Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1053/2025 11.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Sumqayıt Tibb Mərkəzı̇ " X7rşı mülki iş üzrə (Açar sözlər: ezamiyyət xərclərinin ödənilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "Sumqayıt Tibb Mərkəzı̇ " X7rşı "ezamiyyət xərclərinin ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2(060)- 136/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh «Sumqayıt Tibb Mərkəzi» X7rşı iddia qaldıraraq, 09 fevral 2024-cü ildən 09 mart 2024-cü ilədək, 11 mart 2024-cü ildən 11 aprel 2024-cü ilədək və 15 aprel 2024-cü ildən 30 aprel 2024-cü ilədək olan dövrlərdə ezamiyyətə görə ödənilməyən ezamiyyə xərclərinin cavabdehin hesabına ödənilməsi və mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manatın cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X18dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan dövrlərdə ezamiyyətə görə ödənilməmiş 8000 manat ezamiyyə xərclərinin cavabdehin hesabına ödənilməsi və mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 60 manatın tutulub ona ödənilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı “Sumqayıt Tibb Mərkəzi” X14 2 saylı şəhər xəstəxanasının cərahiyyə şöbəsində xx.xx.1992-ci ildən xx.xx.2024-cü ilə qədər həkim-cərrah peşəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə 18-1-66/3-1 saylı əmrlə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən işdən azad edilmişdir. “Sumqayıt Tibb Mərkəzi” X14 əmrinə əsasən xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə qədər, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək və xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinə kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən mərkəzi çağırış məntəqəsinə ezam edilmişdir. Ezam olunduğu Qaradağ rayonu, Qobu qəsəbəsində yerləşən SHXÇDX-nin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli arayışlarda göstərilir ki, “Həkim-cərrah İddiaçı ezam olunduğu müddətdə hotel, yataqxana və qida ilə təmin olunmur və bu kimi xidmətlərin maliyyəsi tərəflərindən ödənilmir”. Ezamiyyətdə olduğu 82 gün ərzində, “Sumqayıt Tibb Mərkəzi” X18 tərəfindən ona ezamiyyə xərcləri ödənilməmişdir. Dəfələrlə iş yeri üzrə rəhbərlikdən ezamiyyə xərclərinin ödənilməsini tələb etmişdir. Lakin cavabdeh onun ezamiyyə xərclərini ödəməkdən imtina edir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı və “Sumqayıt Tibb Mərkəzi” X11 nümayəndəsi X6 ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Sumqayıt Tibb Mərkəzi” X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 2 nömrəli şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin həkim-cərrahı İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsinə ezam olunması əmr edilmişdir.
7. 14 fevral 2024-cü il tarixli Ezamiyyət vəsiqəsindən görünür ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 2 nömrəli şəhər xəstəxanasının həkim-cərrahı İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsinə ezamiyyə olunmuşdur.
8. 2024-cü ilin fevral ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına ezam olunmuş mülki işçilərin iş vaxtının tabel uçotundan görünür ki, İddiaçı 2024-cü ilin fevral ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına 15 iş gününə ezam olunmuşdur.
9. 2024-cü ilin mart ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına ezam olunmuş mülki işçilərin iş vaxtının tabel uçotundan görünür ki, İddiaçı 2024-cü ilin mart ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına 6 iş gününə ezam olunmuşdur.
10. Qaradağ rayonu, Qobu qəsəbəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Mərkəzi hərbi həkim komissiyasına ezam olunduğu müddətdə hotel, yataqxana və qidayla təmin olunmur və bu kimi xidmətlərin maliyyəsi tərəflərindən ödənilmir.
11. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Sumqayıt Tibb Mərkəzi” X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 2 nömrəli şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin həkim-cərrahı İddiaçı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsinə ezam olunsun.
12. 11 mart 2024-cü il tarixli Ezamiyyət vəsiqəsindən görünür ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 2 nömrəli şəhər xəstəxanasının həkim-cərrahı İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsinə ezam olunmuşdur.
13. 2024-cü ilin mart ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına ezam olunmuş mülki işçilərin iş vaxtının tabel uçotundan görünür ki, İddiaçı 2024-cü ilin mart ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına 10 iş gününə ezam olunmuşdur.
14. 2024-cü ilin aprel ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına ezam olunmuş mülki işçilərin iş vaxtının tabel uçotundan görünür ki, İddiaçı 2024-cü ilin aprel ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına 8 iş gününə ezam olunmuşdur.
15. Qaradağ rayonu, Qobu qəsəbəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Mərkəzi hərbi həkim komissiyasına ezam olunduğu müddətdə hotel, yataqxana və qidayla təmin olunmur və bu kimi xidmətlərin maliyyəsi tərəflərindən ödənilmir.
16. 15 aprel 2024-cü il tarixli Ezamiyyət vəsiqəsindən görünür ki, “Sumqayıt Tibb Mərkəzi” PHŞ-nin 2 nömrəli şəhər xəstəxanasının həkim-cərrahı İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsinə ezam olunmuşdur.
17. 2024-cü ilin aprel ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına ezam olunmuş mülki işçilərin iş vaxtının tabel uçotundan görünür ki, İddiaçı 2024-cü ilin aprel ayında SHXÇDX-nin Mərkəzi hərbi həkim komissiyasına 12 iş gününə ezam olunmuşdur.
18. Qaradağ rayonu, Qobu qəsəbəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Mərkəzi hərbi həkim komissiyasına ezam olunduğu müddətdə hotel, yataqxana və qidayla təmin olunmur və bu kimi xidmətlərin maliyyəsi tərəflərindən ödənilmir.
19. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, dövlət müəssisələrində çalışmanın yaş həddinin uzadılması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla əlaqədar çalışma müddətinin uzadılması məqsədəuyğun hesab edilməmişdir.
20. Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 9/7653 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı “Sumqayıt Tibb Mərkəzi” X18 tərəfindən SHXÇDX-nin Mərkəzi Hərbi məntəqəsinə ezam olunduğu 09 fevral 2024-cü il tarixdən 30 aprel 2024-cü il tarixədək ümumilikdə 5185 manat məbləğində ezamiyyə xərci müəyyən edilir və həmin 5185 manat məbləğində ezamiyyə xərcinin 3629,50 manat mehmanxana xərcinə, 1296,25 manatı gündəlik yemək xərcinə, 259,25 manatı şəhərdaxili nəqliyyat xərcinə aid edilir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
21. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2(060)-136/2025 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddianın qismən təmin edilməsi, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X10 İddiaçı xeyrinə iddiaçının ezamiyyətdə olduğu 09 fevral 2024-cü ildən 09 mart 2024-cü ilədək, 11 mart 2024-cü ildən 11 aprel 2024-cü ilədək və 15 aprel 2024-cü ildən 30 aprel 2024-cü ilədək ödənilməmiş 3221 (üç min iki yüz iyirmi bir) manat, 50 (əlli) qəpik məbləğində ezamiyyə xərcinin tutularaq İddiaçı ödənilməsi, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X10 52 (əlli iki) manat, 21 (iyirmi bir) manat məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, İddiaçı 100 (yüz) manat, cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X10 100 (yüz) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 1-ci hissəsinin 1, 2, 5, 7, 9-cu bəndləri, 2-ci hissənin 1 və 3-cü bəndləri, Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.4, 107, 119.1, 216- 220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
23. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2(060)-136/2025 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-136/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və onun iddia tələbi tam təmin edilməlidir. Belə ki, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli Qərarının birinci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli Qərarına əsasən, xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması “Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat” məbləğində müəyyən edilmişdir. Diqqətə çatırmağı zəruri hesab edir ki, o, “Sumqayıt Tibb Mərkəzi” X11 müvafiq əmrinə əsasən, 82 (səksən iki) gün müddətinə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəz Çağırış Məntəqəsinə ezam olunmuşdur. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qəararına əsasən, ezam olunduğu 82 (səksən iki) təqvim gününün 57 (əlli yeddi) təqvim günü 90 (doxsan) manat, 25 (iyirmi beş) təqvim günü isə 125 (bir yüz iyirmi beş) manat məbləğində hesablanmaqla ona ödənilməlidir. Eyni zamanda onu da qeyd edir ki, ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) daxildir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsində düzgün nəticəyə gəlməmiş və ona ödəniləcək ezəmiyyə xərclərini çox az hesablamışdır. Məhkəmə həmçinin mehmanxana xərcləri ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən mehmanxanada qalmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edilmədiyindən, həmin xərclər təmin oluna bilməz. Halbuki, “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 yanvar 2021-ci il tarixli qərarında təsdiləyici sənəd olmasa belə, gündəlik normanin mehmanxana xərci olan hissəsi ödənilir. Göründüyü kimi mehmanxana xərclərinin ödənilməsi üçün, heç bir sənəd təqdim olumasına zərurət yoxdur. Həmçinin mülki işin materiallarna əlavə olunmuş Qaradağ rayonu, Qobu qəsəbəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən verilmiş 07 mart 2024, 09 aprel 2024 və 30 aprel 2024-cü il tarixli arayışlardan da görünür ki, o, Mərkəzi hərbi həkim komissiyasına ezam olunduğu müddətdə hotel, yataqxana və qidayla təmin olunmamış və bu kimi xidmətlərin maliyyəsi tərəflərindən ödənilməmişdir. Birinci instansiya məhkəməsi ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına müvafiq olaraq ona ezamiyyətdə olduğu müddət ərzində yalnız gündəlik xərc (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) və yol xərci ödənilməli olduğunun qənaətinə gəlmişdir. Sonda onu da vurğulamaq istəyir ki, hüquqi xidmət göstərilməsi üçün vəkillə müqavilə bağlamış və göstərilən xidmət haqqına görə vəkilə 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödəmişdir. Xidmət haqqının ödənilməsi ilə bağlı müvafiq sənədləri mülki işin matriallarına əlavə etmişdir. Eyni zamanda mediasiya xərcinin əvəzi olaraq da 60 (altmış) manat pul vəsaitinin ödənilməsini təsdiq edən sənədləri iş materiallarına əlavə etmişdir. Lakin birinci instansiya məhkəməsi nə vəkilə ödədiyi xidmət haqqına, nə də mediasiya xərci ilə bağlı hissəyə münasibət bildirməmiş və ona hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə hesab edir ki, göstərilən xidmət haqqına görə vəkilə ödədiyi 300 (üç yüz) manat məbləğində pul vəsaiti, həmçinin mediasiya xərcinin əvəzi olaraq ödədiyi 60 (altmiş) manat cavabdeh “Sumqayıt Tibb Mərkəzi” X18dən tutularaq ona ödənilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
26. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
27. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin18 yanvar 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”: 1-ci hissəsinin 1-ci bəndinə əsasən Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir. 1-ci hissəsinin 2-ci bəndinə əsasən təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir.Dəvət edən tərəf ezamiyyə xərclərinin tam və ya qismən ödənilməsini öz üzərinə götürdüyü hallarda bununla bağlı müddəalar əmrdə öz əksini tapmalıdır. Respublika daxili ezamiyyələr zamanı müvafiq əmrlə yanaşı, işçiyə bu Qaydaların əlavəsinə uyğun olaraq «Ezamiyyə vəsiqəsi» verilir. 1-ci hissəsinin 5-ci bəndinə əsasən ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir. Ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) daxildir. 1-ci hissəsinin 7-ci bəndinə əsasən Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. İşçi müxtəlif yaşayış məntəqələrinə ezam olunduqda, hər məntəqədə gəlmə və getmə günü haqqında məlumatlar ezamiyyət vəsiqəsində ayrıca qeyd edilir. 1-ci hissəsinin 9-cu bəndinə əsasən Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır. İşçinin ezamiyyətə getdiyi və ezamiyyətdən qayıtdığı gün (günlər) Azərbaycan Respublikasında müəyyən edilmiş istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn gününə düşərsə, eləcə də ezamiyyətdə olarkən həmin günlərdə işləmiş (tədrisdə, kursda, konfransda və bu tipli digər tədbirlərdə olmuş) işçiyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq əməkhaqqı və ya əməkhaqqı əvəzinə istirahət günü (günləri) verilir. Ezam olunan işçilərə ezam olunduqları təşkilatların iş vaxtının rejimi və istirahət vaxtı tətbiq edilir. 2-ci hissənin 1-ci bəndinə əsasən gündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir. 2-ci hissənin 3-cü bəndinə görə özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman gündəlik xərc və müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir.
30. Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı: Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat müəyyən edilsin. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 70 faizini mehmanxana xərcləri təşkil edir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı “Sumqayıt Tibb Mərkəzi” X14 2 saylı şəhər xəstəxanasının cərrahiyyə şöbəsində həkim-cərrah işləmişdir. İşlədiyi dövrdə 09 fevral 2024-cü ildən 09 mart 2024-cü ilədək, 11 mart 2024-cü ildən 11 aprel 2024-cü ilədək və 15 aprel 2024-cü ildən 30 aprel 2024-cü ilədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsinə ezam olunmuşdur.
35. Qaradağ rayonu, Qobu qəsəbəsində yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi hərbi həkim komissiyası tərəfindən verilmiş 07 mart 2024, 09 aprel 2024 və 30 aprel 2024-cü il tarixli arayışlarda qeyd olunmuşdur ki, İddiaçı Mərkəzi hərbi həkim komissiyasına ezam olunduğu müddətdə hotel, yataqxana və qidayla təmin olunmamış və bu kimi xidmətlərin maliyyəsi tərəflərindən ödənilməmişdir. İddiaçı cavabdeh tərəfindən ona ödənilməmiş ezamiyyə xərcinin ödənilməsini məhkəmədən xahiş etmişdir.
36. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, yuxarıda göstərilən nəticəyə gəlinmişdir (bənd 21).
37. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışır ki, iddiaçının qeyd edilən tarixlərdə ezamiyyətdə olması və cavabdeh müəssisə tərəfindən ona buna görə hər hansı bir xərc ödənilməməsi işin mübahisə edilməyən halıdır. Eyni zamanda iddiaçının ezamiyyətdə olduğu müddətdə çəkdiyi xərclər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsində yerləşən Mərkəzi Çağırış Məntəqəsi tərəfindən də qarşılanmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, işçiyə ezamiyyə xərclərinin ödənilməsi yuxarıda qeyd edilən hüquq normalarının tələblərindən irəli gəlməklə, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur.
38. Cavabdeh tərəfindən ödənilməli olan ezamiyyə xərclərinin məbləğinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər daxildir. Gündəlik xərclərdə öz növbəsində yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərcləri özündə ehtiva edir.
39. Məhkəmə iddiaçının Sumqayıt şəhərində yaşamasını, ezam olunduğu ərazinin isə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşməsini, qeyd olunan şəhərlər arasında məsafənin çox uzaq olmamasını, eyni zamada Bakı şəhərinin mərkəz şəhər olması səbəbindən nəqliyyat infrastrukturunun yaxşı inkişaf etməsini və nəqliyyat əlaqəsinin əlçatan olmasını, iddiaçının şənbə və bazar günləri, eyni zamanda ezamiyyətdə olduğu müddətdə qeyri-iş günlərində işləməməsini, mehmanxanada qalmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab etmişdir ki, onun ezamiyyətdə olduğu müddətdə iş vaxtı başa çatdıqdan sonra öz yaşayış yerinə qayıtmaq imkanı mövcud olmuşdur. Bu səbəbdən məhkəmə iddiaçıya mehmanxana xərcinin ödənilməsini məqsədəmüvafiq hesab etməmişdir.
40. Məhkəmə hesab etmişdir ki, Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına müvafiq olaraq iddiaçıya ezamiyyətdə olduğu müddət ərzində gündəlik xərc (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) və yol xərci ödənilməlidir. Gündəlik xərcin iddiaçının ezamiyyətdə olduğu müəssisə tərəfindən təmin edilməməsi də iş materiallarına əlavə edilmiş yuxarıda adı qeyd edilən sənədlərlə öz təsdiqini tapır.
41. Gündəlik xərclərin miqdarına gəldikdə isə məhkəmə qeyd etmişdir ki, həmin xərclərin hesablanması qaydası Ezamiyyə xərclərinin normaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir. Həmin qərarla müəyyən edilmiş ezamiyyə xərclərinin normaları haqqında qərara iddiaçının ezamiyyətdə olduğu müddətdə dəyişiklik edildiyinə görə, məhkəmə hesab edir ki, gündəlik xərclərin hesablanması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin normaya əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Beləliklə məhkəmə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 05 aprel 2024-cü il tarixdək Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının 90 manat olduğunu, həmin xərclərin 80 faizini mehmana xərcləri, qalan faizini isə gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) təşkil etdiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçıya həmin tarixədək ezamiyyətdə olduğu 53 gün müddətində gündəlik xərclərə görə 954 manat (90 x 20% x 53) məbləğində pul vəsaiti ödənilməlidir.
43. 05 aprel 2024-cü il tarixdən sonra isə Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının Bakı şəhərində 125 manat olduğunu, həmin xərclərin 70 faizini mehmana xərcləri, qalan faizini isə gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlərlə bağlı xərclər) təşkil etdiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçıya həmin tarixədək ezamiyyətdə olduğu 21 gün müddətində gündəlik xərclərə görə 787,50 manat (125 x 30% x 21) məbləğində pul vəsaiti ödənilməlidir.
44. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçıya ezamiyyətdə olduğu müddət ərzində ümumilikdə 1741,50 manat məbləğində gündəlik xərc ödənilməlidir. Məhkəmə gündəlik xərclərin qanunvericiliklə konkret müəyyən edildiyini, məhkəmə tərəfindən təyin edilmiş ekpertiza əsasında məhkəməyə daxil olmuş rəydə qeyd edilən məbləğin iddiaçının ezamiyyətdə olduğu günlərə münasibətdə az olduğunu nəzərə alaraq, həmin rəydə gündəlik xərc olaraq müəyyən edilmiş məbləği əsas götürməmişdir.
45. İddiaçıya ezamiyyətdə olduğu müddətdə yol xərclərinin ödənilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında (arayış) onun Sumqayıt şəhərində, 18-ci mikrorayon ərazisində yaşaması öz təsdiqini tapır. İddiaçı tərəfindən məhkəməyə yol xərcini təsdiq edən sənədlər təqdim edilməsə də, məlum məsələdir ki, Sumqayıt şəhərindən Bakı şəhərinə yolun qət edilməsi müəyyən xərclər tələb edir. Bu halda məhkəmə iddiaçının ezamiyyətdə olduğu müddətdə gündəlik yol xərcinin (gediş-gəliş) 20 (iyirmi) manat məbləğində müəyyən edilməsini ağlabatan hesab etmiş və buna görə cavabdehdən 1480 manat məbləğində vəsaitin tutulmalı olması qənaətinə gəlmişdir.
46. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2(060)-136/2025 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirmişdir.
47. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq bildirir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsasları ilə oxşar olmaqla, birinci instansiya məhkəməsi tərəfindən həmin əsaslar üzrə ətraflı araşdırma aparılmış, müfəssəl qiymət verilmişdir. Bu baxımdan həmin dəlillər üzrə məhkəmə kollegyası əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisə düzgün həll edilmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2(060)-136/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 may 2025-ci il tarixli, 2(060)-136/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.