Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1158/2022 30.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, ilkin iddiaçılar İddiaçı1, İddiaçı2, qarşılıqlı iddiaçı Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka paylarının müəyyən edilməsi barədə qarşılıqlı tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli, 2(067)-146/2022 nömrəli qətnaməsindən ilkin İddiaçı1 və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və sair tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərə aid edilməsi qət edilmişdir. İlkin İddiaçı1 və qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək babaları X6 miras qalmış mərhum X1 tərəfindən faktiki qəbud edilmiş, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsini və üzərində tikilmiş yaşayış evinin onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-355/2020 nömrəli qətnaməsi ilə X6 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinə münasibətdə mirasın Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə onların iştirakı olmadan, maraqlı şəxslər kimi onları işdə iştirak etməyə cəlb etmədən, xəbərləri olmadan qəbul edilmişdir. Sonradan qeyd olunan qətnamənin qəbul edilməsindən təsadüfən xəbər bilib apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-3018/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-355/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmuşdur və Cavabdeh mərhum atası X6 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinə münasibətdə mirasın onun tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə 0.06.ha həyətyanı torpaq sahəsinə və 1962-ci ildə tikilmiş yayış evinə mülkiyyət hüququnun tanınması barədə ərizəsi baxılmamış saxlanılmışdır. ünvan 3 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində tikilmiş yaşayış evinin X14 məxsus olmasının və bu iş üzrə digər faktların yuxarıda qeyd olunan məhkəmə qətnamələri ilə sübut edildiyindən yenidən həmin halların sübut edilməsinə zəruri hesab etmir. ünvan 4 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş yaşayış evini miras qoyan X15 onların doğma babalarıdır. X21 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Həmin zaman X1 birinci dərəcəli vərəsə kimi mirası faktiki qəbul etmişdir. Yəni babaları İsa Abbas oğlunun dəfn edilməsi, mərasimlərin keçirilməsi və bununla əiaqədar bütün xərcləri çəkməklə bütün mərasimləri tək özü idarə etmişdir. X17 ölümündən əvvəlki dövrdə də ataları Məmmədşahm himayəsində olmuş, xəstə vaxtı bütün müalicə xərclərini ataları tərəfindən təmin edilmiş, həmçinin ata nənələri X2 xx.xx.1994-cü il tarixdə vəfatından sonra bütün dəfn və mərasim xərclərini də ataları Məmmədşah özü tək ödəmiş, valideynlərindən miras qalmış 0.06.ha torpaq sahəsini və həmin torpaq sahəsində tikilmiş yaşayış evini miras kimi faktiki qəbul etmiş, evin təmirini və saxlanılmasını həyata keçirmiş, vergilərin və digər ödənişlərini ödəmişdir. X1 mirası faktiki qəbul etdikdən sionra xx.xx.2000-ci ildə vəfat etmişdir. Mərhum ataları Məmmədşah İsa oğlu 1941-ci ildə həmin mübahisəli evdə anadan olmuş və ölən günə qədər həmin evdə valideynləri ilə birlikdə yaşamışdır. Onlardan: Teymur Məmmədşah oğlu 01,07.1969cu il tarixdə, İslam Məmmədşah oğlu xx.xx.1985-ci il tarixdə, həmin mübahisəli evdə anadan olmuş və fasiləsiz olaraq hazıra kimi həmin evdə yaşayırlar. Pasport qeydiyyatları da həmişə həmin evdə olmuşdur. Bütün qonşular və onları tanıyanlar bu halı bilirlər və təsdiq edə bilərlər. Odur ki, mərhum X1 tərəfindən faktiki qəbul edilmiş ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və yaşayış evi miras kimi onlara çatmalıdır. Lakin bibiləri Cavabdeh onlardan gizli olaraq saxta sənədlər hazırlamaqla (saxta forma 2 arayışı təqdim etməklə) və yalançı şahidləri işə cəlb etməklə ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki yaşayış evinin onun tərəfindən miras kimi qəbul edilməsi faktını müəyyən edilməsinə nail olmuşdur. X18 həmin evi satışa çıxarmışdır. Hər vasitə ilə onların həmin evdə yaşamalarına imkan vermir və onları evdən çıxarmağa çalışır. Lakin X16 babaları İsa Abbas oğlu vəfat edən zaman evdə olmamışdır. O, öz ailəsi ilə birlikdə başqa ünvanda yaşayırdı. Avşan İsa qızı babaları İsa Abbas oğlu vəfat edəndən 2 il sonra ərindən boşanaraq evə qayıtmışdır. Odur ki, Avşan İsa qızı babaları İsa Abbas oğlunun vəfatından sonra mirası faktiki qəbul etməmiş və qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etməmişdir. Həmçinin nənələri X2 vəfatından sonra da bibiləri mirası faktiki qəbul etməmiş və qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət etməmişdir. Bundan əlavə Cavabdeh həmin vaxtlar təsadüfən evlərinə qonaq gələn zaman babaları İsa və nənələri Xədicə ilə daim mübahisələr edir, onları söyür və hətta döyürdü. Ona görə də Avşan İsa qızının vərəsə olmağa nə hüquqi əsası, nə də mənəvi əsası yoxdur. Odur ki, nənələri Xədicə Nurhüseyn qızından və babaları İsa Abbas oğlundan miras qalmış ünvan 6 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərindəki yaşayış evi birinci dərəcəli yeganə varis kimi ataları xx.xx.2000-ci il tarixdə vəfat etmiş X7 faktiki qəbul etmiş və ona məxsus olmalıdır. Atalarının vəfatından sonra miras əmlak qanuna əsasən həmin evdə anadan olmuş və hazıra kimi həmin evdə yaşayan onlara çatmalıdır. Beləliklə babaları X6 miras kimi qalmış ünvan 5 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinə hər hansı vəsiyyətnamə mövcud deyildir. Həmin miras əmlakın mərhum X1 faktiki qəbul etmişdir. Atalarının vəfatından sonra onlar həmin əmlakı faktiki qəbul etmiş, sahiblik edərək daim həmin evdə yaşamaqla evin saxlanılmasını təmin etmiş, vergiləri və digər ödənişləri ödəyirlər və sair. Odur ki, babalarından miras qalmış ünvan 7 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evi onlara çatmalıdır. X16 miras əmlakı faktiki qəbul etməmiş və vaxtında notariusa mirasın qəbul edilməsinə dair müraciət etməmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qoyan X6 qalmış miras əmlak olan ünvan 8 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin miras əmlaka vərəsəlik üzrə tam payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, iddiaçılar ünvan 8 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş evin miras qoyan X14 məxsus olmasını, həmin miras əmlakı X10 tərəfindən qəbul edilməsini, atalarından qalmış miras əmlakın isə onlar tərəfindən qəbul edilməsini xahiş etmişlər. İddia tələbləri qanunsuz və əsassızdır. İddia tələbinin təmin olunması üçün heç bir sübut yoxdur. Ona görə ki, miras qoyan X17 13 yanvar 1995-ci ildə vəfat etmişdir. Ondan miras qalmış əmlakın X10 tərəfindən qəbul edilməsi ilə bağlı heç bir sübut yoxdur. X10 11 may 2000-ci ildə vəfat etmişdir. O vəfat edənədək atasından miras qalmış əmlakı qəbul etməsinə həmin miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almasına iddia ərizəsinə heç bir sübut əlavə etməmişlər. İddiaçılar X10 öləndən hazıkı vaxta, yəni Məmmədşah Kərimovun ölümündən 21 il sonra məhkəməyə müraciət edərək guya miras qoyan X12 13 yanvar 1995-ci ildə vəfat edikdən sonra ondan qalmış miras əmlakın X10 tərəfindən qəbul edildiyini, Məmmədşah Kərimov tərəfindən qəbul edilmiş miras əmlakın isə onlar tərəfindən qəbul edildyini bildirmişlər. Birincisi miras qoyan X17 13 yanvar 1995-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra X10 tərəfindən mirasın qəbul edilməsi ilə bağlı sübut yoxdur. O miras əmlakı qəbul etmədən 11 may 2000-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra altı ay ərzində miras əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı1 Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli 2(067)-146/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ünvan 9 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evindən ibarət miras əmlakın Cavabdeh adına qeydiyyata alınmasına dair xx.xx.2020-ci il tarixli ********* qeydiyyat nömrəli **********63-10301 reyestr nömrəli çıxarış ləğv edilməklə iddiasının təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi qətnaməsini əsaslandırılması üçün yazmışdır: “Yuxarıda sadalananlara əsasən məhkəmə qeyd edir ki, iddia predmeti olan əmlak hazırda Cavabdeh mülkiyyətində olmaqla qeydiyyata alındığından və həmin qeydiyyat iddiaçı tərəfindən mübahisələndirilmədiyindən hər iki iddia təmin oluna bilməz”. Lakin Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin ləğv edilmiş xx.xx.2020-ci il tarixli qətnaməsi ilə “Çıxarış” alınmasına dair məlumat məhkəmənin sonuncu, xx.xx.2022-ci il tarixli iclasında məlum olmuşdur. Həmin iclasda həmin çıxarışın ləğv edilməsi tələbini də iddiaya əlavə edilməsi üçün iddianın həcminin artırılmasına dair ərizə verilməsi üçün imkan verilməsinə dair xahişi və şahidlərin dindirilməsinə dair vəsatəti nəzərə almadan məhkəmə tələm-tələsik qətnamə elan etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2022ci il tarixli, 2(067)-146/2022 nömrəli qətnaməsini qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edərək, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmamış, onun faktiki olaraq vərəsə kimi mirası qəbul etməyini, onun mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi baxılmamış saxlanılmasına baxmayaraq, həmin qətnamə əsasında verilmiş çıxarışa əsasən miras qəbul etməsi faktının bir daha təsdiq etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, ilkin iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən üçüncü şəxs X3 qardaşları olan ilkin iddiaçılar İslam və İddiaçı2ların apellyasiya şikayətin müdafiə edərək, bildirmişdir ki, atası ölənə qədər həmin mənzildə yaşamışdır. Qardaşları mübahisəli mənzildə yaşayırlar. Ataları vəfat etdikdən sonra miras əmlakı qardaşları qəbul etmişdir. Lakin o, miras əmlakı qəbul etməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən üçüncü şəxs X4 bildirmişdir ki, ilkin iddiaçılar İslam və İddiaçı2lar onun qardaşlarıdır. Onların apellyasiya şikayətin müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Atası ölənə qədər həmin mənzildə yaşamışdır. Qardaşları mübahisəli mənzildə yaşayırlar. Ataları vəfat etdikdən sonra miras əmlakı qardaşları qəbul etmişdir. Lakin o, miras əmlakı qəbul etməmişdir. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin və qarşılıqlı iddianın təmin edilməməsini iddia predmeti olan əmlakın hazırda Cavabdeh mülkiyyətində olmaqla qeydiyyata alınması və həmin qeydiyyatın iddiaçı tərəfindən mübahisələndirilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ilkin İddiaçı1 və qarşılıqlı iddiaçı razılaşmamış, bu nəticəni mübahisələndirərək apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsini, ilkin iddiaçı ilkin iddia tələbinin, qarşılıqlı iddiaçı isə qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alınmaqla hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri bir-biri ilə əlaqəli olduğundan, hər iki iddia tələblərinə birlikdə hüquqi qiymət verilməlidir. Baxılan iş üzrə ilkin iddia tələbi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qarşılıqlı iddia tələbi isə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka paylarının müəyyən edilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını (köhnə redaksiya) Mülki Məcəllənin 552-ci maddəsi təşkil edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, ünvan 4 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş yaşayış evi X14 məxsus olmuş, İsa Kərimov xx.xx.1995-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra qızı Cavabdeh və oğlu X7 birinci dərəcəli vərəsə kimi mirası faktiki qəbul etmişlər. X7 mirası faktiki qəbul etdikdən sonra xx.xx.2000-ci ildə vəfat etmişdir. İsa Kərimov hazırkı iş üzrə ilkin iddiaçıların babası, qarşılıqlı iddiaçının isə atasıdır. İşdən göründüyü kimi mərhum X6 ünvan 4 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş yaşayış evi miras qalmış və ilkin iddiaçıların atası Məmmədşah Kərimov miras əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə başlamaqla faktiki qəbul etmişdir. Teymur Məmmədşah oğlu xx.xx.1969-cu il tarixdən, İslam Məmmədşah oğlu xx.xx.1985-ci il tarixdən həmin mübahisəli evdə anadan olmuş və fasiləsiz olaraq hazıra kimi həmin evdə yaşayırlar. İlkin iddiaçılar tərəfindən təqdim edilmiş iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, sonuncular faktiki olaraq miras əmlakda yaşamaqla, onu idarə və sahiblik etmişlər. Bununla yanaşı qarşılıqlı iddiaçı Cavabdeh da miras qoyan İsa Kərimovun qızı olmaqla həmin evə yaşamış və hazırda da həmin miras əmlakda yaşayır. Bu hal Xaçmaz şəhər İƏD-də nümayəndəliyin xx.xx.2018-ci il tarixli 308 saylı arayışı ilə də bir daha öz təsdiqini tapmışdır. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir (Mülki Məcəllənin 552-ci maddəsi köhnə redaksiyası). Vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir. Göründüyü kimi, vərəsəlik hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Məcəllənin 1246-cı maddəsi ilə bağlı xx.xx.2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur. Nəzərə almaq lazımdır ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericilikdə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla həyata keçirilir. Mirasın qəbulu özü əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bir şəxsin – vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir. Mirasın qəbul edilməsi həmçinin könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşdən göründüyü kimi mərhum İsa Kərimovdan miras qalmış əmlak onun qızı Cavabdeh və oğlu Məmmədşah Kərimov, sonuncunun ölümündən sonra isə onun oğlanları iş üzrə ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinin ½ hissəsinə iddiaçılar İslam və İddiaçı2ların, qalan ½ hissəsinə qarşılıqlı iddiaçı Cavabdeh mirası qəbul etməsi faktı müəyyən edilməklə, həmin ½ hissəyə Cavabdeh payı müəyyən edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayətləri qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 babaları X6 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinin ½ hissəsinə mirasın qəbul edilməsi faktının müəyyən edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Cavabdeh mərhum atası X6 miras qalmış ünvan 8 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinin onun tərəfindən mirası qəbul edilməsi faktı müəyyən edilsin və həmin torpaq sahəsi və üzərində yerləşən evin ½ hissəsinə vərəsəlik üzrə pay hüququ müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1158/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1158/2022
30.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver