Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1145/2021 10.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-2111/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mirasın qəbulu faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatında Cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-2111/2020 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır (hakim İ.Xəlilov). Qərardaddan narazı qalan Cavabdeh ondan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-2111/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə Cavabdeh qərardaddan verdiyi şikayəti bununla əsaslandırmışdır ki, qərardad qanunsuzdur və orada göstərilənlər həqiqətə uyğun deyil. Belə ki, qarşılıqlı iddianın verilməsinə səbəb olmuş hallar xx xxxxxx 2020-ci il tarixdə ona məlum olmuşdur və bu barədə məlumatı olan vaxtdan o, vəkilinə müraciət etmişdir. Vəkili üzürlü səbəbdən xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edə bilmədiyinə görə o, onun tərtib etdiyi qarşılıqlı iddia ərizəsini bir neçə gün sonra almışdır. xx xxxxxx 2020-ci il tarixli məhkəmə baxışı iclası pandemiya səbəbindən keçirilməmişdir. xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclası keçirilsəydi, o, qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edəcəkdi. Həmin gün təyin edilən məhkəmə iclası ondan asılı olmayan səbəblərə görə baş tutmamışdır və qarşılqılı iddia ərizəsini eyni tarixdə poçt vasitəsilə məhkəməyə göndərmişdir. Göründüyü kimi, qarşılqılı iddia ərizəsi MPMnin 129.4-cü maddəsinin tələblərinə tam uyğun olsa da, məhkəmə onu əsassız olaraq geri qaytarmışdır. Buna görə də qərardad ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Ofisi müəyyən edilmiş qaydada məlumatlandırılmışlar, lakin İddiaçı ünvanına göndərilmiş bildiriş iş materiallarında qeyd edilən ünvanda yaşamaması səbəbindən geri qaytarılmış, Notariat Ofisinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının və Xaçmaz rayon 1 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və cavabdehin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-2111/2020 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxxx 2020-ci ildə, məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş, tərəflər məhkəmə iclasında iştirak etmiş, çahidlər dindirilmiş, növbəti iclas xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə cavabdehin vəkili teleqramla məhkəməyə müraciət edərək, iclasın təxirə salınmasını xahiş etmişdir və növbəti məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. həmin tarixdə isə hakimin məzuniyyətdə olması səbəbindən məhkəmə iclasının keçirilməsi mümkün olmamış və xx xxxxxx 2020-ci ilə təyin edilmişdir. cavabdehin qarşılıqlı iddia ərizəsi məhkəməyə poçt vasitəsilə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Yenə həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Eyni Məcəllənin 156-cı maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Qeyd edildiyi kimi, Cavabdeh qarşılqılı iddianı işin baxılmasına başlanana kimi yox, bundan sonra vermişdir. Bundan başqa, cavabdeh qarşılıqlı iddianın verilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsini əsaslandıra bilməmişdir. Digər tərəfdən, işdən görünür ki, qarşılıqlı iddia ərizəsinin əvvəlində tələbin vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair olması göstərilsə də, nəticə hissəsində konkret tələb göstərilməməklə iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir, halbuki MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində (qarşılqılı iddia ərizəsində) iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunan normalar əsasında mülki işin materiallarını əlaqəli şəkildə araşdırarkən müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qarşılqılı iddianın geri qaytarılması barədə nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən qanunvericiliyin tələbləri düzgün qiymətləndirilmiş, prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Barəsində şikayət verilmiş məhkəmə qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası MPM-nin 398.0. və 398.0.1. maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-2111/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-2111/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1145/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1145/2021
10.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver