Məhkəmə qərarları › İş №2(105)-1157/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1157/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1157/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1611/2020 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi F.S.Manafov tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1611/2020 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, X7 və Cavabdeh6 qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsi boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə cavabdehlər X6, X7 və Cavabdeh6 qarşı mənzil qeydiyyatından çıxarılma tələbinə dair iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qət edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi F.S.Manafov apelyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-854/2020 saylı qətnaməsinin qismən ləğv edilib, cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh1 qızvı, Cavabdeh2, X2 Fariz Ağamirzə oğlu, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X10, X17, X11, X12 və X13 ünvan 2 ünvanında yerləşən yaşyış sahəsindən istifad hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh1 qızı, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X10, X17, X11, X12 və X13 həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(067)-289/2016 saylı qətnaməsinə əsasən Cavabdeh7 Məmmədli qızına məxsus ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçmiş və bu hüquq xx.xx.2020-ci il tarixdə DƏDRX-də qeydə alınmışdır. ünvan 2 ünvanda yerləşən yaşayış sahəsində qeydiyyatda olan cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, X7, Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X14, X17, X11, X12 və X18 yaşayış sahəsini 1 ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Ona görə də, cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X14, X17, X11, X12 və X13 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, X7 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X14, X17, X11, X12 və X13 həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair qətnamə qəbul ediməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi F.S.Manafov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu madələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 157.4-cü maddələrinə istinad etmiş və haqlı olaraq hesab etmişdir ki, cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməli, onlar həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı və yaşayış sahəsi boşaldılaraq, İddiaçıS C-yə təhvil verilməlidir. Çünki qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxlərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uygun hərəkət etmək səlahiyyətidir. Lakin daha sonra birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunur ki, “məhkəmə Cavabdeh7 Məmmədli qızının izahatından müəyyən etmişdir ki, cavabdehlər X6, X7 və İskəndərov X20 şəhəri 28 may küçəsi, ev 96 ünvanda yerləşən yaşayış evində qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar.İddiaçıçıq Səhmdar Cəmiyyəti tərəfindən də cavabdehlərin ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşamalarını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir”. Birinci instansiya məhkəməsi Cavabdeh7 Məmmədli qızının şifahi qaydada şöylədiklərini “mötəbər”, iddiaçının iddia ərizəsinə əlavə etdiyi yaşayış sahəsində qeydiyyatda olan şəxlərin siyahısına dair “Elektron notariat”X1 Çıxarışı “qeyri-mötəbər” sübut hesab edərək, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Qanunun 1-ci və 2-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinad edərək, iddianın cavabdehlər X6, X7 və Cavabdeh6 münasibətdə təmin edilməməli olması qənaətinə gəlmişdir. Yetkinlik yaşma çatmayanlar X10, X17, X11, X12 və Rəhimov Sadiq oğluna qarşı qoyulmuş tələblərə dair heç bir münasibət bildirməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qismən ləğv edilib, cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh1 qızvı, Cavabdeh2, X2 Fariz Ağamirzə oğlu, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X10, X17, X11, X12 və X13 ünvan 2 ünvanında yerləşən yaşyış sahəsindən istifad hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh1 qızı, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X10, X17, X11, X12 və X13 həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia ərizəsinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-289/2016 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh7 Məmmədli qızına və Cavabdeh8 qarşı kredit müqaviləsinin ləğvi, borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh7 Məmmədli qızı və Cavabdeh8 müştərək qaydada 17112.55 ABŞ dolları məbləğində əsas borc, 1898.12 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcunun müştərək qaydada tutulması və tələbin ipoteka predmeti olan ünvan 2 saylı ünvanda yerləşən yaşayış evinə yönəldilərək, evin ilkin satış qiymətinin 50.000 manat məbləğində qiymətləndirilməklə açıq hərracda satılaraq borcun ödənilməsinə yönəldilməsi və ipoteka predmetinin satışından artıq qalan hissənin qətnamənin icrasından sonra Cavabdeh7 Məmmədli qızına qaytarılması qət edilmişdir. xx xxxx 2019-cu il tarixli, 50/08 saylı protokoldan müəyyən olunur ki, Cavabdeh7 Məmmədli qızına məxsus ünvan 2 saylı ünvanda yerləşən yaşayış evi xx xxxx 2019-cu il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışının surətindən görünür ki, ünvan 2 saylı ünvanda yerləşən yaşayış evi tam mülkiyyət əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. xx.xx.2020-ci il tarixli, Elektron notariat X1 çıxarışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, X7, Cavabdeh6, X14, X17, X11, X12, X4 şəhəri 28 may küçəsi,ev 96 saylı ünvanda qeydiyyatdadırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh7 Məmmədli qızı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 14013-0545/479000 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsin üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh7 Məmmədli qızı mülkiyyətində olmuş ünvan 2 saylı ünvanda yerləşən yaşayış evini ipoteka müqaviləsinə əsasən bank qarşısında ipotekaya qoymuşdur. Borc ödənilmədiyindən bank məhkəməyə müraciət etmiş, kredit borcu ipoteka predmeti olan əmlaka yönəldilmiş və banka olan kredit borclarının ödənilməsi müəyyən edilmişdir. Sözügedən yaşayış evi hərracın yekunlarına dair protokola əsasən bankın mülkiyyətinə keçmiş, bankın adına müvafiq çıxarış alınmışdır. Bank mülkiyyət hüququnun təmin edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət edib evin boşaldılmasını və orada qeydiyyatda olan cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh1, Cavabdeh2, X6 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X14, X17, X11, X12 və X13 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4, X7 və Cavabdeh6, həmçinin yetkinlik yaşına çatmayan X14, X17, X11, X12 və X13 həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsinə dair qətnamə qəbul ediməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.1-ci maddəsində göstərilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-ci maddəsində göstərilir ki, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı bank mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdehlərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları qalmamışdır. Belə ki, ipoteka müqaviləsi tərəflər arasında notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyanla birlikdə digər ailə üzvləri ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər və ona görə də tutma ipoteka ilə yüklü edilmiş yaşayış evinə yönəldilmiş, iddiaçı bank evi açıq hərracdan almış və mübahisəli ev tam mülkiyyət hüququ ilə iddiaçı bankın mülkiyyətindədir. Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 münasibətdə təmin edilib, cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması nəticəsinə gəlsə də, cavabdehlər X6, X7 və Cavabdeh6 ünvan 1 ünvanda yerləşən yaşayış evində qeydiyyatda olsalar da, həmin evdə yaşamadıqlarını və İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərin ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşamalarını və həmin evdən istifadə hüquqlarının olmasını təsdiq edən mötəbər sübutların məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsində düzgün nəticəyə gəlməmiş və işin yuxarıda qeyd olunan halları ilə müəyyən olur ki, iddia həmin cavabdehlərə münasibətdə də təmin olmalıdır. Həmçinin iş materialları ilə müəyyən olur ki, X10 xx xxxxxx 2014-cü il, X17 xx xxxxxx 2015-ci il, X11 xx xxxxxx 2012-ci il, X12 xx xxxxxx 2013-cü il və X18 xx xxxxxx 2016-cı il təvəllüdlü olmaqla mübahisəli yaşayış evində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Həmin Məcəllənin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Elektron notariat” X1 xx xxxx 2020-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, X10 xx xxxxxx 2014-cü il, X17 xx xxxxxx 2015-ci il, X11 xx xxxxxx 2012-ci il, X12 xx xxxxxx 2013-cü il və X18 xx xxxxxx 2016-cı il təvəllüdlü olmaqla azyaşlıdırlar, yəni adları qeyd olunan uşaqlar azyaşlı omaqla yetkinlik yaşına çatmamışlar. Qanunla on səkkiz yaşı tamam olmuş şəxslər fəaliyyət qabiliyyətli hesab olunur. Lakin iş üzrə cavabdeh qismində qoyulmuş X10, X17, X11, X12 və X13 qanunvericiliyə əsasən prosessual fəaliyyət qabiliyyətli deyillər. Məhkəmə iclasında onların hüquqlarını qanuni nümayəndələri qorumalıdır. Hazırki halda cavabdehlər X10, X17, X11, X12 və X13 prosessual fəaliyyət qabiliyyətli olmadığından iddia tələbinin də onlara münasibətdə hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi həmin hissədə qanunvericiliyin tələbinə zidd olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi F.S.Manafovun apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X6, X7 və Cavabdeh6 qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilərək cavabdehlər X6, X7 və Cavabdeh6 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilib, onlar yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılmalı və yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməli, qətnamə - «cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin, onlar həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılsın və yaşayış sahəsi boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin,«İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X10, X17, X11, X12 və X13 yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi hissəsində təmin edilməsin» hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalı, iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X6, X7 və Cavabdeh6 müştərək qaydada tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi F.S.Manafovun verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1611/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X6, X7 və Cavabdeh6 qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər X6, X7 və Cavabdeh6 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin, yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılsın və yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Qətnamə - «cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin, onlar həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılsın və yaşayış sahəsi boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin,«İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X10, X17, X11, X12 və X13 yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi hissəsində təmin edilməsin» hissəsində qətnamə dəyişdirilmədən saxlansın. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh7 Məmmədli qızı, Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, X6, X7 və Cavabdeh6 müştərək qaydada tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar