Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1168/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, İddiaçı1, Cavabdeh1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi E.Hacıyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsi ilə (hakim F.N.Pənahov) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əqdin etibarlı hesab olunması tələbinə dair iddiası təmin olunub, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların iki azyaşlı uşaqları X8 və X6 JN 1xx xxx 30304038 saylı Torpağın mülkiyyət verilməsinə dair Dövlət aktı ilə məxsus olan 0,90 ha torpaq sahəsindən 7199,86 kv.metr bağ sahəsinin İddiaçı1 xx xxxxxx 2005-ci il tarixdə alqı-satqı qaydasında satmalarına dair aralarında bağlanmış əqd etibarlı hesab edilmiş və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, həmin torpaq sahəsinin İddiaçı1 adına Dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi E.Hacıyev apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 2005-ci ilin yanvar ayında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Dövlət aktı əsasında onlara ayrılmış 0,90 ha torpaq sahəsinin 7199,86 kv.metr bağ sahəsi hissəsinin pulunu ödəməklə ona satmışlar və aktın əslini də ona vermişlər. Alqı-satqı barədə aralarında həmin tarixdə müqavilə bağlanmış və həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. Bağ sahəsinə qulluq edir və becərmə işləri aparır. Cavabdehlər bağ sahəsini ona satarkən bildirmişlər ki, aralarında olan alqısatqını bu yaxınlarda notariat kontorunda rəsmiləşdirəcəklər. O, da cavabdehlərin sözünə inanmış, bir müddətdən sonra o, cavabdehlərə notariat kontoruna getməyi təklif etdikdə onlar hər dəfə onun təklifindən yayınmışlar. Ona görə də, cavabdehlərin JN 113, kod 30304038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə adlarına olan 0,90 ha torpaq sahəsindən 7199,86 kv.metr bağ sahəsinin xx xxxxxx 2005-ci il tarixdə ona satılmasına dair əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınaraq adına dövlət qeydiyyatına alınıb reystrdən çıxarış verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs DƏDRX-nin 5 Saylı Xaçmaz Ərazi İdarəsinin rəisi E.Hacıyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxxx 2008-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsini 139.1, 144.1, 329.1, 337.1, 394, 406.1, 407.2-ci maddələrinin və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9, 66.1-ci madələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh2 və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh2 və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş JN 113, kod 30304038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cavabdeh1, Cavabdeh2, X9 və X6 Quba rayon AİKnın xx xxxxxx 2000-ci il tarixli, 02 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Quba rayon İqriq kəndi ərazisindən 0,90 ha torpaq sahəsi verilmişdir. xx xxxxxx 2005-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 və Cavabdeh2 torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı əsaında onlara verilmiş 0,90 hektar torpaq sahəsindən 7199,86 kv.metr bağ hissəsini İddiaçı1 razılaşdıqları qiymətə sataraq pulunu ondan tam almışlar, ondan heç bir tələbləri qalmamışdır. Ona görə də, müqavilənin doğruluğunu imzaları ilə təsdiq edirlər. Birinci instnsiya məhkəməsinin araşdırması zamanı Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək göstərmişdir ki, həqiqətən onun və ailə üzvlərini adına olan 0,90 ha torpaq sahəsinin 7199,86 kv.metr bağ hissəsini ailə üzvlərinin razılığı xx xxxxxx 2005-ci il tarixdə İddiaçı1 sataraq pulunu almışdır. Təfərlər arasında hüquq münasibətləri yaranan an qüvvədə olan Azərbaycan Respublikası MM-nin 335.2-ci maddəsində göstərilir ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx xxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur. Əqdin notarial təsdiqlənməsi, qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən u ay inamamalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada, tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa, yazılı formada, tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqlarının və X5 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və höquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. “Notariat haqqında” X3 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq dən sənədlər təqdim olunduqdan sonra təsdiq edilir. Yaşayış evinin, mənzilin, bağç evinin, qaracın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.9-cu maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci madəsinə əsasən torpağın alqı-satqısı yazılı müqavilə tətib edilməklə notariatda təsdiq dilməli və həmin Məcəllənin 67-ci maddəsinin birinci bəndinə əsasən dövlət qeydiyyatından keçməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Özgəninkiləşdirilən torpaq sahəsi JN 113, kod 30304038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən paylı mülkiyyət hüququ əsasında mülkiyyətçilərə məxsusdur. Lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil vermiş Dövlət aktlarının qeydiyyatı kitablarında, o cümlədən kadastr məlumat bazasında olan pay torpaq ahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında, aktın nüsxəsində JN 113, kod 30304038 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı digər şəxslərin Sultanlı Məmmədi Mövsüm oğlu, Sultanlı Qönçə Şəmi qızı, X2 və X1 adlarına qeydə alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 9.1, 9.1.2 və 9.1.3-cü maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməklə aparılır. Eyni zamanda tərəflər məhkəmə kollegiyasının iclasında izahat verərək göstərdilər ki, tərəflər arasındakı mülki münasibətlər 2005-ci ildə deyil, 2007-ci ildə baş vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməklə maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmiş və əsassız bir nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyindən iş üzrə ödənilmiş 19,80 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi E.Hacıyevin verdiyi apelyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2, onların iki azyaşlı uşaqları X8 və X6 JN 1xx xxx 30304038 saylı Torpağın mülkiyyət verilməsinə dair Dövlət aktı ilə məxsus olan 0,90 ha torpaq sahəsindən 7199,86 kv.metr bağ sahəsinin İddiaçı1 xx xxxxxx 2005-ci il tarixdə alqı-satqı qaydasında satmalarına dair aralarında bağlanmış əqdin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi, həmin torpaq sahəsinin İddiaçı1 adına Dövlət qeydiyyatına alınaraq reyestrdən çıxarış verilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 19,80 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1168/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1168/2021
10.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver