Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1172/2022 25.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, Ərizəçinin vəkili: Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərardadından ərizəçinin vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərardadı ilə (hakim E.A.Abdullayev) Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(060)-2126/2022 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İŞİN H A L L A R İ: Ərizəçi Maraqlı şəxsnə qarşı miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərardadı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ərizəçi qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(060)-2126/2022 saylı qərardadı ilə Ərizəçi tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ərizəçi qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Ərizəçinin vəkili Vəkil verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmənin mövqeyi ilə razılaşmaq olmaz. Məhkəmənin 11 mart 2022-ci il tarixli qərardadından şikayət verərək 23 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsini və işin icraata qəbul edilməsini xahiş etmişdir. Lakin 28 mart 2022-ci il tarixli qərardadda texniki səhv olduğu, şikayətin yuxarı hissəsində qərardadın tarixi 11 mart 2022-ci il göstərilmiş, şəxsin tələbi nəticədə isə 23 fevral 2022-ci il tarixli göstərilmişdir. Burdan görünür ki, məhkəmələr tərəfindən süründürməçiliyə məruz qalmışdır. Bu səbəbdən də, hələ də mirası qəbul edə bilmir. Sumqayıt Şəhər Məhkəməsinin 28 mart 2022-ci il tarixli 2(060)-2126/2022 saylı mülki iş üzrə qərardadını ləğv edərək, işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ərizəçinin vəkili Vəkil şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlər mirasın qəbul edilməsi və vərəsəliyin açılma yeri üzrə baxılır. Ərizədən göründüyü kimi, ərizəçi atasının miras qalmış əmlakın qəbulu müddətinin ötürülməsinin üzrlə sayılması, bərpa edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda o, özünü iddiaçı, müvafiq notariat orqanını isə cavabdeh kimi göstərməklə notariat orqanının yerləşdiyi yer üzrə məhkəməyə iddia icraatı qaydasında müraciət etməli idi. Lakin, ərizəçi belə etməmiş, öz yaşayış yeri üzrə məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdir. Qeyd olunan tələbə xüsusi icraat qaydasında baxılması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Ərizəçinin vəkili Vəkil şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 28 mart 2022-ci il tarixli 2(060)-2126/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1172/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1172/2022
25.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver