Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1121/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-850/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 2(029)-850/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1500 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir (hakim Adil Vəliyev) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh faktiki olaraq ona satdığı, lakin alqı-satqını notariatda rəsmiləşdirməkdən imtina etdiyi 0,12 ha torpaq sahəsinə görə cavabdehə ödədiyi 3750 (üç min yeddi yüz əlli) manat pulun, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə iddiaçının arvadı Salmanov Elnarə /hədulla qızının, oğlu X13, həmçinin mübahisəli torpaq sahəsindən qanunsuz istifadə edən X1 ifadələrini əsas tutaraq qanunsuz və əsassız qətnamə qəbul etmiş, 1500 manat məbləğində pulun sübuta yetirildiyi üçün təmin edilmişdir. İddiaçının ona xx xxxxx 2013-cü ilin may və avqust aylarında 700 və 800 manat pulun verilməsi də iddiaçının uydurmasıdır. Belə ki, Qusar Rayon Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli qətnaməsindən İddiaçı apelyasiya şikayəti verməmiş, qətnamə icra edilməsi üçün Qusar rayon icra şöbəsinə gəndərilmiş, 2014-cü ildı iddiaçı və X15 ilə aralarında olan razılaşmaya əsasən 0,12 ha torpaq sahəsini ondan müvafiq qiymətə satın alacaqlarını bildirmiş, buna görə də icra şöbəsinə ərizə yazaraq icra sənədinin geri qaytarılmasını xahiş etmişdir. Lakin qeyd edilən şəxslər razılaşmaya əməl etmədikləri üçün 2020-ci ildə icra şöbəsinə müraciət edərək icra sənədinin təkrar icraya yönəlməsini xahiş etmiş, bu səbəbdən iddiaçı hazırki iddianı vermişdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsi, Qusar Rayon Məhkəməsinin 2(029)-850/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, o, 2005-ci ildə Qusar rayonu Gündüzqala kəndində yerləşən və qardaşı X11 ilə onun həyat yoldaşı Cavabdeh və onların övladlarına məxsus olan 0.12 ha torpaq sahəsini 2250 manat satın almışdır. Belə ki, X15un ona 2250 manat məbləğində borcu olmuş və borcun əvəzi kimi həmin torpaq sahəsini ona vermişdir. X15 xx xxx 2012-ci il tarixdə vəfat etmiş və bundan sonra cavabdeh torpaq sahəsini ondan geri tələb etmiş, məhkəmə qaydasında torpaq sahəsi ondan alınaraq cavabdehə verilmişdir. Bundan sonra o, qarşılıqlı razılığa əsasən cavahdehə əlavə olaraq 1500 manat məbləğində pul vermiş və həmin şəxs bunun müqabilində torpaq sahəsini ona verəcəyinə söz vermişdir. Lakin, o, vədinə əməl etməmiş və torpaq sahəsini yenidən tələb etməyə başlamışdır. Odur ki, hesab edir ki, qardaşının ona olan 2250 manat məbləğində borcu, həmçinin torpağa görə əlavə olaraq cavabdehə verdiyi 1500 manat məbləğində pul cavabdehdən tutulub ona verilməlidir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Qusar Rayon Məhkəməsinin 2(029)-850/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, İddiaçı onun əridir. Cavabdeh isə onun qaynı X6 arvadı olmuşdur. Yavər Salmanov xx xxx 2012-ci il tarixdə vəfat etmişdir. Həmin şəxslərin özlərinin və uşaqlarının mülkiyyətində Qusar rayonu Gündüzqala kəndində yerləşən 0.12 ha torpaq sahəsi olmuşdur. Yavər Salmanovun onun əri İddiaçı 2250 manat məbləğində borcu olmuş və ona görə də, Yavər Salmanov 2005-ci ildə həmin torpaq sahəsini borcun əvəzi kimi Akifə vermişdir. Lakin, Yavər öldükdən sonra Lyudmila torpaq sahəsini onlardan geri tələb etmiş və 2013-cü ildə məhkəmə qaydasında həmin torpaq sahəsi qaytarılmışdır. Bundan sonra, Lyudmila həmin torpaq sahəsinin onlara satılmasına görə əlavə 1500 manat məbləğində pul istəmiş, əri Akif bununla razılaşmışdır. Bundan sonra 2013-cü ilin may ayında o, oğlu Salmanla birlikdə Qusar şəhər avtovağzalındakı çayxanada Lyudmila ilə görüşərək ona 700 manat, 2013-cü ilin avqust ayında isə eyni yerdə yenə oğlu Salmanla birlikdə Lyudmila ilə görüşərək ona 800 manat məbləğində pul vermişlər. Həmçinin, Lyudmila torpaq sahəsinin Şəhadətnaməsini onlara vermiş, sonradan baxarkən həmin sənədin kserosurət olduğunu gormüşlər. Bu yaxınlarda Lyudmila yenidən həmin torpaq sahəsini onlardan geri tələb etmiş, aldığı pulları isə etiraf etməyərək qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 şahid X5 ilə analoji ifadə verərək onun göstərdiyi halları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, xeyli müddət əvvəl, dəqiq tarixini xatırlamadığı gündə həmkəndlisi olan İddiaçı onun yanına iki baş dişi qoyun gətirərək onda olan iki baş erkək qoyunla dəyişmiş, ondan götürdüyü erkək qoyunları satıb torpaqla bağlı mübahisəni həll edəcəyini bildirmişdir. Lakin, o, Akifin həmin qoyunları satıb kimə, hansı borcu qaytaracağını bilməmişdir. X20 borcu olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, iddiaçı onun qaynıdır, cavabdeh isə digər qaynı Yavərin arvadı olmuşdur. Akifin arvadı Elnarə 2013-cü ildə ona müraciət edərək Lyudmilanın ondan torpağa görə pul istədiyini bildirmiş, ona 1 baş inək vermiş, o, isə Elnarəyə 800 manat məbləğində pul vermişdir. Elnarənin həmin pulu Lyudmilaya verib-verməməsini isə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, xeyli müddət əvvəl, dəqiq tarixini xatırlamadığı gündə öz maşını ilə İddiaçı qaynanasının evindən iki ədəd xalçanı götürüb X17 şəhərində kirayədə yaşadığı evə aparıb vermişdir. Akiflə Yavər arasında hər hansı borc məsələsinin olmasını isə bilmir. Birinci instansiya məhkəməsi şahid ifadələrinə istinad edərək iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, yekunda səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini 1500 manat hissədə təmin edərkən yalnız şahid ifadələrinə istinad etmişdir. İş materiallarından görünür ki, şahid qismində dindirilmiş və qeyd edilən məbləğdə pulun verilməsini təsdiq edən şəxslər iddiaçının arvadı və oğludur. Məhkəmə kollegiyası həmin ifadələrə tənqidi yanaşır. Belə olan halda iddiaçının arvadı və oğlunun şahid kimi ifadəsi əsaslı sayıla bilməz. Belə ki, şahidlər iddiaçının yaxın ailə üzvü olmaqla, işin nəticəsi ilə maraqlıdır. Bu səbəbdəndə həmin şahidin ifadəsi əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddiasının əsası kimi şahid ifadələrindən savayı mötəbər sübutlar təqdim etməmişdir. Qeyd edilən şahid ifadələri də iddianın təmin edilməsi üçün mötəbər sübut sayıla bilməz. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «X3rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları, sübuta yetirə bilməmişdir. Bununla da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-850/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-850/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1121/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1121/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver