Məhkəmə qərarları › İş №2(105)-1094/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1094/2021

08.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1094/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim R.T.Həsənov) Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-cı il tarixli 2(027)-286/2020 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 saylı ünvanda yerləşən 11 saylı mənzilə (mübahisəli mənzil) uşaqları ilə birlikdə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(027)-286/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı uşaqları X2 və X1 ilə birlikdə ünvan 1 saylı ünvanda yerləşən 11 saylı mənzilə köçürülməsi qət edilmişdir. Hazırda Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(027)-286/2020 saylı qətnaməsindən iş üzrə Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Quba şəhəri, Əzizbəyov küçəsi, 50 saylı ünvanda yerləşən 11 saylı mənzilə uşaqları ilə birlikdə köçürülməsini xahiş etmişdir. İş üzrə sonuncu xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməmişdir. Ondan əvvəlki məhkəmə iclaslarında iştirak etmişdir. Sonuncu məhkəmə iclasında iştirak edə bilməməyinin səbəbi məhkəmə bildirişini xx xxxxxx 2020-ci il tarixdən dörd gün sonra gec gəlməsi olmuşdur. Bunda sonra ölkədə pandemiya bağlamış, o, Qarabağ müharibəsi iştirakçısı, əlil olduğu üçün, həm də iddiaçı ilə birgə nikahından doğulmuş uşaqlar onun yanında qaldığı üçün işlə maraqlana bilməmişdir. Ötən ilin 2020-ci ilin dekabr ayının əvvəli Quba Rayon Məhkəməsinə gələrək işi ilə maraqlandıqda ona iş üzrə qətnamə çıxarıldığını bildirmişlər. O, qətnaməni həmin vaxtı təxminən xx xxxxxx 2020-ci il tarixdə qəbzə imza edərək almışdır. Bundan sonra həmin qətnamədən razı olmadığı üçün apellyasiya şikayətini xx xxxxxx 2020-ci il tarixdə yazıb poçt vasitəsilə göndərmişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Cavabdeh Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(027)-286/2020 saylı qətnaməsini rəsmi qaydada xx xxx 2020-ci il tarixdə «poçt göndərişinin verilməsi haqqında» xəbərnaməni imza etməklə almışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə verilmişdir. Beləliklə, Cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxılmış, lakin apellyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1 və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası cavabdehin şikayətin pendemiya ilə əlaqədar vaxtında verilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(027)-286/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar