Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1143/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı , Cavabdeh nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri tələbi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-95/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-95/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pulun İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim İlkin Xəlilov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsinin onun qanunsuz sahibliyindən alınaraq ona verilməsi, mülkiyyətində olan mətbəx və evin istifadəsinə maneəçilik törədən halların aradan qaldırılması və ona vurulmuş 5000 manat məbləğində maddi zərərin və 10000 manat mənəvi zərərin, həmçinin rüsum kimi ödədiyi 30 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanda yerləşən ev atası X3 mülkiyyətindədir. Hazırda həmin evdə qardaşı Şakir öz ailəsi ilə yaşayır. Atası 1995-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra həmin evi vərəsəlik yolu ilə onlar qəbul edərək sahiblik edirlər. Cavabdeh qonşularıdır. Vərəsəlik yolu ilə onların sahibliyində keçmiş ev 2 mərtəbəli, 4 otaqlı olmaqla 0,07 ha həyətyanı torpaq sahəsində tikilmişdir. Həmin evin texniki pasportu işlənmişdir. Cavabdeh köhnə evini söküb təzə ev tikmişdir. Həmin evin bir divarını onunla sərhəd xəttində tikmişdir. Halbuki həmin yerdə onun tərəfində tikdiyi mətbəx sərhəd xəttindən 50 sm aralı tikmişdir. Cavabdeh evi tikərkən ona izah etmişdir ki, evin ona tərəf divarı sərhəd xəttindən 50 sm və ya 1 metr aralı olmalıdır ki, qonşulara maneə olmasın. Lakin cavabdeh onların təkidlərinə baxmayaraq öz evinin onlara tərəf divarını aralarındakı sərhəd xəttində tikmişdir. Bundan əlavə onun mətbəxinin arxasında saxladığı 50 sm enində olan sahəni zəbt edib bağlamışdır ki, bu da mətbəxin arxasına keçib müəyyən işləri görməsini məhdudlaşdırmışdır. Hazırda cavabdeh tərəfindən tikilən evin damından axan yağış suları mətbəxinin və evinin divarlarının dibinə tökülür, bunun nəticəsində divarlar dağılaraq yararsız hala düşür. Bu barədə cavabdehi dəfələrlə xəbərdar etsə də, bir nəticəsi olmamışdır. Hazırda cavabdeh onunla sərhəd xəttindən mətbəx otağına kimi sərbəst saxladığı 50 sm enində, 12 metr uzunluğunda sahəni dəmir setka ilə bağlamışdır. Cavabdeh ona məxsus torpaq sahəsini qanunsuz zəbt edərək mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə heç bir araşdırma aparmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İş üzrə alınmış ekspert rəyi də tam deyildir. Əlavə ekspertiza keçirilməsinə dair vəsatəti də nəzərə alınmamışdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-95/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X14 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, təmsil etdiyi şəxs mülkiyyətində olan torpaq sahəsindən istifadə edir, iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmir. İddiaçı ilə onun evinin arasında tikinti normalarına uyğun məsafə vardır. O, iddiaçının ərazisindən istifadəsinə heç bir maneçilik göstərmir. Qeyd edilən xüsusatlar ekspert rəyi ilə də təsdiq edilir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-95/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-95/2020 saylı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İş materiallarında olan XİV-JQ seriyalı 326661 kodlu doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı Mamməd oğlu xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Onun atası X10, anası X2r. İş materiallarında olan İV-JQ seriyalı 417019 kodlu ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X12 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 472484 kodlu ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan texniki pasportdan müəyyən olunur ki, Xudat şəhəri, Kirov (Tağıyev) küçəsi 91 ünvanında yerləşən fərdi yaşayış evi X7 mülkiyyətindədir. İş materiallarında olan texniki pasportdan müəyyən olunur ki, Xudat şəhəri, Kirov (Tağıyev) küçəsi 89 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan JN-1051F seriyalı 30202001 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayonu X9 xx.xx.1998-ci il tarixli 08 saylı qərarı əsasında Cavabdeh, X11, X8 və X1 mülkiyyətinə Xaçmaz rayonu, Xudat şəhəri ərazisində 0,06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 10/2129 saylı ekspert rəyindən X7 mülkiyyətində olan Xudat şəhəri, Kirov (Tağıyev) küçəsi ev 91 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin hər hansı bir hissəsindən Cavabdeh tərəfindən istifadə olunmadığı və tikili inşa edilmədiyi müəyyən olunur. Cavabdeh tərəfindən tikilən evin damının iddiaçıya tətəf olan hissəsi navalça ilə təmin olunduğundan, həmin evin damından axan yağış suları nəticəsində X7 mülkiyyətində olan Xudat şəhəri, Kirov (Tağıyev) küçəsi 91 ünvanında yerləşən evə zərər dəyməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunur. X7 mülkiyyətində olan Xudat şəhəri, Kirov küçəsi ev 91 ünvanında yerləşən evdən iddiaçının istifadə etməsinə cavabdeh tərəfindən maneə törədilib-törədilməməsi məhkəmə tərəfindən qiymətlədirilə bilər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinad edərək iddia tələbini təmin etməmiş, gəldiyi nəticni aşağıda qeyd edilən maddi hüquq normalarına istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X13 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, iddiaçı iddia tələbini əsaslandıra bilməmiş, əksinə iddiaçının dəlilləri keçirilmiş ekspertizanın nəticəsinə dair ekspert rəyi ilə təkzib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş ekspert rəyindən müəyyən edilir ki, cavbadeh iddiaçıya məxsus torpaq sahəsinin hər hansı hissəsini zəbt etməyib. Bununla da iddia tələbinin zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması barədə hissəsi təkzib edilir. İddia tələbinin digər hissələri, maneənin aradan qaldırılması və ziyan tələbinə dair hissəsi zəbt olunmuş torpaq sahəsinin geri alınmasına dair tələbdən doğan tələblər olduğundan və iddia tələbi ilk hissədə təmin edilmədiyindən digər hissələr də təmin edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə görə haqlı olaraq ekspertiza xərcininin iddiaçıdan tutulması və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə"xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)- 95/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, , 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(067)-95/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1143/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1143/2021
16.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver