Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1065/2023 04.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ilk iddia üzrə İddiaçı cavabdeh Cavabdeh qarşı, qarşılıqlı iddia üzrə iddiaçı Nuriyeva Tünzalə Arif qızının cavabdehlər İddiaçı və X5 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X21 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, ilk iddia üzrə İddiaçı, ilk iddia üzrə Cavabdehnun, qarşılıqlı iddia üzrə cavabdeh X4 iştirakları ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı Şamaxı rayonu, Mərzəndiyə kəndi ərazisində yerləşən ona məxsus evdən cavabdehə məxsus əmlakın məcburi çıxarılması tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və X5 qarşı ona hədiyyə kimi verilmiş qızılziynət əşyalarının, çatışmayan cehiz əşyalarının və evə görə kompensasiyasının ödənilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(026)-378/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qobustan Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(026)-225/2019 nömrəli qətnaməsindən görünür ki, X9 ilə Cavabdeh arasında Qobustan rayon İHB-nın Təklə- Mirzəbaba kəndi üzrə ərazi nümayəndəliyində 06 avqust 2010-cu il tarixdə 14 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.
2. Mediasiya prosesinə xitam verilməsi barədə 29 iyun 2022-ci il tarixli protokolda göstərilir ki, X1 Cavabdeh qarşı əmlakın evdən çıxarılmasına dair müraciəti ilə əlaqədar tərəflərdən biri mediasiya prosesində iştirak etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.3-cü maddəsinə əsasən, yəni tərəflər və ya onlardan biri mediasiya prosesundən imtina etdikdə mediasiya prosesinə xitam verilir.
3. Oktyabr 2007-ci il tarixdə tərtib edilmiş, inventar nömrəsi 18 olan daşınmaz əmlakın fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Şamaxı rayon Mərzəndiyə kənd ərazində Pirsaat çayının sol kənarında 1200 m sahədə tikilmiş 1 mərtəbəli 3otaqdan, 1 dəhlizdən və 1 mətbəxdən ibarət fərdi yaşayış evi X1 mülkiyyətindədir.
Birinci instansiya məhkəməsindəki icraat
4. X6 Cavabdeh qarşı Şamaxı rayonu, Mərzəndiyə kəndi ərazisində yerləşən ona məxsus evdən cavabdehə məxsus ümumi dəyəri 1000 manat olan bir ədəd mebel dəsti, iki ədəd kreslo, bir ədəd divan, beş ədəd karniz, 6 ədəd pərdə, bir ədəd soyuducu, iki ədəd çıl-çıraq, qab-qacaq, xalça-palaz, taxt dəsti, yorqan-döşəyin məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X9 ilə Cavabdeh arasında olan nikah Qobustan Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, lakin Cavabdeh məxsus cehiz əşyaları onun evində qalmışdır. Onun evində qalan əmlakların çıxarılması üçün Tünzaləyə dəfələrlə deməsinə baxmayaraq Cavabdeh əmlaklarını könüllü çıxarmaq istəmir. Tünzaləyə məxsus əmlakları onun evində yer tutduğu üçün evindən istədiyi kimi istifadə edə bilmir. Ona görə də, Mərzəndiyə kəndi ərazisində yerləşən ona məxsus evdən Cavabdeh məxsus ümumi dəyəri 1000 manat olan bir ədəd mebel dəsti, iki ədəd kreslo, bir ədəd divan, beş ədəd karniz, 6 ədəd pərdə, bir ədəd soyuducu, iki ədəd çıl-çıraq, qab-qacaq, xalça-palaz, taxt dəsti, yorqan-döşəyin məcburi çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
6. İddiaçı Cavabdehlər X6 və X7 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hədiyyə kimi verilmiş 300 manat dəyərində 3 qram çəkisi olan 1 ədəd qızıl üzük, 350 manat dəyərində 4 qram çəkisi olan 1 ədəd qızıl üzük, 400 manat dəyərində 5 qram çəkisi olan 1 ədəd qızıl üzük, 250 manat dəyərində 2,5 qram çəkisi olan 1 ədəd qızıl üzük, 600 manat dəyərində 7 qram çəkisi olan 1 ədəd qızıl üzük, 3000 manat dəyərində 30 qram çəkisi olan qolbaq və sep dəsti, 1500 manat dəyərində 4 qram çəkisi olan sırqa və üzük dəstinin, ümumi dəyəri 6400 manat dəyərində qızıl-ziynət əşyalarının, çatışmayan cehiz əşyalarının və evə görə kompensasiyasının ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X9 ilə 06 avqust 2010-cu il tarixdə evlənmişlər. Lakin bu nikahdan övladları olmamışdır. Rəşad və valideynləri ataanasına baş çəkmək adı ilə onu Qobustan rayonunun Təklə kəndinə gətirmiş və sonra Rəşadla aralarında olan nikahın pozulması ilə əlaqədar Qobustan Rayon Məhkəməsində iddia qaldırmışlar. Qobustan Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Rəşadla aralarında olan nikah pozulmuşdur. Cehizlərinin evdən çıxarılmasına etiraz etmir. Rəşadın valideynləri ilə birlikdə toya getmişlər, lakin evdən çıxarkən Rəşadın valideynlərinin ona toy hədiyyəsi verdikləri ümumi dəyəri 6000 manat olan 300 manat dəyərində 3 qram çəkisi olan 1 ədəd qızıl üzük, 350 manat dəyərində 4 qram çəkisi olan 1 ədəd qızıl üzük, 400 manat dəyərində 5 qram çəkisi olan 1 ədəd qızıl üzük, 250 manat dəyərində 2,5 qram çəkisi olan 1 ədəd qızıl üzük, 600 manat dəyərində 7 qram çəkisi olan 1 ədəd qızıl üzük, 3000 manat dəyərində 30 qram çəkisi olan qolbaq və sep dəsti, 1500 manat dəyərində 4 qram çəkisi olan sırqa və üzük dəsti və valideynlərinin ona verdiyi cehiz əşyaları da orada qalmışdır. Ona görə də ümumi dəyəri 6000 manat olan qızıl-ziynət əşyalarının cavabdehlərdən alınıb ona verilməsini, bundan başqa Mərzəndiyə kəndi ərazisində yerləşən və X1 adına rəsmiləşdirilən evi Rəşadla birgə nikah dövründə tikmişlər, həmin evdə onun da əməyi olduğunu göstərərək həmin evin qiymətləndirilməsini və evin qiymətinin 50 faizinin kompensasiya şəklində X6 və X2 alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
8. Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(026)-378/2022 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) ilk iddia təmin, qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus cehiz əşyalarından ibarət əmlakların Şamaxı rayonu Mərzəndiyə kəndi ərazisində yerləşən ilkin iddia üzrə iddiaçı X3 məxsus evdən çıxarılması, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X6 və qarşılıqlı iddia üzrə cavabdeh X2 1000 manat dəyərində 1 ədəd 10 qram çəkisi olan qolbaq və 1 ədəd 300 manat dəyərində 3 qram çəkisi olan üzük və ya onların dəyəri alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh ilə X9 06 avqust 2010-cu il tarixdə rəsmi nikaha girərək evlənmiş, onların bu evlilikdən uşaqları olmamış, Qobustan Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Tünzalə valideynlərinin yanına getmiş və hazırda da orada yaşayır. O evdən çıxdıqdan sonra valideynlərinin ona verdiyi cehiz əşyaları qayınatası X1 evində qalmışdır. Cavabdeh ona məxsus qızıl-ziynət əşyalarının cavabdehlərdə qalmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Şahidlərin ifadələri ilə Cavabdeh toya gedərkən qızıl-ziynət əşyalarının onun üzərində olması və toydan sonra atası evində qalması təsdiqini tapır. Lakin ona hədiyyə edilən və sonradan satılan qızıllar ona qaytarılmalıdır.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, 71, Mülki Məcəlləsinin 146.1, 152.1, 225.2, Ailə Məcəlləsinin 34.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
11. Qətnamədən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, evin dəyərinin yarısının alınıb ona verilməsi, qızıl-ziynət əşyalarının qaytarılması barədə tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qızıl-ziynət əşyaları ilə bağlı xususatları araşdırarkən birtərəfli mövqe tutmuş, şahidləri dindirərkən şahid X12 və X8 ifadələrini əsas götürərək onun iddiasını təmin etməmişdir. Əslində məhkəmə tərəfindən onlar şahid qismində dindirərkən bilinməli idi ki, dindirdiyi şahidlərin hər ikisi Zülfüqarov soyadlı olub. X1 doğma qardaşı və digəri, yəni Dursun isə Oktayın həyat yoldaşıdır. Sözsüz ki, onlar onun xeyrinə heç bir fayda verməzlər. O, şahidlərin dindirilməsini istəsə də hakim vəsatətini təmin etməmişdir. Digər tərəfdən evlə bağlı onun tələbi ona görə təmin olunmamışdır ki, hakim texniki pasportu mülkiyyət sənədi kimi qəbul edərək evin X1 mülkiyyətində olduğunu göstərmişdir. Halbuki, texniki pasport istənilən şəxsin müraciəti əsasında tərtib oluna bilir və mülkiyyət sənədi deyildir, evi faktiki olaraq Rəşadla özü tiksə də qayınatası bilərəkdən onu kənarda qoymaq üçün texniki pasportu öz adına yazdırmışdır. Halbuki, evin dəyərinin yarısı onun payıdır. Məhkəmə qətnamə çıxararkən, onun müalicə adı ilə evdən atası evinə aparılmağını, bu zaman qızıl-ziynət əşyalarının ər evində qalmasını bildirməyini nəzərə almamış, qərəzli və maraqlı şahidlərin ifadəsi əsasında iddiasını təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh X10 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası:
Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29.2. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 71.1. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Maddə 71.7 İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
Maddə 34.1.Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadə verərək göstərmişdir ki, Cavabdeh və X6 ilə birlikdə 3 il bundan əvvəl toya getmişdir. Həmin vaxt Tünzalənin boynunda qızıl sep və barmağında iki ədəd üzük görmüşdür. Toyun sonuna kimi iştirak etdikdən sonra Qələmşah Tünzaləyə “ana səni həkimə aparacaq”- dediyini eşitmiş, Tünzalə atası evində qalmış və bundan sonra onlar da öz evlərinə getmişlər.
24. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadə verərək göstərmişdir ki, Cavabdeh X9 ilə 10 il ailəli olmuşdur. Rəşad onun ərinin qardaşı oğludur. 3 il əvvəl Qələmşahin maşını ilə “Sədərək” ticarət mərkəzinə, oradan da toy mərasiminə getmişlər. Həmin vaxtı Tünzalənin boynunda qızıl sep, barmağında qızıl üzük və qulağında sırqa olduğunu görmüşdür. Qayınanası Tünzalədən qızıllarını götürməsini soruşanda da Tünzalə qızıllarını götürdüyünü demişdir. Tünzalə və Rəşadın evli olduqları 10 il müddətində övladları olmamışdır, Tünzaləni daima müalicələrə aparmışlar. Toydan sonra isə Tünzalə atası evində qalmışdır.
25. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir. Şamaxı rayonunda 2 nömrəli qızıl mağazası vardır. Cavabdeh qızıl-ziynət əşyalarının qiymətləndirilməsini xahiş etmişdir. O da əvvəlcə iddia ərizəsində göstərilən sənəd üzrə və sonra təqdim etdiyi fotoşəkillər üzrə qızıl-ziynət əşyalarını qiymətləndirib bu barədə rəy vermişdir.
26. Qobustan Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(026)-225/2019 nömrəli qətnaməsindən görünür ki, X9 ilə Cavabdeh arasında Qobustan rayon İHB-nın Təklə-Mirzəbaba kəndi üzrə ərazi nümayəndəliyində 06 avqust 2010-cu il tarixdə 14 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.
27. Şamaxı rayon 2 nömrəli qızıl mağazasının müdiri X11 23 avqust 2022-ci il tarixdə verdiyi rəydən görünür ki, iddia ərizəsində göstərilən 4 nömrəli qızılların qiyməti təqdim olunan fotoşəkillərə əsasən 1 ədəd qızıl üzük (3 qram)-300 manat, 1 ədəd qızıl üzük (4 qram)-350 manat, 1 ədəd qızıl üzük (5 qram)-400 manat, 1 ədəd qızıl üzük (2,5 qram)-250 manat, 1 ədəd qızıl üzük (7 qram)-600 manat, 1 ədəd komplekt-sep-qolbaq (30 qram)-3000 manat, 1 ədəd komplekt-üzük-sırqa-1500 manat, qızılların ümumi dəyəri - 6400 manat müəyyən edilmişdir.
28. Şamaxı rayon 2 nömrəli qızıl mağazasının müdiri X11 29 sentyabr 2022-ci il tarixdə verdiyi rəydən görünür ki, iddia ərizəsində göstərilən 6 nömrəli qızılların qiyməti təqdim olunan fotoşəkillərə əsasən 1 ədəd yoluçka sep 20 qram-qiyməti 2000 manat, 1 ədəd yoluçka qolbağ 10 qram-1000 manat, 1 ədəd sırqa ağ qaşlı 8 qram800 manat, 1 ədəd nişan üzüyü 8 qram-800 manat, 1 ədəd üzük fantaziya 5 qram-500 manat, 1 ədəd üzül qaşlı 5 qram-500 manat, qızılların ümumi dəyəri-5600 manat müəyyən olunmuşdur.
29. Oktyabr 2007-ci il tarixdə tərtib edilmiş, inventar nömrəsi 18 olan daşınmaz əmlakın fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Şamaxı rayon Mərzəndiyə kənd ərazində Pirsaat çayının sol kənarında 1200 m sahədə tikilmiş 1 mərtəbəli 3otaqdan, 1 dəhlizdən və 1 mətbəxdən ibarət fərdi yaşayış evi X1 mülkiyyətindədir.
30. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə müəyyən etmişdir ki, iddiaçı Cavabdeh ona məxsus qızıl-ziynət əşyalarının cavabdehlərdə qalmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Şahidlərin ifadələri ilə Cavabdeh toya gedərkən qızıl-ziynət əşyalarının onun üzərində olması və toydan sonra atası evində qalması təsdiqini tapır. Lakin ona hədiyyə edilən və sonradan satılan qızıllar ona qaytarılmalıdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
32. Hazırki işdə iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
33. Hazırki işdən görünür ki, qarşılıqlı iddiaçı tələbində Mərzəndiyə kəndi ərazisində yerləşən və X1 adına rəsmiləşdirilən evi Rəşadla birgə nikah dövründə tikmələrini, həmin evdə onun da əməyi olduğunu göstərərək həmin evin qiymətləndirilməsini və evin qiymətinin 50 faizinin kompensasiya şəklində cavabdehlərdən alınıb ona verilməsini bildirmişdir.
34. İş materiallarından görünür ki, mübahisəli evə dair 2007-ci ilin oktyabr ayında texniki pasport tərtib edilmiş, hüquq subyekt kimi İddiaçı qeyd edilmişdir.
35. İşdən görünür ki, qarşılıqlı iddiaçı ilə cavabdeh 06 aprel 2010-cu il tarixdə nikaha girmişlər. Belə olan halda 2007-ci ildə texniki pasportu hazırlanmış fərdi yaşayış evinin tikilməsində 2010-cu ildə nikaha daxil olduqdan sonra qarşılıqlı iddiaçı və onun ərinin həmin evi tikməsi hər hansı sübutla təsdiqini tapmır.
36. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı həmin fərdi yaşayış evinin tikintisində əməyinin olmasını qeyd etsə də, bunu əsaslandırmamış, hansı qazanc, eləcə də hədiyyə hesabına, hansı həcmdə pul sərf etməklə evin tikintisində hansı formada əmək sərf etməsinə dair hər hansı sübut təqdim etməmişdir.
37. Qarşılıqlı iddia üzrə tələb edilən qızıl əmlaklarına dair məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyd edilən qızıl əmlaklarının cavabdehdə qalmasını bildirsə də, bu tələbinin əsası kimi istinad etdiyi hallara dair sübut təqdim etməmişdir.
38. Birinci instansiya məhkəməsində cavabdeh X6 izahatında Cavabdehn həmin günü toya apardıqları üçün qızıl-ziynət əşyalarının üstündə olduğunu və toydan çıxdıqdan sonra isə Tünzaləni valideynlərinin evinə apardıqlarını, Tünzalənin tələb etdiyi qızıl-ziynət əşyalarından 1 ədəd üzük və 1 ədəd qolbağı isə Tünzalənin müalicəsi üçün satdığını, digər qızılları isə Tünzalənin özündə olduğunu bildirmiş, qeyd edilən hal dindirilmiş şahid ifadələri ilə də təsdiqini tapmışdır.
39. Belə olan halda iddiaçı 1 ədəd üzük və 1 ədəd qolbaqdan əlavə ona məxsus qızıl-ziynət əşyalarının cavabdehdə qalmasına dair hər hansı sübut təqdim etmədiyindən həmin hissədə iddiaçının tələbini təmin etməməklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə təmin edilə bilməz.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
42. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(026)-378/2022 nömrəli qətnaməsi mübahisələndrilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.