Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1122/2022 17.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X7, İddiaçının nümayəndəsi və vəkili: Vəkil2, Cavabdeh: Cavabdeh, Cavabdehin vəkili: Vəkil1 iştirakları ilə, İddiaçı Abasəli oğlunun Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin onun istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qobustan Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Q.Quliyev) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı Abasəli oğluna məxsus torpaq sahəsinin 0,50 ha hissəsinin kənarına çəkilmiş metal torun cavabdehin vəsaiti hesabına sökülməsi, həmin torpaq sahəsində tikilən kottec və tikililərin sökülməsi, torpaq sahəsinin sahibinə qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli 2(105)-243/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(026)-3/2020 saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin olunmuş, Cavabdeh tərəfindən İddiaçı Abasəli oğluna məxsus torpaq sahəsinin 0,042 ha hissəsinin kənarına çəkilmiş metal torun cavabdehin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçıya geri qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, ekspertiza xərcləri tərəflərdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2022-ci il tarixli 2(102)-767/2022 saylı Qərarı ilə İddiaçı Abasəli oğlunun kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli 2(105)-243/2021 saylı qətnaməsinin qismən, iddianın rədd edilmiş hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Abasəli oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsinin 0,50 ha hissəsinin kənarına çəkilmiş metal torun sökülərək boşaldılması, orada inşa etdirdiyi kotteclərin, tikililərin sökülməsi və həmin sahəsinin onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 29 oktyabr 2004-cü il tarixdə Şamaxı rayonunun Avaxıl Bələdiyyəsindən 3 hektar torpaq sahəsi almış, həmin sahənin 0,20 hektar hissəsinin təyinatı tikinti üçün nəzərdə tutulmuşdur. O, bu torpaq sahəsini dövlət qeydiyyatına aldırmış və ona müvafiq olaraq torpağa mülkiyyət hüququna dair JN 0346 saylı, 41010058 kodlu dövlət aktı verilmişdir. Bir neçə vaxtdır ki, onun qonşuluğunda torpaq sahəsi almış Bakı şəhər sakini Cavabdeh ona məxsus torpaq sahəsinin 0,50 hektarını tutaraq ətrafına metal tor çəkib və həmin sahədə 5 ədəd kottec tikdirmişdir. Dəfələrlə Cavabdeh bu barədə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh ona məxsus torpaq sahəsini boşaltmır və sökmür. Cavabdeh Avaxıl bələdiyyəsindən aldığı torpağın mülkiyyətində olmasına dair 5 dəfə ayrıayrı hüquqmüəyyənedici sənədlər almışdır. Həmin sənədlər bir-biri ilə üst-üstə düşmür, hər sənəddə cavabdehə məxsus torpağın koordinatları müxtəlif göstərilir. Bundan başqa, peyk vasitəsi ilə çəkilmiş fotoşəkillərdə Cavabdeh ona məxsus torpaqda 5 ədəd kottec tikdirdiyi aydın görünür. Buna baxmayaraq, o, cavabdehə mübahisəni barışıq yolu ilə həll etməyi təklif etmiş, lakin cavabdeh ilkin olaraq barışığa razı olsa da, sonradan bundan imtina etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh V.T.Bayramov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. İddiaçının istinad etdiyi hallar əsaslandırılmamış, tələbin doğruluğunu təsdiq edə bilən sübutlar məhkəməyə təqdim edilməmişdir. İşdə olan çoxsaylı mütəxəssis və ekspert rəyləri ilə onun iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyi, orada hər hansı tikinti işlərini aparmadığını təsdiq etdiyi halda, məhkəmə bu sübutları nəzərə almamış, ona qarşı qərəzli davranmışdır. Məhkəmənin istinad etdiyi peyk vasitəsilə çəkilmiş 30x42 sm ölçüdə olan fotoşəkil isə bu tip mübahisələr üzrə mötəbər sübut kimi qəbul edilmir. Mübahisə bu şəkillə həll olunursa, o zaman iş üzrə çoxsaylı ekspertiza tədqiqatlarının aparılmasına nə zərurət olmuşur. Qətnamədə qeyd edilmişdir ki, onun adına olan çoxsaylı dövlət aktlarında torpaq sahəsinin sxemi, koordinatları və sərhəd cizgiləri fərqlidir, lakin hansı cizgilərin hansı sahədə fərqli olduğu qətnamədə göstərilmir. İş materiallarında onun iddiaçıya məxsus 0,50 ha torpaq sahəsini hasara aldığını və bu ərazidə tikililər inşa etdiyini təsdiq edən mötəbər sübutlar yoxdur. Onun inşa etdiyi tikililər isə Mülki Məcəllənin 180.1-ci maddəsində göstərilən əsaslarla inşa edilməmişdir, bunun üçün o, müvafiq qurumlardan rəsmi icazə almışdır. Bu barədə xx.xx.2005-ci il tarixli akt vardır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Qobustan Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(026)-3/2020 saylı qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı nümayəndəsi A.F.Əsədov, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpağın qanunsuz zəbt edilməsinin mütəxəssisə rəyi, mübahisəli olunan kotteclərin iddiaçıya məxsus olan torpaqda qanunsuz inşa edilməsinin sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin torpaq sahəsində tikilən kottec və tikililərin sökülməsi hissəsində gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 0346 saylı, 41010058 kodlu dövlət aktının surətindən görünür ki, D.F.Bayramova Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə 3,00 hektar torpaq sahəsi (0,20 ha tikinti altı, 2.80 ha k/t məqsədi ilə) satılmış, onun mülkiyyət hüququ dövlət aktı qeydiyyat kitabında 28 noyabr 2005-ci ildə qeydə alınmışdır. İşdə olan torpağa mülkiyyət hüququna dair JN 0246 saylı, 41010058 kodlu dövlət aktının surətindən görünür ki, Cavabdeh Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarı ilə 2,00 hektar torpaq sahəsi (1,0 ha tikinti altı, 1,0 ha k/t məqsədi ilə) satılmış, onun mülkiyyət hüququ dövlət aktı qeydiyyat kitabında 17 dekabr 2004-cü ildə qeydə alınmışdır. İşə əlavə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin dövlət torpaq kadastrı kitabında 11 noyabr 2011-ci il tarixdə, 383 nömrə ilə uçota alınmış 375102 saylı planı və ölçüsündən görünür ki, Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarı ilə Bakı şəhər sakini Cavabdeh Raryel oğluna 20000 kv.metr (1.0 ha tikinti altı, 1.0 ha kənd təsərrüfatı məqsədi ilə) torpaq sahəsi ayrılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin 16 noyabr 2004-cü il tarixdə, 138 nömrə ilə qeydə alınmış torpaqların alqı-satqısına dair aktdan görünür ki, Cavabdeh Şamaxı rayonu, Avaxıl bələdiyyəsi ərazisindən 2.00 hektar torpaq sahəsi satılması barədə 17 sentyabr 2004-cü il tarixli, 16 nömrəli qərar qəbul edilmişdir. İşdə olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 118 saylı sərəncamından görünür ki, Cavabdeh rayonun Avaxıl bələdiyyəsinin ərazisindən alqı-satqı qaydasında aldığı 2 (iki) hektar torpaq sahəsinin 0,45 hektarında istirahət obyektinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan dövlət yerquruluşu layihə İnstitutunun direktor müavini Qədir Əliyev, DT və XK-nin Şamaxı rayon şöbəsinin müdiri Nurəddin Mehdiyev, DT və XK-nin Şamaxı rayon şöbəsinin mütəxəssisi Ağaveyis Kərimov, DT və XK-nin Şamaxı rayon şöbəsinin mütəxəssisi Fərid Nağdəliyev, Avaxıl bələdiyyəsinin nümayəndəsi Yusif Balayev, torpaq mülkiyyətçisi Alı Əsədov və torpaq mülkiyyətçisi Cavabdeh 24 may 2013-cü il tarixdə tərtib etdikləri aktdan görünür ki, İddiaçı ərizəsinə əsasən dövlət aktına, ilkin sənədlərə və arxiv materialları əsasında naturada torpaq sahəsinin ara sərhədləri ölçülərkən məlum olmuşdur ki, Cavabdeh həqiqətən də şikayətçi Alı Əsədovun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində tikinti işləri aparmışdır. Cavabdeh izah edilmişdir ki, ona məxsus torpaq sahəsindən kənarda tikinti altındakı və ətrafındakı torpaq sahəsi digər mülkiyyətçinin ərazisidir. Bir daha hər iki mülkiyyətçinin sərhəd döngə nöqtələri nişanlanaraq tərəflərə tanıdılmışdır. Bundan əlavə, məlum olmuşdur ki, mülkiyyətçilər üçün hazırlanmış ilkin torpaqayırma sənədlərinin hazırlandığı baş sxem natura və uçot xəritələri ilə uyğun gəlmir. İşdə olan Şamaxı rayonu Avaxıl bələdiyyəsinin sədri İ.P.Lətifov, Avaxıl bələdiyyəsinin mühasibi Y.Q.Balayev, Ağsu rayon AYİ-nin mühəndisi V.S.Əsgərov və Cavabdeh 25 avqust 2015-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, İddiaçı məxsus 2 ha torpaq sahəsinin yerə köçürülməsi bir daha yoxlanılmış, koordinatlar yerə köçürülən zaman qoyulan mərz nişanlarının düzgünlüyü təsdiq olunmuşdur. Cavabdeh məxsus 5 ədəd tikintinin hamısı Cavabdeh məxsus torpaq sahəsində tikildiyi aşkar olunmuşdur. Ölçüsü aparılan JN 0246 saylı dövlət aktı ilə verilən Cavabdeh məxsus torpaq sahəsinin yerə düzgün köçürülməsi təsdiqlənmişdir. İşə əlavə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, Şamaxı rayonunun Avaxıl bələdiyyəsindən 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 0,20 ha tikinti, 2,80 ha kənd təsərrüfatı məqsədi ilə olmaqla 3.00 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə 28 noyabr 2005-ci il tarixdə 678 nömrə ilə qeydə alınaraq JN-346 kod ********* nömrəli dövlət aktı hazırlanmışdır. Şamaxı rayonunun Avaxıl bələdiyyəsindən 17 sentyabr 2004-cü il tarixli, 6 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə 1,0 ha tikinti, 1,0 ha kənd təsərrüfatı məqsədi ilə olmaqla 2.00 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə 17 dekabr 2004-cü il tarixdə 354 nömrə ilə qeydə alınaraq JN-246 kod ********* nömrəli dövlət aktı hazırlanmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, hər iki mülkiyyətçi onlara aid torpaq sahələrindən düzgün istifadə etməmişlər. İddiaçı mülkiyyətində olan 3,0 hektar və Cavabdeh mülkiyyətindəki 2,0 ha torpaq sahələri arasında yol məqsədilə 5 metrdən 7 metrədək məsafə saxlanılmışdır, hansı ki, yol kimi saxlanılan həmin torpaq sahəsi onlar tərəfindən dəmir torla çəpərə alınmışdır. Yol kimi nəzərdə tutulan torpaq sahəsinin 1316 kv. metri İddiaçı, 692 kv. metri isə Cavabdeh çəpərə aldığı torpaq sahəsinin daxilindədir. İddiaçı mülkiyyətindəki torpaq sahəsinin 304 kv. metri Cavabdeh çəpərə aldığı torpaq sahəsinin hüdudları daxilində qalmışdır. Üst-üstə düşən sahədə hər hansı tikinti işlərinin aparılması müəyyən olunmamışdır. Cavabdeh mülkiyyətindəki torpaq sahəsinin 704 kv.metri İddiaçı çəpərə aldığı torpaq sahəsinin hüdudları daxilində qalmışdır. Üst-üstə düşən sahədə hər hansı tikinti işlərinin aparıldığı müəyyən olunmamışdır. Cavabdeh mülkiyyətinə aid torpaq sahəsinin 6252 kv.metr hissəsindən başqa şəxs tərəfindən istifadə olunur. Cavabdeh ona məxsus torpaq sahəsinə bitişik Avaxıl bələdiyyəsinin mülkiyyətinə aid 5972 kv.metr torpaq sahəsini də çəpərə almışdır. Cavabdeh faktiki istifadəsində olan 2,0 hektar torpaq sahəsindən istifadə edir. İddiaçı torpaq sahəsinin bir tərəfi açıqdır və çəpərə alınmamışdır. Lakin onun mülkiyyətindəki torpaq sahəsinin cənubi-şərq hissəsindən 5340 kv. metri digər şəxs tərəfindən istifadə olunur. İddiaçı Şamaxı rayonu, Avaxıl Bələdiyyəsinin qərarı ilə verilmiş və 28 noyabr 2005-ci ildə 41010058 seriya ilə qeydə alınmış Dövlət Aktında göstərilən 2,80 ha torpaq sahəsinin və Cavabdeh Şamaxı bələdiyyəsinin qərarı ilə 1 ha tikinti, 1 ha kənd təsərrüfatı məqsədi ilə verilmiş və dekabr 2004-cü il tarixdə JN-246 kod 41010058 seriya ilə qeydə alınmış dövlət aktında göstərilən cizgilər daxilində torpaq sahəsinin sənədlər üzrə deyil, naturada istifadə etdikləri torpaqların bir hissəsi üst-üstə düşür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2014-cü il tarixli, 5134 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssis rəyini və mülki işdə olan sənədləri nəzərə alaraq, iddiaçı V.A.X6 bələdiyyəsinin qərarı ilə 0,20 ha tikinti, 2,80 ha kənd təsərrüfatı məqsədi ilə verilmiş 28 noyabr 2005-ci il tarixli, 346 Kod 41010058 seriya ilə qeydə alınmış Dövlət Aktında cizgi daxilində olan torpaq sahəsinin və Cavabdeh Şamaxı rayon Avaxıl bələdiyyəsinin qərarı ilə 1,0 ha tikinti, 1,0 ha r kənd təsərrüfatı məqsədi üçün verilmiş 17 dekabr 2004-cü il tarixli JN N:246 058 seriya ilə qeydə alınmış Dövlət Aktında göstərilən cizgilər torpaq sahələrinin sənədlər üzrə deyil, naturada istifadə etdikləri sahələrinin üst-üstə düşməsi, İddiaçı mülkiyyətindəki torpaq sahəsinin 304 kv.metr hissəsinin Cavabdeh çəpərə aldığı torpaq sahəsinin hüdudları daxilində, Cavabdeh mülkiyyətindəki torpaq sahəsinin 704 kv.metr hissəsinin isə İddiaçı çəpərə aldığı torpaq sahəsi hüdudları daxilində qalması, üst-üstə düşən torpaq sahələrində tikinti işlərinin aparılmaması müəyyən edilir. Mütəxəssis rəyində əlavə olaraq göstərilmişdir ki, Cavabdeh mülkiyyətinə aid torpaq sahəsinin 6252 kv.metr hissəsindən başqa fiziki və ya hüquqi şəxs tərəfindən istifadə olunur. Cavabdeh ona məxsus torpaq sahəsinə bitişik Avaxıl bələdiyyəsinin mülkiyyətinə aid 5972 kv.metr torpaq sahəsini çəpərə almışdır. Cavabdeh faktiki istifadəsində 2,0 hektar torpaq sahəsi vardır. İddiaçı mülkiyyətindəki torpaq sahəsinin bir tərəfi açıqdır və çəpərə alınmışdır. Lakin onun mülkiyyətindəki torpaq sahəsinin cənubi-şərq hissəsindən 5340 kv. metr digər şəxs tərəfindən istifadə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2019-cu il tarixli, 32623 saylı ekspert rəyindən görünür ki, mülki iş üzrə verilmiş mütəxəssis rəylərində göstərilən mübahisəli sahələri plan-cizgiləri və həmin sahələrə dair verilmiş koordinatları fərqli olduğuna və mütəxəssis rəylərinin nəticələri arasında zidiyyətlər olduğuna görə, hazırkı ekspertiza qarşısında qoyulmuş sual üzrə tədqiqat aparılıb rəy verilməsi mümkün deyildir. Göstərilən məsələ son nəticədə ilkin sənədlərdə olan baza məlumatları ekspertizaya təqdim edildikdən sonra mütəxəssisin iştirakı ilə baxış keçirilərək müqayisəli şəkildə tədqiq olunduqdan sonra həll edilə bilər. İşə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 avqust 2019-cü il tarixli, 80 saylı mütəxəssis rəyindən görünür ki, tərəflərə məxsus torpaq sahələri sənəd üzrə qonşuluqda yerləşməklə aralarında 5-7 metrlik boş zolaq yerləşir. Cavabdeh tərəfindən ərazisi dəmir torla çəpərə alınarkən müəyyən dərəcədə səhvə yol verilmiş və o boş zolağa və iddiaçının ərazinin 300 kv.metrinə müdaxilə etmişdir. Cavabdeh tərəfindən İddiaçı məxsus çəpərə alınmış sahədə tikinti işləri aparılmamışdır. Müdaxilə olunmuş hissə Cavabdeh torpaq sahəsinin cənubunda. İddiaçı torpaq sahəsinin isə şimal hissəsindədir. Cavabdeh 11 noyabr 2011-ci il tarixdə verilmiş 383 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatlar kameral şəraitdə dəqiqləşdirilərkən məlum oldu ki, onun mülkiyyətində olan torpaq sahəsinin cizgisi həmin plan ölçüdə uzunluq hissədən qısaldılaraq en hissədən artırılmışdır. Lakin həmin en hissədən ölçülərin artırılması zamanı iddiaçının yerinə müdaxiləyə yol verilməmişdir. En hissədən artırılma ətrafda olan boş, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin hesabına aparılmışdır. Araşdırmanın nəticəsində məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi tərəflərə məxsus hüquqvericı sənədlərə əsasən üst-üstə düşmür. Mübahisəli torpaq sahəsi üzərində tikinti işləri aparılmamışdır. İddiaçı JN 0346 saylı dövlət aktı ilə mülkiyyətində olan 3,0 hektar torpaq sahəsinin 300 kv. metri Cavabdeh tərəfindən dəmir torla çəpərə alınmışdır, həmin hissədə tikinti işləri aparılmamışdır Müdaxilə olunmuş hissə Cavabdeh torpaq sahəsinin cənubunda, İddiaçı torpaq sahəsinin isə şimal hisəsindədir. Torpağın mülkiyyət hüququna dair 28 noyabr 2005-ci il tarixli JN 0346 seriyalı 41010058 kodlu dövlət aktı ilə müəyyən edilmiş torpaq sahəsinin plan və cizgiləri, torpağın mülkiyyət hüququna dair 17 dekabr 2004-cü il tarixli JN 0246 seriyalı 41010058 kodlu dövlət aktı ilə müəyyən edilmiş torpaq sahəsinin planı və cizgiləri ilkin sənədlərdə olan baza məlumatları əsasında (mülki işin 164-173-cü səhifəsində olan) müqayisəli şəkildə tədqiq edilərkən məlum oldu ki, həmin sənədlər baza məlumatlarına uyğun hazırlanmışdır. Cavabdeh 11 noyabr 2011-ci il tarixdə verilmiş, 383 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş koordinatlar kameral şəraitdə dəqiqiəşdirilərkən məlum oldu ki, onun mülkiyyətində olan torpaq sahəsinin cizgisi həmin plan ölçüdə uzunluq hissədən qısaldılaraq en hissədən artırılmışdır. Lakin, həmin en hissədən ölçülərin artırılması zamanı iddiaçının yerinə müdaxiləyə yol verilməmişdir. En hissədən artırılma ətrafda olan boş, bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin hesabına aparılmışdır. Həmin Komitə tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsünün nəyin əsasında dəyişdiriməsi barədə iş materiallarına sənəd əlavə edilmədiyindən bu hissədə araşdırma aparmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2019-cu il tarixli, 14864 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən iş materiallarındakı məlumatlara əsasən Cavabdeh məxsus 2,0 ha torpaq sahəsinə dair eyni nömrəli və tarixli (JN246 KOD 41010058 xx.xx.2004) dövlət aktı və 375102 saylı, 11 noyabr 2011-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində eyni torpaq sahəsinə dair qeyd edilən koordınatlar, eləcə də torpaq sahələrinin konfiqurasiyası bir-birindən fərqli olduğuna, Dövlət Yerquruluşu Layihə İnstitutunun, DTXK-nın Şamaxı rayon şöbəsinin və Avaxıl bələdiyyəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2013-cü ıl tarixli aktın məlumatlarına, həmçinin tədqiq olunan hər iki torpaq sahələrinə dair ilkin arxiv sənədləri, dövlət aktları, koordinat nöqtələri olduğu halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi müəyyən edilmədiyinə, eləcə də ayrı-ayrı suallar üzrə mütəxəssis aktlarında göstərilən faktlar bir-birinə uyğun olmadığına görə, tədqiqat aparılması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24 oktyabr 2019-cu il tarixli, **********40 saylı mütəxəssis rəyindən görünür ki, mülki işə əlavə edilmiş iddiaçıya JN-0346 saylı dövlət aktı ilə mülkiyyətinə verilmiş 3.0 hektar torpaq sahəsi ilə naturada torpaq ıstifadəçılıyı arasında uyğunsuzluq olduğundan və eyni zamanda Cavabdeh JN-0246 saylı Dövlət aktı ilə verilmiş 2.0 hektar torpaq sahəsi ilə naturadakı torpaq istıfadəçiliyi arasında uyğunsuzluq olduğundan üst-üstə düşməni müəyyən etmək mümkün olmamışdır. İddiaçı və cavabdeh tərəfindən naturada istifadə edilən torpaq sahələrinin sərhədləri müəyyən edilmiş, iddiaçı və cavabdeh tərəfindən istifadə olunan torpaq sahələri naturada üst-üstə düşmür. Eyni zamanda iddiaçı və cavabdehin naturada istifadə etdikləri torpaq sahələri arasında olan sərhəd metal torla hasarlanmışdır. İddiaçı tərəfindən naturada mübahisələndirilən torpaq sahəsi cavabdehin istifadəsində olmaqla tikintilər mövcuddur. JN-0346 saylı Dövlət aktına əsasən İddiaçı Abasəlı oğlunun mülkiyyətinə verilmiş 3.0 hektar torpaq sahəsinin ilkin torpaqayırma sənədləri mülki işə əlavə edilməmişdir. Eyni zamanda bildirilir kı, iddia olunan torpaq sahəsinin zəbt edilibedilməməsini müəyyənləşdirmək mütəxəssis səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh 11 noyabr 2011-ci il tarixdə verilmiş 383 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü hansı baza məlumatları əsasında verilərək dəyişdirilməsini müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Cavabdeh müraciəti əsasında 29 aprel 2016-cı il tarixdə tərtib edilmiş akt JN 0246 saylı Dövlət aktı ilə verilmiş 2,0 ha il tarixdə tərtib edilmiş akt JN-0246 saylı Dövlət aktı ilə verilmiş 2 0 ha torpaq sahəsi naturada tanıdılmışdır. Kameral araşdırma zamanı məlum olmuşdur ki, naturada tanıdılmış torpaq sahəsi ilə faktiki istifadədə olan torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu mövcuddur. Mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri başa çatdıqdan və torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra mümkün olacaqdır. Yenə də işə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 10/1266 saylı rəyindən görünür ki, Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004cü il tarixli, 19 saylı qərarına əsasən Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 3,00 hektar torpaq sahəsinə dair tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN 0346 saylı, 41010058 kodlu “Dövlət aktı”nın Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə İddiaçı ayrılmış torpaq sahəsinin ilkin torpaq ayırma sənədinə uyğun olduğu müəyyən olunur. Lakin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyində JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin bütün sərhədləri müəyyən olunmadığından, İddiaçı məxsus torpaq sahəsinin JN 0346 saylı, 41010058 kodlu dövlət aktına uyğun naturada öz yerində olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********27 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin mübahisəli hissədə olan sərhəd xətti istisna olmunmaqla digər sərhədlərinin JN 0246 saylı, 41010058 kodlu “Dövlət aktı”na uyğun olmadığı müəyyən olunur. Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarına əsasən Cavabdeh Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 2,00 hektar torpaq sahəsinə dair iş materillarında (1-ci cild, səh 29-32 də) olan torpağa mülkiyyət hüququna dair JN 0246 saylı, 41010058 kodlu “Dövlət aktı”nın Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentya br 2004-cü il tarixili, 16 saylı qərarı ilə Cavabdeh ayrılmış torpaq sahəsinin ilkin torpaq ayırma sənədinə uyğun olduğu müəyyən olunur. Eyni zamanda qeyd olunur ki, Cavabdeh məxsus iş materiallarında olan 1-ci cild, səh 37-40 da göstərilmiş JN 0246 saylı, 41010058 kodlu “Dövlət aktr’nın və 1-ci cild, səh 41-42 də göstərilmiş AN 375102 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ekspertizaya təqdim edilmiş Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarı ilə Cavabdeh ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədinə uyğun olmadığı müəyyən olunur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********27 saylı, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, İddiaçı məxsus JN-346 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin 0,042 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Eyni zamanda Cavabdeh məxsus JN-246 Dövlət Aktı ilə verilmiş torpaq sahəsinin 0,064 ha hissəsi İddiaçı tərəfindən istifadə olunur. Həmin üst-üstə düşən sahələrdə hər hansı tikintilər müəyyən olunmamışdır. Mütəxəssis rəyinə əsasən, Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarı ilə İddiaçı Şamaxı rayonu, Avaxıl kəndində ayrılmış 3.0 hektar torpaq sahəsində naturada ölçmə işlərinin aparılması mümkün olmadığından kənar şəxslər tərəfindən hər hansı formada müdaxilə olub-olmaması bilinməmişdir. Mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə əsasən, iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin arasında 5-7 metrədək yol məqsədilə məsafə saxlanılmışdır. Həmin yol kimi saxlanılan torpaq sahəsi dəmir torla çəpərə alınmışdır. Rəyə əlavə edilmiş sxemdən görünür ki, tərəflər arasında yol kimi saxlanılmış sahə mübahisəli hissədə (cavabdeh tərəfindən əlavə istifadə olunan 0,042 ha torpaq sahəsinin yerləşdiyi hissədə) Cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Şamaxı rayonu Avaxıl Bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 16 saylı qərarı ilə Cavabdeh Şamaxı rayonu Avaxıl kəndində bələdiyyənin ehtiyat fondundan (1 ha tikinti, 1 ha kənd təsərrüfatı təyinatlı) 2 ha torpaq sahəsi, 29 oktyabr 2004-cü il tarixli, 19 saylı qərarıyla isə İddiaçı Şamaxı rayonu Avaxıl kəndində bələdiyyənin ehtiyat fondundan (0,20 ha tikinti, 2,80 ha kənd təsərrüfatı təyinatlı) 3 ha torpaq sahəsi ayrılmışdır. Tərəflər bu torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlər almışlar. Belə ki, Cavabdeh torpağa mülkiyyət hüququna dair JN 0246 saylı, 41010058 kodlu dövlət aktı, İddiaçı isə torpağa mülkiyyət hüququna dair JN 0346 saylı, 41010058 kodlu dövlət aktı almışdır. İş materiallarından görünür ki, hər iki sahə qonşuluqda yerləşirlər və müəyyən xətt üzrə kəsişirlər. Hazırda məhkəmə kollegiyası İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin cavabdehin ona məxsus torpaq sahəsinidə inşa etdirdiyi kotteclərin, tikililərin sökülməsi barədə tələbi araşdırır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2022-ci il tarixli, 10/3494 saylı məktubundan görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmaması səbəbindən, Şamaxı rayonu, Avaxıl bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli 19 saylı qərarına əsasən İddiaçı Şamaxı rayonu, Avaxıl kəndindlə ayrılmış 3,00 hektar torpaq sahəsi, həmin JN 0346 saylı, 41010058 kodlu «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»nın naturaya uyğun gəlibgəlməməsi araşdırmaq mümkün olmamışdır. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, 4 ədəd tikilinin Cavabdeh verilmiş JN 0246 saylı, 41010058 kodlu «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»nın hüdudları daxilində 1 ədəd tikilinin isə sözügedən Dövlət Aktları ilə verilmiş torpaq sahələrinin arasında nəzərdə tutulmuş mühafizə zolağında yerləşməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırkı mübahisə Cavabdeh iddiaçıya məxsus olan tikilidə kotteclərin və tikilinin sökülməsi hissəsində araşdırıldı üçün, hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və bu hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddia inşa etdiyi kotteclərin, tikililərin sökülməsi hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda İddiaçı bu hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmiş və buna görə də onun iddiası bu hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi torpaq sahəsinidə inşa etdirdiyi kotteclərin, tikililərin sökülməsi hissəsində faktlar nöqteyinəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin iş üzrə 04 iyun 2020-ci il tarixli 2(026)-03/2020 nömrəli qətnaməsi torpaq sahəsində tikilən kottec və tikililərin sökülməsi hissəsində ləğv edilsin. İddiaçı Abasəli oğlunun Cavabdeh qarşı torpaq sahəsində tikilən kottec və tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1122/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1122/2022
17.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver