Məhkəmə qərarları › İş №2(105)-1099/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1099/2020

28.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1099/2020 28.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsinin mülkiyyətçiyə qaytarılması və daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-840/2019 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-840/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********10 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilərək həqiqi hüquqi vəziyyətə uyğunlaşdırılması, iddiaçıya məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi və 0.10 ha torpaq sahəsinin cavabdehlər tərəfindən tutulmuş hissəsinin boşaldılması, həmin zəbt olunmuş torpaq sahəsinin koordinatları daxilində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək iddiaçının sahibliyinə qaytarılması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə verilmiş mütəxəssis rəyinin alınması üçün ödənilmiş 60 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına köçürülməsi qət edilmişdir. (hakim S.M.Quliyeva). Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, daha əvvəl iddianın bir hissəsindən imtina etsə də hazırda bütövlükdə iddiadan imtina edir. Belə ki, ona məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi digər şəxslər tərəfindən tutulmuşdur və bununla bağlı müvafiq icra hakimiyyəti orqanında xüsusi müəyyənedici vasitələrdən istifadə edərək dəqiqləşmə aparacaq ondan sonra müvafiq iddia ilə məhkəməyə müraciət edəcəkdir. Bu səbəbdən imtinanın qəbul edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilsələr də işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, təqdim edilən ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-840/2019 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasıiddiadan imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, iddiadan imtina barədə ərizə qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-840/2019 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, torpaq sahəsinin mülkiyyətçiyə qaytarılması və daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və apelyasiya şikayəti verilərkən ödənilən dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qərardaddan rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar