Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1080/2024 23.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X32 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı xüsusi təyinatlı yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-590/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən SKZ-nun üç saylı yataqxanası Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli, 377 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmiş və hal-hazırda Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır.
Birinci instansiya məhkəməsindəki icraat
2. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, yataqxana 3, otaq 10 ünvanından çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən SKZ-nun 3 saylı yataqxanası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli, 377 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmişdir. X5 2020-ci ildə Birliyin balansında olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, yataqxana 3, otaq 10 ünvanını başqa vətəndaşdan almışdır. Lakin, G.Mustafayevanın dediyinə görə səhhəti ilə əlaqədar Türkiyəyə getmiş, müalicəsi bitdikdən sonra qayıdarkən otağının keçmiş gəlini Cavabdeh tərəfindən zəbt edildiyini görmüşdür. O, Cavabdeh dəfələrlə otağı boşaltması barədə xəbərdarlıq etsə də o, otağı boşaltmamışdır. Cavabdeh MKTİB-nə dəvət olunarkən iddiaçının oğlundan boşandığı üçün otağı ona aliment borcu müqabilində verdiklərini bildirmişdir. Lakin o, bu barədə heç bir hüquqi sənəd təqdim etməmişdir.
4. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsini qeyri-obyektiv hesab edir və bildirir ki, əgər MKTİB mənzildən onu çıxartmağa cəhd edirsə və mənzilin Mustafayeva Güləmbər tərəfindən başqa şəxsdən alındığını qeyd edirsə hansı səbəbdən cavabdeh kimi ancaq onu qoymuş, Güləmbər cavabdeh kimi cəlb etməmişdir. Digər tərəfdən MKTİB-dən Güləmbərin bu işdə marağı yoxdursa hansı səbəbdən Güləmbər Mustafayeva cavabdeh və şahid qismində cəlb edilmədiyi halda məhkəməyə gəlir və məhkəmə zalında oturur. Onu da qeyd edir ki, Mustafayeva Güləmbər bir gün də olsun həmin mənzildə yaşamamışdır. O, Türkiyədə yaşamışdır. O, mənzilin qapısını sındırıb zorla oranı zəbt etməmişdir. Həmin mənzil keçmiş həyat yoldaşı Zeynalov Rahib tərəfindən ailə qurduqdan sonra başqa şəxsdən alınmışdır. Bu barədə qonşular tərəfindən tərtib edilmiş və 21 saylı MKS-nin rəisi tərəfindən təsdiq olunmuş xx.xx.2023-cü il tarixli 1 aktı və xx.xx.2024-cü il tarixli 2 aktı məhkəməyə elektron qaydada təqdim etmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, sözügedən yataqxana mənzil Kommunal İstehsalat Birliyinin balansındadır. Mənzil Məcəlləsinin 91-ci maddəsində qeyd olunur ki, onu satmağa, dəyişməyə, bağışlamağa icazə verilmir. Ona görə də yataqxana dövlətin mülkiyyətinə qaytarılmalıdır. Mənzil order əsasında başqa bir qadına ayrılmışdır. MİS-ə zəng etmiş, lakin həmin şəxsi tapa bilməmişlər. Həmin şəxsin iş üçün hər hansı bir əhəmiyyəti yoxdur. Orderdə də göstərilmişdir ki, müəssisədə işlədiyi müddətdə xüsusi təyinatlıdır. Müəssisədən çıxan kimi yataqxana dövlətə verilməlidir. Həmin sistemdə 30-40 ildir ki, işləyir. Onların balansında yataqxana çox olduğu üçün hansı yataqxananın kimə verildiyini, satıldığını bilə bilmir. Vətəndaş İcra Hakimiyyətinə ərizə vermiş və qəbula daxil olmuşdur. Vətəndaş ərizə verdikdən sonra məlumatları olmuşdur.
6. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, X3 oğlunun adına ev alınmış, lakin onlar yaşamışlar. O heç bir qapı qırmamışdır. Açar verilmiş və yoldaşı ilə bərabər daxil olmuşdur. Mənzil yoldaşına məxsusdur. Belə ki, yoldaşı özü almışdır.
7. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 izahatında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Mənzurənin telefon nömrəsi onlarda vardır. Əgər lazım olsa məhkəməyə verilər. Məhkəmə də həmin şəxsi iclasa çağırar. Cavabdeh üçüncü şəxsin oğlundan boşandıqdan sonra xanım iddiaçıya yaxınlaşmış, iddiaçı da onun tələbi üzrə gəlmişdir. Mənzil üçüncü şəxsin oğlunun adına alınmışdır. Əri ilə birlikdə köçmüş və 2020-ci il tarixdən orada yaşayırlar. X3 orada yaşaması barədə arayış verilmişdir. Lakin onlar orada deyil, 9-cu mikrorayon ərazisində öz evlərində yaşamışlar. Daha sonra onu kirayəyə vermiş, satmış və köçmüşlər. Əgər mənzil İB-nə məxsusdursa həmin mənzilin üçüncü şəxsə aid olması barədə arayış necə verilir?
8. Məhkəmə iclasında mübahisə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında bildirdi ki, Mənsurə xanımın və Elşad məllimin vasitəsi ilə pulu vermiş, qol çəkdirmiş, arayış verilmiş və ASAN xidmət orqanlarında işıq, qaz və suyu öz adına keçirtmişdir. 2020-ci il tarixdə, alınan gündən öz adına keçirtmişdir. Hal-hazırda da rəsmi olaraq onun adındadır.
9. Məhkəmə iclasında şahid X26 ifadəsində bildirdi ki, 2021-ci il tarixdən ikinci mərtəbədə kirayə yaşayır. Xəzəli tanıyır. Belə ki, qapı qonşusudur. 2021-ci il tarixdə o getdikdən sonra Xəzəl xanım gəlmiş və iki övladı ilə ünvanda yaşamışdır. Heç bir qapı qırma hadisəsi olmamışdır. Qapını normal şəkildə açmış, daxil olmuş və yaşamışdır. Halhazırda da yaşayır. Hər hansı mübahisənin şahidi olmamışdır. Yoldaşının orada yaşadığını görməmişdir.
10. Məhkəmə iclasında şahid X20 ifadəsində bildirmişdir ki, Xəzəli tanıyır. Həmin ünvanda otuz səkkiz ildir ki, yaşayır. Xəzəl xanım 2021-ci il tarixdən həmin ünvana uşaqları ilə birlikdə köçmüşdür. Yaxın qonşudurlar. Mənzili qaynanası vermişdir ki, nəvələri ilə birlikdə yaşasın. Xəzəl xanımdan əvvəl Elşad bəy yaşamışdır. Onlar evi xanıma satmışlar. Xanım demişdir ki, evi oğluna alır. Daha sonra oğlu ailəsi ilə birlikdə yaşayacaqdır. Aliment verilmədiyi üçün qarşılığında açar verilmişdir ki, övladları ilə birlikdə yaşasın.
11. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirmişdir ki, 2020-ci ilin əvvəlindən yataqxanada yaşamışdır. X12 onun həyat yoldaşıdır. Yaşadıqları yataqxanada onlardan əvvəl sakin olmuşdur. Ondan almışlar. Akif adlı şəxsdən 16-17 il öncə almışdır. Mənzildən çıxmağına səbəb isə o olmuşdur ki, başqa yerdə ev tikdiyi üçün pul lazım olmuşdur. Mənzili o Gülbəhər xanıma satmışdır. Həmin xanım pulu verərək mənzili almışdır.
12. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 1300 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi SKZ-nun 3 saylı yataqxana otaq 10, sahəsi 17.60 m2 2014-cü il tarixdən X5 yaşamış və ünvan ona məxsusdur. Qeyd olunan ünvanda X3 gəlini Cavabdeh Əmralı qızı, dediyinə görə boşanmış, aliment almadığı üçün həmin ünvanda ona yaşamağına icazə vermişdir.
13. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 yanvar 2014-cü il tarixli, AZ-İ seriyalı, 185787 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 Xəzəl Əmrah qızı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2014-cü ilin yanvar ayının 09-cu günündə 006 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Zeynalov soyadı verilmişdir.
14. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 52 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi SKZ-nun 3 saylı yataqxana otaq 10, sahəsi 17.60 m2 ünvanda 2020-ci il tarixdən X5 yaşamış və ünvan ona məxsusdur.
15. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi üzrə 17 dekabr 2007-ci il tarixli, 18 nömrəli əmrin surətindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli 377 nömrəli sərəncamı ilə özəlləşdirilən dövlət müəssisələrinin (birliklərin), ləğv olunmuş dövlət şirkətlərinin və konsernlərin balansında olmuş yataqxanalar (qeyri-yaşayış sahələri istisna olmaqla) birliyin balansına verilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 2007ci il tarixli 377 nömrəli sərəncamına əlavədə göstərilmiş yataqxanaların birliyin balansına qəbul edilməsi əmr edilmişdir.
16. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 218 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, SKZ-nun 3 saylı yataqxana, mənzil 10 ünvanında qeydiyyatsız yaşayır.
17. ünvan 4abr 2019-cu il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2492/2008 saylı, 29 avqust 2008-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarınını artırılması, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh Zeynalov X6 iddiaçı Cavabdeh X21 xeyrinə, 18 dekabr 2003-cü il təvəllüdü Cavabdeh X18 və 27 sentyabr 2005-ci il təvəllüdlü Cavabdeh X16 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə 16 dekabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir.
18. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrum Rüstəmov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8962/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır.
19. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Toğrum Rüstəmov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icra sənədinin qaytarılması haqqında qərarın surətindən görünür ki, icra zamanı tələbkar Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək icra sənədinin “İcra Haqqında” AR qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmasını xahiş etmişdir. Ona görə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8962 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilmədən geri qaytarılması qərara alınmışdır.
20. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal sahəsinin 2622 nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, X26, X28 və X19 aktı tərtib etmişlər ondan ötəri ki, həqiqətəndə qonşuları Cavabdeh, SKZ-nun 3 saylı yataqxana otaq 12-də 2021-ci il tarixdən yaşayır. Həqiqətən də ünvana qapını qırmadan daxil olub yaşamış və yaşadığı müddətdə otağı təmir etdirmişdir.
21. X26, X28 və X19 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən də qonşuları Cavabdeh, SKZ-nun 3 saylı yataqxana otaq 10-da iki övladı ilə birlikdə 2021-ci il tarixdən qeydiyyatsız yaşayır və həqiqətən də ünvana qapını qırmadan daxil olub yaşamış və yaşadığı müddətdə otağı təmir etdirmişdir.
22. X26, X17 və X29 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, həqiqətən də qonşuları Cavabdeh, SKZ-nun 3 saylı, yataqxana otaq 10-da iki övladı ilə birlikdə qeydiyyatsız 2021-ci il tarixdən yaşayır.
23. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 19 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Sumqayıt Kompressorlar Zavodunun 2 saylı yataqxana otaq 10-u, 2019-cu il tarixdən onların xəbəri olmadan X5, X8 almışdır. Otağı heç bir hüquqi sənədi yoxdur. Hal-hazırda Gülbəhər xanımın keçmiş gəlini həmin ünvanda övladları ilə birlikdə yaşayır.
24. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 1506 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X5 SKZ-nun üç saylı yataqxana otaq 10-da yaşayır. Mənzil xx.xx.2020-ci il tarixdən adına qeydə alınmışdır. Kod **********04089-dur.
25. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 1090 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 SKZ-nun 3 saylı yataqxana, otaq 10-u 2020-ci il tarixdə X9 alınmışdır.
26. "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, X3 adına açılmış **********04089 nömrəli hesabda borcun olmadığı barədə qeyd aparılmışdır.
27. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 914 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5, həqiqətən də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən SKZ-nun 3 saylı, yataqxana 10-da yaşamış və 21 saylı MKS-də onun adına qeydə alınmışdır.
28. xx.xx.2020-ci il tarixli əlyazmadan görünür ki, X2 Əfqan Lətif oğlunun iştirakı ilə X14 min manat pul vermişdir.
29. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 22 nömrəli, xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, SKZ-nun 3 saylı yataqxana, mənzil 10 ünvanının heç bir hüquqi sənədi yoxdur. Ünvanda hal-hazırda qeydiyyatsız Cavabdeh yaşayır.
30. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-590/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilərək, Cavabdeh Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 3 saylı yataqxanada yerləşən 10 saylı otaqdan çıxarılması və həmin otağın boşaldılması, iddianın verilməsinə görə 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
31. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən SKZnun üç saylı yataqxanası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 2007-ci il tarixli, 377 saylı sərəncamı ilə MKTİB-nin balansına verilmiş və hal-hazırda Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 52 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi SKZ-nun 3 saylı yataqxana otaq 10, sahəsi 17.60 m2 ünvanda 2020-ci il tarixdən X5 yaşamış və ünvan ona məxsusdur. Həmin yataqxananın 10-cu otağında yaşayan Cavabdeh həmin otağa qanunsuz yerləşmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh otağı boşaltmamışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
32. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məcburi köçkün olan, himayəsində iki azyaşlı uşağı olan qadını çölə atılmasına dair qətnamə qəbul edilməmişdən öncə həmin mənzilin hansı əsaslarla X9 X1 və nə üçün cavabdehin nümayəndəsinin bu məsələ barəsində məlumatı olmadığını bildirməməsi məhkəmə tərəfindən araşdırılmalı idi. Halbuki, iş materiallarında həmin otağın hər iki şəxsə məxsus olmağına dair ayrı-ayrı arayışlar mövcuddur. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Hesab edirəm məcburi köçkünün 2 azyaşlı uşaqla çölə atılması heç bir zərurətlə əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsininin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Həmin Məcəllənin 153.2ci maddəsinə əsasən qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsubolan əmlak dövlət mülkiyyətidir. İş materiallarında mübahisəli otağın əldən ələ keçirilməsi, dövlətə məxsus olan əmlakın pulla satın alınmasına dair əlyazma və şahid ifadələri vardır. Eyni zamanda icra hakimiyyətinin rəsmisi bunlardan xəbəri olmadığını, lakin həmin sistemdə 40 il çalışdığını bildirir. Bəs bu halda necə olur ki, həmin otağın orderə əsasən bir neçə adama məxsus olunmasına dair müxtəlif arayışlar verilir, bu azmış sonra həmin otağa dair ümumiyyətlə heç bir hüquqi sənədin olmamasına dair sənəd verilir? Hesab edirəm ki, bu ciddi məsələdir, və aidiyyatı qurumlar tərəfindən xususi nəzarətə götürülərək araşdırılmalı, bu özbaşınalığa hüquqi qiymət verilməlidir. Lakin iş materiallarında olan əlyazmalardan görünür ki, həmin mənzil 1000 manat ödəniş müqqabilində əldən ələ keçir, İcra Hakimiyyəti isə məcburi köçkünün deyil, həmin o 1000 manatı ödəmiş şəxsin mənafeyinin keşiyində durur. Cavabdehin Zəngilan rayonundan məcburi köçkün olmasını nəzərə almamış və əsassız olaraq iddianın verilməsinə görə 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq Dövlət Büdcəsinə ödənilməsini qət etmişdir, halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - qaçqınlar və məcburi köçkünlər, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azaddırlar. Bu halın özü məhkəmə araşdırmasının sətri aparılmasına, qətnaməni qanuna əsasən deyil, Sumqayıt Şəhər İcra Hakimiyyətinin istəkləri ilə əsaslandırılmasına dəlalət edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
37. Maddə 91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: (...) 91.1.2. yataqxanalarda yaşayış sahələri; (...) 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.
38. Maddə 93. Yataqxanalarda yaşayış sahələrinin təyinatı 93.1. Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. 93.2. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. (...)
39. Maddə 98. Xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi üçün əsaslar 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir.
40. Maddə 99. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 99.8. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
41. Maddə 102. Vətəndaşların xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1. hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2. yaşa görə pensiyaçılar; 102.2.3. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
43. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
44. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
46. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
48. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
50. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın verilməsinə görə 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
52. İşin mübahisəsiz halları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, SKZ-nun 3 saylı yataqxana, mənzil 10 xüsusi təyinatlı yaşayış sahəsidir və iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Cavabdeh həmin ünvanda qeydiyyatsız və müqavilə bağlamadan 2021-ci il tarixdən yaşayır.
53. İşdən (səh. 56) görünür ki, cavabdeh həmin mənzilin keçmiş həyat yoldaşı Zeynalov Rahib tərəfindən ailə qurduqdan sonra başqa şəxsdən alındığını və orada birgə yaşadıqlarını, aliment borcunun əvəzində mənzili ona verdiyini bildirmişdir.
54. İşdə olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 1300 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi SKZ-nun 3 saylı yataqxanası otaq 10-da 2014-cü il tarixdən X5 yaşamış və ünvan ona məxsusdur. Qeyd olunan ünvanda X3 gəlini Cavabdeh Əmralı qızı dediyinə görə boşanmış, aliment almadığı üçün həmin ünvanda ona yaşamağına icazə vermişdir.
55. Göründüyü kimi tərəflər arasında Mənzil Məcəlləsinin 98-ci maddəsinin tələbinə müvafiq olaraq mübahisəsi gedən xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanmamışdır. Cavabdehin həmin yaşayış sahəsinə dair hər hansı hüququ yaranmamışdır, o cümlədən cavabdeh mübahisəli yaşayış sahəsinə dair kirayə müqaviləsi bağlanmış iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin ailə üzvü deyildir.
56. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan xüsusi təyinatlı yaşayış sahəsindən istifadəsi qanunauyğun hesab edilmir və iddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mövcud iddiası əsasında cavabdehin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, 3 saylı yataqxanada yerləşən 10 saylı otaqdan çıxarılması və həmin otağın boşaldılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
57. Lakin birinci instansiya məhkəməsi iddianın verilməsinə görə 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qənaətinə gələrkən cavabdehin məcburi köçkün statusuna malik olmasını nəzərə almamışdır.
58. MPM-in 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir.
59. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar.
60. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qimən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-590/2024 nömrəli qətnaməsi qismən - iddianın verilməsinə görə 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-590/2024 nömrəli qətnaməsi qismən - iddianın verilməsinə görə 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsində ləğv edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.