Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1094/2023 07.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması, tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 İddiaçı Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2, digər Cavabdeh2 (həmçinin Cavabdeh4 nümayəndəsi) Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər- Azərbaycan Respublikası İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 (sonuncu iclasda iştirak etmir) Abşeron Rayon Mehdiabad Bələdiyyəsinin nümayəndəsi X5 (sonuncu iclasda iştirak etmir) Ekspert- X4 (sonuncu iclasda iştirak etmir) iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(012)-85/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi İşin halları
1. Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində 0.271838 ha torpaq sahəsi Cavabdeh4 adına; RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.10 ha torpaq sahəsi Cavabdeh1 adına; RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.15 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır.
2. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019cu il tarixli mütəxəssis rəyinə əsasən, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.15 ha və RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.10 ha torpaq sahələrinə aid plan və ölçülər təqdim olunmuşdur. Kameral şəraitdə elektron kadastr məlumat bazasında iş araşdırılarkən sözügedən ərazidən dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri inşa edərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsinin koordinatlarına uyğun yerləşmə yeri və həmin torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunub-olunmamasının araşdırılması mümkün olmamışdır.
3. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019cu il tarixli mütəxəssis rəyinə əsasən, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi, iddiaçı və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.15 ha və RX seriyalı, ******* saylı torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.10 ha torpaq sahələrinə aid plan və ölçülər təqdim olunmuşdur. Kameral şəraitdə elektron kadastr məlumat bazasında iş araşdırılarkən sözügedən ərazidən Dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri inşa edərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş evlər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin (çıxarış və torpaq sahəsin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənibişlənməməsinin, Cavabdeh1 faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ərazisinin pay torpaqlarının bölgü layihəsinə uyğun olub-olmamasının araşdırılması mümkün olmamışdır.
4. ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020ci il tarixli mütəxəssis rəyinə əsasən, mütəxəssis qarşısında qoyulmuş sual elektron GPS aləti vasitəsilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə Təqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssisi və cavabdehlərin iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. İş materiallarına əsasən RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.15 ha və RX seriyalı, ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh4 mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.271838 ha torpaq sahələrinə aid olan plan və ölçülər təqdim olunmuşdur. Vətəndaşların bir qismində kənd təsərrüfatı təyinatlı torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün çıxarışlar, digər qismində ləğv edilmiş DTXK tərəfindən Dövlət aktları və Dövlət aktları əsasında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdırılarkən keçmiş DTXK tərəfindən verilmiş Dövlət aktı köhnə koordinat sistemində olduğundan sözügedən ərazidən Dövlət aktları əsasında verilmiş DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin arazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmişevlər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır.
5. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 106 saylı məktuba əlavə olunmuş rəyinə əsasən, İddiaçı 0.15 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri (çıxarış və torpaq sahəsinin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə və onun mülkiyyətində olan torpaq sahəsinə uyğun işlənilməmişdir, 12 m cənub tərəfə sürüşdürülmüşdür. Cavabdeh1 faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğundur. Cavabdeh2 faktiki istifadəsinə və Cavabdeh4 mülkiyyətində olan torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğundur. Cavabdeh1 ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən İddiaçı torpaq sahəsini zəbt etməmişdir. Cavabdeh2 və arvadı Cavabdeh4 ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən İddiaçı torpaq sahəsini zəbt etməmişlər.
6. Təkrar apellyasiya icraatı zamanı sorğu əsasında əldə edilmiş; -Sumqayıt Apellyasiya Məhkəməsinin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Hal-hazırda dəqiqləşdirmə işləri aparılır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin “kollektiv müraciətlərə baxılması barədə” xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Mehdiabad qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatlarının dürüstləşdirilməsi işləri aparılmışdır. Aparılmış tədbirlərin nəticələrinə uyğun olaraq, sizə məxsus torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə cari dəyişiklik edilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməyiniz məqsədəuyğundur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsində cavabdehlərin inşa etdikləri qanunsuz tikililərin sökülməsi, zəbt etdikləri torpaq sahələrinin boşaldılması və cavabdehlər tərəfindən vurulmuş ziyanın əvəzi olaraq ona 8000 manat məbləğində təzminat ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 05 noyabr 2013-cü il tarixdə X8 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,3864 ha torpaq sahəsindən 0,15 ha torpaq sahəsini 5500 manata almış, həmin əmlaka DƏDRX-dən çıxarış verilmişdir. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 21 noyabr 2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü haqda çıxarışına əsasən ona məxsus torpaq sahəsinin yeri müəyyən edilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin 0,0205 ha hissəsi Cavabdeh1, 0,0166 ha hissəsi isə Cavabdeh2 tərəfindən qanunsuz zəbt edilmişdir.
9. Cavabdeh2 iddia tələbinə yazılı etiraz edərək, bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə Sumqayıt ASAN Xidmət Mərkəzində bağlanmış alqı-satqı müqaviləsinə əsasən X2 Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.272 ha torpaq sahəsi almış və onu DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli çıxarışına əsasən arvadı Cavabdeh4 adına sənədləşdirmişdir. Torpaq sahəsinin döngə nöqtələrinin GPS koordinatları DövlətTorpaq Xəritəçəkmə Komitəsinin (bundan sonra - DTXK) Abşeron Rayon Şöbəsi tərəfindən yerində müəyyən edilərək satıcı və qonşuların iştirakı ilə ölçülüb onlara təhvil verilmişdir və hazırda da torpaq onların xüsusi mülkiyyətindədir. Torpaq sahəsi şimal tərəfindən Cavabdeh1 hasarı və digər 3 tərəfdən yollarla əhatə olunur, torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və orada heç bir tikinti işi aparılmamışdır. İddiaçı ilə onlar hasar qonşusu deyil, ərizəyə əlavə olunan xəritəyə əsasən onun yeri onlardan qərb tərəfdə, 6 m enindəki yolun o biri tayındadır və torpaq sahəsinin yeri xəndək qazılaraq işarələnmişdir. Mübahisəli əraziyə baxış keçirərkən, bir daha aydın olmuşdur ki, Əli öz torpağını 12 m enində iddiaçı tərəfə sürüşdürmüş, sonuncu da ona aid olan 0.15 ha torpaq sahəsini saxlamaq məqsədilə onlar tərəfə sürüşdürmək niyyətindədir. Halbuki, iddiaçı ilə aralarında yol var, aralarında torpaqla bağlı heç vaxt mübahisə olmamışdır. 1990-cı illərdə pay torpaqlarına dair Dövlət aktı tərtib edilərkən "Torpaq islahatı haqqında" Qanunun tələbləri pozularaq insan resurslarının çatışmamazlığı ucbatından ayrılan torpaq sahələrinin döngə nöqtələrinin koordinatları yerində müasir GPS cihazları ilə deyil, xəritədən istifadə edilməklə götürülmüşdür ki, bunun da nəticəsində təxminən 10 m fərqlə xətalar yaranmışdır. Mübahisəli torpaq sahəsi zəbt edilməmişdir, ərazidə xeyli yaşayış və qeyri-yaşayış tikintiləri aparılmışdır, əgər torpaq sahələri sürüşərsə onda zəncirvari hal kimi Mehdiabad qəsəbəsindəki bütün torpaqlar, tikililər, yollar, kommunikasiya xətləri də sürüşər, xüsusilə də qəsəbəyə giriş yolu bağlanar ki, bu da mülkiyyətçilər arasında narazılığa və yuxarı səviyyədə böyük söz-söhbətlərə səbəb olar. Cavabdeh iddianın rədd edilməsini və mübahisəli torpaq sahələri üzrə təyin edilmiş döngə nöqtələrinin koordinatlarının torpaq sahələrinin naturaya - faktiki yerləşməsinə uyğunlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir
10. Abşeron Rayon Məhkəməsinin 2(012)-85/2020 nömrəli iş üzrə 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia rədd olunmuşdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mütəxəssis rəyləri ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində Dövlət aktları əsasında verilmiş, DƏDRX-də qeydiyyata alınmış çıxarışlara aid torpaq sahələrinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahələrinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqların (sürüşmələrin) qeydə alınması, vətəndaşların həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqların hüquqi rejimini pozması, pay torpağı kimi verilmiş torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olması müəyyən olunmuş və bununla əlaqədar mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır. Lakin, cavabdehlər tərəfindən sübut qismində təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli rəyinə əsasən Cavabdeh1 və Cavabdeh4 ərazi pay torpaqlarının bölgü layihəsinə əsasən iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsini zəbt etməmələri müəyyən olunmuşdur. Əksinə müəyyən edilmişdir ki, İddiaçı məxsus 0.15 ha torpaq sahəsinin hüquq müəyyənedici sənədləri (çıxarış və torpaq sahəsinin plan və ölçüsü) ərazinin pay torpaqlarının bölgü layihəsinə və onun mülkiyyətində olan torpaq sahəsinə uyğun işlənilməmişdir və 12 m cənub tərəfə sürüşdürülməsi barədə rəy iddia tələbinin cavabdehlər tərəfindən mübahisəli torpaq sahəsinin qanunsuz zəbt etmələri barədə hissəsini təkzib edir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin oluna bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 68-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(012)-85/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-cu il tarixli, 2(105)-334/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(012)-85/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-cu il tarixli, 2(105)-334/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2021- ci il tarixli, 2(102)-3470/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(105)-334/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(105)-196/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(012)-85/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdir.
Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2023-cü il tarixli, 2(102)-873/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 sentyabr 2022-ci il tarixli, 2(105)-196/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı Cavabdeh2 tərəfindən yazılı etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, o ilk vaxtdan mübahisənin razılıq yolu ilə həllinin tərəfdarı olmuşdur. Hazırkı mərhələdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri idarəsinin əməkdaşları ilə görüş zamanı ona itirilmiş torpaq sahəsinin əvəzində başqa ərazidə torpaq sahəsi veriləcəyi bildirilmişdir. Lakin bu barədə yazılı sənədləşmə olmadığı üçün və hazırda mübahisə qanuni əsasını tapmadığı üçün o apellyasiya şikayətini müdafiə edir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. Onun tərəfindən iddiaçıya məxsus hər hansı torpaq sahəsi zəbt edilməmişdir. O özünə məxsus torpaq sahəsini alan zaman onun torpaq sahəsi ilə iddiaçıya məxsus torpaq sahəsi arasında yol var idi. Həmin vaxtdan təxminən 6 il keçdikdən sonra iddiaçı ona məxsus olan torpaq sahəsinin zəbt edildiyi əsası ilə ona qarşı məhkəmədə iddia qaldırmışdır. İddianın heç bir əsası olmadığından məhkəmə qanuni qətnamə qəbul etmiş və iddianı rədd etmişdir. Bununla belə uzun müddətdir davam edən məhkəmə mübahisəsi ilə əlaqədar iddiaçı ilə aralarında şifahi formada razılaşma əldə olunmuş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi idarəsinin əməkdaşları ilə keçirilən görüş zamanı iddiaçıya məxsus torpaq sahəsinin yeri və koordinatlarının müəyyən ediləcəyi bildirilmişdir. Lakin hazırkı tarixədək torpaq sahələrinin sənədlərində hər hansı düzəliş icra edilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
22. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmişdir. Sadəcə tərəflərə məxsus olan torpaq sahələrində sürüşmə baş verdiyindən torpaq sahəsinin koordinantları dəyişmişdir. Lakin iş üzrə Ali Məhkəmənin müvafiq qərarında cavabdeh tərəfin iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi faktının etiraf edilməsi halı qeyd olunmuşdur ki, bu halı təkzib edir və bildirir ki, cavabdeh tərəfindən hər hansı torpaq sahəsinin zəbt edilməsinin etirafı barədə heç bir ifadə işlədilməmişdir. Çünki cavabdeh belə zəbtin mövcudluğunu qəbul etmir. Sadəcə tərəflərin torpaq sahələrinin sürüşmə nəticəsində koordinantlarının dəyişmə ehtimalı qeyd olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən tərəflərin müraciətinə cavab olaraq bildirilmişdir ki, mübahisəli Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Mehdiabad qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətində və qanuni istifadəsində olan torpaq sahələrinin faktiki koordinatlarının dürüstləşdirmə işləri aparılmışdır. Bundan əlavə, cavabdehlər Abşeron Ərazi İdarəsində olan zaman aparılmış tədbirlərin nəticələrinə uyğun olaraq torpaq sahələrinin planı və ölçüsünə dəyişiklik ediləcəyi bildirilmişdir. Lakin bu istiqamətdə konkret olaraq tərəflərə məxsus torpaq sahələrinin sənədlərində hər hansı dəyişiklik edilməmişdir. Hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahatında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı ilə aralarında heç vaxt narazılıq olmayıb. O iddiaçıya məxsus hər hansı torpaq sahəsini istifadə etmir. Hazırkı mübahisə ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə cavab olaraq hazırda mübahisəli ərazidə dürüstləşdirmə işlərinin aparılması ilə əlaqədar torpaq sahələrinin koordinatlarının müəyyən olunacağı və müvafiq olaraq torpaq sahələrinin planı və ölçüsünə dəyişiklik ediləcəyi bildirilmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, 1996-cı ildə torpaq sahələrinin islahatları aparılarkən vətəndaşlara torpaq sahələrinə görə Dövlət Aktları verilməyə başlandı. Dövlət Aktları bölgü sxeminə əsasən verilirdi. Həmin dövrdə təmsil etdiyi idarədə elektron xəritələr yox idi, bu səbəbdən xəritə materialı əsasında sxematik xəritələr hazırlanırdı. Sxematik xəritələr hazırlanaraq, payçıların torpaq sahələrinin koordinatları müəyyən edilirdi. 2006-cı ilədək vətəndaşlara torpaq sahələrinin alqı-satqısı zamanı Dövlət Aktı verilirdi. 2006-cı ildən sonra isə vətəndaşlara Çıxarışlar və torpaq sahələrinin plan və ölçüləri verilməyə başlandı və bu zaman yeni koordinat sxeminə keçirilməyə başlandı. Vətəndaşlara verilən plan-ölçülər faktiki koordinatlara uyğun gəlmirdi. Torpaq sahələrinin faktiki vəziyyəti ilə dövlət aktlarındakı koordinatlar arasında uyğunsuzluq vardır. Bu səbəbdən də hazırkı iş üzrə əsaslandırılmış ekspert rəyinin verilməsi mümkün olmamışdır. Qeyd olunan hallarla əlaqədar, Prezident fərmanı əsasında respublika ərazisi üzrə torpaq sahələrinin elektron uçotunun aparılmasına başlanılmışdır. Torpaq sahələrində sürüşmələr olduğundan dəqiqləşdirmə işləri hələ yekunlaşmamışdır. Həmin işlərin cari ilin sonunadək yekunlaşması gözlənilir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon Mehdiabad Bələdiyyəsinin nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, tərəflərin istifadəsində olan torpaq sahələrinin koordinatlarının sürüşməsi həmin ərazidən keçən ümumi istifadədə olan yolun gələcəkdə tutulması problemini yaradır. Bununla bağlı narazılıqlar var. Ərazidə bir çox torpaq sahələrində belə problemlər yaşanmaqdadır. Hazırda RX-in əməkdaşları tərəfindən ərazidə müvafiq işlər aparılır.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs RX-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 818 saylı müvafiq Fərmanı əsasında respublika ərazisi üzrə torpaq sahələrinin elektron uçotunun aparılması və dürüstləşdirmə işləri hazırda aparılır. Müvafiq işlə məşğul olmaq üçün Komissiya da yaradılmışdır. Onda olan məlumata əsasən iddiaçıya əlavə torpaq sahəsi təklif olunmuş və bu istiqamətdə müvafiq işlər gedir.
27. İş üzrə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Reyestr Xidməti və Abşeron rayon Mehdiabad Bələdiyyəsi səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Konstitusiyası; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
31. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə mübahisələndirmişdir.
35. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını, iş materialları ilə birgə nəzərdən keçirib, iş üzrə Ali Məhkəmənin təkrar göstərişlərini rəhbər tutaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddiaçı tərəf mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onların zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir.
38. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətinin “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
39. İddiaçının bu tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddələri təşkil edir. Həmin normaya əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
40. Qeyd edilən maddələrdə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
41. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində 0.271838 ha torpaq sahəsi Cavabdeh4 adına; RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.10 ha torpaq sahəsi Cavabdeh1 adına; RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0.15 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Başqa sözlə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində hazırkı iş üzrə tərəflərdən yuxarıda adları qeyd olunan şəxslərin hər birinin ayrı-ayrılıqda xüsusi mülkiyyətində torpaq sahələri mövcuddur. Həmin torpaq sahələri qonşu torpaq sahələri olmaqla tərəflərə münasibətdə bərabər hüquqi statusa malik torpaq sahələridir.
42. İddiaçı iddia edir ki, cavabdehlər ona məxsus olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə, orada qanunsuz tikili inşa etmişlər və torpaq sahəsindən hazırda da sonuncular tərəfindən istifadə davam edir. Məhkəmə təcrübəsində formalaşmış əsaslı mövqeyi, ən əsası iş üzrə Ali Məhkəmənin göstərişlərini hazırkı işə tətbiq edən apellyasiya kollegiyasının işin ədalətli və obyektiv həll edilməsi məqsədi ilə əsas hədəfi mübahisəli torpaq sahəsinin (iddiaçıya və cavabdehlərə məxsus torpaq sahələrinin) uyğun olaraq plan və ölçüdəki, həmçinin faktiki vəziyyətdə koordinantlarını müəyyən edən, bunun davamında iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlər, yaxud üçüncü şəxslər tərəfindən zəbt edilibedilməməsini müəyyən edən ətraflı məlumatların əldə edilməsi olmuşdur.
43. Digər tərəfdən, araşdırılan işin təhlilindən həmçinin görünür ki, iddiaçının qonşuluğunda yerləşən cavabdeh tərəfin də mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcuddur və onlara məxsus torpaq sahəsinin də müvafiq olaraq plan ölçüsü tərtib edilmişdir.
44. İşin hallarından görünür ki, hazırki mübahisənin obyektiv həlli məqsədilə həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya icraatı zamanı bir neçə dəfə ekspertiza təyin edilmiş, lakin sonda rəyin verilməsi mümkün olmamış, hətta səlahiyyətli orqanlar ərazidə sürüşmə və uyğunsuzluğun olmasını qeyd etməklə, dəfələrlə bu xarakterli mübahisələrin həllinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastrı uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında, torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacağını bildirmişlər.
45. Kollegiya Ali Məhkəmənin göstərişləri baxımından (Ali Məhkəmənin Qərarının 58-ci bəndində göstərilmiş) işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün yenidən məhkəmə-tikinti texniki ekspertizasının keçirilməsinin zəruriliyini araşdırmış və bu məqsdlə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən mübahisəli ərazidə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılıb-yaradılmaması və rəqəmsal kadastr xəritəsinin tərtib edilib-edilməməsini müəyyən etmək məqsədilə aidiyyəti orqana sorğular vermişdir.
46. Sorğuya cavab olaraq yenə də eyni məzmunlu, yəni bu qərarın 6-cı bəndində qeyd edilmiş cavab verilmişdir.
47. Göründüyü kimi təkrar apellyasiya icraatı zamanı da ekspert (mütəxəssis) rəyinin əldə edilməsinə israrlı şəkildə cəhd edilsə də, sonda rəyin verilməsi yenə də mümkün olmamış, hətta səlahiyyətli orqan ərazidə sürüşmə və uyğunsuzluğun olmasını qeyd etməklə, dəfələrlə bu xarakterli mübahisələrin həllinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastrı uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında, torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacağını bildirmişdir.
48. Kollegiya Ali Məhkəmənin digər göstərişi (qərarın 45-və 51-ci bəndində göstərilmiş, yəni “cavabdehlər faktiki olaraq iddiaçının torpaq sahəsinin zəbtini etiraf etmişlər”) baxımından araşdırma apararaq tərəfləri, xüsusən də cavabdeh tərəfi yenidən dindirmişdir. Cavabdeh tərəf ifadəsində “zəbt ifadəsinin” təkcə özlərinə münasibətdə deyil, ümumiyyətlə həmin ərazidə yerləşən bütün torpaq sahiblərinin birini digərinin ərazisinə sürüşdüyünü, sənəddəki koordinatlarla faktiki yerləşmənin uyğun gəlmədiyini və ümumi halda uyğunsuzluqlar olduğu kimi qeyd etdiyini bildirmişdir.
49. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya Ali Məhkəmənin Qərarının 47-ci bəndində qeyd olunmuş göstəriş və tövsiyələrə də xüsusi diqqət yetirərək iş üzrə rəy vermiş ekspertin məhkəmə iclasında dindirilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə dindirilmiş ekspert E.Aslanlı bildirmişdir ki, “tədqiqat obyektinə baxış keçirdiyim zaman iş üzrə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələrinin koordinatlarını götürüb plan-ölçülərlə müqayisə edən zaman xüsusi proqramlar vasitəsilə yoxlanılma aparılmış və həmin sahələrin bir-biri ilə üst-üstə düşmədiyi və koordinatlarında sürüşmələrin olduğu müşahidə edilmişdir. Lakin faktiki istifadədə olan torpaq sahələrinin vəziyyəti onlara dair verilmiş çıxarışlarla üst-üstə düşür. Cavabdehlərin istifadəsində olan torpaq sahələri ilə iddiaçıya məxsus torpaq sahələri arasında 5-6 metr enində keçən yol hissəsi faktiki istifadə vəziyyətinə uyğun olsa da, koordinatlarında sürüşmə baş vermişdir”.
50. Ali Məhkəmənin göstəriş və tövsiyyələri əsasında (Qərarın 51-53-cü bəndlərində göstərilənlərə uyğun) araşdırmanı davam etdirən kollegiya işin tam və obyektiv həllinə nail olmaq üçün Azərbaycan Respublikası İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsini və Abşeron rayon Mehdiabad Bələdiyyəsini müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb etmiş və həmin orqanların nümayəndələrinin iş üzrə mövqeyini öyrənməyə çalışmışdır.
51. - Abşeron rayon Mehdiabad Bələdiyyəsinin nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, tərəflərin istifadəsində olan torpaq sahələrinin koordinatlarının sürüşməsi həmin ərazidən keçən ümumi istifadədə olan yolun gələcəkdə tutulması problemini yaradır. Bununla bağlı narahatçılıqları var. Ərazidə bir çox torpaq sahələrində belə problemlər yaşanmaqdadır Hazırda RX-in əməkdaşları tərəfindən iş aparılır
52. -RX-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 818 saylı müvafiq Fərmanı əsasında respublika ərazisi üzrə torpaq sahələrinin elektron uçotunun aparılması və dürüstləşdirmə işləri hazırda aparılır. Müvafiq işlə məşğul olmaq üçün Komissiya da yaradılmışdır. Bildiyinə görə iddiaçıya əlavə torpaq sahəsi təklif olunmuş və bu istiqamətdə də işlər gedir.
53. Apellyasiya şikayətinin dəlilləri, həmçinin Ali Məhkəmənin qərarında qeyd olunanlar istiqamətində araşdırmanı davam etdirən kollegiya yuxarıda qeyd olunanlara aydınlıq gətirmək məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə sorğu ünvanlamış və sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Mehdiabad qəsəbəsi ərazisində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaq sahələrinin faktiki koordinatlarının dürüstləşdirilməsi işləri aparılmışdır. Aparılmış tədbirlərin nəticələrinə uyğun olaraq, vətəndaşlara, o cümlədən hazırki iş üzrə tərəflərə məxsus torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə cari dəyişiklik edilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmək hüquqları izah olunmuşdur. Lakin iş materiallarından da göründüyü kimi məhkəmənin bu istiqamətdə dəfələrlə israrlı səyləri nəticə verməmiş, son mərhələdə yuxarıda qeyd olunan məlumatların əldə edilməsi məqsədi ilə məhkəmə sorğusuna 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubunda hal-hazırda mübahisəli ərazidə dəqiqləşmə işlərinin davam etdiyi, həmin ərazidə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmadığı və rəqəmsal kadastr xəritəsinin tərtib edilmədiyi bildirilmişdir.
54. Beləlilkə yuxarıda təsvir olunanlardan bir daha müəyyən olunur ki, işin obyektiv həlli məqsədilə həm birinci instansiya məhkəməsi tərəfindən, həm də apellyasiya icraatı zamanı dəfələrlə ekspertiza təyin edilmiş, lakin sonda rəyin verilməsi mümkün olmamış və bu da mülki işin icraatının uzanması ilə nəticələnmişdir.
55. İşin hallarından göründüyü kimi, hətta səlahiyyətli orqanlar ərazidə sürüşmə və uyğunsuzluğun olmasını qeyd etməklə, rəy verilməsinin mümkünsüzlüyünü bildirmiş, dəfələrlə bu xarakterli mübahisələrin həllinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastrı uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında, torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacağını bildirmişlər.
56. Bundan əlavə kollegiyanın təkrar araşdırması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi “kollektiv müraciətlərə baxılması barədə” xx.xx.2023-cü il tarixli məktubla sözügedən ərazidə yerləşən torpaq sahiblərinə (mülkiyyətçilərinə) özlərinə məxsus torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə cari dəyişiklik edilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmək hüququ izah etmişdir.
57. Göründüyü kimi səlahiyyətli orqan özü də sözügedən ərazidə uyğunsuzluq və sürüşmələrin olmasını etiraf etmiş, bununla bağlı dürüstləşmə işlərinin aparıldığını və həmin ərazidə yerləşən torpaq sahiblərinə (mülkiyyətçilərinə), o cümlədən də hazırki iş üzrə tərəflərə özlərinə məxsus torpaq sahələrinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə cari dəyişiklik edilməsi üçün aidiyyəti orqana müraciət etməsini tövsiyyə etmişlər.
58. Kollegiyanın qənaətinə görə hazırki vəziyyətdə kimin haqlı olub-olmaması məsələsinə müvafiq ekspert rəyi olmadan, nəzəri baxımından qiymət vermək düzgün olmazdı.
59. Məhkəmə kollegiyası bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
60. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
61. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə də, göründüyü kimi iddiaçı tərəf mübahisəli ərazinin məhz cavabdeh tərəfindən istifadə edilməsinə dair sübutu nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim edə bilməmişdir.
62. Hazırki iş üzrə, iddia tələblərinin bu hissəsinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
63. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
64. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-85/2020 nömrəli, iş üzrə 28 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.