Məhkəmə qərarları › İş №2(105)-1084/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1084/2023

05.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1084/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı əmək haqqının tam həcmdə ödənilməsi və dərs yükünün (saatlarının) bərpa edilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(059)-146/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qərardadı ilə (hakim B.Ələkbərov) İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı əmək haqqının tam həcmdə ödənilməsi və dərs yükünün (saatlarının) bərpa edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Siyəzən Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçı Siyəzən Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli, 2(059)-146/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı “əmək haqqının tam həcmdə ödənilməsi və dərs yükünün (saatlarının) bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2020-ci il tarixdən 05 noyabr 2022-ci il tarixə qədər olan dövrdə əmək haqqının tam həcmdə ödənilməsi (həftədə 36 saat tam dərs yükü hesabı ilə ödənilməsi), 05 noyabr 2022-ci il tarixdən etibarən dərs saatının (dərs yükünün) hər həftə 36 saat həcmində verilməsi və mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Rəhbəri X4 Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardad qəbul edərkən Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(059)-24/2022 nömrəli qətnaməsini əsas gətirmişdir. Həmin qətnaməyə əsasən İddiaçı iddiası qismən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 80 saylı əmri ləğv edilərək iddiaçının işə bərpa olunması və xx.xx.2020-ci il tarixdən etibarən məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, yuxarıda adı çəkilən 19 yanvar 2022-ci il tarixli qətnaməsi qanuni qüvvə almış və iddiaçı işə bərpa olunmuşdur. Bunu əsas gətirərək iddiaçı və cavabdeh arasında eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvə almış məhkəmə qətnaməsi mövcuddur. Buna görə də məhkəmə MPM-nin 261.0.2-ci maddəsinin və 262.4-cü maddəsinə əsas gətirərək iddia tələbi üzrə icraata xitam vermişdir. Məhkəmə qərar verərkən MPM-nin 4, 14, 88-ci maddələrinin tələblərinə əməl etməmişdir. Məhkəmə tətbiq edilməli olan hüquq normalarını deyil, tətbiq edilməli olmayan hüquq normalarını tətbiq etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixə qədər o, həftə ərzində 36 saat dərs aparmışdır. Bu yuxarıda adı çəkilən qətnamə ilə təsdiq olunmuşdur. Lakin Gimnaziya rəhbərliyi xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixinə qədər ona 30 saat əsas, 6 saat isə boş əvəz kimi tərbiyəçi saatlarının əmək haqqını ödəmişdir (vakant yer). xx.xx.2022-ci il tarixdə 82 saylı əmrə əsasən tərbiyəçi vəzifəsinə bərpa edilərək həftədə 24 saat dərs yükü ilə təmin olunmuşdur. Hal-hazırda ona hər həftədə 24 saat dərs yükü olmaqla dərs saatı vermişdir. Gimnaziya rəhbərliyi bununla ƏM-nin 93-cü, Nazirlər Kabinetinin xx.xx.2010-cuil tarixli, 215 saylı qərarının tələblərini pozmuşdur. Həmin normalarda müəyyən edilmişdir ki, “Tərbiyəçi müəllimlərin həftəlik iş vaxtının müddəti 36 saatdan çox olmamalıdır”. Bildirir ki, məhkəmənin 19 yanvar 2022-ci il tarixli, 2(059)-24/2022 nömrəli qətnaməsi ilə onun işə bərpa edilməsi qət edilmişdir. Həmin qətnaməyə qədər o, hər həftə 36 saat dərs yükü almışdır. Lakin həmin qətnamə qanuni qüvvə aldıqdan sonra yəni, xx.xx.2022-ci il tarixli, 82 saylı əmrə əsasən 24 saat dərs yükü ilə təmin olunmuşdur. Qeyd olunanlara əsasən demək olar ki, məhkəmənin xx.xx.2022-ci iltarixli qətnaməsinin qüvvəyə mindikdən sonra iddiaçı və cavabdeh arasında yeni əmək mübahisəsi yaranmışdır. Belə olan halda halhazırki tarixdə (mübahisə yaranan tarixdə) iddiaçı və cavabdeh arasında yeni əmək mübahisəsi yaranmışdır. Beləliklə məhkəmə düzgün araşdırma aparmamış, əsassız, qərəzli qərardad qəbul etməklə onun hüquqlarını pozmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşdən görünür ki, İddiaçı cavabdeh Siyəzən şəhər İnteqrasiya X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqının tam həcmdə ödənilməsi və dərs yükünün (saatlarının) bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan icraata xitam verilməsi qənaətinə gəlmiş, bu nəticədən İddiaçı narazı qalaraq şikayət vermişdir. Mülki Prosessual Məcəllənin 261.0.2. maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Qanunun mənasına görə iş üzrə xitam verilməsi üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi barədə məhkəmə qərardadının olmasıdır. Bu mənada məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli və onunla bağlı 11 aprel 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin 03 aprel 2023-cü il tarixli və onunla bağlı 11 aprel 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar