Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-112/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(060)-485/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Abıyev) iddianın təmin edilməsi, cavabdeh Məmməd Musa oğlu Məmmədov Sumqayıt şəhər bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli qərarı (protokol №57) ilə İddiaçı1 ayrılmış Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən (aptek kimi istifadə etdiyi) 255 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi tikilidən çıxarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 tutularaq 60 (altmış) manat məbləğində pul ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (VÖEN:**********) 100 (yüz) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və E.Məmmədov) Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(060)-485/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli qərarı ilə (sədrlik edən məruzəçi hakim İ.Dəmirov, hakimlər A.İsgəndərov və Ə.Əhmədov) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı X1 oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli qərarı (protokol № 57) ilə ona ayrılmış Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən (aptek kimi istifadə etdiyi) 255 kv.m. torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi tikilidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun müraciəti əsasında Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 57 saylı protokoluna əsasən ona Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində 255 kv.m. torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsində özü yaşamaq üçün fərdi yaşayış evi tikmiş və hal-hazırda həmin ev ona məxsusdur. Lakin, Cavabdeh1 ona məxsus evə girmiş və o, cavabdehi evdən çıxara bilməmişdir. Bu məsələni həll etmək üçün Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Onun mülkiyyətində olan ev cavabdeh tərəfindən zəbt edilərək kilidi dəyişdirilmiş və cavabdeh orada yaşamağa başlamışdır. Bununla da, cavabdeh onun mülkiyyətində olan mənzildə özbaşına yaşamaqla onun mənzilindən sərbəst istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırmışdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Məmmədov X6 şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının vəkili X10 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin vəkili X12 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X5 yazılı izahatını məhkəmə kollegiyasına təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən “xxxx” MMC-nin mütəxəssisi Ayaz Şıxəliyev izahatında verdiyi rəyə əsaslanaraq bildirdi ki, yerli baxış keçirilərkən müəyyən etmişdir ki, iddiaçıya ayrılan sxemə görə iki (5 və 5A saylı) yataqxana var, yataqxanaların qarşısında mübahisəli yer yerləşir və mübahisəli ərazi baxış keçirilən ərazi ilə üst-üstə düşür. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının mülkiyyət hüquqlarından istifadə edə bilməməsi, onun bu hüquqdan istifadə imkanının cavabdeh tərəfindən məhdudlaşdırılması, iddiaçının mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehin maneçilik törətməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Bu nəticədən narazı qalan cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara almış və yeni apellyasiya baxışı zamanı mübahisəli evdə yaşayan cavabdehin həyat yoldaşı X4 işə cəlb olunaraq, mübahisəyə onun da münasibətinin aydınlaşdırılmamasını, eləcə də həmin torpaq sahəsində iddiaçı tərəfindən aptek kimi istifadə edilmiş sahənin mövcud olub-olmamasını aydınlaşdırılmamasını, Bələdiyyə tərəfindən işin halları ilə bağlı iddia tələbinin təmin olunub-olunmamasına münasibətini bildirmədiyini, bütün bunlarla yanaşı iş üzrə məhkəmələrin istinad etdikləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2018-ci il tarixli, 1373 saylı ekspert rəyi iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 3411 saylı fərqli ekspert rəyinə əsasən kifayət qədər tam və əsaslı olmaması, işə yenidən apellyasiya qaydasında baxılan zaman prosessual qanunvericiliyin istinad edilən tələbinə riayət olunmaqla mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməli olmasını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. (X7rşı iş üzrəx xxxxxx 1994-cü il tarixli Qərar; Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə xx xxxxxx 2007-ci il tarixli Qərar). Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-nin 14.1. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 10/609 №li rəydən müəyyən edilir ki, “xxxx” MMC-nin mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı1 ayrılmış Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 255 kv.m. torpaq sahəsi hazırda mübahisəli torpaq sahəsidir. üst-üstə düşür. İddiaçı1 ayrılmış Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 255 kv.m. torpaq sahəsi ilə Cavabdeh1 yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 5 və 5A saylı yataqxananın qarşısındakı həyət evinin yerləşdiyi torpaq sahəsi eynidir və üst-üstə düşür. Bununla yanaşı Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli 52 saylı yazılı etirazında bildirilmişdir ki, İddiaçı1 2005-ci ilin sonlarında ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsi adlandırılan ərazisində aptek kimi tikib istifadə etdiyi tikilinin altında yerləşən sahəsi 255 kvadrat metr olan torpaq sahəsinin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Adı çəkilən vətəndaşın müraciəti əsasında bələdiyyə qulluqçuları tərəfindən torpaq sahəsinə yerində baxış keçirilmiş, sənədləşdirilməsi nəzərdə tutulmuş torpaq sahəsinin mövqe sxemi çəkilmiş və bundan sonra Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 57 saylı iclasının qərarı ilə mübahisələndirilən torpaq sahəsi İddiaçı1 adına rəsmiləşdirilmişdir. Sonradan iddiaçı torpaq sahəsində inşa edilmiş tikilinin təyinatını dəyişdirərək ondan yaşayış sahəsi kimi istifadə etməyə başlamışdır. Buna baxmayaraq, sözügedən bələdiyyə qərarı dəyişdirilməmiş, yaxud da ləğv edilməmiş və həmin qərar hal-hazırda da qüvvədə qalmaqdadır. Cavabdeh1 Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(060)-485/2018 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlillərini tamamilə əsassız sayır. Belə ki, cavabdeh zəbt edərək istifadə etdiyi torpaq sahəsinə və tikiliyə dair hər hansı hüquq müəyyənedici sənədlərə malik deyildir. Başqa sözlə, cavabdeh torpaq sahəsini və tikilini faktiki olaraq zəbt etmişdir. Cavabdeh1 mübahisələndirilən torpaq sahəsinin və tikilinin bələdiyyənin yuxarıda göstərilmiş qərarı ilə İddiaçı1 adına rəsmiləşdirilmiş torpaq sahəsi və üzərində inşa edilmiş tikili ilə eyni olmaması, habelə İddiaçı1 torpaq üzərində hüququnun dövlət qeydiyyatından keçməməsi və onun torpağın mülkiyyətçisi olmaması səbəbindən belə bir iddia tələbi ilə çıxış etməsi üçün subyektiv hüquqa malik olmaması barədə apellyasiya şikayətində gətirdiyi dəlilləri əsaslı hesab etmir. Belə ki, fərdi ev kimi cavabdeh tərəfindən istifadə edilən tikilinin məhz Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 57 saylı iclasının qərarı ilə İddiaçı1 adına rəsmiləşdirilmiş 255 kvadrat metr torpaq sahəsinin üzərində yerləşməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti T.X2 Məhkəməsinə təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli, 10/609 saylı ekspert rəyində öz təsdiqini tapmışdır. Həmçinin, Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 57 saylı iclasının qərarı ilə 255 kvadrat metr torpaq sahəsi İddiaçı1 yalnız adına rəsmiləşdirilməmiş, eyni zamanda həmin torpaq sahəsi onun faktiki sahibliyinə verilmişdir. Bu səbəbdən hesab edir ki, cavabdehin apellyasiya şikayətində iddiaçının torpağın mülkiyyətçisi olmadığına görə ona qarşı bu cür iddia tələbi ilə çıxış etmək hüququnun olmaması barədə dəlili qanuni və əsaslı deyildir. İddiaçı məhkəməyə müraciət edərək özünün torpaq üzərində mülkiyyət hüququnu deyil, sahiblik hüququnun müdafiəsini tələb edir ki, yuxarıda qeyd olunmuş bələdiyyə qərarının qüvvədə olduğunu nəzərə alsaq, aydın olur ki, iddiaçının belə bir tələblə məhkəməyə müraciət etməsi qanuni olmaqla yanaşı, mülki və torpaq qanunvericilikləri ilə təsbit olunmuş hüququndan yaranmışdır. Yuxarıda sadalananlara əsaslanaraq bir daha bildirmişdir ki, İddiaçı1 Cavabdeh1 qarşı “mənzildən çıxarılma tələbi barədə” tələbi əsaslıdır. Cavabdeh1 mübahisələndirilən torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud deyildir və torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən ona ayrılmamışdır. Bu səbəbdən və torpaq sahəsinin bələdiyyə qərarı əsasında İddiaçı1 faktiki istifadəsinə və sahibliyinə verildiyini əsas tutaraq, sözügedən mülki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(060)- 485/2018 saylı qətnaməsinin qanuni və ədalətli hesab edir və həmin məhkəmə qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin təmin edilməməsinin məhkəmə kollegiyasından xahiş edir. Göründüyü kimi istər ekspert rəyləri, istərsə də Sumqayıt Bələdiyyəsinin məhkəmə kollegiyasına ünvanladığı yazılı izahatı da işin həqiqi hallarına uyğun olub, digər sübutlarla öz təsdiqini tapmışdır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (Torpaq Məcəlləsinin 84.1. maddəsi). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (Mülki Məcəllənin 157.8 maddəsi). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. (Mülki Məcəllənin 164.1., 164.2., 165.1. maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyət hüququndan istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçı mübahisə predmeti təşkil edən əmlak üzərində sahiblik və istifadə hüququna malikdir. Cavabdeh mübahisəli mənzilin sahibi olan şəxsin razılığı olmadan həmin mənzildən hazırda istifadə edir ki, bu da sahiblik və istifadə hüququna müdaxiləni qaçılmaz etdiyindən onun bu hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiq hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyindən, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh1 əvvəlki apellyasiya baxışı zamanı, həmçinin hazırkı apellyasiya baxışında keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 (50+50) manat alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, 60 (altmış) manat məbləğində ekspertiza xərci Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin (VÖEN **********, hesab № AZ23AİİB********************, KOD 210071 VÖEN ********** müxbir hesab AZ 37 NABZ******************** SWİFT:AİİBA2X) hesabına köçürülməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət Xəzinadarlığı Agentliyi kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı), 60 (altmış) manat məbləğində ekspertiza xərci Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin (VÖEN **********, hesab № AZ23AİİB********************, KOD 210071 VÖEN ********** müxbir hesab AZ 37 NABZ******************** SWİFT:AİİBA2X) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-112/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-112/2021
10.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver