Məhkəmə qərarları › İş №2(105)-1047/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1047/2022

16.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1047/2022 16.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ünvan 3qayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndə və vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı mülkiyyətin naturada müəyyən olunması və cavabdehə müdaxilənin qadağan edilməsi tələbinə dair ilkin, Cavabdeh İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mənzilin alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi və mənzilin boşladılması tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə ünvan 3qayıt Şəhər Məhkəməsinin 2(060)-556/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: ünvan 3qayıt Şəhər Məhkəməsinin 2(060)-556/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ikin iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 məxsus (¾ hissədə) ünvan 3qayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən torpaq sahəsinin istifadəsinə Cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir ( hakim Günel Tanrıverdiyeva). Qətnamədən ilk iddia üzrə Cavabdeh apelyasiya şikayəti verərək ünvan 3qayıt Şəhər Məhkəməsinin 2(060)-556/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən 9Q saylı evin 26-cı mənzili və ünvan 3qayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0.1 (10 sot) ha torpaq sahəsi üzərində naturada iddiaçıların və cavabdehin paylarının müəyyən olunması və iddiaçılara məxsus daşınmaz əmlaka cavabdeh tərəfindən müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, ünvan 3qayıt şəhəri, Novxanı bağlar massivi, B-3969 ünvanında yerləşən 0,1 (10 sot) ha torpaq sahəsi üzərində real vəziyyətdə iddiaçıların və cavabdehin paylarının müəyyən olunması və iddiaçılara məxsus daşınmaz əmlaka cavabdeh tərəfindən müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3qayıt “ASAN Xidmət” mərkəzinin notariat kontorunun xüsusi notariusu X4 iddiaçılara xx.xx.2018-ci ildə verdiyi 2v-341 reyestr nömrələri ilə reyestrə saldığı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, miras kütləsinə daxil olan ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzilə dair aparılan bütün alqısatqı (bağışlama) müqavilələrinin, mənzilə dair çıxarışın etibarsız hesab olunması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, birinci instansiya məhkəməsi ilk iddia tələbinə dair gəldiyi nəticədə əsassızdır. Belə ki, məhkəmə aydınlaşdırmamışdır ki, cavabdehin müdaxiləsi, törətdiyi maneə nədən ibarətdir. Həmçinin qarşılıqlı iddia tələbinə münasibət bildirməmişdir. Miras kütləsinə daxil olan ünvan 3qayıt şəhəri, 9-cu mkr, ev 9Q, 26 saylı mənzilin bölüşdürülməsini iddiaçı təmin edir. İddiaçı iddia tələbinin həmin hissəsini geri götürür, məhkəmə də cavabdehin razılığını almadan həmin hissəyə münasibət bildirmir. Həmin mənzil miras kütləsinə daxildir. Bu səbəbdən də həmin mənzil tərəflər arasında bölünməlidir. Torpaq sahəsinə gəldikdə isə torpaq sahəsində paylar qanuni qüvvəsini almış qətnamə ilə müəyyən edilib. Cavabdehin torpaq sahəsinə hər hansı müdaxiləsi yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, ünvan 3qayıt Şəhər Məhkəməsinin 2(060)-556/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, mübahisələndirilən evə dair məhkəmə sorğu göndərmiş, həmin evin özü ilə mərhum ərinin nikahı dövründə əldə edilməsi, satılması müəyyən edilib. Evin cavabdehə qarışacağı yoxdur. Belə olan halda həmin ev miras kütləsinə daxil deyildir. Bağ sahəsindən 3 pay onun, 1 pay cavabdehindir. Lakin cavabdeh bağa getməyə icazə vermir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, ünvan 3qayıt Şəhər Məhkəməsinin 2(060)-556/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə İddiaçı3 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ilk iddianın təmin edilən və qarşılıqlı iddianın təmin edilməməsi hissəsini mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, ünvan 3qayıt Şəhər Məhkəməsinin 2(060)-556/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ünvan 3qayıt Asan Xidmət Mərkəzinin xx.xx.2018-ci il tarixli 2296 nömrəli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X3 (miras qoyan) miras qalmış ünvan 3qayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən 0.1 ha torpaq sahəsinə dair ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon, ev 9Q, mənzil 26-da qeydiyyatda olan Nümayəndə (etibarnaməyə əsasən İddiaçı3, İddiaçı2 və İddiaçı1 adlarından çıxış edərək) (vərəsə) verilmiş xx.xx.2018-ci il tarixində 2V-341 reyestr nömrələri ilə rəsmiləşdirilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və miras payın bağışlama müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş X5 vərəsələri İddiaçı3, İddiaçı2 və İddiaçı1 miras əmlakdan ¾ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 3ayıt şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X7 verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3qayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsindən ibarətdir. Əmlakın 1/4 hissəsinə xx.xx.2018-ci il tarixdə 22V-329 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşdə olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3qayıt şəhəri, Novxanı bağ massivi, B-3969 xüsusi mülkiyyət hüququ üzrə X5 adına 47 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan AZ İ 869743 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2017-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixə 287 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 02/10523 nömrəli xx.xx.2018-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 3qayıt şəhəri, Novxanı bağ massivi, B-3969 nömrəli torpaq sahəsinin xx.xx.2018-ci il tarixinə bazar dəyəri 35000 manat təşkil edir. İş materiallarında olan ünvan 3qayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)64/2020 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı X1 cavabehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 3ayıt şəhər Ərazi İdarəsinə, İddiaçı3, İddiaçı2 və İddiaçı1 qarşı iddia tələbi qismən təmin edilmiş, ünvan 3qayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı, 0.10 ha olan torpaq sahəsinin ¼ hissəsi yəni, 0,025 ha ölçüdə Cavabdeh aid hissədə naturada bölünməsi qərara alınmışdır. İşdə olan AR ƏMDK yanında DƏDRX-nin 2 saylı ünvan 3qayıt Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********98 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 3qayıt şəhərı, 9-cu mikrorayon, ev 9Q ünvanda yerləşən 26 saylı mənzil ünvan 3qayıt şəhər Xalq Deputatları Soveti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 21/2222 nömrəli order, 9 saylı MİS tərəfindən verilmiş xx.xx.1991 -ci tarixli 148 nömrəli mənzılə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 N-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri və ünvan 3qayıt Xalq Deputatları Soveti icraiyyə Komitəsınin xx.xx.1991-ci il tarixli, M-1/263 reyestr mənzilin əvəzsiz bağışlanması müqaviləsi əsasında X2 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. ünvan 3qayıt şəhər 4 saylı Dövlət notariat kontorunun notariusunun təsdiq etdiyi xx.xx.1999-cu il tarixli, 3M-1/79 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil Nümayəndə adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdır. xx.xx.2009-cu il tarixdə Nümayəndə idarəyə müraciəti əsasında qeydiyyat vəsiqəsi ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli dövlət reyestrindən çıxarışla əvəz edilmişdir. ünvan 3qayıt şəhər 4 saylı Dövlət notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-1729 reyestr nömrəli, xx.xx.2017-cı il tarixli alğı-satqı müqaviləsi əsasında mənzil X6 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2358 nömrəli, 14 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3qayıt şəhəri, Novxanı bağ massivi, B-3969 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 3/4 və 1/4 hissədə naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək ünvan 3qayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı torpaq sahəsinin 3/4 hissədə ilkin iddiaçılara məxsus olmaqla onların həmin torpaq sahəsindən maneəsiz istifadə etmək hüquqlarının olmasını, cavabdeh tərəfindən iddiaçıların onlara məxsus daşınmaz əmlakın istifadəsinə müdaxilə edilməsini müəyyən edərək ilk iddianı həmin hissədə təmin etmiş, ünvan 3qayıt şəhəri, 9cu mikrorayon, bina 9Q, 26 saylı mənzilin mərhum Namaz İsmayılovun miras kütləsinə daxil olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməməsi əsası ilə də qarşılıqlı iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə mübahisələndirilən hissədə qanunvericilik normalarına uyğun qətnamə qəbul etmişdir. Belə ki, iş materiaları ilə müəyyən edilir ki, ünvan 3qayıt şəhəri, Novxanı bağ massivi, B-3969 saylı torpaq sahəsinin 3/4 hissədə ilkin iddiaçılara məxsusdur. Həmin bağ sahəsindən istifadəyə iddiaçılara hər hansı müdaxilə, maneə yaradıla bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarından müəyyən edilir ki, cavabdeh qeyd edilən bağ sahəsindən istifadə etməklə iddiaçılara öz mülkiyyətlərində olan həmin sahədən istifadə etməyə manə yaradır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, iddiaçılar özlərinə məxsus bağ sahəsindən maneəsin istifadə etmək hüququna malikdirlər və bu hüquq hər hansı şəxslər tərəfindən məhdudlaşdırıla bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ilk iddianın qeyd edilən hissəsində gəldiyi nəticədə haqlı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə dair məhkəmənin gəldiyi nəticəni də əsaslı hesab edir. Belə ki, qarşılıqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi həmin hallara dair hər hansı sübutu təqdim etməmişdir. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Hazırki işdən görünür ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı iddiasının əsasını təşkil edən sübutları ərizəsinə əlavə etməmiş, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində iddianı təsdiq edəcək sübutları təqdim etməmişdir. Bununla da müəyyən edilir ki, qarşılıqlı iddiaçı ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzilin mərhum Namaz İsmayılovun miras kütləsinə daxil olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin iş materiallarından müəyyən edilir ki, ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzil X5 öldüyü vaxt Nümayəndə mülkiyyətində olmuşdur. Nümayəndə ilə X8 xx.xx.2012-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən boşanmış, keçən müddət ərzində (5 ildən çox) N.İsmayılov ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzilin bölgüsü ilə bağlı hər hansı iddia qaldırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia tələbinin xx.xx.2018-ci ildə verdiyi 2v-341 reyestr nömrələri ilə reyestrə saldığı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və ünvan 3qayıt şəhəri, 9-cu mikrorayon, bina 9Q, 26 saylı mənzilə dair aparılan bütün alğı-satqı (bağışlama) müqavilələrinin, mənzilə dair çıxarışın etibarsız hesab olunması, o cümlədən mənzilin boşaldılması barədə tələb həmin mənzilin miras kütləsinə daxil olub-olmaması ilə əlaqəlidir. Həmin tələb də əsaslı olmadığından digər tələblər də təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə ilk iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apellyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək ilk iddianın rədd, qarşılıqlı iddianın iddianın təmin edilməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Qarşılıqlı iddiasının əsasını təşkil edən sübutları təqdim edə bilməmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olduğuna görə qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: ünvan 3qayıt Şəhər Məhkəməsinin 2(060)-556/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İlk iddia üzrə Cavabdeh apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası ünvan 3qayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar