Məhkəmə qərarları › İş №2(105)-1131/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1131/2022

14.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1131/2022 14.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1, Cavabdeh2 Oqtay oğlunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması, qeydiyyatın ləğvi və mənzildən çıxarılma tələbinə dair ilk, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı alğı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(060)-120/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(060)-120/2022 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması, qeydiyyatın ləğvi və mənzildən çıxarılma tələbinə və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı alqı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair iddiaları təmin edilməmişdir (hakim Aynur Behbudova). Qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(060)-120/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oqtay oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməklə cavabdehlərin və digər şəxslərin mənzili boşaldaraq (çıxardılaraq) ona təhvil verilməsi, mənzildən istifadə etdikləri üçün iş üzrə qətnamə icra olunan günə qədər hər ay üçün 316,44 manat aylıq kirayə haqqı hesablanmaqla müştərək qayda cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oqtay oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada tutularaq ona ödənilməsi və vəkilə ödənilmiş 800 manat xidmət haqqı və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək yetkinlik yaşına çatmayan Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı alğı-satqı və ipoteka müqavilələrinin etibarsız sayılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Sumqayıt şəhəri, H.Zeynalabdin qəs., d/y yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzilinin Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanmış xx.xx.2015-ci il Daşınmaz Əmlakın alğı-satqı və İpoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: İddiaçı qətnaməni əsassız və qanunsuz hesab edərək ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xazhiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyət hüququ məhkəmə tərəfindən ciddi şəkildə pozulmuşdur. İddianın bir hissəsini sübut edə bilmirlər və bunu qəbul edirlər, buna dair sənəd yoxdur. Cavabdeh6 ölümündən istifadə edən ailə üzvləri öhdəliklərini icra etməmiş, kirayə haqqını iddiaçının adından ödəniş olaraq banka ödəməmişlər. Bu gün bu faktı təsdiq edən hər hansı müqavilə yoxdur. Amma bu o demək deyil ki, şəxs kirayə haqqını ödəməməlidir. Burada hüquqdan sui-istifadə halı var. İddiaçı hərbiçidir, hazırda Şuşa şəhərində xidmət edir və evi kirayəyə verib. Lakin qarşı tərəf şifahi olaraq üzərinə götürdüyü öhdəliyi icra etmir, məhkəmədə işin uzanmasından istifadə edir və evi təhvil vermir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(060)-120/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiasının iclasında Cavabdeh2 Oqtay oğlunun vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin atasının banka borcu olub, bu zaman dəllalla məsləhətləşiblər. Onun məsləhətinə əsasən iddiaçı hərbiçi olduğundan adına 5000 manat müqabilində aşağı faizlə kredit götürüblər. Bundan sonra iddiaçı mərhum Cavabdeh6 30 illik etibarnamə verib. Sonradan etibarnamə Cavabdeh2 adına rəsmiləşdirilib. Evin texniki pasportu, qeydiyyat vəsiqəsi və bank sənədləri var. Yəni tərəflər arasında uydurma müqavilə bağlanıb. Müvəkkili ödənişləri mütəmadi olaraq edib. Sadəcə pandemiya zamanı ödənişlər dayanıb. İddiaçı məcburən ödənişləri özü edib. İndi dəllalı axtarırlar, çünki krediti ödəyəndən sonra təxminən 10000 (on min) manat artıq pul qalıb. Müvəkkilinin atası pulu bankdan götürəndə həmin dəllal pulu onun əlindən alıb. Cavabdehin atası öz oğlu da hərbçi olduğu üçün susub. Sonra da dünyasını dəyişib. Yəni tərəflər arasında kirayə verməyə dair hüquq münasibəti olmayıb. Qeyd etdilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(060)-120/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(060)-120/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər Xeyransa Əmirxan qızına, X1, Cavabdeh9n rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı X2 apellyasiya şikayətindən görünür ki, o, Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(060)-120/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Yəni qətnamənin ilkin iddia tələbinin təmin edilməməsinə dair hissədə mübahisələndirir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə müzakirə edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilməli, ilkin iddia tələbi qismən, cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməklə mənzildən çıxarılaraq (boşaldılaraq) iddiaçıya təhvil verilməsinə dair hissədə təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 487 saylı forma-2 arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 Oqtay oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 ünvan 2 ünvanına qeydiyyatdadırlar. İş materiallarında olan 24 dekabr 2015-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, d/y yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzilini Cavabdeh6 Firidun oğlundan 56000 manata almış, mənzilin dəyərinin 15000 manatını özü, 41000 manatı isə kreditor - ipoteka saxlayan "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 0781179№-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Müəyyən edilmişdir ki, iddia tələbi üzrə tərəflər arasında bağlanılmış alğı-satqı və ipoteka müqaviləsi 24 dekabr 2015-ci il tarixdə bağlanması və həmin müqavilədən irəli gələrək İddiaçı tərəfindən iddia tələbinin hüquqi əsası kimi şifahı razılaşma əsasında bağlanılmış kirayə müqaviləsi, həmin müqavilədən çıxış edərək kirayə haqqını ödəmədikləri üçün onların evdən çıxmalarını tələb etsə də müqavilənin şərtlərində və həqiqətən elə bir razılaşmanın olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi dəlilləri təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasında iddiaçı tərəfindən ödənişlərin onun tərəfindən ödənilməsinə istinad olunsa da ödənişlərin müəyyən bir qisminin cavabdeh tərəfindən ödənilməsini təsdiq edən qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili Vəkil2 məhkəməyə 24 sayda ödəniş qəbzləri təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM 567). Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəyə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Qanunun 10.8-ci maddəsinə əsasən ipoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinin tələbinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə iddianı və qarşılıqlı iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin ilk iddia tələbinin təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1, Cavabdeh2 Oqtay oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 ünvan 2 ünvanına qeydiyyatdadırlar. İş materiallarında olan 24 dekabr 2015-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, d/y yaşayış massivində yerləşən 3 saylı evin 27-ci mənzilini Cavabdeh6 Firidun oğlundan 56000 manata almış, mənzilin dəyərinin 15000 manatını özü, 41000 manatı isə kreditor - ipoteka saxlayan "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, 0781179№-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olaqn xx.xx.2015-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin 2.2.4-cü maddəsindən görünür ki, mənzilin satıcısı (X3) öhdəsinə götürmüşdür ki, müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən otuz gün müddətində ipoteka predmetindən qeydiyyatda olan şəxslərlə birlikdə (satdığı mənzildən) qeydiyyatdan çıxacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Müəyyən edilmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir və onun həmin evdən tam istifadə etmək hüququ vardır. Lakin cavabdehlərin həmin evdə yaşaması onun hüquqlarını məhdudlaşdırır, istifadəsinə maneçilik törədir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin İddiaçı məxsus olan evdə hazırki müddətə qədər yaşaması nəticəsində mülkiyyətçinin qanunun qeyd olunan tələbinə uyğun qaydada tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməməsi, onun bu hüquqdan istifadə imkanının cavabdehlərin həmin mənzildən qanunsuz istifadə etməsi ilə məhdudlaşdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməklə onların mübahisəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair hssədə əsaslı olduğu üçün iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi mənzildən istifadə etdikləri üçün iş üzrə qətnamə icra olunan günə qədər hər ay üçün 316,44 manat aylıq kirayə haqqı hesablanmaqla müştərək qayda cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oqtay oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 müştərək qaydada tutularaq ona ödənilməsi və vəkilə ödənilmiş 800 manat xidmət haqqına dair hissədə öz təsdiqini tapmadığından, buna dair hər hansı bir sübut (müqavilə və ya razılaşma) olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, onların mənzildən çıxarılması, boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair hissədə təmin etməməkdə haqlı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, prosessual hüquq normalarına əməl etməyərək etibarnamənin etibarsız hesab edilməsini qətnamədə əsaslandırmamış, əqdin etibarsızlığı üçün hazırki iş üzrə heç bir əsas olmadan Mülki Məcəllənin 337.1, 337.2, 337.5, 339.1, 339.2, 339.3-cü maddələrini tətbiq etməklə maddi hüquq normalarını pozmuşdur. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin hazırki iş üzrə tətbiq edilməli olmayan 337.1, 337.2, 337.5, 339.1, 339.2, 339.3-cü maddələrini tətbiq etməklə maddi və prosessual hüquq normalarını pozulması ilə qətnamə qəbul etmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 3851.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyi üçün iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(060)- 120/2022 nömrəli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilməli, ilkin iddia tələbi qismən, cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılaraq (boşaldılaraq) iddiaçıya təhvil verilməsinə dair hissədə təmin edilməli. cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oqtay oğlu, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli, cavabdehlər C Cavabdeh1, Cavabdeh2 Oqtay oğlu, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya qismən şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(060)-120/2022 nömrəli qətnaməsi qismən, ilkin iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilsin. İddiaçı ilkin iddia tələbi qismən, cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzildən çıxarılaraq (boşaldılaraq) iddiaçıya təhvil verilməsinə dair hissədə təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Oqtay oğlu, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər C Cavabdeh1, Cavabdeh2 Oqtay oğlu, Cavabdeh3, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar