Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1094/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi X3 və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi X4, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)- 2325/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun və azyaşlı qızı 20.06.2018-ci il təvəllüdlü X2 Abşeron rayonu Xırdalan şəhəri Süleyman Rüstəm küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)- 2325/2021 nömrəli qətnaməsi ilə iddia tələbi edilmişdir. (hakim H.Əhmədov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı müəyyən edildi ki, iş üzrə tərəflər Bərdə rayonu Türkmən kəndində qeydiyyatdadırlar. İddiaçı vəkili Vəkil1 izahatında bildirdi ki, hazırki iş üzrə ərazi aidiyyatı ilə bağlı problem olduğunu başa düşürlər, lakin anoloji işlərə daçınmaz əmlakın olduğu yer üzrə baxılması praktikasını nəzərə alaraq iddianı Abşeron Rayon Məhkəməsinə vermişlər. Ona görə də işə baxılmasını məqsədəuyğun hesab edirlər. Cavabdeh nümayəndəsi nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, onlar hesab edirlər ki, işə baxarkən məhkəmə ərazi aidiyyatı qaydalarını pozmuşdur. İşə cavabdehin rəsmi qeydiyyatda olduğu Bərdə rayonunda baxılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi dinləyərək və işdə olan sübutları, işin bütün faktiki hallarına uyğun qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)- 2325/2021 nömrəli qətnaməsi ləğv olunmalı, mülki iş baxılması üçün aidiyyatı üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd edildiyi kimi iş materiallarından müəyyən edilir ki, cavabdeh X1 rayonu Türkmən kəndində qeydiyyatdadır. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, iddiaçı hazırki iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərkən, mübahisəli fərdi yaşayış evinin Abşeron rayonu ərazisində yerləşməsinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1. maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1. maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yenə həmin Məcəllənin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Qeyd edildyi kimi iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət edərkən əsas kimi MPM-nin 39-cu maddəsinə istinad etmiş, işə baxan məhkəmə isə ərazi aidiyyatını yoxlamadan işi icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Məhkəmənin bu mövqeyi əsassızdır və qanunvericiliyin tələbinə ziddir. Belə ki, hazırkı iddia tələbinə MPM-nin 39-cu maddəsinə deyil, MPM-nin 35.1-ci maddəsinə əsasən cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında aşkar şəkildə qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsi ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; daşınmaz əşyanın başqasının qeyri - qanuni sahibliyindən götürülməsi; sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. AR MPM-in 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi prosessual hüquq normalarının tələblərinə uyğun olaraq ərazi aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edilərək mahiyyəti üzrə baxıldığından, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş aidiyyatı üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 39, 44, 45, 263- 264, 384.0.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)-2325/2021 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyatı üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində AR Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1094/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1094/2022
24.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver