Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1170/2021 21.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-538/2020 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-538/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə mülki iş üzrə ilk iddia qismən təmin edilmiş, Cavabdeh2 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 evdən istifadə hüququna xitam verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı evdən istifadə hüququnun tanınması və həmin yaşayış evinə köçürülməsinə dair qarşılıqlı iddia təmin edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 3 evdən istifadə hüququnun tanınması və Cavabdeh1 həmin yaşayış evinə köçürülməsi qət edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 3 evdən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1963-cü il tarixdə X15 ilə nikahı rəsmi qeyd etdirməklə ailə qurmuş, həmin nikahdan X11, X12 və X9 anadan olmuşlar. Birgə nikahları dövründə X16 ilə Qusar şəhəri, H.Əliyev prospekti, 139 ünvanda yerləşən bir mərtəbəli fərdi yaşayış evini tikmişlər. Həmin evdə uşaqları ilə yaşamış, qızı İradəni toy edərək ərə vermiş, İradə ailə qurduqdan sonra onlardan ayrı yaşamış və hazırda onunla yaşamır. Oğlu Cavanşir 1993-cü il tarixdə Arzu adlı qızla evlənmiş, həmin nikahdan Cavabdeh1 anadan olmuşdur. Lakin oğlu Cavanşirin həmin nikahı uzun çəkməmiş və 1995-ci ildə boşanmışdılar. Bundan sonra oğlu Cavanşir 1995-ci ildə Cavabdeh2 ilə evlənmişdir. Lakin oğlu Cavanşirin Cavabdeh2 ilə də xasiyyətləri uyğun gəlməmiş və buna görə də 1997-ci ildə boşanmış, Cavabdeh2 atasının evinə qayıtmış və hazırda ünvan 1 ünvanında yaşayır. Artıq 23 ildir Cavabdeh2 ona məxsus evdə yaşamır və formal olaraq qeydiyyatda qalmışdır. Nəvəsi Cavabdeh1 valideynləri ayrıldıqdan sonra ona məxsus evdə yaşamış və bu evdə də qeydiyyatdadır. xx xxxx 2018-ci il tarixdə Cavabdeh1 ailə quraraq atası Cavanşirə məxsus ünvan 2 ünvanında yerləşən evə köçmüş və 3 ildir həmin evdə yaşayır. O, özünə məxsus olan ünvan 3 evi nəvəsi Cavabdeh1 bağışlamış, lakin nəvəsi Elnur evi bağışladıqdan sonra özünü ona qarşı aqressiv aparmağa başlamış və ona kobud cavablar qaytarmaqla, onu evdən qovacağı ilə hədələmişdir. Bundan başqa Elnur ona bağışladığı evi atası Cavanşirə bağışlamış və ona həmin evin özlərinə məxsus olduğunu bildirmişdir. Bütün bunlardan sonra o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və bağışladığı evi məhkəmə qətnaməsinə əsasən geri almışdır. Cavabdeh1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşasa da, formal olaraq ona məxsus ünvan 3 evdə qeydiyyatdadır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 formal olaraq ona məxsus evdə qeydiyyatda olmaqla mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. Cavabdeh2 1997-ci ildən, cavabdeh Cavabdeh1 isə 2018-ci ildən onun evində yaşamamaqla yaşayış sahəsindən istifadə hüquqlarını itirmişlər. Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək ünvan 3 evdən yaşayış sahəsindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı onun doğma babasıdır. Belə ki, İddiaçı xx xxxxxxxx 1963-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə X15 ilə ailə qurmuş və həmin nikahdan onun atası-X11, əmisi X12 və bibisi Xanəhmədova (Hacıyeva) İradə Zeynal qızı anadan olmuşlar. İddiaçı X15 ilə birgə nikahda olduqları müddətdə ünvan 3 ünvanda mübahisə predmeti olan birmərtəbəli fərdi yaşayış evi tikmişdir. İddiaçı övladlarından X12 25 ildir Rusiya Federasiyasında yaşayır və qeyd olunan yaşayış evinə gəlib getmir. Xanəhmədova (Hacıyeva) İradə Zeynal qızı ailə həyatı quraraq ər evinə köçmüşdür. İddiaçı üçüncü övladı, yəni onun atası X11 ailə həyatı quraraq anası X19 ilə birgə nikahda olduqları müddətdə ünvan 4 ünvanında ev tikərək yaşamaq üçün oraya köçmüşlər. Sonradan valideynlərinin nikahı məhkəmə qaydasında pozulmaqla ayrılmış və birgə nikahları dövründə tikdikləri həmin yaşayış evi də məhkəmə qaydasında naturada bölünmüşdür. O, bir müddət anası Arzu Hacıyevanın himayəsində qalsa da, sonradan onu babası İddiaçı himayəsinə vermiş və o, 3 yaşından, yəni 1998-ci ildən yaxın vaxtlara kimi babası İddiaçı və nənəsi X16 ilə birlikdə mübahisəli ünvan 3 evdə yaşamışdır. Son vaxtlar müəyyən səbəblərdən atası X7 məxsus ünvan 4 ünvanında yerləşən evdə yaşamışdır. Həmin evdə isə yaşayış üçün zəruri olan minimal şərait yoxdur və həmin səbəbdən də ünvan 3 ünvanda yerləşən birmərtəbəli yaşayış evinə qayıtmaqla orada yaşamaq fikrindədir. Belə ki, o, xx xxxxxxxx 1995-ci il tarixdə həmin evdə doğulmuş və 3 yaşından, yəni 1998-ci ildən bəri Qusar şəhəri, H.Əliyev prospekti, 139 ünvanında yerləşən və babası İddiaçı məxsus birmərtəbəli yaşayış evində yaşamış, ailə daxili mübahisə səbəbindən babası tərəfindən 2018-ci ildə evdən çıxarılmışdır. Lakin bəzi özünə məxsus əmlaklar hazırda da mübahisəli evdədir. Özünün başqa daimi yaşayış yeri yoxdur, müvəqqəti olaraq atasına məxsus evdə yaşayır. O, İddiaçı nəvəsi olmaqla qanunla yaxın qohumu hesab olunur, həmin səbəbdən də ünvan 3 ünvanda yerləşən birmərtəbəli yaşayış evindən İddiaçı ilə bərabər istifadə etmək ixtiyarına malikdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus ünvan 3 evdən yaşayış sahəsindən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır və qismən ləğv edilməlidir. Qətnamə qəbul edilərkən məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan hallar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xx xxxx 2018-ci il tarixdə ailə quraraq atası X7 məxsus ünvan 2 ünvanına köçmüş və hazırda da həmin evdə yaşayır. Cavabdeh1 onun mülkiyyətində olan evlə heç bir əlaqəsi yoxdur, qeydiyyatı formal xarakter daşıyır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 niyyəti evə köçərək daimi yaşamaq deyil, özünün tüfeyli həyatını sürmək üçün sığınacaq əldə etməkdir. Qeyd olunanlar onun mülkiyyət hüququnun məhdudlaşdırılmasına, ahıl yaşında rahatlığının pozulmasına səbəb olur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən, ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilərək, ilk iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin qismən, ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissələrində ləğv edilərək, ilkin iddia tələbinin tam təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İlk iddia üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhəri, H.Əliyev prospekti, 139 ünvanında yerləşən 0,04 hektar torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx xxxxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 evdə Cavabdeh2, Cavabdeh1, İddiaçı və X4 qeydiyyatdadırlar. İş materiallarında olan X8, X10, X5, X6 və X2 iştirakları ilə tərtib olunmuş xx xxx 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 xx xxxx 2018-ci il tarixdə “Məryam” şadlıq sarayında toy edərək evlənib və həmin tarixdən atasına məxsus olan ünvan 5 ünvanda yaşayır, İddiaçı keçmiş gəlini Cavabdeh2 1997-ci ildən ünvan 6 ünvanında yaşamır. İşin mübahisə edilməyən hallarından görünür ki, Qusar şəhəri, Heydər Əliyev prospekti, 139 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsusdur, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 1995-ci ildə İddiaçı məxsus Qusar şəhəri, Heydər Əliyev prospekti, 139 ünvanında yerləşən evdə anadan olmuş, həmin evdə uzun müddət yaşamış və hazırda da həmin evdə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək əmələ gəldiyindən hazırki mübahisəli mənzil hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən, nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və ya daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş və xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddənin 2-ci hissəsində göstərilir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu evi tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsini və həmin yaşayış sahəsində hansı hüquqla, yəni mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruridir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli evdən daimi yaşamaq üçün hansı yaşayış məntəqəsinə, hansı yaşayış sahəsinə köçüb getməsi, istifadəsində, icarəsində və ya mülkiyyətində hər hansı yaşayış sahəsinin olması barədə işdə heç bir sübut yoxdur və onun mübahisəli evdən istifadə hüququnu itirməsi ilə bağlı halı, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə sübut etmək vəzifəsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin üzərinə düşsə də, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh bunu sübut etməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının adına hər hansı bir yaşayış sahəsinin və ya evin daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmasına, onun icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi hər hansı bir yaşayış sahəsində daimi yaşamasına dair də məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlər də 2018-ci ildə aralarında yaranmış münaqişə zəminində İddiaçı Cavabdeh1 mübahisəli evdən çıxardığını göstərmişlər. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə 1982-ci il 08 iyul tarixli qanunla təsdiq edilmiş və xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədiyindən, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının müəyyən müddətə başqa yerə getməsi, mübahisəli evdə yaşamaması, ilk iddianın ona qarşı olan hissədə təmin edilərək, onun evdən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 mübahisəli evin mülkiyyətçisi ilə uzun müddət birgə yaşayaraq ümumi təsərrüfat apardığından və buna görə də qanunvericiliyin tələbinə görə mülkiyyətçinin ailə üzvü sayıldığından birinci instansiya məhkəməsi düzgün olaraq onun ünvan 3 evdən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işə əlavə sənədlərə tam uyğundur. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissələrində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissələrdə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-538/2020 saylı qətnaməsi ilk iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1170/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1170/2021
21.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver