Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1164/2022 15.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Cmaləddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6831/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6831/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhər 3-cü mkr, ev 8/6, 34 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilmişdir.(hakim E.Hüseynov) Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6831/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzilə olan istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhər 3-cü mkr, ev 8/6, 34 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, 3-cü mkr., ev 8/6, 34 saylı 1 otaqlı mənzil İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 89 saylı reyestr kitabında xx.xx.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. Hazırda qeyd olunan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər mənzilin keçmiş sakinləridir. Onlara pasport qeydiyyatından çıxmaları barədə bir neçə dəfə xəbərdarlıq olunsa da, heç bir nəticəsi olmamışdır. Cavabdehlərin iddiaçının mənzilində formal qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədir və əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Eyni zamanda cavabdehlərin yuxarıda göstərdiyi mənzildə uzun müddət yaşamamaları, Sumqayıt şəhər 18 saylı MKS-nin verdiyi xx.xx.2021-ci il tarixli aktda da öz əksini tapmışdır. Buna görə məhkəməyə müraciət etmək qərarına gəlmiş, iddianın təmin edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, sözügedən mübahisəli 34 nömrəli mənzil - Sumqayıt şəhəri, 3-cü m/r-n, 8/6 saylı binada yerləşməklə iş üsrə digər cavabdeh - Cavabdeh1 mülkiyyətində olmuşdur. Lakin, İddiaçı ilə onlar arasında pul tələbinə dair məhkəmə çəkişməsi olduğuna görə yaşadıqları sözügedən mənzil məhkəmə qətnaməsi ilə hərraca çıxarılmış və iddiaçının mülkiyyətinə verilmişdir. Həmin mənzil ailənin yeganə yaşayış sahəsi olduğuna və bu mənzildən başqa digər yaşayış sahələri və sığınacaq yeri olmadığına görə, hesab edirələr ki, 1-ci instansiya məhkəməsinin qət etdiyi qətnamə əsaslı, qanuni və ədalətli sayıla bilməz. Belə bir ədalətsiz qətnamənin qət edilməsi onların və himayələrində olan iki azyaşlı uşaqların mənzil hüquqlarının kobud surətdə pozulması deməkdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər heç bir üzürlü səbəb göstərmədən təkrar olaraq məhkəmə iclaslarında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhər 3-cü mkr, ev 8/6, 34 saylı mənzilin mülkiyyətçisi İddiaçıdur. Yenə iş materiallarında olan 16 iyun 2021-ci il tarixli aktdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhər 3-cü mkr, ev 8/6, 34 saylı mənzildə qeydiyyatda olmaqlarına baxmayaraq qeyd edilən mənzildə yaşamırlar. İşə əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal İstehsalat Birliyinin 18 saylı mənzil-kommunal sahəsinin 364 saylı, xx.xx.2021ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhər 3-cü mkr, ev 8/6, 34 saylı mənzilinə hüququ olmayan müvəqqəti qeydiyyatda olan şəxslərdir. Yenə işə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli, 2(060)-8677/2016 saylı qətnamədən görünür ki, Cavabdeh1 54500 (əlli dörd min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında Y- 201 №-li protokoldan görünür ki, İddiaçı Sumqayıt şəhər 3-cü mkr, ev 8/6, 34 saylı mənzili 40000 manata almışdır. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6831/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 3-cü mkr., ev 8/6, 34 saylı 1 otaqlı mənzilə dair İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 89 saylı reyestr kitabında xx.xx.2018-ci il tarixdə qeydiyyat aparılmışdır. Hazırda qeyd olunan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər mənzilin keçmiş sakinləridir. Onlar qeydiyyatdan çıxmadıqları üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Yenə Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beyənlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə ona sərbəst surətdə sahiblik və maneəsiz istifadə etməyə əsas verir. Hazırkı halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzilin vaxtilə onlara məxsus olmasına və qeydiyyatlarının olmasına əsaslanması və buna görə də oradan hələ də istifadə hüququna malik olması dəlili əsassızdır və bu hal mənzilin mülkiyyətçisi olmuş iddiaçının hüquqlarının pozulması, o cümlədən cavabdehlərin hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir, halbuki bu qanunla qadağandır (Mülki Məcəllənin 560-cı maddəsi). Daha öncə qeyd olunduğu kimi hərracın nəticəsi olaraq qeyd olunan mənzil İddiaçı mülkiyyətinə keçmiş, onun bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmışdır. İşdə olan sənədlərdən görünür k, cavabdehlər yaşayış yerini dəyişərək mənzili tərk etmiş, orada yaşamırlar. İş materiallarından görünür ki, mənzil barədə hərracın nəticələri qüvvədədir, bu və ya digər qaydada mübahisələndirilməmişdir. Digər tərəfdən mənzilə dair iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı hazırda qüvvədədir və ləğv edilməmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdehlər apellyasiya şikayətində formal mülahizələr əsaslanaraq mübahisəli mənzilə hələ də hüquqlarının qalmasını bildirsələr də, məhkəməyə bu halı təsdiq edə biləcək heç bir sübut təqdim etməmişlər. Digər tərəfdən isə daha öncə qeyd olunduğu kimi həmin mənzilin özgəninkiləşdirilməsi onlar tərəfindən uzun müddət keçməsinə baxmayaraq mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, mübahisəli mənzilə dair qeyd edilən alqı-satqı müqaviləsi və onun əsasında aparılmış qeydiyyat mübahisələndirilməmişdir və qüvvədədir, həmin mənzilin özgəninkiləşdirilməsi mənzilə istifadə hüququ olmuş cavabdeh şəxlərin iradı ifadəsi kimi qiymətləndirilməlidir. Başqa sözlə, onların həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi deməkdir. Şərh olunan səbəblərdən də, məhkəmə kollegiyası hesab edir ki, mülkiyyətçi olaraq iddiaçı, cavabdeh şəxslərin ona məxsus mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin qeyd edilən mübahisəli mənzildən istifadə hüquqlarını itirilmiş hesab etməklə düzgün hüquqi nəyticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayət verən şəxslərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6831/2021 saylı, 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1164/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1164/2022
15.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver