Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1084/2022 11.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 X2 Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Əlihaş oğlu və Cavabdeh1 qarşı torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh2 Əlihaş oğlu və Cavabdeh1 qarşı torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan barədə iddia ərizəsinə arayış əlavə etmişdir. Məhkəmə isə cavabdehlərdən biri Cavabdeh1 faktiki yaşadığı yer barədə sənədin olmamasına görə iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə formal məsələlərə görə onun iddiasının baxımından yayınır. Şəxsin rəsmi qeydiyyatda olduğu yer barədə arayış olduğu halda, onun faktiki harada yaşamasına dair arayışın tələb edilməsi və bu əsas ilə iddianın geri qaytarılması məhkəmənin işə baxmaqdan yayınması kimi dəyəndirilməlidir. Bu halları nəzərə alaraq, Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə qərardad ləğv olunmalı, şikayət isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytardıqda göstərmişdir ki, iddiaçı iddia ərizəsində Cavabdeh1 cavabdeh kimi göstərsə də, onun faktiki yaşayış yerini tam qeyd etməmiş, onun Qubadlı rayonundan məcburi köçkün kimi harada məskunlaşması barədə müvafiq icra hakimiyyəti orqanından müvafiq arayışı iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və oldugu yer (həm faktiki, həm də rəsmi qeydə alındıgı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlıgı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları göstərilməlidir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatdadır və bu işdə olan DİN-nin SPOMİ-nin MAPS şöbəsinin 26 aprel 2021-ci il tarixli arayışı ilə təsdiq edilir. Ona görə də, məhkəmə kollegiyası qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 10.8.1 və 397.2-ci maddələrinə əsasən qərardaddan verilmiş şikayətə yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0.2-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 14 fevral 2022-ci il tarixli, e-2(060)- 1936/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək boşaldılması tələbinə dair mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1084/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1084/2022
11.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver