Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1110/2023 05.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-106/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tarixi qeyd olunmayan AKT 2 adlı sənədin surətinə əsasən, İddiaçı ilə bağlanmış AKT № 1 də Cavabdeh öz üzərinə 100.000 (yüz min) manat götürmüşdür. Toxumun satışı ilə əldə olunacaq 15.000 (on beş min) manat pulu mart ayının 1-də çatdıracaqdır. Qalan 85.000 (səksən beş min) manatı gələn ilin (2019-cu il) 1 noyabr tarixində qaytaracağını öz üzərinə götürür. Bütün öhdəliklərini bitirdikdən sonra pulun ev sahiblərin üzərinə 10 % hərəsinə olmağına razıdır. Akt Cavabdeh və İddiaçı tərəfindən tərtib edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şıxrəhim oğlundan 100.000 (yüz min) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Şıxrəhim oğlu ilə yeni Azərbaycan Partiyasının tədbirlərinin birində tanış olmuşdur. Cavabdeh Qusar rayon İcra Hakimiyyətinin aparatında məsul vəzifədə işləyir. Cavabdehlə söhbət zamanı həmin şəxs ondan kənd təsərrüfatı məhsullarının əkilib yetişdirilməsi üçün pul istəmişdir. Cavabdehla qarşılıqlı razılaşmaya əsasən 2018-ci ilin mart ayında o, cavabdehə 100.000 (yüz min) manat borca pul vermişdir. Tərəflər arasında qarşılıqlı razılığa görə Cavabdeh verilən 100.000 (yüz min) manatın 15000 (on beş min) manatını 2019-cu ilin mart ayında, qalan 85.000 (səksən beş min) manatını 2019-cu ilin 1 noyabr tarixinədək ona qaytarmalı idi. Bütün öhdəlikləri bitirdikdən sonra cavabdeh ona alınan borc məbləğinin 20%-ni (on min manatı) əlavə olaraq qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Yuxarıda qeyd edilənləri cavabdeh Akt 2 adlanan sənəddə öz dəst-xətti ilə yazmış və hər ikisi (iddiaçı və cavabdeh) həmin aktı imzaları ilə təsdiq etmişlər. Lakin, cavabdeh aldığı 100.000 (yüz min) manatı qaytarmaqdan imtina edir. Dəfələrlə o, Z.Əsgərova borcun qaytarılması üçün müraciət etmişdir. Cavabdeh ilk əvvəl bankdan kredit götürüb pulu qaytaracağına söz versə də, sonradan onu get-gələ salmışdır. O, Qusar rayon İcra Hakimiyyətində tutduğu vəzifədən istifadə edərək ona hədə-qorxu gəlmiş, əsassız bəhanələr gətirərək aldığı pulu qaytarmaqdan imtina etmişdir.
4. Cavabdeh məhkəməyə iddiaya etiraz təqdim edərək göstərmisdir ki, İddiaçı ona qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, ondan 100.000 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, guya onunla söhbət zamanı o, iddiaçıdan kənd təsərrüfatı məhsullarının əkilib yetişdirilməsi üçün pul istəmiş və iddiaçı qarşılıqlı razılaşmaya əsasən 2018-ci ilin mart ayında ona 100.000 manat borca pul vermişdir. Aralarında olan qarşılıqlı razılaşmaya əsasən o, verilən 100.000 manatın 15.000 manatını 2019-cu ilin mart ayında, qalan 85.000 manatını 2019-cu ilin 1 noyabr tarixinədək qaytarmalıdır. Bütün öhdəlikləri bitirdikdən sonra o, iddiaçıya alınan borc məbləğinin 20%-ni əlavə olaraq qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Göstərilənləri Akt 2 adlanan sənəddə öz dəsti-xətti ilə yazılmış və hər ikisi həmin aktı imzaları ilə təsdiq etmişlər. İddiaçının ona borc verməsi iddiaçının öz mülahizəsidir və bu hal hər hansı bir sübutla təsdiq olunmur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Akt 2 adlı sənəd hansısa bir sənədin kserosurətidir və həmin sənədin mövcudluğu onda şübhə doğurur. Belə ki, onun tərəfindən iddiaçıdan borc alınması, yaxud ona borclu olmağı barədə hər hansı bir sənədə imza atmağı mövcud deyildir. Bu səbəbdən iddiaçının təqdim etdiyi Akt 2 adlı sənədin kserosurətində göstərilənlər onun tərəfindən yazılması və orada onun tərəfindən imza edilməsi tamamilə yalandır. Maraqlı hal ondan ibarətdir ki, həmin kserosurətdə bütün məlumatlar göstərilsə də nədənsə aktın yazıldığı tarix göstərilməmişdir. Ayrıca həmin sənədin iddia ərizəsinə əsli deyil, kserosurəti təqdim olunması daha şübhəli görünür. Çünki sənədin əslinə edilmiş müdaxilələr, o cümlədən sənədin əslinin olmaması onun kserosurət formasında pərdələnməsinə gətirib çıxardır ki, iddiaçı burada öz tələbini qanuniləşdirmək, yaxud sübut hazırlamaq üçün kserosurətdən istifadə etmişdir. Belə olan halda həmin kserosurətin iddia tələbinin əsası kimi sübut sayılması mümkünsüzdür. Belə ki, həmin kserosurət MPM-in 89.3cü maddəsinin tələbi baxımından sübut sayıla bilməz. Göründüyü kimi iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə olan halda məhkəmə iddiaçının tələbinin əsası kimi yalnız iddiaçı tərəfin təqdim edilən sənədlərlə (sübutlarla) kifayətlənməli və onları araşdırmalıdır. Lakin, iddiaçı tərəfindən tələbin əsası kimi hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə iddia tələbinin əsassız olması barədə hüquqi nəticəyə gəlməsi zəruridir. Bu səbəbdən də, İddiaçı oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-106/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Əli Cəlilov)
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Aqil Hüseynov özünün iddia tələbinin hüquqi əsası kimi mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən hüquq normalarına istinad etmişdir. Lakin, iddiaçı ilə cavabdeh arasında hər hansı borc münasibətlərinin mövcud olması, iddiaçının borc kimi cavabdehə sonuncudan tələb etdiyi miqdarda pul vəsaitini verməsi məhkəmə iclasında öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi Akt 2 adlanan sənədi isə məhkəmə tərəflər arasında borc münasibətlərinin mövcud olduğunu təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin sənədin hansı tarixdə tərtib olunması qeyd olunmamış, həmçinin məhkəməyə sənədin əsli deyil, notarial qaydada təsdiq olunmamış surəti təqdim olunmuşdur. Bundan başqa, həmin sənədin məzmununa nəzər saldıqda, cavabdeh Zeynal X6rşısında borc öhdəliyinin mövcud olduğunu müəyyən etmək mümkün olmur, həmin sənəddə iradə ifadələri aydın şəkildə əks olunmamışdır. Bu səbəbdən də, həmin sənəd tərəflər arasında borc münasibətlərinin mövcud olduğunu və cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin əmələ gəlməsini təsdiq edən hüquqi fakt rolunda çıxış edə bilməz. Bundan başqa, məhkəmə, iddiaçının məhkəməyə təqdim etdiyi CD-diskdə olan səs yazılarını müzakirə edərək hesab edir ki, həmin səs yazılarında iddiaçı tərəfindən cavabdehə 100.000 (yüz min) manat məbləğində pulun verilməsi və cavabdehin iddiaçı qarşısında həmin məbləğdə borc öhdəliyinin mövcud olması, bununla bağlı aralarında hər hansı bir razılığın əldə olunması müəyyən olunmadığından həmin səs yazıları cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin mövcud olduğunu təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.
7. Bundan başqa, məhkəmə araşdırması zamanı tədqiq edilərək araşdırılmış İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş whatsapp yazışmalarının isə mötəbərliyi, əldə olunma mənbəyi müəyyən edilmədiyinə görə məhkəmə həmin yazışmaları sübut kimi qəbul etmir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 324.6, 385.1, 386.1, 739.1, 740.2, 777.1, 777.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88, 89.1,89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(029)-106/2023 saylı qətnaməsinin ləğv olunması, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Şikayətin dəlilləri:
11. İş üzrə qəbul olunmuş qətnamədən narazıdır. Qətnamə MPM-nin 4, 9, 14, 88-ci, MM-nin 739 və 740-cı maddələrinin tələblərini pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. 2019-cu ilin noyabr ayında cavabdeh öz evində atası, anası, bacısı, arvadı və şahidlərin yanında öz xətti ilə yazmışdır ki, 2019-cu ilin noyabr ayının birində ondan götürdüyü 100000 (yüz min) manat pulun 85000 (səksən beş min) manatını noyabr ayının birində, 15000 (on beş min) manatını isə martın birində qaytaracaqdır. Artıq həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmamışdır. Cavabdehlə aralarında olan telefon səs yazmalarını, vatsap yazışmalarını məhkəməyə təqdim etmişdir. Həmin səs yazışmalarında və cavabdehin özünün yazdığı aktda cavabdeh pulu ona qaytaracağını demişdir. Bütün bu sübutlara məhkəmə hüquqi qiymət verməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz verərək göstərmişdir ki, İddiaçılə aralarında borc pulun alınması ilə əlaqədar heç bir yazılı, şifahi razılıq mövcud olmamışdır, razılıqları yalnız İddiaçı təkidi ilə kənd təsərrüfatı işləri yəni, sarımsaq və kartof əkib becərməklə bağlı olmuşdur. İddiaçı maddi vəsaiti əkin biçin işlərinə xərcləmişdir və həmin işlərin icrasında şəxsən iştirak etmişdir. Qeyd etdiyi faktları həmin işlərin icrasında iştirak etmiş fəhlə və sürücülər də oz izahat və ifadələrində təsdiq etmişdir. Borc almağı ilə bağlı iddialar tamamilə yalan olduğundan İddiaçı iddia ərizəsində, apelliyasiya şikayətində guya borc pulun verilməsi ilə bağlı qeyd etdiyi hallar arasında həm tarix həmdə digər məslələrlə bağlı əsaslı ziddiyətlər mövcuddur. İstinad etdiyi Akt 1 adlı sənəd isə borc verməsi ilə əlaqədar hec bir əhəmiyyət kəsb etmir, aralarında belə bir sənəd imzalanmamışdır. Hazır məhsulun xarab olmasının əsas günahkarı İddiaçıdir. Şifahi razılığa əsasən hazır məhsulun satışını İddiaçı həyata keçirməli idi. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-106/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh (sonuncu iclasda iştirak etməmişdir) və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
19. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
20. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
23. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır
24. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
25. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
26. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı Qusar Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2(029)-106/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia rədd olunmalıdır.
39. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
40. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etsə də, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
41. İlk olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbinin əsası kimi istinad olunmuş halların sübuta yetirilməməsi əsası ilə iddianı rədd etmək barədə gəldiyi nəticə əsassız olmuşdur.
42. Belə ki, işdə iştirak edən şəxslərin izahatlarından məlum olur ki, İddiaçı aralarındakı razılaşmaya əsasən Cavabdeh 100.000 (yüz min) manat pul almışdır. Bu hal iş materiallarında olan tərəflərin birgə tərtib etdiyi əlyazma ilə də tam təsdiq olunur. Yəni, müvafiq pulun verilməsi işin mübahisəsiz halıdır. Mübahisəli məsələ verilmiş pulun qaytarılıbqaytarılmamasıdır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının iddiasının sübuta yetirilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
43. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
44. İddiaçının apellyasiya instansiyasının iclasında verdiyi izahatından da görünür ki, tərəflərin qarşılıqlı razılaşması əsasında cavabdeh X3 İddiaçı olan borcu müqabilində cavabdeh tərəfindən iddiaçıya daşınmaz əmlak verilmişdir. Bu razılaşmadan sonra iddiaçı bununla bağlı notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsini vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh ilə barışdığını, hal-hazırda ona qarşı heç bir şikayəti, iddiası və tələbinin olmadığını bildirmişdir.
45. Eyni zamanda məhkəmə kollegiyasının sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən İddiaçı müraciəti ilə bağlı araşdırmanın nəticəsi barədə məlumat verilməsinə dair daxil olmuş məktuba baxılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı tərəvəz məhsullarının alqı-satqısı ilə məşğul olub birgə qazanc əldə etmək məqsədi ilə 2018-ci ilin mart ayında tanişı Cavabdeh 100.000 manat pul vermiş, lakin sonrakı müddətdə birgə iş fəaliyyəti alınmadığından Cavabdeh aldığı 100.000 manatı qaytara bilmədiyinə görə İddiaçı onun barəsində şikayət etmişdir. Araşdırma zamanı İddiaçı tələbi təmin edildiyindən o, təkrar ərizə ilə müraciət edərək şikayətinə baxılmasının dayandırılmasını xahiş etmişdir.
46. Belə olan halda İddiaçı pulun ödənilməsi ilə bağlı iddia ərizəsinin və şikayətin dəlilləri əsassızdır.
47. Məhkəmə kollegiyasının sorğusu əsasında daxil olmuş Azarbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək bildirmişdir ki, birgə sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün Qusar Rayon icra Hakimiyyətində baş məsləhətçi vəzifəsində çalışan X5 100.000 manat pul vermiş, lakin sonuncu tərəfindən aldadılaraq ona qarşı dələduzluq edilmişdir. X2 qeyd olunanlarla əlaqədar olaraq Baş idarədə verdiyi izahatında İddiaçılə birdə sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün Qusar rayonu, Yasab kəndi ərazisində kənd təsərrüfatı məhsulları əkdiklərini və sonradan biçim zamanı həmin ərazidən 100 ton kartof, 4 ton sarımsaq və 470 kiloqram noxud yığaraq saxlanılması üçün Qusar rayonu ərazisində anbara təhvil verdiklərini bildirmişdir. Z.Əsgərov əlavə olaraq qeyd etmişdir ki, qeyd olunan kənd təsərrüfatı məhsulları anbara yığıldıqdan sonra Aqil Əhmədov həmin məhsulları ucuz qiymətə satmağa razılaşmadığı üçün məhsullar yararsız hala düşmüş və satışını həyata keçirmək mümkün olmamışdır. Aparılmış araşdırma zamanı Zeynal X1 20.1.2.-ci maddəsində nəzərdə tutulan dövlət qulluqçusunun elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan hər hansı ödənişli fəaliyyətlə məşğul olmasının qadağan olması ilə bağlı tələblərini kobud şəkildə pozduğu müəyyən edildiyi üçün təsir tədbirlərin görülməsi məqsədilə barəsində Qusar Rayon İcra Hakimiyyətinə təqdimat göndərilmiş və vətəndaş İddiaçı mülki izah verilməklə onun müraciəti işə alınmışdır.
48. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
49. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli, “X12rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
50. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassızdır.
51. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini iddiaçının tələbini sübuta yetirməməsi əsası ilə rədd etməklə səhvə yol vermişdir.
52. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
53. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-106/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-106/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.