Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-109/2021 24.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçı X1, iddiaçının nümayəndəsi vəkil X2, cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli, 2(060)-7640/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 oğlunun və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin 23 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh3 iddiaçı X3 tərəfindən 8000 manat kompensasiya verilməklə onun və azyaşlı uşaqları 05.06.2005-ci il təvəllüdlü X7 və 13.02.2008-ci il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin 23 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaları qət edilmişdir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı X3 cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehləri və azyaşlı övladları X8 və X4 Sumqayıt şəhəri, 5-ci mkr., 34 saylı evin 23 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 Sumqayıt şəhəri, 5-ci mkr., 34 saylı evin 23 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi və Cavabdeh3 8000 manat kompensasiya verilməklə onun azyaşlı uşaqları ilə birlikdə həmin mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci mkr., 34 saylı evin 23 saylı mənzili onun mülkiyyətinə verilmişdir. Cavabdehlər onun bacısı və qardaşlarıdır. Onlar həmin ünvanda yaşamırlar və faktiki olaraq həmin mənzildə qeydiyyatda qalmışlar. Dəfələrlə cavabdehlərə mənzildən qeydiyyatdan çıxmaqla bağlı xəbərdarlıq olunsa da, onlar buna məhəl qoymurlar. Cavabdehlərin mənzilə heç bir mülkiyyət hüququ qalmayıb. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt şəhər məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən obyektiv qiymət verilməmiş, düzgün araşdırılmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə işin mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı X3 məhkəmə kollegiyasına yazılı ərizə təqdim edərək, Cavabdeh3 əvvəlcə 8000 (səkkiz min) manat kompensasiya təklif etdiyini və hazırda həmin kompensasiyanın məbləğini dəyişərək 10500 (on min beş yüz) manat təklif edir. Bu səbəbdən, apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X6 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, lakin Cavabdeh3 hazırda təklif etdikləri 10500 (on min beş yüz) manat kompensasiyanı nəzərə alaraq istifadə hquqlarına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdehlər vermiş olduqları apellyasiya şikayətində iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirdikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 228.2. maddəsi təşkil edir. İşin mübahisələndirilməyən halları isə ondan ibarətdir ki, mənzil order əsasında tərəflərin atası Yusif Kərimova verilmiş, atalarının ölümündən sonra mənzil anaları Nurcahan Kərimovanın adına qeydiyyata alınmış və 07.05.2016-cı il tarixli dövlət reyestrindən çıxarış verilmiş və daha sonra 12.01.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzil 19.01.2017-ci il tarixdə iddiaçı Şərqiyə Mustafayevanın adına keçmişdir. İşin digər halı ondan ibarətdir ki, Cavabdeh3 boşandıqdan sonra mübahisəli mənzilə köçərək yaşamağa başlamış, lakin digər cavabdehlər Telman və Cavabdeh2ların həmin mənzildə istifadə hüquqları olsa da, mübahisəli mənzildə yaşamırlar. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdehlər Telman və Cavabdeh2ların istər birinci instansiya zamanı, istərsə də apellyasiya baxışı zamanı başqa yaşayış yerlərinin olması müəyyən edildiyindən (Sumqayıt şəhər MKTB-nin 09.06.2021-ci il tarixli (səhifə 211), “xxxx” MTK-nın 15.01.2020-ci il tarixli arayışları) iddia tələbini həmin hissədə təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddədə nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumu 26.09.2007-ci il tarixli qərarı). Göründüyü kimi qanunverici hər hansı şəxs və şəxslər tərəfindən tanınmış, xüsusi mülkiyyət hüququ əsasında mənsub olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən mülkiyyətçinin iradəsini əsas götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsaiti ehtiva edir. Apellyasiya baxışı zamanı iddiaçı kompensasiya məbləğini artıraraq 10500 manat təklif etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2. maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Hazırki iş üzrə iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məbləği bazar qiymətlərinə uyğun olmaqla, hər iki tərəfin mənafeyinə, o cümlədən, mənzildən istifadə hüququna xitam verilən cavabdehin sonrakı vəziyyəti, yəni onun başqa yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olmaqla kompensasiyanın məbləği istifadə hüququna mütənasibdir. Kompensasiyanın da verilməsində məqsəd Cavabdeh3 özünə yaşayış sahəsi qurmaqdan ötrü iddiaçının hesabına müəyyən müddətə başqa ərazidə yaşayışının təmin edilməsi mümkün olsun. Odur ki, məhkəmə kollegiyası təklif edilən kompensasiyanın məbləğini hazırkı bazar qiymətlərinə uyğun hesab edir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qətnaməsi kompensasiya məbləği hissəsində dəyişdirilməli, Cavabdeh3 iddiaçı X3 tərəfindən 10500 manat kompensasiya verilməklə onun və azyaşlı uşaqları 05.06.2005-ci il təvəllüdlü X7 və 13.02.2008-ci il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin 23 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217.2, 234.2.1, 382, 384.0.3, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı X3 tərəfindən Cavabdeh3 10500 manat kompensasiya verilməklə onun və azyaşlı uşaqları 05.06.2005-ci il təvəllüdlü X7 və 13.02.2008-ci il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin 23 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-109/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-109/2021
24.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver