Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1108/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlundan və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürmə və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı və uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X15, xx.xx.2012-ci il təvəllüdlü X12 Abşeron rayonu, Masazır qəsəbəsi, Yusif Məmmədəliyev küçəsi, dalan 1-də yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir (hakim Habil Əhmədov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürmə və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsinin təmin edilməsi, onun və yetkinlik yaşına çatmayan övladları X18 və X9 Masazır qəsəbəsi, Yusif Məmmədəliyev küçəsi, dalan 1-də yerləşən fərdi yaşayış evinə köçürülməyi və həmin evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh Fəxrəddin oğlu apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı köçürülməsini tələb etdiyi ünvana heç bir hüquq əldə edən şəxs deyil, özü də həmin ünvana hər hansı hüququ olan, iddia üzrə cavabdehlik daşıyan şəxs deyil. Ərazi bacısı X3 məxsusdur. Buna dair Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2011-ci il tarixli, 1583 saylı sərəncamı var. Birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmamış, iddia tərəfin formal fikirləri ilə qətnamə qəbul etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçının köçmək istədiyi ev ona məxsusdur. Həmin evin iddiaçıya, eyni zamanda cavabdeh olan qardaşına hər hansı aidəyyəti yoxdur. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Adil qızı apelyasiya şikayətinə etiraz edərək göstərdi ki, o, Cavabdeh ilə xx xxxxxx 2007-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikah dövründə xx xxxxxxxx 2007-ci il tarixdə X16 və xx xxxxxxx 2012-ci il tarixdə isə X18 adlı övladları anadan olmuşdur. Bundan başqa 2007-ci ilin yanvar ayından 2012-ci ilin dekabr ayınadək olan müddət ərzində cavabdehlə birlikdə ünvan 1 ünvanında yaşamışlar. 2012-ci ilin dekabr ayından 2019-cu ilin iyul ayınadək olan müddət ərzində Masazır qəsəbəsi, Yusif Məmmədəliyev qəsəbəsi, dalan 1 ünvanında cavabdehlə birlikdə yaşamışlar. Belə ki, həmin fərdi yaşayış evi özbaşına tikili olmaqla DƏDRX-də qeydiyyatdan keçməmişdir. 2019-cu ilin iyul ayından etibarən cavabdehlə münasibətləri korlandığı üçün sonuncu tərəfindən həmin fərdi yaşayış evindən istifadə imkanları qalmamışdır. Həmin ev cababdeh və özü tərəfindən inşa edilmiş və orada uzun müddət yaşamışlar. Həmin evi cavabdeh bacına aid deyil. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ № 276538 seriyalı nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X10 ilə X19 xx.xx.2007-ci ildə rəsmi nikaha girmiş, tərəflərin nikahından xx.xx.2007-ci il təvəllüdlü Fidan və xx.xx.2012-ci il təvəllüdlü Fərid adlı uşaqları doğulmuşdur. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X10 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan aktdan görünür ki, İddiaçı 2012-ci ildən 2019-cu ilin iyul ayınadək Masazır qəsəbəsi, Y.Məmmədəliyev küçəsi, döngə 1, ev 4 ünvanında yaşamışdır. İş materiallarında olan Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon, Masazır qəsəbəsi, Y.Məmmədəliyev küçəsi, dalan 1 ünvanda yerləşən torpaq sahəsində tikili mövcuddur, lakin həmin tikilinin vətəndaş X6 məxsus olması barədə heç bir rəsmi sənəd yoxdur və həmin torpaq sahəsinə və onun üzərindəki tikiliyə dair xx.xx.2020-ci il tarixədək bələdiyyəyə heç bir əmlak və torpaq vergisi borcu ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi X8 Cəmiyyətinin Abşeron Telekommunikasiya Qovşağı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, tən X1 məxsus ******* saylı telefon xx.xx.2013-cü il tarixdən etibarən bu günə qədər İddiaçı istifadəsindədir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X7 Bakı şəhəri, Yasamal rayonu, X27 küçəsi, ev 149 ünvanında yerləşən, ümumi sahəsi 38.2 kv.m olan 2 (iki) otaqlı mənzilini X5 57300 (əlli yeddi min üç yüz) manata satmışdır. İş materiallarında olan İş materiallarına əlavə olunmuş fotoşəkillərdən də görünür ki, İddiaçı uşaqları xx xxxxxxxx 2007-ci il təvəllüdlü X20 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X18 ilə birlikdə mübahisəli mənzildə yaşamışlar. Birinci instansiya məhkəməsi tərəflər arasında ailə hüquq münasibətlərinin xx xxxx 2009-cu ildə rəsmləşdirilməsi, əvvəlcə iddiaçının uşağı və cavabdehlə ünvan 1 ünvanında yaşamaları, həmin ev satıldıqdan sonra satışdan əldə edilmiş pulla Masazır qəsəbəsi, Yusif Məmmədəliyev küçəsi, dalan 1 ünvanında torpaq sahəsi alınaraq orada tikilmiş iki evdən birində 2012-ci ilin dekabr ayından 2019-cu ilin iyul ayınadək olan müddət ərzində ailəsi ilə birlikdə yaşamasını, tərəflərin yaşadıqları evin özbaşına tikili olmasını, mübahisəli evin rəsmləşdirilməməsinin Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda göstərilənlərlə də öz təsdiqini tapmasını, eyni zamanda iddiaçının ailə üzvləri ilə birlikdə mübahisəli evdən istifadə edərək yeddi il yaşamasını, iddiaçının adına həmin evə çəkilmiş telefon müqaviləsinin olması və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillərlə iddiaçını mübahisəli evdə yaşamasını bir daha təsdiq etməsini, bunu cavabdeh də verdiyi izahatla etiraf edilməsini, həmin evin heç bir şəxsin adına rəsmləşdirilmədiyini və evdə yaşayan ailə üzvlərinin həmin evdən bərabər surətdə sahiblik, istifadə hüququnu olmasını, iddiaçının cavabdehin ailə üzvü olmaqla uzun illər həmin evdə yaşaması və istifadəsi həmin evdən onun istifadə hüquqlarının yaratmasını, iddiaçının mübahisəli evə istifadə hüququnun tanınmasına lüzum olmamaısnı müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun hesab edir. Belə ki, iş materilları və tərəflərin izahatı ilə müəyyən edilir ki, iddiaçının köçürülməsini iddia etdiyi evi onlar qayınatasına məxsus mənzilin satışından əldə etdiyi vəsait hesabına nikah vaxtı birgə yaşamaları üçün almışlar. Mübahisəli ev hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmasa da, evdə yaşayış olmuş və iddiaçı cavabdehlə birgə bu evdə ailə olaraq yaşamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qanunverciciliyin tələbinə görə özbaşına tikintiyə dair yalnız sərəncam vermək hüququ istisna olunur. Lakin qanunverici özbaşına tikintiyə sahiblik və ondan istifadə hüququnu istisna etmir. Mübahisəli ev hər hansı şəxsin adına dövlət qeydiyyatına alınmasa da, başqa sözlə faktiki özabaşına tikili sayılsa da bu iddiaçının həmin evdə yaşamasına maneə deyildir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında qeyd edilən mənzilə dair münasibətlər 2009-cu ilin oktyabr ayından sonra yarandığından mübahisəyə qanunun analogiyası baxımından 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Çünki tərəflərin izahatı ilə müəyyən edilir ki, onlar mübahisəli mənzili 2012-ci illərdə əldə edərək, oraya köçmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin 5-ci maddəsinə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ var. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən, kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Göründüyü kimi, mübahisəli ev də tərəflərin birgə nikah dövründə alınmışdır, hazırda mübahisəli ev yaşayış üçün tam yararlıdır. Belə olan halda, Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarına əsasən həmin evə münasibətdə iddiaçının hüquqları ilə cavabdehin hüquqları eynidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İş materiallarından müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü Fidan və xx.xx.2012-ci il təvəllüdlü Fərid adlı uşaqları vardır.. Bu baxımdan, həmin uşaqların da öz valideyni ilə mənzildə yaşamasına cavabdehin mane olması qanunsuzdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının azyaşlı övladları ilə birgə Abşeron rayonu, Masazır qəsəbəsi, Yusif Məmmədəliyev küçəsi, dalan 1-də yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddiası qanunvericiliyin tələblərinə uyğundur və birinci instansiya məhkəməsi də iddia tələbinin təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilini – evin bacısı Stella Mehtizadəyə məxsus olması – əssasız sayır. Əvvəla, bu dəlil iş materiallarında olan aktla və tərəflərin izhatı ilə təkzib edilir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi X8 Cəmiyyətinin Abşeron Telekommunikasiya Qovşağı tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X1 məxsus ******* saylı telefon xx.xx.2013-cü il tarixdən etibarən bu günə qədər İddiaçı istifadəsindədir. Evə çəkilmiş telefon xəttinin iddiaçının adına rəsmişləşdirilməsi evin Stella Mehtizadəyə məxsus olması barədə dəlili təkzib edir. Bu baxımdan, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək qeyd edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 372.6, 372.7, 384.0.1 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2339/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1108/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1108/2021
16.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver