Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-116/2024 09.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X15 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı X19 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(060)- 43/2023 nömrəli qətnaməsindən iddiaçı X19 qanuni nümayəndəsi İddiaçı və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X13 məxsus olan Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsinə xx.xx.2016-cı il təvəllüdlü X19 miras pay hüququnun müəyyən edilməsi və həmin hissədə X19 mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində X17 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan onların bir övladı – xx.xx.2016-cı il təvəllüdlü X28 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4441/2019 saylı qətnaməsi ilə İddiaçı və X8 nikahı pozulmuş və X19 anası İddiaçı himayəsində saxlanılması qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə X8 atası X18 vəfat etmişdir. X1 vəfatından sonra mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzil onun vərəsələri – arvadı Cavabdeh3 və oğlu X14 miras qalmışdır. X3 ölümündən 11 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə isə onun oğlu X17 vəfat etmişdir. X2 atasından miras qalan Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzildən ona düşən payı qəbul edənədək vəfat etdiyindən bu əmlakdan pay almaq hüququ irsi transmissiya qaydasında onun vərəsəsi – qızı X4. Bundan sonra xx.xx.2022-ci il tarixdə Sumqayıt “Asan xidmət” Mərkəzi notariat ofisində X5 miras qalan əmlaka dair 8V-192 reyestr nömrəsi ilə vərəsəlik işi açılmışdır. Həmin tarixdə X28 (qanuni nümayəndəsi İddiaçı) notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək mirasdan irsi transmissiya qaydasında ona keçən hissəni, yəni miras əmlaka 1/2 hissədə pay hüququnu qəbul etmişdir. Bundan sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqayıt “Asan xidmət” Mərkəzi notariat ofisinə müraciət edilsə də, vərəsələr arasında mübahisənin olduğu əsas göstərilərək X19 bu müraciətinin icrasından xx.xx.2022-ci il tarixli məktubla imtina edilmişdir. Buna görə də X19 miras payının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən hesab edirlər ki, X5 miras qalan Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzilin ½ hissəsinə X19 miras pay hüququ məhkəmə qaydasında müəyyən edilməlidir. Birinci instansiya məhkəməsində Cavabdeh3 nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddia tələbi tam əsassızdır. X8 vərəsəsi kimi mərhum əri X5 qalan miras əmlaka vərəsəlik hüququnun tanınmasını tələb edən xx.xx.2016-cı il təvəllüdlü X19 anası, İddiaçı mərhum İlqar Cəlilovun mərhum əri X9 vərəsəsi olduğuna dair heç bir rəsmi sənədi məhkəməyə təqdim etməyərək, qanuni vərəsə olduğunu sübuta yetirməmişdir. Sumqayıt “Asan xidmət” Mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixdə açılmış 8V-192 reyestr nömrəli vərəsəlik işi üzrə iddiaçının müraciətindən imtina edilməsinin səbəbi də məhz qeyd edilən xüsusatdır. Bundan əlavə iddiaçının qanuni nümayəndəsi nəzərə almamışdır ki, X1 adına olan Sumqayıt şəhəri 18-ci məhəllə, ev 27V/5, mənzil 30 mərhumla cavabdehin birgə nikahları dövründə əldə etməklə onların ümumi birgə mülkiyyətləri olmuşdur. Bu səbəbdən həmin mülkiyyətin 1/2 hissəsi cavabdeh - Cavabdeh3, 1/2 hissəsi isə mərhum X13 məxsus olmuşdur. Bu baxımdan mərhum X5 qalmış miras əmlakın kütləsinə Sumqayıt şəhəri 18-ci məhəllə, ev 27V/5 ünanında yerləşən 30 saylı mənzilin yarısı (həmin əmlakın 1/2 hissəsi) daxil olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, mərhum X18 ilə birgə nikahlarından Leyla adlı qızları da doğulmuşdur. X16 mərhum X5 miras qalmış Sumqayıt şəhəri 18-ci məhəllə, ev 27V/5 ünanmda yerləşən 30 saylı mənzili faktiki olaraq qəbul etmişdir. Belə ki, cavabdehin ərinin ölümündən bəri qızı cavabdehlə birlikdə həmin mənzilə yiyələnərək faktiki sahiblik etməkdədir. Bundan başqa onu da nəzərə almaq lazımdır ki, iddiaçı iddia ərizəsində də göstərildiyi kimi atası İlqar Cəlilova çatası miras payına münasibətdə özünün vərəsəlik payının (irsi transmissiya qaydasmda) tanınmalı olduğunu bildirir, lakin bunu edərkən cavabdeh (Cavabdeh3 da) İlqar Cəlilovun vərəsəsi olduğunu nəzərə almır. Belə ki, sözügedən mənzil üzərində Cəlilli Elifin ½ deyil, 1/12 hissədə pay hüququ var. Cavabdeh3 ½ pay hüququ vardır. Cavabdeh3 ½ pay hüququ yarandıqdan sonra yerdə qalan ½ hissənin bölüşdürülməsi məsələsi qalır. Həmin yerdə qalan ½ hissəyə də 3 nəfərin, yəni Cavabdeh3, Cəlilov Afdandilin oğlunun və qızının pay hüququ yaranır. Buradan belə nəticəyə gəlmək olur ki, Cəlilov İlqarın 1/12 hüququ yaranır. Əlavə olaraq Cavabdeh3 Cəlilov İlqara da vərəsə olduğu üçün Cəlilli Elifin 1/12 hissədə pay hüququ yaranmalıdır. Bu da o şərtlə ki, o, (onun qanuni nümayəndəsi), mərhum İlqar Cəlilovun mərhum əri X9 vərəsəsi olduğuna dair mötəbər sübutları məhkəməyə təqdim edə bilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(060)-43/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 17 sentyabr 2021-ci il tarixdə vəfat etmiş mərhum X13 məxsus olan Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzilin 1/12 hissəsinə dair 11 dekabr 2016-cı il təvəllüdlü X19 miras pay hüququnun müəyyən edilməsi və həmin hissədə X19 mülkiyyət hüququnun tanınması, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh3 alınaraq iddiaçı X19 qanuni nümayəndəsi İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (Gülnarə Tağızadə). Qətnamədən narazı qalan iddiaçı X19 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-43/2023 nömrəli qətnaməsinin iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilsin.xahiş etmişdir. Eləcə də qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və İddiaçı iddia tələbinin tamamilə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı X19 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində qanunsuz və əsassızdır. Məhkəmə hesab etmişdir ki, mənzilin ½ hissəsinə Cavabdeh3 pay hüququ var, buna görə də digər ½ hissə miras kütləsinə daxildir və ancaq həmin hissə vərəsələr arasında bölünməlidir. Məhkəmə hüquq normasının tətbiqində səhvə yol vermişdir. Əvvəla, məhkəmə qətnamədə göstərməmişdir ki, Cavabdeh3 mənzilin ½ hissəsinə pay hüququ hansı əsasdan yaranmışdır ?! Bu barədə qətnamədə heç bir açıqlama yoxdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Cavabdeh3 mərhum Afdandil Cəlilovun arvadı olsa da, mənzil onların ümumi birgə mülkiyyəti olmamış, əvəzsiz qaydada əldə edilməklə Afdandil Cəlilovun xüsusi mülkiyyəti olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 nömrəli mənzil 4/2336 saylı, xx.xx.1989-cu il tarixli orderə əsasən xx.xx.2019cu il tarixdə X9 adına ilkin qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsində qeyd edilmişdir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “ ... Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz...” . Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında verdiyi şərh baxımından nəzərə almaq lazımdır ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzil əvəzsiz qaydada əldə edilmiş, o, Afdandil Cəlilovun xüsusi mülkiyyəti olmuşdur. Odur ki, mübahisələndirilən əmlak tam həcmdə miras kütləsinə daxil olmuşdur və o, həmin həcmdə də vərəsələr arasında bölünməlidir. Buna görə də məhkəmənin mənzilin 1/2 hissəsinə Cavabdeh3 pay hüququnun yaranması barədə gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmənin miras payının nisbətində yanlış nəticəyə gəlməsinin digər səbəbi X10 da nəzərə alması olmuşdur. Halbuki, Leyla Cəlilovanın həqiqətən də vərəsə olması və mirası qəbul etməsi faktı sübuta yetirilmir. Belə ki, Leyla Cəlilova miras əmlakı qəbul etməmişdir. İş materiallarında miras əmlakın Leyla Cəlilova tərəfindən qəbul edilməsinə dair heç bir sübut yoxdur. O, mirasın qəbul edilməsinə dair qanunla müəyyən edilmiş müddət ərzində notariusa ərizə təqdim etməmiş, eyni zamanda mirasa faktiki sahiblik edərək onu qəbul etməmişdir. Cavabdeh3 guya miras əmlakın Leyla Cəlilova tərəfindən faktiki qəbul edilməsinə dair məhkəməyə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli, 344 nömrəli arayışını təqdim etmişdir. Halbuki, bu sənəd Leyla Cəlilovanın həqiqətən də miras əmlaka sahiblik edib həmin əmlakı faktiki olaraq qəbul etməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Mirasın qəbul edilməsi məhkəmə qaydasında müəyyən edilən faktdır (MPM 307.2.9). Qanunvericiliyin tələbinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM, maddə 81). Belə bir halda nə qədər ki, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil, miras əmlakın Leyla Cəlilova tərəfindən qəbul edilməsindən və beləliklə də onun miras əmlakda hər hansı payından söhbət gedə bilməz. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixində X17 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan onların bir övladı – xx.xx.2016-cı il təvəllüdlü X28 dünyaya gəlmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-4441/2019 nömrəli qətnaməsi ilə İddiaçı və X8 nikahı pozulmuş və X19 anası İddiaçı himayəsində saxlanılması qərara alınmışdır. Qeyd etmişdir ki, xx.xx.2021-ciil tarixində X8 atası X9 şəxsin ölümündən 11 gün sonra, yəni xx.xx.2021-ci il tarixində isə onun oğlu X17 vəfat etmişdir. Məhz ölümündən sonra miras qoyan X5 miras qalan Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzilə dair xx.xx.2022-ci il tarixində Sumqayıt “Asan xidmət” Mərkəzi notariat ofisində 8V-192 reyestr nömrəsi ilə vərəsəlik işi açılmışdır. Bundan sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqayıt “Asan xidmət” Mərkəzi notariat ofisinə müraciət edilsə də, iddiaçı tərəfindən X8 X9 qanun üzrə vərəsəsi olduğunu təsdiq edən hər hansı mötəbər sübut təqdim etməməsi səbəbindən X19 bu müraciətinin icrasından xx.xx.2022-ci il tarixli məktubla haqlı olaraq imtina edilmişdir. Nəticədə Sumqayıt “Asan xidmət” Mərkəzi notariat ofisinin imtinası ilə razılaşmayan İddiaçı X19 miras payının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzilin ½ hissəsinə X19 miras pay hüququ məhkəmə qaydasında müəyyən edilməsini tələb etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 17 sentyabr 2021-ci il tarixdə vəfat etmiş mərhum X13 məxsus olan Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzilin 1/12 hissəsinə dair 11 dekabr 2016-cı il təvəllüdlü X19 miras pay hüququnun müəyyən edilməsi və həmin hissədə X19 mülkiyyət hüququ tanınması qət edilmişdir. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Göründüyü kimi, qanunun sözügedən maddəsində qeyd olunan əsas üzrə nə İddiaçı tərəfindən X8 X9 qanun üzrə vərəsəsi olduğunu təsdiq edən mötəbər sübut təqdim edilmiş, nə də digər vərəsələr – Cavabdeh3 və X6 bu barədə yazılı razılığı notariat orqanına təqdim edilmişdir. Belə olan halda sözsüz ki, X19 transmissiya qaydasında vərəsə olduğundan və mübahisə predmeti olan mənzildə pay hüququndan söhbət gedə bilməz. Doğrudur, X28 mərhum X8 yeganə övladı və birinci növbəli qanun üzrə vərəsəsidir. Lakin miras açılan zaman X17 vəfat etdiyindən miras qoyan X9 qanun və yaxud vəsiyyət üzrə vərəsəsi olduğu sübut edilə bilməmişdir, məhz bu səbəbdən X28 da sözügedən əmlaka dair mirasçı ola bilməz. Çünki o, X9 deyil, X8 vərəsəsidir. Məhkəmə isə bu əsasa görməzdən gəlmişdir. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Lakin sözügedən mübahisədə predmet məhz kimlərin vərəsə hesab olunması olduğundan, notariat orqanı tərəfindən X21 vərəsəlik şəhadətnaməsi verilməməsi düzgün addımdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-43/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və İddiaçı iddia tələbinin tamamilə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçının qanuni nümayəndəsi İddiaçı, cavabdehlər 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs X16 məhkəmə iclasına gəlməmişlər, cavabdeh 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofis məhkəməyə 11 fevral 2024-cü il tarixli məktub ünvanlayaraq onların iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 izahatını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzilin 1/6 hissəsinə dair 11 dekabr 2016-cı il təvəllüdlü X19, 3/6 hissəsinə Cavabdeh3 və 2/6 hissəsinə isə X6 miras pay hüququ müəyyən edilməli və həmin hissələrdə mülkiyyət hüquqları tanınmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarında olan AZ-İİİ № 878749 saylı, xx.xx.2016-cı il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X28 xx.xx.2016- cı il tarixdə Bakı şəhərində dogulmuş, ata qrafasında-X17, ana qrafasında-İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ № 226921 saylı, xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 2 ünvanı 4/2336 saylı, xx.xx.1989- cu il tarixli orderə əsasən xx.xx.2019cu il tarixdə X9 adına ilkin qeydiyyata alınmışdır və hazırda adınadır. İş materiallarında olan AZ-T № 017149 saylı, xx.xx.2019-cu il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X17 ilə X22 arasında xx.xx.2015-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikah bağlanmış və sonuncuya “Cəlilova” soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4441/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, X17 ilə İddiaçı arasında 3 saylı Bakı Asan Xidmət mərkəzi qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 388 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X19 anası İddiaçı yanında qalması və 20 may 2019-cu il tarixdən X7 birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X19 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si Yanında DƏDRX-ti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 2 (Yeni qaydalarla: Az 5000, Sumqayıt şəhəri, Sumqayıt ərazi vahidi, Azərbaycan prospekti, 157, M2,m 3) xüsusi mülkiyyət hüququ əsasında X9 adına qeydə alınmışdır. İş materiallarında olan “Özbəkistan Respublikası Ədliyyə Nazirliyi Fərqanə Rayon Ədliyyə İdarəsi və Fərqanə Şəhər Ədliyyə Şöbəsinin xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X17 xx.xx.1980- ci il tarixdə Özbəkistan SSR-də doğulmuş, ata qrafasında X18, ana qrafasında X20 qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh3 Sumqayıt şəhəri 18-ci məhəllə, ev 5/27v, mənzil 30-da yaşayır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində atası İlqar Cəlilova çatası miras payına münasibətdə özünün vərəsəlik payının (irsi transmissiya qaydasmda) tanınmalı olduğunu bildirmiş, lakin bunu edərkən cavabdeh (Cavabdeh3 da) İlqar Cəlilovun vərəsəsi olduğunu nəzərə almamışdır. Belə ki, sözügedən mənzil üzərində Cəlilli Elifin ½ deyil, 1/12 hissədə pay hüququ var. Cavabdeh3 isə ½ pay hüququ vardır. Cavabdeh3 ½ pay hüququ yarandıqdan sonra yerdə qalan ½ hissənin bölüşdürülməsi məsələsi qalır. Həmin yerdə qalan ½ hissəyə də 3 nəfərin, yəni Cavabdeh3, Cəlilov İlqarın və qızının pay hüququ yaranır. Buradan belə nəticəyə gəlmək olur ki, Cəlilov Elifin 1/12 hüququ yaranır. Cəlilov Afdandilin 6/12 hissəsi miras əmlakı 2/12 hissəsi Cavabdeh3, 2/12 hissəsi X30 ogluna, 2/12 hissəsi X11 düşür. Əlavə olaraq Cavabdeh3 Cəlilov İlqara da vərəsə olduğu üçün Cəlilli Elifin 1/12 hissədə pay hüququ yaranmalıdır (anası Cavabdeh3 1/12 pay, qızı 1/12 pay Cəlilova Elif). Məhkəmə kollegiyası mübahisə predmeti olan mənzilin birgə nikah dövründə əldə edilməsi əsası ilə həmin mənzilin ½ hissəsinə Cavabdeh3 pay hüququnun müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsassız hesab edir. Bununla əlaqədar iddiaçının apellyasiya şikayətinin dəlilini həmin hissədə əsaslı sayır. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 nömrəli mənzil 4/2336 saylı, xx.xx.1989-cu il tarixli orderə əsasən xx.xx.2019-cu il tarixdə X9 adına ilkin qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsində qeyd edilmişdir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “ ... Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz...” . Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında verdiyi şərh baxımından nəzərə almaq lazımdır ki, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzil əvəzsiz qaydada əldə edilmiş, o, Afdandil Cəlilovun xüsusi mülkiyyəti olmuşdur. Odur ki, mübahisələndirilən əmlak tam həcmdə miras kütləsinə daxil olmuşdur və o, həmin həcmdə də vərəsələr arasında bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. Həmin Məcəllənin “irsi transmissiya” adlanan 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibərlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Yuxarıda qeyd olunduğu kimi miras əmlaka X13 məxsus Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzil daxildir. Miras qoyan X9 17 sentyabr 2021-ci il tarixdə vəfat etməsi gün mirasın açıldığı vaxt sayılmalıdır. Miras açıldığı zamanı miras qoyan X9 qanun üzrə vərəsəlik zamanı 3 vərəsəsi olmuşdur:1)arvadı Cavabdeh3, 2) oğlu X17 3)qızı X12r. Vərəsələr miras əmlakından imtina barədə notarial qaydada ərizə vermədiklərindən hər birinin pay hüququ tanınmalıdır. Miras əmlakın 3 vərəsə arasında bölüşdürülməsinin mümkünlüyü yoxlanılmaqla X9 qanun üzrə vərəsələrinin hər birinə miras əmlakı üzrə 1/3 pay hüququ tanınmalıdır. İş materiallarından görünür ki, X17 atasının ölümdən 10 gün sonra - 27 sentyabr 2021-ci ildə vəfat etdiyindən onun da 1/3 pay hüququ qanun üzrə vərəsələri anası Cavabdeh3 və qızı X28 arasında hər birinə 1/6 pay müəyyən olunmaqla bölüşdürülməlidir. Belə hesablama üzrə Cavabdeh3 mənzilə dair miras əmlakdan 3/6 hissədə pay hüququ (1/3+1/6=3/6), X23 1/6 hissədə pay hüququ, X11 2/6 hissədə pay hüququ yaranır (1/3=2/6). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X19 qanuni nümayəndəsi İddiaçı və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzilin 1/6 hissəsinə dair 11 dekabr 2016-cı il təvəllüdlü X19, 3/6 hissəsinə Cavabdeh3 və 2/6 hissəsinə isə X6 miras pay hüququ müəyyən edilməli və həmin hissələrdə mülkiyyət hüquqları tanınmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X19 qanuni nümayəndəsi İddiaçı və Cavabdeh3 apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2(060)-43/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçının iddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 27V/5 ünvanında yerləşən 30 saylı mənzilin 1/6 hissəsinə 11 dekabr 2016-cı il təvəllüdlü X19, 3/6 hissəsinə Cavabdeh3 və 2/6 hissəsinə isə X6 miras pay hüququ müəyyən edilsin və həmin hissələrdə mülkiyyət hüquqları tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-116/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-116/2024
09.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver