Məhkəmə qərarları › İş №2(105)-1152/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1152/2023

17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1152/2023 17.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(031)-935/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın qismən təmin edilməsi, Cavabdeh 08 sentyabr 2022-ci il tarixdən başlayaraq 17 yanvar 2006-cı il təvəllüdlü X2, 05 iyun 2008-ci il təvəllüdlü X3 və 16 dekabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərardadı ilə Cavabdeh buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi, Şabran Rayon Məhkəməsinin 2(031)-935/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilməsi, Cavabdeh apellyasiya şikayəti mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərardadı ilə İddiaçı Şabran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli 2(031)-935/2022 nömrəli qərardadının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməsi, İddiaçı şikayəti mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh hər uşaq üçün ayda 193 manat sabit pul məbləğində alimentin tutulub 17 yanvar 2006-cı il təvəllüdlü X2, 05 iyun 2008-ci il təvəllüdlü X3 və 16 dekabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Şabran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qərardadından şikayət verərək, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)-935/2022 nömrəli qərardadını ləğv edilərək apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, mülki iş üzrə Cavabdeh müddətin bərpası üçün ərizəsində göstərdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, cavabdeh qeydiyyatda olduğu Şabran şəhəri Z.Məmmədov küçəsi ev 23-də deyil, 3 sotlar məhəlləsində anasının yanında yaşayır. Onun tərəf olduğu məhkəmə qətnaməsini anasının və ya başqası tərəfindən alınmasından xəbəri olmamış və məhkəmə sənədi ona verilməmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-935/2022 nömrəli xx.xx.2022 saylı qətnaməsini o xx.xx.2023-cü il tarixində məhkəmədən əldə etmişdir. Tərəfindən "xxxx" MMC-nin Şabran poçt filialına müraciət olunaraq məsələ ilə bağlı araşdırma aparılmasını xahiş etmişdir. Şabran poçt filialının rəisi Ə.Ocaqov tərəfindən poçtalyonun izahatı alınmışdır. X1 öz izahatında göstərmişdir ki, məhkəmə baxışı zamanı göndərilən sənədlər şəxsən Cavabdeh təqdim edilmişdir. Cavabdeh özü xahiş etmişdir ki, məhkəmədən gələn bütün sənədləri onun anasına çatdıra bilər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini əsaslı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə ərizəsi əsaslı olduğundan, ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli və onunla bağlı 19 aprel 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar