olunan, yəni mənzilin dəyərinin guya cavabdehin atasına qaytarılması barədə ümumiyyətlə məhkəməyə heç bir məlumat verilməmiş, buna dair sübutlar da təqdim edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1620/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, Cavabdeh1 MMC və İddiaçı1 arasında Cəmiyyətin ünvan 6 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku 12-ci mərtəbəsində, ümumi sahəsi 120,69 kv.metr, 03 otaqlı 329 nömrəli mənzilin tikintisi haqqında 06 dekabr 2018-ci il tarixli, 074 nömrəli müqavilə bağlanıb. İddiaçı1 adına guya onun həmin mənzil sahəsinə görə Cavabdeh1 MMC-yə mənzilin dəyərinin ödənilməsi barədə 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı yazılaraq verilib. Əslində cavabdehin adına 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı verilsə də, həmin müqavilənin bir hissəsi qismində çıxış etmiş X23 tərəfindən müqavilənin 5.7-ci bəndinə əsasən mənzil üçün ödəniləcək 25.000 manatı cəmiyyətə ödənilməyib. Cavabdeh İddiaçı1 adına müqavilə və maliyyə arayışı yazılsa da, faktiki olaraq Cavabdeh1 MMC-yə bir manat da olsun pul ödənilməyib. Razılaşmaya görə tikinti materiallarının gətirilməsi ilə əlaqədar X14 xahişi nəzərə alınmaqla təminat olaraq müqavilə və maliyyə arayışı cavabdehin adına yazılıb və mənzilin dəyərinin bir hissəsinin də X23 tərəfindən ödənilməsi barədə öhdəlik götürülüb. Lakin müqavilənin şərtlərinə görə X23 mənzil üçün müqavilədə göstərilən ona aid hissə üzrə öhdəliyi yerinə yetirməyib. Müqavilənin 5.7-ci maddəsində yazılır: Bu mənzil X16 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı1, iyirmi beş min manatı X23 tərəfindən şirkətə ödənildikdən sonra qüvvəyə minir, əks təqdirdə etibarsız sayılsın. İddiaçı1 tərəfindən mənzil üçün iyirmi beş min manat Cəmiyyətə ödənilmədiyi üçün Cəmiyyət cavabdehin adına yazılmış 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı müqavilənin 5.7-ci bəndinə əsasən etibarsızdır. İddiaçı1 müqavilənin və maliyyə arayışının ləğv olunması və həmin sənədlərin əslini qaytarılması barədə xəbərdarlıq olunsa da, ona bu barədə bildiriş göndərilsə də İddiaçı1 göstərilən sənədləri geri qaytarmayıb, bundan imtina edib. 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışının əsli cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə edərək sənədləri iddiaçıya qaytarmamaqla göstərilən əmlakı əldə edərək əsassız varlanmaq niyyətinə düşüb. Göründüyü kimi mənzil tikintisi üçün pul tam ödənilmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlərin etibarsız hesab edilməsi” təşkil etmişdir. Bundan başqa məhkəmə, hazırkı iş üzrə digər Cavabdeh1 MMC-nin iddianı etiraf edərək, mənzilin iddiaçıya verilməli olduğunu iddia etdiyi halda, mübahisəli mənzilin iddiaçının sahibliyinə təhvil verilməsi barədə qətnamələrlə razılaşmayaraq, həmin qətnamələrdən də, məhz onlar tərəfindən şikayət verilməsini ağlabatan və inandırıcı saymır. Məhkəmə eyni zamanda iddia tələbinin "xxxx" MMC ilə X21 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə də, hesab etmişdir ki, iddia tələbi bu hissədə də, əsassızdır. Belə ki, "xxxx" MMC (icraçı) ilə X21 (payçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli qeyri-yaşayış tikintisi haqqında müqavilədən görünür ki, icraçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok İİ (üst) mərtəbəni bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin sahəsi 780 kv metrdir. Göründüyü kimi, hazırkı müqavilə mənzillə deyil, qeyriyaşayış sahəsinin alğı-satqısı ilə bağlı olmaqla iddiaçının maraqlarına toxunmur. Həmin hissədə cavabdehlər arasında ayrıca məhkəmə mübahisəsi vardır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tərəflər arasında qeyri-yaşayış sahəsinə dair bağlanılmış müqaviləni mübahisələndirməyə subyektiv hüququ yoxdur.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 452-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 76, 80, 82.3, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır.
30. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1281/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. e) Bakı Apellyasiya Məhkəməsindəki icraat
31. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5281/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-5281/2024 saylı mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-104/2024 nömrəli mülki işlə birləşdirilmişdir.
32. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, hər iki mülki iş üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında sıx əlaqə və bağlılığın olmasını nəzərə alınaraq mülki işlərə bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Cavabdehin Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)- 546/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlilləri
33. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh1 MMC və İddiaçı1 arasında Cəmiyyətin ünvan 7 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku 12-ci mərtəbəsində, ümumi sahəsi 120,69 kv.metr, 3 otaqlı 329 nömrəli mənzilin tikintisi haqqında 06 dekabr 2018-ci il tarixli, 074 nömrəli müqavilə bağlanıb. İddiaçı1 adına guya onun həmin mənzil sahəsinə görə Cavabdeh1 MMC-yə mənzilin dəyərinin ödənilməsi barədə 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı yazılaraq verilib. Əslində cavabdehin adına 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı verilsə də, həmin müqavilənin bir hissəsi qismində çıxış etmiş X23 tərəfindən müavilənin 5.7-ci bəndinə əsasən mənzil üçün ödəniləcək 25.000 manatı cəmiyyətə ödənilməyib. Cavabdeh İddiaçı1 adına müqavilə və maliyyə arayışı yazılsa da, faktiki olaraq Cavabdeh1 MMC-yə bir manat da olsun pul ödənilməyib. Razılaşmaya görə tikinti materiallarının gətirilməsi ilə əlaqədar X14 xahişi nəzərə alınmaqla təminat olaraq müqavilə və maliyyə arayışı cavabdehin adına yazılıb və mənzilin dəyərinin bir hissəsinin də X23 tərəfindən ödənilməsi barədə öhdəlik götürülüb. Lakin müqavilənin şərtlərinə görə X23 mənzil üçün müqavilədə göstərilən ona aid hissə üzrə öhdəliyi yerinə yetriməyib. Müqavilənin 5.7-ci maddəsində yazılır: Bu mənzil X16 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı1, iyirmi beş min manatı X23 tərəfindən şirkətə ödənildikdən sonra qüvvəyə minir, əks təqdirdə etibarsız sayılsın. İddiaçı1 tərəfindən mənzil üçün iyirmi beş min manat Cəmiyyətə ödənilmədiyi üçün Cəmiyyət cavabdehin adına yazılmış 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı müqavilənin 5.7-ci bəndinə əsasən etibarsızdır. İddiaçı1 müqavilənin və maliyyə arayışının ləğv olunması və həmin sənədlərin əslinin qaytarılması barədə xəbərdarlıq olunsa da, ona bu barədə bildiriş göndərilsə də İddiaçı1 göstərilən sənədləri geri qaytarmayıb, bundan imtina edib. 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışının əsli cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə edərək sənədləri iddiaçıya qaytarmamaqla göstərilən əmlakı əldə edərək əsassız varlanmaq niyyətinə düşüb. Göründüyü kimi mənzil tikintisi üçün pul tam ödnilmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilməlidir. Bu barədə birinci instansiya məhkəməsinə 25 fevral 2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət edilsə də, baxılmamışdır. b) İddiaçının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1281/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlilləri
34. X21 ilə MTK arasında bağlanmış müqavilə mənzillərin uçotu haqqında qeydiyyat kitabında mövcud olmamışdır və bu fakt məhkəmə tərəfindən araşdırılmadan qərar qəbul edilmişdir. X8 bağladığı müqavilələr X10 adından olmuşdur, yəni onun etibarnamə üzrə nümayəndəsi olmuşdur. Sonradan məlum olmuşdur ki, Əliyev Əlimuradın adında aparılan bütün sənədləşmələr və razılaşmalar etibar edənin adından deyil öz mənafeyi üçün aparılmış hərəkətlərdir. Bu fakt Sumqayıt Apelyasiya Məhkəməsində olan sübutlarla öz əksini tapır. Həmçinin, X21 tərəfindən Cavabdeh1 MMC-nin direktoruna ünvanlanmış Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilə görə M.Müzəffər tərəfindən ödənilmiş 78449 manat tam olaraq geri alınması, şirkətlə bağlı heç bir narazılığın olmamasını, gələcəkdə mənzil ilə bağlı şirkətdən heç bir iddiasının olmamasını bildirmişdir. Bu fakt da məhkəmə tərəfindən araşdırılmamış, şirkətə sorğu edilmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin, Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd edilmişdir ki, istintaq zamanı müəyyən edilmişdir ki, X1 Műzəffer Əli oğlu tərəfindən və qardaşı X4 barəsində əsassız şikayətlərinin qarşısını almaq məqsədilə Müzəffər Məmmədlinin tələbi ilə 02 iyun 2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə ve maliyyə arayışının məzmununa bilə-bilə yalan, yəni guya binanın B (5-ci) girişi 12-ci mərtəbəsində yerləşən ümumi sahəsi 120,69 m² olan 329 nömrəli mənzili almaq üçün özünə müraciət etməmiş və mənzilin dəyərini ödəməmiş X3, mənzilin dəyərinin həmin tarixdə sonuncu tərəfindən tam həcmdə ödənilməsi ilə həmin mənzilə görə cəmiyyətə borcunun olmaması barədə məlumatları daxil etməklə, həmin saxta sənədləri Müzəffər Məmmədliyə təqdim etmişdir. “FAM-88" MMC-nin təsisçisi X7 və X25 tərəfindən ilkin olaraq 06 dekabr 2018-ci il tarixdə 40.000 manat müqabilində İddiaçı1 satılmış həmin Cəmiyyətin ünvan 8 ünvanda insa edilən çoxmənzilli yaşayış binasının B (5-ci) girişi 12-ci mərtəbəsində yerləşən sahəsi 120,69 m² olan 329 nömrəli mənzil 18 yanvar 2019-cu il tarixdə 45.000 manat müqabilində X22, 16 noyabr 2022-ci il tarixdə isə 64.000 manat müqabilində X27 qizina təkrarən satılmış ve sonunculara qeyd edilən tarixlərdə həmin mənzilə dair saxta müqavilə və ödəniş sənədləri təqdim edilmişdir. Qətnamədən görünür ki, həm cinayət işi üzrə aparılan istintaqda sənədlərin saxtalaşdırılması faktı, bundan əlavə şirkətin hüquqşunası tərəfindən verilmiş izahat, həmin mənzilin alınmasına dair faktlar məhkəmə tərəfindən araşdırılmadan qərar qəbul edilmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.
ç) Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 Yasamal Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edərək, cavabdehin Abşeron Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Hürrü Əliyev ilə çayxanada tanış olmuşdur, Hürrü Əliyev dostunun Xırdalanda mənzil satdığını bildirib, Fəxrəddin adlı şəxsin əlaqə nömrəsini vermişdir. Fəxrəddin adlı şəxslə görüşən zaman binanın dörd mərtəbəsi tikilmişdi. 2017-ci ilin may ayında həmin binadan ikiotaqlı mənzil almışdır. İddiaçı məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, ikiotaqlı mənzil üçün 27000 manat ödəniş etmişdir, həmin məbləğ ilkin ödəniş deyildi, ikiotaqlı mənzilin qiyməti idi. 2018-ci ildə mənzilin ödənişini bitirmişdi. Fəxrəddin daha sonra boş üçotaqlı mənzil olduğunu bildirib, həmin 27000 manat ödənişin ilkin ödəniş kimi nəzərə alınaraq üçotaqlı mənzili almağı, qalan məbləği daha sonra ödəməyi təklif etmişdir. 06 dekabr 2018-ci ildə müqaviləni dəyişiblər, ikiotaqlı mənzildən imtina edib, mübahisəsi gedən üçotaqlı mənzili alıb, 27000 manat daha sonra mübahisəsi gedən üçotaqlı mənzilin ilkin ödənişi kimi nəzərə alınmışdır. Üçotaqlı mənzilin qiyməti 40000 manat idi. 37000 manat ödəmişdi, qalan 3000 manatı da ödəyib Cavabdeh1 MMCdən maliyyə arayışı vermələrini istəmişdir. 40000 manatı tam verdikdən sonra maliyyə arayışını almışdır. Maliyyə arayışı almaq üçün gedən zaman ondan müqaviləni tələb ediblər. Bu zaman müqavilənin 5.7-ci bəndini ondan xəbərsiz dəyişdirilərək Hürrü Əliyevin adı əlavə edilmişdir. Həmin müqavilədə imzası yoxdur. Müqaviləni onlara təqdim etməzdən öncə şəklini çəkmişdi. Hürrü Əliyevin hazırkı mübahisə ilə əlaqəsi yoxdur, onlar ortaq mənzil almamışdırlar. Hürrü Əliyevin adı həmin müqaviləyə o maliyyə arayışı almağa gedən zaman əlavə edilmişdir. O, sadəcə Cavabdeh1 MMC ilə müqavilə bağlamışdır. Bildiyi qədərilə 319 nömrəli mənzil Hürrü Əliyevə məxsus olmuşdur. Hürrü Əliyev həmin mənzili başqa şəxsə satmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Cinayət işi üzrə Hürrü Əliyevin dindirilib-dindirilmədiyini bilmir.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, müqavilə Hürri Əliyevin xahişi əsasında İddiaçı1 adına bağlanmışdır. İddaçı ilə bağlanmış müqavilə formal xarakterli idi. AR
38. Məhkəmə kollegiyasının 03 iyul 2023-cü il tarixli iclas protokolu ilə Cavabdeh3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
39. Məhkəmə kollegiyasının 04 noyabr 2024-cü il tarixli iclas protokolu ilə X20 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
40. Cavabdeh və üçüncü şəxs Cavabdeh3 və üçüncü şəxs X20 məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdeh və üçüncü şəxs Cavabdeh3 və üçüncü şəxs X11 iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
42. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.[ 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə görə iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə şifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Maddə 452.1 Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
44. Apellyasiya şikayətlərində birinci instansiya məhkəmələrinin qətnamələri bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
46. Məhkəmə kollegiyası ilk öncə Yasamal Rayon Məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir.
47. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1281/2024 saylı qətnaməsi ilə iddia təmin olunmamış, qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
48. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(102)-3971/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh3 Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X21 arasında bağlanmış və xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə X21 arasında bağlanmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi və maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli iş üzrə 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X21 arasında bağlanılmış və xx.xx.2017-ci il "xxxx" MMC ilə Məmmədli Müzəffər arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsi - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, ll (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin və ünvan 2 ünvanı V blok 12-ci mərtəbəsində yerləşən 329 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilinin iddiaçıya təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmuş, cavabdehdən 20 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mərhum X21 tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin və mənzilin dəyəri tam olaraq cavabdehə ödənilmişdir, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəlik tam yerinə yetirilmişdir. Cavabdeh tərəf qeyd edilən müqavilələri mübahisələndirsə də, müqavilənin etibarsızlığı barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə mübahisəli qeyri-yaşayış sahələrinə dair tərəflər arasında bağlanlan müqavilələrin etibarsızlığı ilə bağlı cavabdehin iddia tələbləri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(004)-439/2019 saylı qətnaməsi ilə təmin ediliməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-4560/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyilşdirilmədən saxlanılmışdır. Mübahisəli mənzil sahəsi ilə bağlı yenə də iş materiallarından göründüyü kimi cavabdehin etirazı formal xarakter daşıyır. Abşeron Rayon Məhkəməsinin qeyd edilən qərarından Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-471/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərarından cavabdeh tərəf kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin sözügedən qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-471/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qətnaməsi qismən – qeyri-yaşayış sahəsinə aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
49. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(102)- 3971/2022 saylı qərarında məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mənzilə aid hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələb üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən məhkəmə qətnamələrindən də göründüyü kimi, "xxxx" MMC ilə X21 arasında ünvan 1 ünvanında yerləşən binada-5-ci blok, 12-ci mərtəbədə, izolə olunmuş və 3 otaqdan ibarət 329 nömrəli mənzil ilə əlaqədar bağlanmış 02 iyun 2016-cı il tarixli müqavilənin etibarlı olubolmamasına hüquqi qiymət verilmiş, mübahisə predmeti olan mənzilin Cavabdeh3 təhvil verilməsi ilə bağlı məhkəmə qətnamələri qanuni qüvvəsini almışdır.
51. AR MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
52. Həmçinin, məhkəmə kollegiyası iddianın "xxxx" MMC ilə X21 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində də əsassız olması, iddiaçının "xxxx" MMC ilə X21 arasında qeyri-yaşayış sahəsinə dair bağlanılmış müqaviləni mübahisələndirməyə subyektiv hüququnun olmaması ilə bağlı Yasamal Rayon Məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşır və bildirir ki, "xxxx" MMC (icraçı) ilə X21 (payçı) arasında bağlanmış xx.xx.2017-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilədən görünür ki, icraçı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok İİ (üst) mərtəbəni bir pay kimi payçıya verməyi, payçı müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Hazırkı iddia tələbi üzrə iddiaçının əsas marağı 40000 manat ödədiyi Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilin ona təhvil verilməsidir. xx.xx.2017-ci il tarixli müqavilə isə qeyri-yaşayış sahəsi ilə bağlı olmaqla iddiaçının hüquqi maraqlarına toxunmur.
53. Məhkəmə kollegiyası ilk öncə Abşeron Rayon Məhkəməsinin qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir.
54. Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilin Cavabdeh1 MMC tərəfindən İddiaçı1 təhvil verilməsi qət edilmiş, qətnamədən Cavabdeh1 MMC apellyasiya şikayəti vermişdir.
55. Məhkəmə kollegiyası Abşeron rayon Məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmır, hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
56. Məhkəmə kollegiyası mövqeyini aşağıda şərh olunanlarla əsaslandırır:
57. İşdən göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsində ikinci icraat zamanı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılan zaman iddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsində "xxxx" MMC ilə X21 arasında ünvan 1 ünvanında yerləşən binada-5-ci blok, 12-ci mərtəbədə, izolə olunmuş və 3 otaqdan ibarət 329 nömrəli mənzil ilə əlaqədar bağlanmış 02 iyun 2016-cı il tarixli, 044 saylı müqavilə və həmin müqavilənin yenilənməsi üçün xx.xx.2017-ci il tarixli 148 saylı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə iddia qaldırılmış, iddia tələbi təmin edilməmiş, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman hər iki işin əlaqəli olması səbəbindən icraat birləşdirilmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan “mənzilin iddiaçıya təhvil verilməsi” ilə bağlı tələbi törəmə tələb kimi “müqavilələrin etibarsız hesab edilməsi” tələbindən asılı olmaqla bilavasitə həmin iddia ilə bağlıdır. Həmin müqavilələrin etibarsızlığı ilə bağlı iddia tələbi təmin edilmədiyi, Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilin Cavabdeh3 təhvil verilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcud olduğu halda iddiaçının “mənzilin təhvil verilməsi ilə bağlı” tələbinin təmin edilməsi mümkün deyildir.
59. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə uyğun olaraq X20 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
60. Həmçinin, AR Ali Məhkəməsinin göstərişlərinə və cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq “FAM-88" MMC ilə İddiaçı1 arasında bağlanmış 06 dekabr 2018-ci il tarixli 074 nömrəli müqavilənin etibarlı olub-olmaması, müqavilənin 5.7-ci bəndində olan ziddiyyətlə bağlı araşdırma aparılmışdır.
61. Belə ki, iş materiallarında 074 nömrəli 06 dekabr 2018-ci il tarixli iki fərqli nüsxədə müqavilə mövcuddur. Müqavilələr arasında əsas fərq 5.7-ci bəndlə bağlıdır. Belə ki, bir müqavilənin 5.7-ci bəndində qeyd olunur ki, bu mənzil X12 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı1, iyirmi beş min manatı X20 tərəfindən şirkətə ödənildikdən sonra qüvvəyə minir. Əks təqdirdə etibarsız sayılsın. Digər nüsxənin 5.7-ci bəndində isə qeyd edilir ki, “bu müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə “Payçı” mənzili yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina etdikdə, üzvlükdən çıxdıqa müqavilə “Cəmiyyət” tərəfindən birtərəfli qaydada pozulur və mənzilin dəyərinin payçı tərəfindən ödənilmiş hissəsinin 10%-i miqdarında cərimə məbləği çıxıldıqdan sonra “Payçıya” qaytarılır”.
62. Məhkəmə kollegiyası hesab edir ki, 074 nömrəli 06 dekabr 2018-ci il tarixli müqavilə (hər iki nüsxə) etibarlı deyildir. Belə ki, İddiaçı1 imzası olmayan və X20 ilə bağlı qeydin oluğu variant iddiaçı tərəfindən qəbul edilmədiyi və iddiaçının imzası olmadığı üçün etibarlı müqavilə hesab edilə biləməz.
63. Digər – iddiaçı tərəfindən imzalanan və əsas müqavilə olduğu iddia edilən müqavilə isə həmin mənzilə dair daha öncə – "xxxx" MMC ilə X21 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 044№-li müqavilə mövcud olduğu üçün etibarlı hesab edilə bilməz.
64. "xxxx" MMC ilə X21 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 044№-li müqavilənin etibarlılığına yuxarıda qeyd olunan müvafiq məhkəmə qətnamələri ilə qiymət verildiyindən məhkəmə kollegiyası həmin müqavilənin etibarlılığına qiymət verməyi zəruri hesab etmir.
65. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Baş Prokurorunun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mabarizə Baş İdarəsinin rəsi ll dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən 31 may 2024-cü il tarixdə tərtib edilmiş X7 və X17 AR CM-nin 178.4, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********** nömrəli cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, hazırkı iş üzrə İddiaçı1 zərərçəkmiş şəxs kimi tanınmış, 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən iddiaçı 06 dekabr 2018-ci il tarixli müqavilə üzrə cəmiyyətə 40.000 manat ödəmişdir.
66. Bununla da iddiaçının yuxarıda qeyd edilən cinayət işi üzrə və ya ayrıca mülki icraat qaydasında Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilə görə ödədiyi 40.000 manatın Cavabdeh1 MMC-dən alınaraq ona ödənilməsi ilə bağlı mülki iddia qaldırmaq hüququ istisna edilmir.
67. Göründüyü kimi hazırkı mübahisə üzrə qəbul edilmiş məhkəmə aktlarına əsasən Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında 5-ci blok 12-ci mərtəbə 329 saylı mənzilin Cavabdeh3 təhvil verilməsi ilə bağlı məhkəmə qətnamələri qanuni qüvvəsini almış, mənzil sonuncuya təhvil verilmişdir.
68. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti təmin edilməməli, Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(004)- 1281/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.