Məhkəmə qərarları › İş №2(105)-1080/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1080/2022

25.04.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1080/2022 25.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 2 sayli Ərazi Vergilər Departamentinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Şamaxı Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(074)-463/2019 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ Ərizəçi 2 saylı Ərazi Vergilər Departamenti Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizə ilə məhkəməyə müraciət edərək hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 7282,35 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanın rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix-02.01,1976-cı il, doğulduğu yer Azərbaycan, Şamaxı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi -xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün 12.11.2018-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) 2291,52 manat məbləğində (o cümlədən, vergilər üzrə 1836,05 manat, faizlər üzrə 455,47 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" MMC-nin (VÖEN: **********) 2081,18 manat məbləğində (o cümlədən, vergilər üzrə 1667,53 manat, faizlər üzrə 413,65 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" MMC-nin (VÖEN: **********) 2163,61 manat məbləğində (o cümlədən, vergilər üzrə 1733,44 manat, faizlər üzrə 430,17 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), "xxxx" MMC-nin (VÖEN: **********) 746,04 manat məbləğində (o cümlədən, vergilər üzrə 597,43 manat, faizlər üzrə 148,61 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 08.02.2018-ci il tarixli **********741100, 14.02.2018-ci il tarixli **********671700, 14.02.2018-ci il tarixli **********172400 və 14.02.2018-ci il tarixli **********673100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən hüquqi şəxslərin icra orqanının rəhbəri Əlifov X1 rayonu, Hacılı kəndində yaşayır. Odur ki, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 7282,35 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslərin icra orqanın rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix-xx.xx.1976-cı il, döğulduğu yer Azərbaycan, Şamaxı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-463/2019 nömrəli, 27 mart 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Maraqlı şəxs (doğulduğu tarix-xx.xx.1976-cı il, doğulduğu yer Azərbaycan, Şamaxı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi -xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.(hakim Etibar Hümbətov). Şamaxı Rayon Məhkəməsinin 2(074)-463/2019 nömrəli, 27 mart 2019-cu il tarixli qətnaməsi maraqlı şəxsə göndərilmiş, lakin zərf “bina sökülüb” qeydi ilə məhkəməyə qayıtmışdır. Şamaxı Rayon Məhkəməsinə 30.11.2021-ci il tarixdə maraqlı şəxsin ərizəsi daxil olmuş və həmin ərizə ilə maraqlı şəxs qətnamənin ona təqdim olunmasını xahiş etmiş və bundan sonra qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qeyd olunan hüquqi şəxslərin heç birinin icra orqanının rəhbəri deyildir. Ümumiyyətlə həmin MMC-lərdən xəbəri yoxdur. Vergi orqanına heç bir borcu yoxdur. Vergi orqanı heç bir araşdırma aparamdan ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə isə əsassız olaraq onun ölkədən getmək hüququnu məhdudlaşdırmışdır. İş materiallarınan görünür ki, vergi orqanı 2019-cu ildə məhkəmə müraciət edib. Lakin bu günə kimi həmin pul tələbi ilə bağlı məhkəməyə müraciət etməyib. Əgər vergi orqanı həmin pul tələbi ilə bağlı məhkəməyə müraciət etsəydi, o zaman əsl həqiqət müəyyən olunardı. Çünki bu günə kimi yanız fiziki şəxs kimi taksi fəaliyyəti ilə məşğul olmaq üçün VÖEN açdırmış və sonradan vergi orqanına müraciət edərək həmin VÖEN-i bağlatdırmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edlməsini xahiş etdi. Ərizəçinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq, ərizəçinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, maraqlı şəxsi dinləyərək hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, vergi ödəyicisi olan Maraqlı şəxs vergi öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmiş, bu səbəbdən ərizəçi 2 saylı Ərazi Vergilər Departamenti ərizə ilə müraciət edərək, vergi borcunun ödənilməsini təmin etmək üçün fiziki şəxs olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, vergi ödəyicisi olan "xxxx" MMC-nin (YÖEN: **********) 08.02.2018-ci il tarixə vergilər üzrə 1838,68 manat, maliyə sansiyaları üzrə 0 manat, faizlər üzrə 27,58 manat, məhkəmə qərarları ilə təmin edilmiş hissə üzrə 0 manat vergi borcu vardır. O cümlədən vergi borclarının 5 gün ərzində dövlət büdcəsinə ödənilinəsi tələb olunmuşdur. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) 14.02.2018-ci il tarixə vergilər üzrə 1669,20 manat, maliyə sansiyaları üzrə 0 manat, faizlər üzrə 35,05 manat, məhkəmə qərarları ilə təmin edilmiş hissə üzrə 0 manat vergi borcu vardır. O cümlədən vergi borclarının 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) 14.02.2018-ci il tarixə vergilər üzrə 1737,80 manat, maliyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 36,49 manat, məhkəmə qərarları ilə təmin edilmiş hissə üzrə 0 manat vergi borcu vardır. O cümlədən vergi borclarının 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) 14.02.2018-ci il tarixə vergilər üzrə 604,50 manat, maliyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 12,69 manat, məlikəmə qərarları ilə təmin edilmiş hissə üzrə 0 manat vergi borcu vardır. O cümlədən vergi borclarının 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin (VÖEN:**********) 23.11.2018-ci il tarixli şəxsi hesab vərəqindən görünür ki, "xxxx" MMC-nin cəmi ödənilməli borcu 2394,34 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin (VÖEN:**********) 23.11.2018-ci il tarixli şəxsi hesab vərəqindən görünür ki, "xxxx" MMC-nin cəmi ödənilməli borcu 2174,57 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin (VÖEN: **********) 23.11.2018-ci il tarixli şəxsi hesab vərəqindən görünür ki, "xxxx" MMC-nin cəmi ödənilməli borcu 2260,68 manat təşkil edir. İş materiallarında olan"xxxx" MMC-nin (VÖEN:**********) 23.11.2018-ci il tarixli şəxsi hesab vərəqindən görünür ki, "xxxx" MMC-nin cəmi ödənilməli borcu 779,50 manat təşkil edir. Birinci instansiya məhkəməsi ərizəni təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 77.1, 77.3,78.1, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1 və Mülki Prosessual Məcəllənin 305.1.12, -ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci və 77.3-cü maddələrinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti mədudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək Azərbaycan Respublikası vətəndaşının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Sadalanan hallardan göründüyü kimi, Maraqlı şəxs vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə vergi borcu yaranmışdır. Maraqlı şəxs məlumat verilməsinə baxmayaraq vergi borcunu dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsinə aid edilmişdir. Beləliklə, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməməli və Şamaxı Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(074)-463/2019 nömrəli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.1, 385.1, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 27 mart 2019-ci il tarixli, 2(074)-463/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar