Məhkəmə qərarları › İş №2(105)-1087/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1087/2021

17.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1087/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5855/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5855/2020 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) İddiaçı Cavabdeh qarşı şəxsi mülkiyyətdə olan mənzildən çıxarılma tələbinə dair ilk iddia qismən təmin edilib, Cavabdeh aid bir ədəd “Embavvood” qonaq dəsti, bir ədəd “Embavvood” istehsalı olan yataq dəsti və 2 ədəd çilçıraqlar İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/9A-da yerləşən 6 saylı mənzildən çıxarılması və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi və ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınmaqla mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5855/2020 saylı qətnaməsinin ləğv edilərək ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/9a mənzil 6-da yerləşməklə yaşayış sahəsi 41,0 kv.m. olan 3 otaqdan ibarətdir. Həmin mənzil üzərində mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsində xx.xx.2010-cu ildə əsasən qeydə alınmış və adına seriya MA ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh onun keçmiş gəlinidir. 2012-ci ildə oğlu Elvin Süleymanov ilə ailə həyatı qurmuş və həmin ildə mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşdür. Oğlu ilə birgə nikahdan onların 2013-cü il təvəllüdlü Yunis və 2015-ci il təvəllüdlü Süleyman adlı 2 nəfər uşaqları doğulmuşdur. Cavabdeh 2019-cu ilin sentyabr ayında uşaqları ilə birlikdə mübahisəli mənzili tərk edərək getmiş, lakin ona məxsus əmlaklar onun mənzilində qalmışdır. Həmin əmlaklar bir ədəd “Embawood” qonaq dəsti və bir ədəd “Embawood” istehsalı olan yataq dəstindən ibarətdir. O, dəfələrlə cavabdehə əmlaklarını mənzilindən könüllü çıxarmasını bildirsə də cavabdeh əmlakları mənzildən könüllü olaraq çıxarmır. Cavabdehlə oğlu arasında nikah qeydiyyatı məhkəmə qaydasında ləğv olunmuşdur. Cavabdehin əmlaklarının onun şəxsi mənzilində qalması ona həmin mənzildən istədiyi kimi istifadə etməyinə imkan vermir və buna görə də cavabdehin əmlakları ilə birlikdə bu mənzildən çıxarılmasını istəyir. Ona görə də, Cavabdeh onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/9a-da yerləşən 6 saylı mənzildən əmlakları-bir ədəd “Embavvood” qonaq dəsti, bir ədəd “Embavvood” istehsalı olan yataq dəsti və 2 ədəd çilçıraqları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Cavabdeh onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/9a-da yerləşən 6 saylı mənzilə istifadə hüququna xitam verilməsi və cavabdehin əmlaklarının –bir ədəd “Embavvood” qonaq dəsti, bir ədəd “Embavvood” istehsalı olan yataq dəsti və 2 ədəd çilçıraqlarının mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı onun keçmiş qaynanasıdır. O, İddiaçı oğlu Elvin Süleymanov ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 adlı iki nəfər uşaqları doğuılmuşdur. O, X1 ilə ailə həyatı qurduqdan sonra İddiaçı yaşadığı, ünvan 1 ünvanına gəlin köçmüşdür. O, gəlin köçərkən cehiz əşyalarını da mübahisəli mənzilə gətirmişdir. 2018-ci ilin yay aylarında qərara gəlmişdir ki, ev şəraitlərini genişləndirsinlər. Belə ki, artıq müəyyən miqdar pul toplamışlar, o, da yaxşı pul qazandığı üçün buna imkanı var idi. Ona görə də, Abşeron rayon, Saray qəsəbəsində 4 sot torpaq sahəsi almışdır. Elə həmin ildə evin tikintisinə başlamışlar. Əllərində olan məbləğ təqribən 10.000 manat civarında idi. Bu məbləğ az olduğu üçün o, xx.xx.2018-ci il tarixdə 10.000 manat da kredit götürmüşdür. Bir il ərzində 4 otaqlı tam təmirli evi tikib qurtarmış və həmin evdə onun əmlakları ilə birlikdə yaşamağa başlamışlar. Evin tikintisinə keçmiş həyat yoldaşı ilə birlikdə (vəsaitin əksəriyyəti onun qazancı və kreditidir) 40.000 manat pul xərcləmişlər. Torpağın sənədi digər cavabdeh olan qaynanasının adına olduğu üçün həmin evə çıxarış almamışlar. Lakin, bir müddət sonra cavabdehlərin ona qarşı münasibətləri tamam dəyişmiş və onu mənzildən məcburi qaydada qovdular. Ən doğrusu isə evdən çıxan gün keçmiş həyat yoldaşı ilə mübahisə etmişlər. İddiaçı onu evdən çıxardaraq, gətirib iş yerində düşürtmüş, 1 müddət sonra isə zəng etmişdir ki, artıq evə dönmə. O, qızıl-zinət əşyalarını və şəxsi əmlak əşyalarını tələb etdikdə isə qaytarmaqdan imtina etdi. Bir müddət sonra isə öyrəndi ki, onun əmlaklarını özbaşına şəkildə Saray qəsəbəsindən çıxararaq, Sumqayıt şəhər, inşaatçılar qəsəbəsində yerləşən evlərinə aparıblar. Keçmiş həyat yoldaşı ilə birgə nikah dövrü fərdi yaşayış evi tikməklə yanaşı, "Daewoo markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomaşın və İnşaatçılar qəsəbəsindəki evin həyətində yerləşən dəmir qarajı da almışlar. Bir sözlə birgə nikah dövrü Abşeron rayonu, Saray qəsəbəsində 40.000 manat dəyərində fərdi yaşayış evi tikmişlər. O, mübahisəli mənzilə gəlin köçmüş və uşaqları ilə birlikdə uzun müddət orda yaşamışlar. Hal-hazırda əvvəllər yaşadıqları həmin mübahisəli mənzil və Saray qəsəbəsində böyük bir hissəsi onun qazancı ilə tikilən fərdi yaşayış evi mövcud olsa da nə o, nə də uşaqları bu evlərdən istifadə edə bilmirlər. O, iki azyaşlı uşaqları ilə birlikdə valideynlərinin yanında ağır şəraitdə yaşamağa məcbur olmuş və uşaqlarının təlim tərbiyəsi ilə rahat məşğul ola bilmir. Uşaqlarını mövcud şəraitdə böyütməkdə çətinlik çəkir. Həmin iş üzrə hal-hazırda məhkəmə iddiası gedir. Cavabdeh faktiki olaraq onu iki uşağı ilə birlikdə mübahisəli mənzildə yaşamaqdan məhrum edir. Ona görə də, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/9-da yerləşən 6 saylı mənzilinə 4 il müddətinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddəsinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinin və Azərbaycan Respublikası MPM-nin 8.1, 14.2, 77.1, 88, 217.1, 217.3, 218.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edib, ilk iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanıpnda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, N-0054742 saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 107 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 1 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 9/10a-nın sakinləri G.Şəmiyeva, S.Talıbova, H.Ağayeva və R.Kərimova Cavabdeh (Əmirahova) İnşaatçılar qəsəbəsi, ev 9/10a, mənzil 6-da 2019-cu ilin sentyabr ayından övladları ilə birlikdə yaşamadığını öz imzaları ilə təsdiq etmişlər. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 1 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2020-ci il tarixli, “2 N-li forma” arayışından görünür ki, ünvan 1-nın sahibi İddiaçıdır və Cavabdeh və övladları X6 və X3 həmin mənzildə daimi qeydiyyatdadırlar. Nikahın pozulması haqqında AZ-İ N-358573 saylı, xx.xx.2020-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X1 və Cavabdeh arasında olan nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə pozulmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ özözlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Birinci instansiya məhkəməsi sadalanan normalardan çıxış edərək hesab etmişdir ki, ilkin iddia tələbi üzrə iddia cavabdehin mənzilə olan istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməməlidir. Bundan başqa iddiaçı-cavabeh İddiaçı cavabdehin əmlaklarının –bir ədəd “Embavvood” qonaq dəsti, bir ədəd “Embavvood” istehsalı olan yataq dəsti və 2 ədəd çilçıraqlarının mənzildən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbayçan Respublikası Konstitusiyasının 33-cü maddəsinə görə, hər kəsin mənzil toxunulmazlıq hüququ vardır. “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə görə sahiblik hüququ — əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edilən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Azərbaycan Repsublikası Mülki Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Repsublikası Mülki Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Birinci instansiya məhkəməsi sadalanan qanunvercilik normalarından və iş materiallarından çıxış edərək hesab etmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/9a-da yerləşən 6 saylı mənzilin sahibi kimi əmlak hüquqları qorunmalıdır. Belə ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məxsus əşyaların ilk iddiaçının sahibliyində olan mənzildə yerləşməsi, onun həmin evdən istifadə etmək imkanına maneədir. Ona görə də iddia ərizəsində göstərilən əmlaklar İddiaçı məxsus mənzildən çıxarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/9-da yerləşən 6 saylı mənzilinə 4 il müddətinə istifadə hüquqlarının tanınması və həmin mənzilə köçürülməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 2012-ci ildən yarandığını, yəni iddiaçının mübahisəli mənzilin mülkiyyətçisinin oğlu ilə 2012-ci ildə rəsmi nikaha daxil olmaqla, həmin ildə qeyd olunan mənzilə köçdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə köçmək hüququnun olub-olmadığı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli mənzilə dair istifadə hüququ yoxdur. İstifadə hüququ olmadığı halda isə, yəni mövcud olmayan hüququn tanınması qeyri-mümkün olduğuna görə mənzilə köçürülmə barədə tələb irəli sürməsi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası işin hüquqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi İddiaçı Cavabdeh qarşı şəxsi mülkiyyətdə olan mənzildən çıxarılma tələbinə dair ilk iddia qismən təmin edilib, Cavabdeh aid bir ədəd “Embavvood” qonaq dəsti, bir ədəd “Embavvood” istehsalı olan yataq dəsti və 2 ədəd çilçıraqlar İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 10/9A-da yerləşən 6 saylı mənzildən çıxarılması və Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınmaqla mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddia tələbi təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb bu nəticəyə gəlir ki, hazırkı mübahisə birinci instansiya məhkəməsi tərəfindən düzgün həll olunduğundan apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5855/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar