Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1041/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, ərizəçi “xxxx” ASC-nin sədri Ərizəçi iştirakı ilə, Şabran rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-899/2020 saylı qərardadından ərizəçi “xxxx” ASC-nin sədri Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim Ç.İsgəndərov) “xxxx” ASC-nin sədri Ərizəçi Məmmədli oğlunun faktın müəyyən edilməsi barədə ərizəsi üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır. Ərizəçi “xxxx” ASC-nin sədri Ərizəçi qərardaddan şikayət vermişdir. Şabran rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ «xxxx» ASC-nin sədri Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxx 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsinə əsasən «xxxx» ASC-nin tələbkar X1 məcburi iş buraxmaya görə əmək haqqının və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın tamamilə hesablanıb ödənilməsi faktının, Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx xxxx 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsinin və qətnaməyə əsasən verilmiş icra sənədinin icra olunması faktının, Şabran rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmi icra sənədi üzrə tələbkar X1 «xxxx» ASC tərəfindən 10.614 manatın ödənilməsi və 3646 manat borcun qalması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi “xxxx” ASC-nin sədri Ərizəçi Şabran rayon məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Məhkəmə işin hallarını düzgün qiymətləndirməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən ərizəçi “xxxx” ASC-nin sədri Ərizəçi şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Maraqlı şəxsnə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. və 397.2. maddələrinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və ərizəçinin izahatını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin icraatına xitam verilməsi barədə gəldiyi nəticəni hazırkı mübahisəyə məhkəmə qaydasında baxılmalı olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, “xxxx” ASC-nin sədri Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxx 2014-cü il tarixli, 2(105)- 662/2014 saylı qətnaməsinə əsasən «xxxx» ASC-nin tələbkar X1 məcburi iş buraxmaya görə əmək haqqının və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın tamamilə hesablanıb ödənilməsi faktının, Sumqayıt Apelyasiya Məhkəməsi MK-nın xx xxxx 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsinin və qətnaməyə əsasən verilmiş icra sənədinin icra olunması faktının, Şabran rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmi icra sənədi üzrə tələbkar X1 «xxxx» ASC tərəfindən 10.614 manatın ödənilməsi və 3646 manat borcun qalması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2019-cu il tarixli Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2). Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir (1.3.). Göründüyü kimi faktlar nəticə doğurmaqla, fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olmalı, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməli, yaxud itirilmiş sənədlərin sənədlərin bərpası mümkün olmamalı, qüvvədə olan qanunvericilikdə belə faktın müəyyən edilməsinin məhkəmədənkənar qaydası nəzərdə tutulmamalı və hüquq haqqında mübahisə olmamalıdır. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, ərizənin icraatına xitam verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Şabran rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1041/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1041/2021
27.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver