Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1079/2021 15.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlarına toxunan şəxs: Maraqlı şəxs, Maraqlarına toxunan şəxsin nümayəndəsi və vəkili: X4 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Xızı rayon qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qətnaməsi ilə (hakim H.Qəribov) ərizənin təmin edilməsi, X2 xx xxxxxx 1987-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulması faktının müəyyən olunması, qətnamənin doğum faktının VVADQ orqalarında qeydə alınması üçün əsaslı, doğum haqqında şəhadətnamə verilərkən atası X3, anası Ərizəçi kimi göstərilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi maraqlı tərəf Xızı rayon qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun övladı X1 Respublikasının Bolnisi rayonunda yaşadıqları zaman ev şəraitində doğulmuşdur. Həmin vaxtlar orada vəziyyət pis olduğundan köçüb Bakıya gəliblər. Ona görə də şəhadətnamə ala bilməmişdir. Bununla əlaqədar doğum haqqında həkim arayışı təqdim olunmadığı üçün VVADQ şöbəsi doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Şəhadətnamə başqa yolla almaq mümkün olmadığı üçün doğum faktının məhkəmə yolu ilə müəyyən olunması xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, X3 ilə 2007-ci ildə el adəti ilə gəlin köçərək ailə həyatı qurmuş və xx xxxxxx 2008-ci il tarixdə onların bu nikahı rəsmiləşdirilmişdir. Birgə nikahdan dörd övladı olmuşdur. T.C.Bayramov xx xxxx 2020-ci il tarixdə Cəlilabad rayonunda vəfat etmişdir. Əri T.Bayramov vəfat etdiyi vaxtdan etibarən baldızları Şöylə və Gülşən onunla mütəmadi olaraq münaqişə yaradır, ondan pul tələb edir və bildirirlər ki, ərindən miras qalmış əmlaklar heç vaxt ona verilməyəçəklər. Hal-hazırda Bakı şəhəri Nizami rayonu və Bakı Apellyasiya Məhkəməsində müxtəlif mübahisə predmetləri üzrə mülki işlər araşdırılır. Ramilə Bayramova özünü onun mərhum əri Tahir Bayramovun qızı kimi təqdim edir və bunu mübahisə olunan qətnaməyə əsasən edir. Birinci instansiya məhkəməsi mülki maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozaraq faktiki olaraq qardaş bacını ər-arvad kimi, dayı və bacı qızını isə ata-övlad kimi təstiq etmişdir. Məhkəmənin həmin qətnaməsində heç bir maddi və prosessual hüquq normasına, həmçinin, faktın mövcudluğunu təstiq edən hər hansı sübuta istinad edilməmişdir. Qətnamədən görünür ki, doğum faktı müəyyən edilən uşağın qətnamə çıxarılan tarixdə 19 yaşı olmuşdur. Ən əsas məsələ məhkəmənin Ramilənin atasının Tahir olmasını necə müəyyən etməsidir. Məhkəmə tərəfindən işin heç bir faktiki halı hərtərəfli və obyektiv araşdırmamışdır. Məhkəmə qanunsuz qətnamə çıxarmışdır və nəticədə vərəsə olmayan şəxs faktiki olaraq əldə etdiyi saxta doğum haqqında şəhadətnamədən istifadə etməklə onunla və digər vərəsələrlə eyni dərəcədə vərəsəlik hüququnun olmasını iddia edir ki, bu da haqlı olaraq onun narazılıgına səbəb olur və digər qanuni vərəsələrin miras (pay kütləsinin) əsassız olaraq azalmasına səbəb olur. Xızı Rayon Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli 2(068)-06/2006 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Maraqlına toxunan şəxs Maraqlı şəxs, nümayəndəsi və vəkili E.E.Həsənov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Ərizəçi apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, ərizəyə uyğun izahat verdi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Xızı Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə yaxud məhkəmə tərəfin icraatı qəsdən yubatdırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəni təmin edərkən, ərizəçinin uşağının doğum faktının arayışla və şahid ifadəsi ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xızı rayon VVADQ şöbəsinin xx xxxxxx 2005-ci il tarixli 57 saylı ərizəçinin qızı Ramilə Bayramovaya ünvanlanmış məktubundan görünür ki, onun doğumunun qeyd edilməsi, doğum haqqında həkim arayışı olmadığına görə doğüm faktı məhkəmə qaydasında həll olunmalıdır. Qətnamədə xx xxxxxx 2006-cı il tarixli 533 saylı arayışa istinad edilmiş və qeyd olunmuşdur ki, X6 1994-cü ildə Nərimanov rayonu 202 saylı məktəbə daxil olmuş, 2004- 2005-ci tədris ilində 11-ci sinifi bitirmişdir. Məhkəmə prosesi zamanı və iş materialları ilə müəyyən edilir ki, Ramilə Gürcüstan Respublikasında 1987-ci ildə anadan olmuşdur. Xızı Rayon Məhkəməsinin Ramilənin atasının Tahir olmasını necə müəyyən etməsi aydın olmamışdır. Məhkəmə aktları ictimai münasibətlərin, mülki hüquq və vəzifələrin, öhdəliklərin yaranmasına və ya artıb-azalmasına, və ya məhdudlaşmasına və sairə səbəb olar. Ona görə də doğum faktı məhkəmə qaydasında müəyyən olunarkən, uşağın nə vaxt, harada və kim tərəfindən doğulması müəyyən edilməlidir. Əgər həmin işə baxılarkən uşağın atası iştirak edirsə, onun izahatı alınmalı və doğum faktı müəyyən edilən uşağın atası olduğunu etiraf edib-etmədiyi müəyyənləşdirilməlidir. Və yaxud da atalığın etiraf olunması barədə ərizə əsasında ayrıca icraatda işə baxılmalıdır. Azərbaycan Respublikası Mülki prosessula qanunvericilik və məhkəmə təcrübəsi doğüm faktı ilə doğumun qeyd edilmə faktını fərqləndirmişdir. Hər iki hal biri birindən mahiyyət etibarə ilə fərqlənirlər. Lakin birinci instansiya məhkəməsi Ərizəçi 19 yaşında qızının, əvvəllər doğumunun qeydə alınıb alınmadığını araşdırmadan 2006-cı ildə qəbul etdiyi qətnamə ilə bir başa 1987-ci ildə doğulması faktını müəyyən etməklə həm qanunvericiliyinin tələblərini pozmuş, həm də həmin qətnamənin əsaslığını şübhə altına almışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və tmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardın istifadə etməlidir. Xızı Rayon Məhkəməsi tərəflərin təqdim etdikləri hansı sübutlara istinad edib qətnaməsində Ramilənin atası Tahir Bayramovun qeyd edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində qeyd edilir ki, İnsan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, hər bir cəmiyyətin müəyyən olunmuş birgə yaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Bu qaydaları məcəllələşdirən və ümumməcburi davranış qaydalarına çevirən dövlət isə bu normaların cəmiyyətə tətbiqi və onlara əməl edilməsinə nəzarəti həyata keçirir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası maraqlarına toxunan şəxsin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilsin. Xızı Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2006-ci il tarixli 2(068)-06/2006 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı tərəf Xızı rayon qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən olunması tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1079/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1079/2021
15.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver