Məhkəmə qərarları › İş №2(105)-1170/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1170/2022

01.06.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1170/2022 01.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə Qobustan Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(026)-32/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏNETDİ: Qobustan Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(026)-32/2022 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası qismən təmin edilib, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtomobilə dəymiş zərərə görə 6865 manat, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Qobustan Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(026)-32/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə dəymiş ziyana görə 8669,57 manat sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 yanvar 2021-ci il tarixidə Cavabdeh tərəfindən idarə olunan ** TH *** dövlət qeydiyyat nişanlı “X3” markalı avtonəqliyyat vasitəsi ilə “Paşa Sığorta“ ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 10.956,30 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 12 fevral 2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 10956,30 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərər vuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 2286,73 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Sığorta tərəfindən zərər vurana 8669,57 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qobustan Rayon Məhkəməsi 24 fevral 2022-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 14 yanvar 2021-ci il tarixdə idarə etdiyi ** TH *** dövlət qeydiyyat nişanlı “X3” markalı avtonəqliyyat vasitəsi ilə “PAŞA Sığorta“ ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ondan tələb etdiyi 8669,57 manat sığorta ödənişi məbləği şişirdilmiş qiymətdir. Həmin avtomobilin arxa buferi çıxmış vəziyyətdə olmuşdur, sığortalanmış ** TB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomaşının arxa stopu sınmışdır və bundan başqa heç bir zədə almamışdır. Lakin "xxxx" ASC yenidən ondan 8669 manat ziyan tələb edir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 6865 manat müəyyən edilmişdir. Sığorta tərəfindən ödənilmiş 2800 manat dəymiş zərər görə vəsait “PAŞA Sığorta“ ASC tərəfindən göstərilməmiş və bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib və apellyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək iddia qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, 14 yanvar 2021-ci il tarixidə Cavabdeh tərəfindən idarə olunan ** TH *** dövlət qeydiyyat nişanlı “X3” markalı avtonəqliyyat vasitəsi ilə “Paşa Sığorta“ ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Bakı şəhəri Nərimanov Rayon DYPŞ-nin 15 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh 14 yanvar 2021-ci il tarixdə saat 14:00 radələrində idarə etdiyi ** TH *** dövlət qeydiyyat nişanlı “X3” markalı avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 40 manat cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 10.956,30 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 12 fevral 2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 10956,30 manat məbləğində sığorta ödənişinin "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 2286,73 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2022-ci il tarixli, 9/8411 saylı ekspert rəyi ilə müəyyən olur ki, "xxxx" MMC-nin 03 fevral 2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mersedes GL 500” markalı, ** TB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 6865,0 manat təşkil edir. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Maddə 1097.1. Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1-ci maddəsində Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilib. Həmin qanunun 25.1.2-ci madəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması subroqasiya hüququnun yaranmasına səbəb olur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda sadalanan normaların tələbindən də görünür ki, vurulmuş zərərə görə məsuliyyəti biləvasitə zərərvuran daşıyır və məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini ondan tutur. İşin araşdırılan halları ilə müəyyən olur ki, 14 yanvar 2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan ** TH *** dövlət qeydiyyat nişanlı “X3” markalı avtonəqliyyat vasitəsi ilə “PAŞA Sığorta“ ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Cavabdeh təqsirli bilinmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2022-ci il tarixli, 9/8411 saylı ekspert rəyi ilə ziyan məbləği ümumilikdə 6865 manat məbləğində müəyyən edilmişdir. Həmin ziyan məbləğinin 2286,73 manat hissəsi cavabdehin avtomobilinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış "xxxx" ASC tərəfindən 16 mart 2021-ci il tarixdə “PAŞA Sığorta“ ASC-nin hesabına ödənilmişdir. Qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, ziyan məbləği Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2022-ci il tarixli, 9/8411 saylı ekspert rəyi həcmində təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi - «"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtomobilə dəymiş zərərə görə 6865 manat Cavabdeh alınıb, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin» hissəsində dəyişdirilib, həmin məbləğ 6865 manat - 2286,73 manat= 4578,27 manat məbləğində müəyyən edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2022-ci il tarixli, 9/8411 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci intansiya məhkəməsi həmin məbləği Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına tutmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan olan 100 (bir yüz) manat Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4578,27 manat məbləğindən ibarət olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2(026)-32/2022 nömrəli qətnaməsi – «"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ** TB *** dövlət qeydiyyat nişanlı “Mercedes GL 500” markalı avtomobilə dəymiş zərərə görə 6865 manat Cavabdeh alınıb, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin» hissəsində dəyişdirilib, həmin məbləğ 4578,27 (dörd min beş yüz yetmiş səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə - «ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin və iddia qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar