Məhkəmə qərarları › İş №2(105)-1167/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1167/2022

25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1167/2022 25.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquq əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(027)- 2691/2021 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim İ.Məmmədov) Ərizəçi Maraqlı şəxsnə qarşı hüquq əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ərizəçi qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli qərardadı ilə Ərizəçi şikayətinin təmin edilməməsi və Quba Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(027)-2691/2021 nömrəli qərardadından Ərizəçi verdiyi şikayət 7 gün müddətində 2(027)- 2691/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərardadı ilə Ərizəçi verdiyi şikayətin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilərək geri qaytarılması qərara alınmışdır. Quba Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərardadı ilə Ərizəçi Quba Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(027)-2691/2021 nömrəli qərardadından verdiyi şikayətin qaytarılması qərara alınmışdır. Ərizəçi qərardaddan şikayət vermişdir. Quba Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ilə Ərizəçi şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(027)- 2691/2021 nömrəli qərardadından Ərizəçi verdiyi şikayət 7 gün müddətində 2(027)- 2691/2021 nömrəli mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Ərizəçi tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 396.1-ci maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 17 dekabr 2021-ci il tarixli qərardad ərizəçinin yaşadığı ünvana göndərilmiş, ərizəçi tərəfindən mübahisələndirilən qərardad 21 dekabr 2021-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Ərizəçi qərardaddan 30 dekabr 2021-ci il tarixdə şikayət vermiş, lakin şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərardadı 07 fevral 2022-ci il tarixdə tərəflərə, o cümlədən ərizəçiyə göndərilmişdir. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verməyərək göstərilən nöqsanlarla razılaşaraq, birinci instansiya məhkəməsinin qərardadından yenidən elektron kabinet vasitəsilə 16 fevral 2022-ci il tarixdə şikayət vermiş, lakin bu zaman birinci instansiya məhkəməsi ərizəçinin şikayət verməsi üçün qalmış olduğu 1 günlük prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini aydınlaşdırmadan şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, şikayət MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, Ərizəçi tərəfindən verilmiş şikayətin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qərardaddan verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 269, 396.1, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Ərizəçi tərəfindən Quba Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərardadından verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 269, 396.1, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar